Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1282/2019 22.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı cavabdeh X qarşı sığorta məbləğinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 03 oktyabr 2018-ci il tarixli qətnaməsindən cavabdeh X tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 12 iyun 2018-cı il tarixli qətnaməsi ilə (hakim A.Süleyma nova) İddiaçı cavabdeh AX qarşı sığorta məbləğinin ödənilməsi tələbinə dair iddiası təmin edilmiş, 5449 manat sığorta ödənişinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 03 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən İ.Şirinov, hakimlər T.Səmədov və E.Kazımov) Binəqədi rayon Məhkəməsinin 12 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh X kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün fak tiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 03 oktyabr 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdeh X qarşı iddia verərək, 5449 manat sığorta ödənişinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən edilir ki, İddiaçı A zərbaycan Respublikasının Baş Prokurorluğunun Ağır cinayətlərə dair üzrə istintaq idarəsinin kriminalistika şöbəsinin prokuroru vəzifəsində çalışır, 20.04.2017-cı il tarixdə sığorta hadisəsi baş vermiş, iddiaçı əmək fəaliyyətinin qısa müddətə müəyyən edilmiş, aldığı xəsarət yüngül xəsarət növü kimi qiymətləndirilmiş, və ona cavabdeh tərəfindən (yüngül xəsarətə görə) 5673 manat sığorta ödənişi verilmişdir. “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən məhkəmə və hüquq mühafizə orqanları işçilərinin xidmət vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması sığorta hadisələri hesab edilir. Sığorta hadisələri baş verdikdə ağır xəsarət (yar alanma, travma, kontuziya) aldıqda sığorta məbləğindən-20 faiz, yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda isə 10 faiz sığorta ödənişi verilir. Göründüyü kimi sözügedən Qanunda xəsarətin 2 (iki) növü (ağır və yüngül) fərqləndirilir. “Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası Qaydaları” və “Canlı şəxslərin məhkəmə tibbi ekspertizası qaydaları haqqında” Əsasnaməyə görə yüngül xəsarət dedikdə sağlamlığın qısa müddətə pozulması, yəni əmək qabiliyyətinin 21 gündən az olan müddətə müvəqqəti itirilməsi, az ağır xəsarət dedikdə isə sağlamlığın uzun müddətə, yəni 21 gündən çox olan müddətə müvəqqəti itirilməsi başa düşülür. Hazırkı halda isə səlahiyyətli orqan - Məhkəmə Tibbi Ekspertizası və X2 iddiaçıya yüngül xəsarət dəydiyini müəyyən etmişdir. “Məhkəmə və hüquq mühafizə orq anları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə görə hər bir məhkəmə və hüquq mühafizə orqanları işçisi onların 5 illik əmək haqqı məbləğində sığorta edilir. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunun 20.5-ci maddəsinə əsasən prokurorluq işçilərinin həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik əmək haqqı məbləğində sığorta edilir. Həmin Qanunun 21.1 -ci maddəsinə əsasən prokurorluq işçilərinin əmək haqqı vəzifə maaşından, rütbələrə, xidmət illərinə görə əlavələrdən və qanunvericiliklə nəzərdə tutulan digər ödənişlərdən ibarətdir. Məhkəmə “qanunvericiliklə nəzərdə tutulmuş digər ödənişlər”in tərkibinin müəyyən olunması üçün həmin Qanunun 2.3-cü maddəsinə istinad et məklə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154.1-ci maddəsinə əsaslanmışdır. Həmin maddəyə görə əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 157.3-cü maddəsinə görə əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. İşin göstərilən hallarına əsasən apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçının 2012-ci il aprel ayından 2017-ci ilin aprel ayına kimi, yəni 5 il müddəti üçün əmək haqqı məbləği 16727.85+23242.82+24188.60+28435.29+10299.18 +833 3.40=111227.14 manat təşkil etməklə, həmin məbləğin iddiaçıya dəymiş yüngül xəsarətə görə 10% məbləğində sıgorta ödənişinin-11122 manatı iddiaçıya ödənilməlidir. Ona görə də apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, cavabdeh tərəfindən ödənilmiş 5673 manat siğorta ödənişi ödənilməli olan 11122 manat siğorta ödənişi məbləğindən çıxıldıqdan sonra, cavabdeh tərəfindən əlavə olaraq 5449 manat siğorta ödənişi iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh X kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 03 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1282/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1282/2019
22.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver