Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1284/2019 04.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X5 oğlunun katibliyi, İddiaçının vəkili Xnun, cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə, Cavabdeh3, ləğv prosesində olan Cavabdeh1 ASC-yə və Bakı şəhəri 38 saylı Notariat Kontoruna qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” dair iddiasına dair mülki iş üzrə Bakı Ap ellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 sentyabr 2018-ci il tarixli 2(103)-10194/2018 saylı qətnaməsindən ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmaətlərin Sığortalanması Fondu və vəkil Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə, Cavabdeh3, ləğv prosesində olan Cavabdeh1 ASC-yə və Bakı şəhəri 38 saylı Notariat Kontoruna qarşı - Bakı şəhəri, Nərimanov rayonu, Mirzəbala Əhmədzadə küçəsindəki 3 saylı evin 1-ci mənzilinin ipoteka ilə yüklü edilməsinə dair 03.02.2015-ci il tarixdə Bakı şəhəri, 38 saylı notariat kontorunda bağlanmış ipoteka müqaviləsinin etibarsız sayılması və mənzilin ipoteka ilə yüklülükdən azad edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri, Xətai rayon Məh kəməsinin 24 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim N.Misirzadə, 2(011)-9061/2017 saylı mülki iş) İddiaçı Cavabdeh2 MMC-yə və qeyrisinə qarşı ipoteka müqaviləsinin etibarsız sayılması tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 21 fevral 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər A.İmanov (sədrlik edən, məruzəçi), E.Nəbiyev və R.Qurbanov) hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 oktyabr 2017-ci il tarixli qətnaməsi İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 24.07.2018-ci il tarixli 2(102)-5124/18 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 21 fevral 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün həmin apellyasiya instansiyası mə hkəməsinə göndərilməsi qərara alınmışdır. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 sentyabr 2018-ci il tarixli 2(103)-10194/2018 saylı qətnaməsi ilə (hakimlər Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, X2 və X1) İddiaçı apellyasiya şikayəti təmin edilərəkBakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-9061/2017 saylı 24 oktyabr 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Mirzəbala Əhmədzadə küçəsindəki 3 saylı evin 1-ci mənzilinin ipoteka ilə yüklü edilməsinə dair 03.02.2015-ci il tarixdə Bakı şəhəri 38 saylı notariat kontorunda bağlanmış reyestrdə 3M/-97 nömrə bağlanmış ipoteka müqaviləsinin etibarsız sayılması və mənzilin ipoteka ilə yüklülükdən azad edilməsi qət edilmişdir. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 sentyabr 2018-ci il tarixli 2(103)-10194/2018 saylı qətnaməsindən ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və vəkil Vəkil tərəfindən kassasiya şikayəti verilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan sübutlara düzgün qiymət verməmiş, tərəflər arasında münasibətləri tənzimləyən müqavilə müddəalarına, qüvvədə olan qanunvericilik aktlarının müddəalarına məhəl qoymamış, maddi və prosessual hüquq normalarını pozmuş, düzgün tətbiq etməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məh kəməsi Mülki Kollegiyasının 18 sentyabr 2018-ci il tarixli 2(103)-10194/2018 saylı qətnaməsinin ləğv edilməsi, ləğv prosesində olan Cavabdeh1 ASC-nin iddia tələblərinin təmin olunmasına dair yeni qərar qəbul edilməsi xahiş edilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçının vəkili X kassasiya şikayətinə etiraz edərək təmin ediməməsini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qəbul etdiyi 18.09.2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Digər tərəflərə işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məh kəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apelyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 14.2, 149.2, 152.1, 359.1, 359.3, 360.1, 337.1, 384.0.4, 269.1 və 269.5-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddələrinə istinad etməklə işin materialları üzrə gəldiyi nəticələrin əsaslandırılmasından görünür ki, Cavabdeh2 MMC-nin təsisçilər və nizamnamə kapitalında mayaları nın miqdarı 100% olmaqla Cavabdeh3 məxsusdur. MMC-nin əvvəlki hüquqi ünvanı ünvan 1quqi ünvanı isə ünvan 3echnique” ASC ilə Cavabdeh2 MMC arasında 03.02.2015-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən cavabdehə 96000 manat məbləğində kredit verilmişdir. “xxxx” ASC-nin Proqress filialı ilə borcalan Cavabdeh2 MMC və ipoteka qoyan İddiaçı arasında 03.02.2015-ci il tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Mirzəbala Əhmədzadə küçəsi, ev 3, mənzil 1-də yerləşən mənzil verilmiş kredit məbləğinin təminatı olaraq sonrakı ipoteka ilə yüklü edilmişdir. Qeyd edilən ipoteka müqaviləsi ipoteka qoyan İddiaçı adından etibarnamə əsasında Cavabdeh3 tərəfindən imzalanmışdır. Müqavilədən həmçinin görünür ki, ipoteka predmeti 18.09.2013-ci il tarixində Bakı şəhəri 38 saylı notariat kontoru tərəfindən 682 nömrəli reyestr nömrəsi ilə təsdiq edilmiş 18.09.2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən yüklü edilmiş mənzil olmuşdur. Bakı şəhəri, A.Neymətulla küçəsi, ev 45, mənzil 25-də qeydiyyatda olan İddiaçı 26.07.2013-cü il tarixdə həmin ünvanda qeydiyyatda olan Cavabdeh3 20 il müddətinə qüvvədə olan və notarial qaydada təsdiq edilmiş etibarnamə vermişdir. Cavabdeh3 həmin etibarnamə ilə, mülkiyyətçinin razılığı olmadan 2015-ci il fevralın 3-də yuxarıda göstərilən mənzili özünün tək təsisçisi, tək payçısı və tək qanuni təmsilçisi olduğu “Cavabdeh2 MMC-nin Cavabdeh1ASC qarşısında öhdəliklərini təminatı olaraq Bakı şəhəri, 38 saylı Notariat Kontorunda ipoteka müqaviləsi bağlayıb yüklü etmişdir. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasın ın Mülki Məcəlləsinin 359.3maddəsinə və “M.Şahverdiyevanın şirkəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunu yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin Plenimunun 23 iyul 2013-cü il tarixli qərarında şərh edilən hüquqi mövqelərə istinad edərək müəyyən etmişdir ki, Cavabdeh3 İddiaçı tərəfindən ona verilmiş etibarnamə əsasında sonuncuya məxsus mənzili özünün təsisçisi olduğu Cavabdeh2 MMC-nin Cavabdeh1 ASC qarşısında olan öhdəliklərinin təminatı olaraq ipoteka ilə yüklü edilməsi zamanı İddiaçı tərəfindən ona etibar edilmiş səlahiyyətləri aşmış, özü barədə əqd bağlamışdır. Belə olan halda isə, “xxxx” ASC ilə Cavabdeh2 MMC və ipoteka qoyan İddiaçı arasında 03.02.2015-ci il tarixdə bağlanmış ipoteka müqaviləsi mülki qanunvericiliyin tələbləri pozulmaqla bağlandığından etibarsız hesab edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin faktik hallarına uyğun və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmədiyi vəmaddi hüquq norması düzgün tətbiq edilmədiyi üçün əsaslı və qanuni sayıla bilməz. Belə ki, iddiaçı hazırki iş üzrə tələbində onunla bank arasında bağlanmış ipoteka müqaviləsinin etibarsız hesab olunmasını, bu müqavilənin onun iradə ifadəsinə uyğun olmadığını və Cavabdeh3 təmsilçi kimi özü barəsində əqd bağlamasının qanunla qadağan olunduğu ilə əsaslandırmaqla, tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 359-cu maddəsinə istinad etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərə fli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyə tlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən ipoteka müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Mülki Məcəllənin 359.3-cü maddəsinə görə təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Bu maddənin mahiyyətində də göründüyü kimi maddi təmsilçinin ona verilmiş səlahiyyətlərdən öz mənafeyi üçün istifadə etməsinin qarşısını almağa yönəlib. Təmsilçinin bu hüquqlarını özündə əks etdirən sənədin anlayışı isə Mülki Məc əllənin 362.1-ci maddəsində göstərilmişdir. Həmin normaya əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamədir. Mülki Məcəllənin 362.2-ci maddəsinə görə notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Mülki Məcəllənin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında brokerlik halı istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. M.Şahverdiyevanın şirkəti üzrə Azərbaycan Respubli kası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunu yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin Plenimunun 23 iyul 2013-cü il tarixli qərarında deyilir: “Mülki Məcəllənin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında brokerlik halı istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Göstərilən qadağanın mahiyyəti ondan ibarətdir ki, təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdlərin bağlanmasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa,o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir.” Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi əvvəlki kassasiya instansiyası məhkəməsinin qərarında şərh olunan bu göstərişə düzgün əməl etməyərək İddiaçı 26.07.2013-cü il tarixdə atası Cavabdeh3 20 il müddətinə qüvvədə olan və notarial qaydada təsdiq edilmiş etibarnamə verməsinin hansı əqdlərin bağlanmasına yönələn iradə ifadəsi olmasını aydınlaşdırmamış, bu məqs ədlə eyni mənzilin daha əvvəl də 18.09.2013-cü il tarixli ipoteka müqaviləsi əsasında eyni banka ipotekaya qoyulduğu nəzərə alınaraq ilkin ipoteka müqaviləsinin kim tərəfindən imzalandığını hansı kreditin təminatı olaraq bağlandığını araşdırmamışdır. Mülki Məcəllənin yuxarıda qeyd olunan 269.1 və 269.5-ci maddələrinə müvafiq olaraq ipoteka əsas öhdəliyin icrasının təminatı üsuludur və ipoteka müqaviləsinə (öhdəliyi təmin edən) hər hansı mülki hüquq müqaviləsi, o cümlədən kredit müqaviləsi (əsas öhdəlik) ilə birlikdə baxılmalıdır. Məhkəmə kollegiyası iddiaçının Mülki Məcəllənin 359.3-cü maddəsinə istinadla həmin müqavilənin etibarsız hesab edilməli olması barədə arqumentinin əsaslı olmasına dair apellyasiya instansiyası məhkəməsinin nəticəsini düzgün hesab etmir. Belə ki, İddiaçı sözügedən əmlakı bank qarşısında deyil, öz qarşısında, yaxud şəxsən özünün götürdüyü kreditin təminatı olaraq ipoteka ilə yüklü etmiş olsa idi, bu halda mülki qanunvericiliyin qeyd olunan müddəası pozulmuş sayılardı, başqa sözlə, qanunvericilik təmsilçinin təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlamasına qadağa qoymuşdur. Hazırki halda isə işin materiallarından görünür ki, təmsilçi şəxsən özü barəsində əqd bağlamamış, ipoteka müqaviləsi hüquqi şəxsin bankdan götürdüyü kreditin təminatı olaraq bankla bağlanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 52.1-ci maddəsinə əsasən hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. Həmin Məcəllənin 52.2-ci maddəsinə görə bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. Məhkəmə kollegiyası daha sonra hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yeni apellyasiya baxışı zamanı iddiaçının iddia müddətinin ötüb-ötməməsinin obyektiv yoxlanıb qiymətləndirməli olmasına dair də əvvəlki kassasiya instansiyası məhkəməsinin göstərişi üzrə də ətraflı araşdırma aparmamışdır. Belə ki, işin materiallarına əsasən 26.07.2013-cü il tarixdə İddiaçı atası Cavabdeh3 20 il müddətinə qüvvədə olan və notarial qaydada təsdiq edilmiş etibarnamə verməsi halı mübahisəsizdir. Apellyasiya instansiyası məhkəməsi İddiaçı mülkiyyətində olan mənzilin atası Cavabdeh3 tərəfindən 2015-ci ildə ipoteka ilə yüklü etməsindən xəbərdar olmamasının n ə dərəcədə inandırıcı olmasına hüquqi qiymət verməmiş, iddiaçının hüququnun pozulduğu bildiyi dəqiq anı düzgün müəyyən etməmiş, bununla bağlı da hazırki mübahisəyə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.2-ci maddəsinin tələblərinin tətbiq edilməsinin zəruriliyini müzakirə etməmişdir. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 373-cü maddəsində nəzərdə tutulmuş iddia müddəti ilə, Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş müddət tamamilə fərqli anlayışlardır. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmi n əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi, qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmiş, beləliklə də, gəldiyi nəticə maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytar ılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Lakin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olsa da, kassasiya şikayəti qismən təmin olunmalıdır, çünki yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara və kassasiya instansiyası məhkəməsinin qərarlarında şərh edilən göstərişlərə Azərbaycan Respublikası MPM-nin 88 və 420-ci maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Vəkil kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 sentyabr 2018-ci il tarixli 2(103)-10194/2018 saylı qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul
Məhkəmə qərarları › İş №2(102)-1284/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1284/2019
04.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver