Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1287/2022 15.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: işin kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07.10.2021-ci il tarixli, 2(103)8309/2021 saylı qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə işə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları
1. İddiaçı 08 yanvar 2019-cu il tarixdən Cavabdeh MMC-də satış müdiri vəzifəsinə işə qəbul edilmiş, həmin vaxt onun aylıq əmək haqqı 180 manat həddində müəyyən edilmiş, sonradan onun əmək haqqı 440,22 manat, 01.10.2019-cu il tarixdən isə 476,22 manat həddində müəyyən edilmişdir. Tərəflər mübahisələndirmirlər ki, iddiaçı 2019-cu ilin dekabr ayından sonra işə çıxmamış, onunla bağlanmış əmək müqaviləsinə isə 01.05.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75.2-ci maddəsinin «a» bəndinə əsasən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhə r idarəsi cəlb edilməklə Cavabdehnə qarşı əmək haqqı tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdeh – Cavabdehndən (qanuni təmsilçisi – X1) əmək müqaviləsi əsasında işlədiyi lakin ödənilməmiş 5 ay üçün 2205 manat əmək haqqının, son haqqhesaba (istifadə etmədiyi məzuniyyət günlərinə görə) görə 441 manat və əmək kitabçasının qanunla müəyyən edilmiş müddətdə verilməsini ləngitdiyi 10 ay 15 günə görə 4630 manatın, ümumilikdə - 7276 manatın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 21.05.2021-ci il tarixli, 2(009)-1101/2021 saylı qətnaməsi ilə (hakim Ş.Ə.Süleymanova) iddia tələbinin təmin edilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat 4.Qətnamədən Cavabdeh MMC apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21.05.2021-ci il tarixli, 2(009)-1101/2021 saylı qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07.10.2021-ci il tarixli, 2(103)-8309/2021 saylı qətnaməsi ilə (hakimlər R.M.Həsənov (sədrlik edən və məruzəçi) V.Ə.İbayev və Ş.Ə.Məhərrəmova) Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21.05.2021-ci il tarixli, 2(009)-1101/2021 nömrəli qətnaməsinin əmək kitabçasının qanunla müəyyən edilmiş müddətdə verilməsinin ləngidildiyi 10 ay 15 gün üçün 4630 (dörd min altı yüz otuz) manat pul məbləğinin cavabdehdən tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilməsi, həmin hiss ədə iddia tələbinin təmin edilməməsi və qətnamənin apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
6. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək, qətnamənin 4630 manat pul məbləğinin cavabdehdən tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilməsini və iddianın tam həcmdə təmin olunmasını xahiş etmişdir.
7. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə si Maddə
402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə
408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya v əzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır. Maddə
409. İşin kassasiya instansiyası məhkəməsinə göndərilməsi Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1.7. kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul o lunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
10. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayətinin icraata qəbul olunması barədə qərardad ləğv edilərək iş kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
11. Belə ki, Azərbaycan Respublikası MPM-nin 409-cu maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin t ələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.
12. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
13. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti daxil olduqda onu vermiş şəxsin kassasiya şikayəti vermək hüququna malik olmasını (şikayət verilmiş qətnamənin MPM-nin 402.1-ci maddəsində nəzərdə tutulmuş kassasiya şikayəti verilməsi i stisna edilmiş qətnamələr kateqoriyasına aid olub-olmamasını), kassasiya şikayətinin qanunla müəyyən olunmuş müddətdə verildiyini, kassasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyini yoxlamalı, həmin qaydalara riayət olunduğu halda kassasiya şikayətini baxılması üçün göndərməli, göstərilən tələblərə cavab vermədiyi halda isə, kassasiya şikayətinin geri qaytarılması barədə əsaslandırılmış qərardad çıxarmalıdır.
14. Lakin hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi bu tələblərə tam əməl etməmişdir. Belə ki, iş materiallarından göründüyü kimi qətnamənin cavabdeh tərəfindən mübahisələndirilən hissəsində iddianın qiyməti 4630 manat, iddiaçı tərəfindən mübahisələndirilən hissədə isə 2646 manat pul məbləği olmuşdur.
15. Bu halda, yəni qətnamənin müb ahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğuna görə Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən, iddiaçının və cavabdehin apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermək hüququ yoxdur. Kassasiya şikayətləri MPM-nin tələblərinə zidd olaraq icraata qəbul olunmuşdur. MPM-nin 417.1.7-ci maddəsinə əsasən, kassasiya şikayətlərinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması müəyyən edilərsə, kassasiya instansiyası məhkəməsinin icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytarmaq səlahiyyəti vardır.
16. Çünki kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olmaması (o cümlədən qətnamənin mübahisələndirilən hissəsində iddianın qiymətinin b eş min manatdan az olması), apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Kassasiya şikayətinin geri qaytarılması apellyasiya instansiyasının səlahiyyəti olduğuna görə, kassasiya şikayətləri geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
17. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-nin 402.1, 417.1.7 və 408.1.1-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07.10.2021-ci il tarixli, 2(103)8309/2021 saylı qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin Mülki Kollegiyasının 27 yanvar 2022-ci il tarixli, 2(102)-1287/2022 saylı qərard adı ləğv edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.