Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1288/2021 03.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh İddia tələbi: bağışlama müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi Açar sözlər: bağışlamaqdan imtina, valideynləri saxlamaq borcu Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Kassatorun nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şik ayətinə dair işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları xx xxxxxx 2019-cu il tarixli bağışlama müqaviləsinə əsasən, İddiaçı mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 1 ünvanında 0.0555 ha torpaq sahəsini və üzərindəki ümumi sahəsi 93.80 kv.m. olan fərdi yaşayış evini hədiyyə olaraq qızı Cavabdeh bağışlamışdır. Birinci instansiya məhkəməsində icraat xx xxxxxx 2020-ci il tarixdə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət etmiş, sonradan iddianın dəqiqləşdirməsi barədə ərizə təqdim edərək, xx xxxxxx 2019-cu il tarixli, 4Ə-71 nömrəli bağışlama müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışd ır ki, onun hazırda 86 yaşı var, bu yaşda olduğunu və sağlamlıq vəziyyətini nəzərə alaraq, həm də ona qismən yardımçı olmaq məqsədi ilə mülkiyyətindəki evini və torpaq sahəsini qızı olan cavabdehə bağışlamaq qərarına gəlmiş, bu haqda fikirlərini və məqsədini cavabdehə bildirmişdir. Sonuncu onunla razılaşaraq, ona kömək edəcəyinə, müalicəsi üçün ona lazım olan dərmanları alacağına və başqa ailə işlərində ona yardımçı olacağını vəd etmişdir. Bundan sonra qeyd edilən əmlakın cavabdehə bağışlanması barədə müqavilə notarial qaydada bağlanmış, bağışlama müqaviləsi ilə bağlı notariat kontorunda bütün xərcləri də özü ödəmişdir. Cavabdeh hədiyyəni qəbul etdikdən sonra onunla heç belə maraqlanmır, zənglərinə cavab vermir. Hətta dərman alması üçün ona verdiyi 700 manat pulu özü üçün xərcləmişdir. Özü də normal yeriyə bilmir. Belə olan halda çıxış yolu bağışladığı hədiyyəni bağışlamaqdan imtina etməkdir. Balakən Rayon Məhkəməsinin 2(019)-223/2020 nömrəli iş üzrə xx xxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim Z.C.Tahirov) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, iddiaçının torpaq sahəsini və evi cavabdehə bağışlaması onun iradə ifadəsinin nəticəsi olmuş və ona hüquq və vəzifələri izah edilmişdir. Mülki Məcəllənin 670.1-ci maddəsinə əsasən bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. İddiaçı heç bir şərt və öhdəliyin yerinə yetirilməsini müəyyən etmədən evi qızına bağışlamışdır. Cavabdeh iddiaçı və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətməmiş, bağışlama ilə bağlı onun üzərinə h ər hansı vəzifə və öhdəlik qoyulmamışdır. İş materiallarına əsasən cavabdehin üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozması halları da müəyyən olunmamışdır. Əksinə, cavabdehin məhkəmədə verdiyi izahatından görünür ki, o, atasına baxmış, onu qayğı ilə əhatə etmişdir. İddiaçı isə bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, iddia tələbinin əsaslandırıldığı halları sübut edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, bağışlanma müqaviləsinin ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı həmin qətnamədən apellyasiya şikayət verərək, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla bərabər, birinci instansiya məhkəməsi tərəfindən çıxarılan qətn amənin əsassız olması, maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, işin hallarına düzgün hüquqi qiymət verilməməsini də göstərmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1466/2021 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.A.Mahmudov, Ə.T.Məcidov, M.A.Əsədli) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, аpelyаsiyа şikаyətində göstərilən dəlillər əsаssız оlduğundаn qətnаmənin ləğv edilməsi və iddiа tələbinin təmin edilməsi üçün əsаs оlа bilməz. Çünki, əqdin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tər kibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Əqddə iradə və iradəni ifadə etmənin vəhdətinin pozulması isə əqd üzrə tərəflərin əqd bağladıqla rı zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi ilə nəticələnməklə, bu əqd kimi həyata keçirilən hərəkətlər əqd üzrə tərəflər üçün hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilməz. Başqa sözlə əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Bundan əlavə, iddiaçı iddia ərizəsində, eləcə də apelyasiya şikayətində mübahisəli yaşayış evini bağışladıqdan sonra cavabdehin ona qulluq etməməsini, onun telefon zənglərinə cavab vermədiyini mübahisələndirmış, apellyasiya məhkəməsi iddiaçının bu dəlili ilə razılaşmayaraq hesab etmişdir ki, xx xxxxxx 2019-cu il tarixli bağışlama müqaviləsinin məzmununda tərəflər arasında belə bir şərt mövcud deyil, müqavilə hansısa öhdəliklə şərtləndirilməmişdir. Müqavilənin dəyişdirilməsi və ya ləğvi müqavilə bağlanarkən razılaşdırılmış olan şərtlərin bir tərəfin mənafeyinə görə dəyişdirilməsi və ya ləğvini nəzərdə tutur. Çünki normal hallarda tərəflər razılaşdırılmış olduqları müqavilə şərtləri ilə bağlıdır. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, tərəflər müqaviləni şəxsi mənafelərini təmin etmək, onu həyata keçirmək məqsədilə bağlayırlar. Müqavilənin hər iki tərəfi müqaviləni bağlayarkən qarşı tərəfin bu müqavilənin bağlanmasındakı mənafeyini bilir və bununla razılaşaraq müqaviləyə imza edir. Bu xarakterli müqavilələrin spesifik xüsusiyyəti ondan ibarətdir ki, müqavilə şərtlərinə daxil olmayan öhdəliyin cavabdehdən qəti şəkildə tələb edilməsi aşkar şəkildə ədalətsizliyə səbəb o lar. Həmçinin, müqavilənin bağlandığı zaman razılıqla bağlı qarşı tərəfin iradəsinin sonradan şəraitin gözlənilməz olaraq əhəmiyyətli dərəcədə dəyişməsi nəticəsində əmələ gələn vəziyyəti ehtiva etmədiyini bilə-bilə onu əvvəlki ilə müqayisədə olduqca ağır hala gələn öhdəliyin icrasına məcbur etmək əslində “əhdə” uyğun deyildir. Çünki bu kimi tələb bir tərəf üçün olduqca ağırlaşmış olan öhdəliyin faktiki olaraq həmin tərəfin müqaviləyə olan razılıqla bağlı iradə ifadəsinin məlum olan həqiqi məzmununa uyğun gəlmədiyi bilindiyi halda həmin tərəfi belə bir öhdəliyi icra etməyə məcbur etmək müqavilə ədalətini təmin etmək məqsədinə xidmət etmir. Eyni zamanda, iddiaçı özünün yaşlı və kimsəsiz olduğunu bildirsə də, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı heç də özünün dediyi kimi qul luqdan kənar deyil. Belə ki, iddiaçı özü məhkəmə iclasında etiraf etmişdir ki, mübahisəli evdə hazırda oğlu ilə birlikdə yaşayır. Bundan əlavə işin faktiki hallarından göründüyü kimi, iddiaçının hər iki oğlu onun nümayəndəsi olmaqla, iddiaçının mənafeyindən çıxış edirlər ki, bu da özü-özlüyündə sonuncuların mübahisəli evdə maraqlı olmalarına dəlalət edir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, bağışlama müqaviləsində şərtin olmamasından asılı olmayaraq cavabdeh hədiyyə alan şəxs kimi əmək qabiliyyə ti olmayan iddiaçını saxlamağa, ona qayğı göstərməyə borcludur. Bu öhdəliklər qanunla hədiyyə alanın üzərinə qoyulmuşdur. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz vermişdir. Məhkəmə kollegiyasının iclasında kassatorun nümayəndəsi və cavabdeh vəkilsiz iştirak etmişlər. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı m addəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İşin mübahisə olunmayan halı ilə müəyyən edilir ki, iddiaçı xx xxxxxx 2019-cu il tarixdə özünə məxsus torpaq sahəsini və üzərində yerləşən fərdi yaşayış evini hazırki iş üzrə cavabdeh olan qızına bağışlamışdır. İddiaçı hazırda yaşı ilə əlaqədar fiziki imkanları məhdudlaşdığından, həm də mütəmadi olaraq müalicə almalı olduğundan kənar şəxslərin köməyinə, eləcə də maddi yardımına ehtiyacı olduğuna, qızı ilə həmin ehtiyacları qarşılaması müqabilində özünə məxsus daşınmaz əmlakı ona hədiyyə verəcəyi barədə razılaşdıqlarına və bu barədə notarial qaydada müqavilə bağladıqlarına, lakin həmin müqavilədən sonra, qızının ona qarşı laqeyd münasibət bəslədiyinə, nəinki maddi və ya başqa ehtiyaclarını qarşılamaq, ümumiyyətlə onunla maraqlanmamasına, hətta zənglərinə belə cavab verməməsinə istinad edərək, həmin əmlakı bağışlamaqdan imtina etdiyini bildirməklə bağışlama müqaviləsinin və onun nəticələrinin ləğv edilməsini tələb edir. Mülki Məcəllənin 666 -cı maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Həmin Məcəllənin 673.1-ci maddəsinə əsasən, hədiyyə verən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyy ə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə bağışlamaqdan imtina edə bilər. Göründüyü kimi, qanunverici hədiyyə alanın hədiyyə verən və ya onun yaxın qohumları qarşısında ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirməməsini bağışlama müqaviləsinin ləğvi əsaslarından bir kimi təsbit edir. O da vurğulanmalıdır ki, burada sözügedən vəzifələrin yerinə yetirilə bilməməsi deyil, yerinə yetirilməməsi nəzərdə tutulur və hədiyyə alanın özündən asılı olmayan səbəblərə görə vəzifələrini icra edə bilməməsi halları istisna təşkil edir. Konstitusiyanın 34-cü maddəsinin V hissəsində göstərilmişdir ki, valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar. Eyni zamanda, Ailə Məcəlləsinin 82-ci maddəsi ilə yetkinlik yaşına çatmış övladların valideynlərini saxlamaq vəzifəsi müəyyən edilimişdr. Həmin maddənin tələblərinə görə, əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. “Sosial müavinətlər haqqında” Qanunun 1.0.2-ci maddəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər əmək qabiliyyəti olmayan şəxslər kimi göstərilmişdir. İddiaçı 1933-cü il təvəllüdlü o lmaqla, iddianı qaldırdığı vaxtda 87 yaşı olması, yəni əmək qabiliyyəti olmayan şəxs hesab edilməsi işin mübahisələndirilməyən halıdır. Qeyd edilən normaların müqayisəli təhlili onu deməyə imkan verir ki, cavabdeh iddiaçını saxlamağa və ona qayğı göstərməyə borcludur. Həmin vəzifənin isə, tərəflər arasında bağlanmış bağışlama müqaviləsində xüsusi öhdəlik və ya müqavilə şərti kimi ayrıca olaraq müəyyən edilməsinə zərurət yoxdur, çünki bu yuxarıda qeyd edildiyi kimi cavabdehin konstitusion vəzifəsidir. Hazırki mübahisənin həlli də məhz cavabdehin hədiyyəni qəbul etdikdən sonra iddiaçı qarşısında vəzifələrini yerinə yetirməsinin sübut edilməsindən asılıdır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sü but etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinin tələblərinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İddiaçı cavabdehin bu vəzifələrini yerinə yetirmədiyini, ona diqqət və qayğı göstərmədiyini, onunla ümümiyyətlə əlaqə saxlamadığını göstərir, cavabdeh isə iddiaya etiraz edərək iddiaçının bağışlama müqaviləsini öz iradə ifadəsi əsasında, könüllü q aydada bağladığını, müqavilə bağlanarkən hər hansı öhdəlik götürmədiyini göstərməklə, iddiaçıya qayğı göstərməyə hazır olduğunu bildirir. Apellyasiya məhkəməsinin iclasında cavabdehin vəkili və nümayəndəsi cavabdehin xeyli müddət atasına həm qulluq, həm də köməklik edərək onu xəstəxanalara apardığını,hazırda Bakı şəhərində işlədiyini göstərmişdir. Apellyasiya məhkəməsi tərəfindən cavabdehin hədiyyəni qəbul etdikdən sonra iddiaçı qarşısında vəzifələrini yerinə yetirməsi ümumiyyətlə müəyyən edilməmişdir. Apellyasiya məhkəməsi tərəfindən mübahisənin maddi hüquqi əsası ümumiyyətlə düzgün müəyyən edilməmiş, iddianın əsasını müqavilənin ləğvi təşkil etdiyi və onun etibarlılığı ümumiyyətlə mübahisələndirilmədiyi halda, iş üzrə gəlinən nəticə müqavilənin etibarlı əqd olması, yəni iddiaçının iradə ifadəsinə uyğun bağlanması ilə əsaslandırılmış və cavabdehin iddiaçı qarşısında onu saxlamaq barədə öhdəlik götürməsi barədə heç bir müqavilə şərti müəyyən edilmədiyi göstərilməklə ailə qanunvericiliyin, eləcə də bağışlamadan imtinanın əsaslarını müəyyən edən qanunvericiliyin normaları səhv təfsir edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinin tələblərinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, məhkəmə hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normat iv hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmuş, qanuni və əsaslı hesab edilməyən qətnamə qəbul edilmişdir. Bu halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməklə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara al dı: Kasasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1288/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1288/2021
03.03.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver