Məhkəmə qərarları › İş №2(102)-129/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-129/2023

18.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-129/2023 18.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı QƏRARİ İş № 2(102)-129/2023 Açar sözlər: aliment borcunu ödəmək öhdəliyindən azad edilməsi Bakı şəhəri, 18 yanvar 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı aliment borcunu ödəmək öhdəliyindən azad edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6276/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə xx.xx.2022-ci il tar ixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflərin birgə nikahından xx.xx.2008-ci il təvəllüdlü X6 doğulmuşdur. Tərəflər arasında alimentlə bağlı əvvəllər də dəfələrlə məhkəmə çəkişmələri olmuş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə iddiaçıdan hər ay 1000 manat alimentin tutulması qət edilmiş, həmin iş üzrə işə ikinci dəfə baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli qətnaməsi ilə alimentin məbləğinə dair hissədə qətnamə dəyişdirilərək alimentin 300 manat olması qət edilmiş, yenə də həmin iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2015-ci il tarixli qərarı ilə iddiaçıdan hər ay 500 manat alimetin tutulması müəyyən edilmişdir.

2. Sonradan iddiaçı alimentin azaldılması barədə iddia qaldırmış, onun iddiası Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə qismən təmin edilərək hər ay iddiaçıdan 300 manat məbləğində alimentin tutulması qət edilmiş, həmin iş üzrə işə ikinci dəfə baxan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək iddiaçıdan hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutulması qət edilmiş, həmin qətnamədən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə qismən təmin edilməklə, iddia qismən təmin edilmiş, 09 avqust 2008-ci il tarixdə doğulmuş Nurayın yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıdan hər ay 170 manat sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır.

3. İddiaçıya İ qrup əlillik dərəcəsi xx.xx.2019-cu il tarixdə verilmişdir, ona sol diz oynağının menskektomiyadan sonrakı deformasiyaedici osteoartrozu, oynağın funksional pozğunluğu və ağrı sindromu ilə” kliniki diaqnozu qoyulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia qaldıraraq onun 2016-2021-ci il ərzində xəstəliyi ucbatından yığılmış olan 23 000 manat aliment borcunu ödəməkdən azad edilməsi və əmək qabiliyyətini itirdiyinə görə aliment öhdəliyinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, 2015-ci ildən, yəni məhkəmə qətnaməsi qüvvəyə mindiyi tarixdən 2016-cı ilin o ktyabr ayına qədər hər ay 500 manat olmaqla aliment ödəmişdir. 2016-cı ilin oktyabr ayında xəstəliyi ucbatından maddi sıxıntılar yaşamış, daimi olaraq stasionar müalicə almış və əlillik dərəcəsi müvafiq dövlət orqanı tərəfindən təsdiq edilmişdir. Ağır xəstəliyi ucbatından əmək fəaliyyəti məhdudlaşıb və o işləyə bilməmişdir. Bu səbəbdən 2016-cı ilin oktyabr ayından alimenti qismən 100 manat ödəmişdir. Bundan əlavə 2016-cı ildə alimentə görə 11.000 (on bir min) manat borc yığılmış, xx.xx.2016-ci ildə borc müqaviləsi bağlayaraq 11.000 manat alimentin borcunu ödəmişdir. 2016-cı ildən o, dəfələrlə alimentin azaldılmasına dair məhkəməyə müraciət etmiş həmin müraciətlərdə xəstə olmağı, xarici dövlətdə (Norveçdə) yaşamadığı (3 iyul 2016-cı ildən Azərbaycanda yaşayır) heç bir yerdən əlavə gəliri ol madığına dair tələblər qoymuş, lakin cavabsız qalmışdır. 2019-cu ildə alimentin azaldılmasına dair yenidən iddia ərizəsi ilə müraciət etmiş və yenə cavabsız qalmışdır. 2021-ci ildə yenidən məhkəməyə alimentin azaldılması tələbi ilə müraciət edərək 500 manat alimentin azaldılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən iddianın əsaslı olduğu sübuta yetirilərək lehinə qətnamə çıxarılmış və aliment azaldılaraq 170 manat təyin edilmişdir. 2016-cı ildən, yəni əlillik aldığı və əmək fəaliyyətinin azaldığı dövrdən başlayaq 2021-ci ilin aprel ayına qədər aylıq 500 manat olmaqla, ümumillikdə 23 000 manat aliment borcu yığılmışdır. Hal-hazırda icra məmurları həmin borcu ödəməyi ondan tələb etsələr də, aliment borcunun yığıldığı dövr ərzində alimenti üzrlü səbəbdən ödəyə bilmədiyi, xəstəlik və əlillik dən əziyyət çəkdiyi kimi hallar nəzərə alınmır, halbuki, onun xəstəliyiylə əlaqədar 5 ədəd Epikriz sənədləri var, dəfələrlə stasionar müalicələr almışdır. Aylıq gəliri 350 manatdır. Himayəsində iki azyaşlı övladı və digər ailə üzvləri var. Əlil və xəstə ailə başçısı olaraq ailəni dolandırmaqda yetərincə çətinlik çəkir. Odur ki, əsassız olaraq yığılmış 23 000 manat aliment borcunu ödəyə bilmir.

6. Cavabdeh iddia ərizəsinə yazılı etirazında qeyd etmişdir ki, iddiaçı bir müddət Norveç ölkəsində yaşasa da, ordan daimi gəliri olmamışdır. Lakin iddiaçı Norveçdən hər ay böyük miqdarda müavinat almışdır. Almış olduğu xəsarət Norveçdə işləyərkən iş yerində olduğundan, oradan iddiaçıya hər ay küllü miqdarda əmək müavinatı olaraq pensiya ödənilir. Lakin həmin məbləğ iddiaçının Norveç Banklarının biri ndə açılmış hesaba köçürülür. İddiaçının maddi vəzyyətində hər hansı ağırlaşma baş verməmişdir. İddiaçının qeyd etdiyi 1-ci qrup əlilliyin alınması və məhkəməyə təqdim olunan sənədlər isə müəmmalıdır. Norveçdə almış olduğu xəsarətə görə 1-ci qrup əlillik təyin edilə bilməzdi. İddiaçının 1-ci qrup əillik almaqda Norveç dövlətindən hər ay əlavə vəsait əldə etmək niyyəti güdmüşdür. İddiaçının hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə məqsədi isə övladına aliment ödəməkdən boyun qaçırmaqdır. Həmçinin, iddiaçı Norveçdə yaşadığı zaman biznes fəaliyyəti ilə məşğul olurdu. Qazancı Avropa ölkələrinə nisbətdə belə kifayət qədər yüksəkdir. Bununla bağlı aliment tələbi ilə məhkəməyə müraciət edildikdə müvafiq sənədlər də təqdim edilmişdir. İddiaçı bacı və qardaşlarının adına avtomobillər və evlər alıb, kirayə verərək əlavə gəlir də əldə edir. İddiaçının özünün də qeyd etdiyi kimi himayəsində daha iki azyaşlı övladı var. Lakin xx.xx.2008-ci il təvəllüdlü qızları X4 aliment ödənilməsindən qərəzli olaraq boyun qaçırır. Bütün bunlara baxmayaraq iddiaçının hazırda real borcu 23000 manatdan da daha artıqdır. Həmin borcun əsas hissəsi 2014-2019-cu illər arasında yaranmış borcdur. İddiaçı həmin borcu ödəməkdən qərəzli olaraq boyun qaçırır və bu səbəbdən hazırda axtarışa verilmişdir. Aliment borcunu ödəməmək və yubatmaq məqsədi ilə 2017-ci il tarixində müvəqqəti qeydiyyat üzrə Cəlilabad rayonunda olduğunu qeyd edərək, alimentin ödənilməsi ilə bağlı icra işini Cəlilabad Rayon İcra Şöbəsinə, daha sonra isə iddiaçı olduğu yer üzrə tapılmadığından 2018-ci ildə qeydiyyat üzrə Qaradağ Rayo n İcra Şöbəsinə yönəltmişdir. Lakin, icra şöbələrində iddiaçı barəsində olduğu yer məlum olmadığı üçün axtarış verilmiş, nəticəsi olmamışdır.

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2966/2022 saylı, 23 iyun 2022-ci il tarixli qətnaməsi (hakim Pərviz Zamanlı) ilə iddia tələbi təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi qətnaməsində qeyd etmişdir ki, iddiaçının iddia tələbi 2 hissədən ibarətdir: 1) 23000 manat aliment borcunun ödənilməsindən azad edilməsi, 2) əmək qabiliyyətini itirdiyinə görə aliment öhdəliyinə xitam verilməsi.

9. Birinci tələbin hüquqi tənzimlənməsi Ailə Məcəlləsinin 107-ci maddəsində nəzərdə tutulmuşdur. Qeyd edilən müddəadan göründüyü kimi, aliment borcundan azad edilmənin 2 qaydası nəzərdə tutulmuşdur. Birincisi, tərəflərin razılığı, ikincisi məhkəmənin q ərarı əsasında. Birinci qaydaya görə tərəflər arasında alimentin ödənilməsi barədə əvvəlcədən sazişin olması zəruridir. İkinci qaydaya görə aliment ödəyən şəxs borcu ödəməkdən azad edilməsi barədə məhkəmədə iddia qaldırmalıdır. Qanunun tələbinə görə bu halda şəxsin aliment borcunu ödəməkdən azad edilib-edilməməsi üçün qiymətləndirmə meyarları məhkəmənin səlahiyyətindədir. İddiaçının hazırkı iddiası ikinci tələbə uyğun olduğundan mübahisənin araşdırılması və hüquqi qiymət verilməsi də həmin qayda üzrə aparılmalıdır.

10. Məhkəmə bildirmişdir ki, iddiaçı aliment borcunu ödəməkdən azad olunmasını xəstəliyi ilə əlaqədar olduğunu bildirmişdir. iddiaçı özü iddia ərizəsində göstərmişdir ki, dəfələrlə alimentin azaldılmasına dair məhkəməyə müraciət etmiş, həmin müraciətlərdə xəstə olması, xarici dö vlətdə yaşamadığı, heç bir yerdən gəlirinin olamadığına dair tələblər qoymuş, lakin cavabsız qalmışdır.

11. Göründüyü kimi, iddiaçı xəstə olması əsası ilə alimentin azaldılması barədə əvvəllər də məhkəməyə müraciət etdiyini və işin həmin faktiki halının araşdırılaraq hüquqi qiymət verildiyini özü də iddia ərizəsində qeyd etmişdir.

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)4326/2015 saylı xx.xx.2015-ci il tarixli qərarı ilə hər ay iddiaçıdan 500 manat sabit pul məbləğində aliment tutulması qərara alınmış, Ali Məhkəmə öz qərarında belə qənaətə gələrkən iş materialları əsasında iddiaçının Norveç Krallığında işlədiyi dövrdə yüksək əmək haqqına malik olmasına və uşağın saxlanılmasının maksimal səviyyədə təmin edilməsinə əsaslanmışdır.

13. İddiaçı Ali Məhkəmənin s özügedən qərarı qüvvəyə mindikdən sonra 11.481 manat aliment borcunu xx.xx.2016-cı il tarixdə cavabdehin nümayəndəsinə (atasına) ödəmiş və bu barədə eyni tarixdə akt tərtib edilmişdir. Bundan başqa, iş materiallarında olan qəbzlərlə müəyyən edilir ki, iddiaçı tərəfindən 2017-ci ildə 4 dəfə olmaqla, 569 manat, 2018-ci ildə 9 dəfə olmaqla 900 manat (hər ay 100 manat), 2019-cu ildə 8 dəfə olmaqla 800 manat (hər ay 100 manat), 2020-ci ildə 8 dəfə olmaqla 800 manat (hər ay 100 manat) və 2021-ci ildə 7 dəfə olmaqla 700 manat (hər ay 100 manat) aliment ödənilmişdir.

14. Eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021- ci il tarixli qərarından görünür ki, iddiaçı alimentin azaldılması barədə məhkəməyə müraciət etmiş, həmin mübahisə üzrə araşdırma aparılarkən iddiaçı nın xəstəliyi olmuş və bununla əlaqədar olaraq o, xx.xx.2017-ci il tarixdə 3-cü qrup, xx.xx.2019-cu il tarixə 1-ci qrup əlillik dərəcəsi almışdır. Məhkəmə tərəfindən tutulmalı olan alimentin miqdarı azaldılaraq, 170 manat müəyyən edimişdir.

15. Məhkəmə bildirmişdir ki, iddiaçı xəstəliyini əsas gətirərək aliment borcunun ödənilməsindən azad olunmasını tələb etsə də, şərh edilənlərdən də göründüyü kimi, o, hətta 1-ci qrup əlillik dərəcəsi təyin edilən vaxta qədər alimenti heç bir əsas olmadan ödəməmişdir. Halbuki, Ali Məhkəmənin xx.xx.2015-ci il tarixli qərarında iddiaçıdan tutulacaq alimentin məbləği (hər ay 500 manat), məhz onun Norveç Krallığında yüksək əmək haqqı almasına görə təyin edilmişdir.

16. Məhkəmə qeyd etmişdir ki, iddiaçının ödəmək istəmədiyi aliment borcu onun övladının saxlan ması, maddi təminatının mümkün qədər normal vəziyyətdə saxlanması məqsədilə müəyyən edilmişdir. Xüsusilə qeyd edilməlidir ki, məhkəmə tərəfindən həmin aliment təyin edilərkən uşağın əvvəlki təminatının yüksək olması nəzərə alınmışdır. Alimentin tutulmasında da əsas məqsəd uşaqların maddi təminatının mümkün qədər yüksək səviyyədə saxlanılması, bununla onların hüquq və mənafelərinin qorunmasından ibarətdir.

17. Beləliklə, şərh edilənlər əsasında məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının aliment borcunu ödənilməsindən azad edilməsi əsaslı hesab edilə bilməz.

18. İddiaçının iddiasının 2-ci hissəsi, əmək qabiliyyətini itirdiyinə görə onun aliment öhdəliyinə xitam verilməsilə bağlı məhkəmə hesab etmişdir ki, iddianın həmin hissəsi də əsassızdır. İddiaçı aliment öhdəliyinə xitam verilməsini A ilə Məcələsinin 113.2.5ci maddəsinə əsasən, yəni 1-ci qrup əlilliyi ilə əlaqədar əmək qabiliyyətini itirdiyinə görə tələb edir. Həmin maddəyə əsasən əmək qabiliyyəti olmayan və ya ehtiyacı olan aliment alan ər və ya arvad yeni nikaha daxil olduqda məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə xitam verilir.

19. Məhkəmə qeyd etmişdir ki, Ailə Məcəlləsinin 113.2.5-ci maddəsində də, məhz əmək qabiliyyəti olmayan və ya ehtiyacı olan ər və ya arvada ödənilən alimentin xitamı nəzərdə tutulmuşdur ki, bunun da yeganə əsası əmək qabiliyyəti olmayan və ya ehtiyacı olan ər arvadın yeni nikaha daxil olması ilə əlaqədardır. Lakin iş materialları ilə Ailə Məcəlləsinin 113.2.5-ci maddəsində göstərilən əsasla iddiaçıdan cavabdehin xeyrinə hər hansı məbləğdə aliment tutulması müəyyən olunmur. İddiaçıda n tutulan aliment yalnız cavabdehlə birgə nikahlarından doğulmuş övladı Nuray Mirzəyevanın saxlanmasına görədir ki, onun da məbləği Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarı ilə sabit pul məbləğində hər ay 170 müəyyən edilmişdir. Həmin alimentə xitam verilməsi üçün hazırda heç bir hüququ əsas isə mövcud deyil. Belə ki, iddiaçı hazırda 350 manat (220 manat İ qrup əlilliyə görə, 130 manat isə Prezidentin aylıq təqaüdü) təqaüd alır.

20. Məhkəmə öz mövqeyini əsaslandırarkən Ailə Məcəlləsinin 75.1, 78.1, 81, 82, 83, 84, 87, 113-cü maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

21. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2966/2022 saylı, 23 iyun 2022-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbin in təmin olunmasını xahiş etmişdir.

22. İddiaçı apellyasiya şikayətini bununla əsaslandırmışdır ki, sağlamlığında yaranan problemlərlə və aliment ödənişinin aylıq gəlirindən üstün hesablanması səbəbilə tələb olunan aliment borcunu vaxtlı- vaxtında ödəyə bilməyib. Xəstəliyi səbəbilə yaşadığı sıxıntılar vaxtında ödəyə bilmədiyi aliment borcunun məbləğini 23000 manata qədər toplanmasına gətirib çıxardı. Valideyinləri, ( nənə-baba) 2016-cı ildə üzərində olan aliment borcunun 11000 min manatını ödədilər. Onun sağlamlıq imkanlarının günü-gündən məhdudlaşdığı və ikinci evliliyindən himayədə iki azyaşlı övladının olmasını əsas gətirərək alimentin azaldılması barədə 2019-cu ildə yenidən iddia qaldırdı. Eyni zanda xəstəliyi artıq o qədər irəlilədi ki, 09.01. 2019-cu ildə TSEK-nın qərarı ilə əmək qab iliyyətsiz 1-ci qrup əlillik təyin olundu. Əlavə olaraq kənar şəxsin köməyinə ehtiyacı olması səbəbiylə Azərbaycan Respublikası MPM-in 321.1 maddəsi ilə X7 ona baxıcı olaraq təyin edib. 2021-ci ildə eyni iddia ilə təkrar məhkəməyə iddia ərizəsi ilə müraciət etdi. Ərizədə xəstəliyini təsdiq edən bir neçə epikirizlər, TSEK-nın əlilliyi və əmək qabiliyyətsiz olduğunu sübut edən lazımi sənədlər olmasına baxmayaraq məhkəmə onun iddiasınıı qismən təmin edib, alimentin məbləğini 170 manat sabit aliment təyin etdi. Cavabdeh 2014-cu il 28 aprel tarixindən qızı X1 üçün ondan aliment alır. Lakin bu qədər zaman ərzində bir dəfə də olsun ona övladı ilə görüşməyə icazə verməyib. Ailə Məcəlləsinin 50.3 maddəsinə əsasən o övladı ilə ünsiyyət yaratmaq, onunla görüşmək hüququna sahibdir. Cavabdeh AM-nin 61. 2 (Uşaqla yaşayan valideyin uşağın fiziki, psixoloji sağlamlğına,onun əxlaqı inkişafına zərər verməyən digər valideyinlə görüşməsinə mane olmamalıdır) kobud şəkildə pozur.

23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (X11 Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, X8 və X9) 2(103)-6276/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, Xətai Rayon Məhkəməsinin 2(011)-2966/2022 saylı, 23 iyun 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

24. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırki işlə bağlı faktiki hallar tələbin birinci hissəsi üzrə yuxarıda qeyd olunan maddi hüquq normasının (AM.m.107.2) dispozisiya şərtləri ilə uzlaşmadığından, tələbin ikinci hissəsinin isə qanuni əsası tapılmadığından, üstəli k tələbin hər iki hissəsi üzrə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxdığından iddia haqlı sayılmır.

25. Apellyasiya şikayətinin dəlilləri iddia tələbinin dəlilləri ilə eyni məzmunlu olduğundan birinci instansiya məhkəməsi tərəfindən də bu dəlillərə Ailə Məcəlləsinin tələbləri baxımından kifayət qədər əsaslandırılmış formada hüquqi dəyərləndirmə aparılmaqla qiymət verilmiş və iddianın rədd edlməsi barədə qənaət qanuni və əsaslı olmuşdur. Belə ki, iddiaçının göstərdiyi dəlillər onu, uşağı ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən uşağın saxlanması üçün məhkəmə qaydasında müəyyən edilmiş aliment ödəmək vəzifəsindən azad etmir. İddiaçının göstərdikləri onu həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu uşağının saxlanılmasına görə müəyyən edilmiş və yığılmış aliment borcunu ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi iddiaçının da valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Yeni nikah bağlaması və bu nikahdan iki uşağının doğulması da hazırki iddianın əsaslı olduğuna dəlalət etmir və təmin edilməsi üçün əsas sayılmır

26. Kollegiya qeyd etmişdir ki, Apellyasiya şikayətinin məzmunundan o da bəlli olmuşdur ki, əslində iddiaçının hazırki iddianı irəli sürməsinə səbəb cavabdehin ona uşağı ilə görüşməsinə mane ə yaratması ilə bağlı olmuşdur. Əlbəttə ki, Ailə Məcəlləsinin 61.2-ci maddəsinə əsasən uşaqla yaşayan valideyin uşağın fiziki, psixoloji sağlamlğına, onun əxlaqı inkişafına zərər verməyən digər valideyinlə görüşməsinə mane olmamalıdır. Həqiqətən də cavabdeh iddiaçının uşaqla ünsiyyətinə maneə yaradırsa, bunun üçün hazırki iddianın qaldırılmasına ehtiyac yox idi. Çünki, bu cür iddia iddiaçının uşağı ilə ünsiyyət barədə nail olmaq istədiyi məqsədinə çatmaq üçün düzgün vasitə deyildir. Başqa sözlə, iddiaçı uşağı ilə görüşməsinə cavabdehin maneə yaratmaması üçün düzgün vasitə(yol) seçməmişdir.

27. Kollegiya öz mövqeyini əsaslandırarkən Ailə Məcəlləsinin 61.2-ci maddəsinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

28. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6276/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı (vəkil X2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

29. Kassasiya şikayəti apellyasiya şikayəti ərizəsində olan eyni dəlillərlə əsaslandırılmış, Şikayətin hüquqi əsası kimi apellyasiya şikayətində istifadə edilən normalara istinad edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi

30. Maddə 55.1 Uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir.

31. Madə 75.1 Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

32. Maddə 75.4 Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçü n vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

33. Maddə 107.2. Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər.

34. Maddə 113.1. Aliment ödənilməsi barədə saziş əsasında müəyyən olunmuş aliment öhdəliklərinə tərəflərdən birinin ölümü nəticəsində, sazişin müddəti bitdikdə və ya sazişdə nəzərdə tutulmuş əsaslar üzrə xitam verilir.

35. Maddə 113.2. Məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə aşağıdakı hallarda xitam verilir: -113.2.1. uşaq yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatmamış tam fəaliyyət qabiliyyəti əldə etdikdə; -113.2.2. alim ent ödənilən uşaq övladlığa götürüldükdə; -113.2.3. aliment alan şəxsin maddi yardıma ehtiyacının ödənildiyi və ya əmək qabiliyyətinin bərpa olunduğu məhkəmə tərəfindən müəyyən olunduqda; -113.2.4. aliment alan şəxs və ya aliment ödəyən şəxs öldükdə; -113.2.5. əmək qabiliyyəti olmayan və ya ehtiyacı olan aliment alan ər və ya arvad yeni nikaha daxil olduqda. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlər indən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Hazırkı kassasiya şikayətində iddiaçı məhkəmə aktını bütövlükdə mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiya məhkəməsi nin mövqeyi

44. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Kassasiya kollegiyası hesab edir ki, iddiaçının maddi imkanın zəif olması, 1ci qrup əlil olması, başqa nikahdan uşaqlarının olması onu uşağını yetkinlik yaşına çatanadək saxlamaq öhdəliklərini yerinə yetirmək vəzifəsindən azad etmir.

46. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiy i hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini və məhkəmə kollegiyasının apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə razı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, maddi və həmçinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur.

47. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, uşağın gündəlik zəruri qida və digər zəruri ehtiyaclarının artması hamıya bəlli olan hal olmaqla, həmin ehtiyacların təmin edilməsində valideynlərin hər biri bərabər məsuliyyət da şıyırlar. İddiaçının şikayətinin dəlilləri (1-ci qrup əlil olması, əmək qabiliyyətsiz olması, əlilliyə görə aldığı təqaüddən başqa heç bir qazancının, gəlirinin olmaması və s. kimi) ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının qeyd etdiyi hallar övladı qarşısında qanunvericiliklə müəyyən edilmiş öhdəliyinin yerinə yetirilməməsinin əsası ola bilməz.

48. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qə tnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz.

49. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6276/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar