Məhkəmə qərarları › İş №2(102)-1290/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1290/2025

21.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1290/2025 21.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Culfayeva (Əlişova) Natella Alaverdi qızının Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: fiziki şəxsin törətdiyi inzibati və cinayət hüquq pozuntusundan irəli gələn mülki mübahisə, mənəvi ziyan tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən), Həsənov Rəşad Məhəmməd oğlundan və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6498/2024 nömrəli 17 dekabr 2024-cü il tarixli qətnam əsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 21 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı ilə cavabdeh xx.xx.2009-cu il tarixdə nikaha daxil olmuşlar, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-182/2023 saylı, 17 fevral 2023-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur.

2. Cavabdeh barəsində CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanmış, verilmiş ittihama görə o, xx.xx.2022-ci il tarixdə saat 00:30-da yaşadıqları ünvan 1 ünvanında aralarında yaranmış şəxsi münasibətlər zamanı baş vermiş mübahisə zəminində arvadı – iddiaçı ilə əvvəlcə sözlü mübahisə edib, sonradan onu əli ilə döyüb, eləcə də, qəsdən itələyib sonuncuya alının sol yarısının dərialtı hematoması, sol dirsək oynağı nın hematoması, şişkinliyi, hərəkət məhdudluğu və sağ bazunun sınığı ilə nəticələnən sağlamlığa qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül xəsarətlər yetirmişdir.

3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-81/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə cavabdehə CM-nin 128-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmişdir. Həmin hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti tam, iddiaçı tərəfindın verilmiş apellyasiya şikayəti isə qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1158/2023 saylı, xx.xx.2023-cü tarixli hökmü ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023- cü il tarixli hökmü ləğv edilmiş, cavabdeh CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək, 1000 manat məblə ğində cərimə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının sözügedən hökmündən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti AR Ali Məhkəməsinin Cinayət kollegiyasının 1(102)-177/2024 saylı, xx.xx.2024cü il tarixli qərarı ilə təmin edilməmişdir.

4. Cavabdeh barəsində aparılmış cinayət işinin materiallarında olan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 X10 xx.xx.2022-ci il tarixli, 756 nömrəli ekspert rəyinə əsasən iddiaçıda alının sol yarısında 6x5 sm ölçüdə solğun sarımtıl-qəhvəyi rəngdə sovrulmaqda solan derialtı hematoma vardır. Sol dirsək oynağı şişkindir, sarımtıl-qəhvəyi rəngdə sirkulyar hematomalıdır, maye dalğası izlənilir, aktiv və passiv hərəkətlər bir qədər məhduddur. Sağ bazunun aşağı 1/3 apa səthində 3x2 sm ölçüdə solğun çəhrayı rə ngdə oval formalı piqmentsizleşmiş sahə (sıyrıq izi) vardır. Xəsarətlər bərk küt əşya(lar) təsirindən törənmişdir, qərarda göstərildiyi kimi xx.xx.2022-ci il tarixdə kənar şəxs tərəfindən törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənəvi zərərin əvəzi olaraq 20000 manat pulun, 150 manat dövlət rüsumunun və 320 manat hüquqi xidmət xərcinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə saat 00:30-da birlikdə yaşadıqları ünvan 2 ünvanında aralarında yaranmış mübahisə cavabdeh onu əli ilə döyüb, eləcə də qəsdən itələyib alnının sol yarısının dərialtı hematoması, sol dirsək oynağının hematoması, şişkinliyi, hərəkət məhdudluğu və sağ bazunun sıyrığı ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül xəsarətlər yetirmişdir. Cavabdeh qeyd edilən əməlinə görə AR CM-nin 128-ci maddəsi ilə məhkəməyə verilmiş və Bakı Apellyasiya Məhkəməsinin ilə həmin maddə ilə təqsirli bilinmiş və o maddənin sanksiyası həddində 1000 (bir min) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Cavabdeh iddiaçıya qəsdən yüngül xəsarətlər yetirməklə ona mənəvi sarsıntı və iztirablar vermişdir, iddiaçı uzun müddət həmin sarsıntı və iztirabların təsiri altında olmuşdur.

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli 2( 103)6498/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, mənəvi zərərə görə 1000 manat pulun və ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (X2)

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının cavabdeh tərəfindən döyülməsi və cavabdehin iddiaçıya xəsarət yetirməsi, iddiaçının sağlamlığına zərər vurulması məhkəmə tərəfindən qəbul edilmiş və qanuni qüvvəyə minmiş hökmlə müəyyən edilmişdir. Döyülmə nəticəsində iddiaçının fiziki əzab, psixoloji stress, sarsıntı, emosional gərginlik və s. formada mənəvi zərər çəkməsi mübahisəsiz hal kimi qəbul edilməlidir. Lakin məhkəmə hesab etmişdir ki, iddiaçıya dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə cavabdehdən iddiaçın ın xeyrinə tutulmalı olan məbləğ 20000 manat müəyyən edilə bilməz. Məhkəmə, cavabdehin törətdiyi əmələ görə məsuliyyətə cəlb olunmasını, onun məhkum olunmasını nəzərə alaraq hesab etmişdir ki, bununla da iddiaçıya dəymiş mənəvi zərər qismən də olsa ödənilmişdir. Belə olan halda cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan mənəvi zərərin əvəzi 1000 manat həcmində müəyyən edilməlidir.

9. Məhkəmə daha sonra qeyd etmişdir ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 150 manat məbləğində dövlət rüsumunun bir qismi – 50 manat iddiaçının özünə aid edilməlidir, çünki iddia qismən təmin olunmuşdur. Bu məqsəd ilə cavabdehdən iddiaçının xeyrinə 100 manat məbləğində pulun tutulmalıdır. İddiaçının hüquqi yardıma çəkilmiş xərcin əvəzinin tutulmasını tələb etdiyi 320 manat tam və ya qismən ca vabdehdən iddiaçının xeyrinə tutula bilməz, çünki iddiaçı bu kimi xərcin onun tərəfindən çəkilməsini təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir.

10. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1-ci maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Cavabdeh qətnamədən apelly asiya şikayəti verərək, qətnamənin iddianın təmin olunması hissədə ləğv edilməsini və iddianın tam həcmdə rədd edilməsi barədə iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Cavabdehin apellyasiya şikayəti isə onunla əsaslandırılmışdır ki, iddiaçı heç bir mənəvi iztirab və sarsıntı keçirməmiş, hadisə baş verən günün səhəri işdə olmuş, aktiv iş həyatı sürmüş, treninqlərdə iştirak etmişdir. Qeyd edilən hallar Rayon Məhkəməsi tərəfindən araşdırılmamış, cinayət işi tələb edilərək materialdakı sübutlara hüquqi qiymət verilməmişdir. Belə ki, cinayət işinə baxmış məhkəmə cinayət işinin istintaqını aparmış Xətai Rayon Polis İdarəsinin müstəntiqi barəsində xüsusi qərar çıxarmışdır. Həmin qərar hazırda qüvvədədir. Həmin qərarla müəyyən edilmişdir ki, sübutlar (ekspertiza rəyi və. s) qanunsuz yolla əldə edildiyindən, sübut növü kimi istifadə edilə bilməz. Lakin mülki işə baxmış Rayon Məhkəməsi bunu nəzərə almamışdır. Məhkəmə işə onların iştirakı olmadan baxmışdır.

13. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddianın rədd edilməsi hissədə ləğv olunmasını və iddianın tam həcmdə təmin olunması barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmənin cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçı vurulmuş mənəvi zərəri 1000 manat qiymətləndirməsi ağlabatan və ədalətli olmamışdır, habelə iddiaçının mənəvi iztirablara məruz qalmış şəxs kimi qadın olması, ali təhsilli uşaq həkimi olması, iki qız uşağının anası olması, qadın kollektiv ində işləməsi, döyülərək xəsarət alan zaman 43 yaşının, yəni cəmiyyətdə öz yerini tutmuş yetkin bir vətəndaş olması, gənc olmaması kimi hallar nəzərə alınmamışdır.

15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6498/2024 nömrəli 17 dekabr 2024-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli 2(103)-6498/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi üçün apellyatorların ödədikləri dövlət rüsumlarının onların özlərinə aid edilməsi qət edilmişdir. (X1 (sədrlik edən və məruzəçi), X4 və X7 ibarət tərkibdə)

16. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin qətnamədən verdiyi apellyasiya şikayətində ifad ə edilmiş dəlili – mülki işə baxmış Rayon Məhkəməsinin cinayət işini tələb edərək cinayət işindəki sübutları tədqiq etməməsi, cinayət işi üzrə sübutların (ekspertiza rəyi və. s) qanunsuz yolla əldə edilməsinə əhəmiyyət verməməsi barədə dəlilləri əsassızdır. Belə ki, MPM-in 82.4-cü maddəsinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

17. Cavabdehin apelyasiya şikayətinin digər dəlili ondan ibarət olmuşdur ki, iddiaçı heç bir mənəvi iztirab və sarsıntı keçirməmiş, hadisə baş verən günün səhəri işdə olmuş, aktiv iş həyatı sürmüş, treninqlərdə iştirak etmişdir. Lakin mülki işə baxmış Rayon Məhkəmə si bunu, yəni iddianın tam əsassız olmasını nəzərə almamış, iddianı qismən də olsa təmin etmişdir.

18. Həmin dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, cinayət işi üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli rəyi ilə də müəyyən edilmişdir ki, iddiaçıda yuxarıda qeyd edilən xəsarətlər aşkar edilmişdir. Cavabdehin apellyasiya şikayətində ifadə edilmiş və müzakirə edilən bu dəlilləri əsassızdır.

19. Cavabdeh daha sonra qeyd etmişdir ki, mülki işə baxmış Rayon Məhkəməsi işin baxılmasında onun iştirakını təmin etməmişdir.

20. Həmin dəlilə münasibətdə məhkəmə qeyd etmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə təyin edilmiş məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehə elektron qaydada və kağız daşıyıcıda məlumatlar vermiş, cavabdeh həmin iclaslard a iştirak etməsə də, işə baxmış Rayon Məhkəməsinə yazılı qaydada “hakimə etiraz” və “məhkəmə baxışı iclasının təxirə salınması barədə vəsatət” vermişdir.

21. İddiaçının verdiyi apellyasiya şikayəti ilə bağlı apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı mənəvi zərərə görə pulu sağlamlığına xəsarət yetirilməsi ilə bağlı tələb edir. Bununla yanaşı, məhkəmə mənəvi zərərin həddini müəyyən edərkən iddiaçının sağlamlığına yüngül zərər vurulmasını, baş vermiş hadisədən iki il müddət ötdüyünü, habelə cavabdehin maddi imkanlarını nəzərə alır. İddiaçı cavabdehin hərəkətləri nəticəsində fiziki ağrılara məruz qalmış, bununla o, mənəvi sarsıntı keçirmişdir. Lakin ona təyin edilən bədən xəsarətləri yüngül dərəcə ilə qiymətləndirilmiş, həmin xəsarətlər iddiaçının uzun müddət sağlamlığının pozulması ilə deyil, az bir müddət ərzində davam etmişdir. Həmçinin, həmin hadisədən artıq 2 ildən artıq vaxt keçmişdir, bu müddət ərzində iddiaçı əvvəlki normal həyatına xeyli müddətdir ki, qayıtmışdır. Cavabdehin maddi imkanı ilə bağlı isə qeyd edilməlidir ki, “Elektron məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, cavabdehin rəsmi iş yeri və gəliri yoxdur. Həmçinin, məhkəmə araşdırması zamanı da müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin birgə nikahlarından doğulmuş yetkinlik yaşına çatmayan 2 uşağın saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay, ümumilikdə 800 manat aliment tutulur. Buna görə də cavabdehdən iddiaçının xeyrinə tutulacaq mənəvi zərərin əvəzi 1000 manat həcmində müəyyən edilməlidir.

22. Apellyasiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1096.2 və 1097.1-ci maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.4, 88 və 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasıının 2(103)-6498/2024 nömrəli 17 dekabr 2024-cü il tarixli qətnaməsinin iddianın təmin edilmə məsi hissəsində ləğv edilməsi, işə iddianın təmin edilməməsi hissəsində yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti iddia ərizəsi və apelyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, işə baxan məhkəmə iddiaçının düşdüyü arzuolunmaz mənəvi-psixoloji vəziyyətin davamlı olduğunu, uzun müddət davam etdiyini nəzərə almaqla iddiaçının məruz qaldığı mənəvi zərərin məbləğini ağlabatan, ədalətli və iddiaçının məruz qaldığı mənəvi iztirablara mütənasib olan məbləğdə - 20000 manat məbləğində olmasını müəyyən edərək iddianı təmin etməli olduğu halda bunu etməmiş, odur ki, maddi hüquq normalarının tələblərini pozmuşdur.

25. İşə baxan apelyasiya instansiyası məhkəməsi işdə olan sübutlara MPM-in 88-ci maddəsinin tələblərinə riayət etməklə hüquqi qiymət verməmiş, nəticədə apelyasiya məhkəməsinin qətnaməsi mənəvi zərərin tutulmasının rədd edilməsi hissəsində prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

26. Kassasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəllənin 1096.1, və 1097.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarına, ""Cinayət və hakimiyyətd ən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında"" Bəyannaməyə və Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

28. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

29. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasayd ı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

30. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.

31. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

32. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

33. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxs in şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 34. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli qərarı Mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər. Mənəv i zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. 35. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarı. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumları nı və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsi

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün had isənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şi kayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Hazırkı kassasiya şikayətində qətnamə iddianın təmin edilməyən hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxl anılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

45. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsində, aşağı instansiya məhkəmələri tərəfindən işə baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

46. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması M PM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

47. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgü n hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Culfayeva (Əlişova) Natella Alaverdi qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6498/2024 nömrəli iş üzrə 17 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar