Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1292/2019 05.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 05 mart 2019-cu il İŞ № 2(102)-1292/2019 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Cavabdeh2 ASC-nin vəkili Vəkil iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 sentyabr 2018-ci il tarixli, 2(103)-10570/2018 saylı qətnaməsindən İddiaçı və vəkili xxx oğlunun kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 08 iyun 2018-ci il tarixli, 2(001)681/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim A.Ə.Rzayev) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ASC-nə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddiası rədd edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 sentyabr 2018-ci il tarixli, 2(103)-10570/2018 saylı qətnaməsi ilə (hakimlər A.N.İmanov sədrlik edən, məruzəçi, E.Q.Nəbiyev və R.Ə.Qurbanov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 08 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və vəkili Elvin Rzayev qətnamədən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehlərə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab ed ilməsi” barədə iddia qaldırmış və tələbini onunla əsaslandırmışdır ki, 27 yanvar 2015-ci il tarixdə onunla Cavabdeh2 ASC arasında ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə Cavabdeh1 birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 5/13 saylı evin 13-cü mənzili ipoteka qoyulmuşdur. İpoteka müqaviləsinin bağlanmasından onun məlumatı olmamış və ipoteka müqaviləsi qanunverciliyin tələblərinin pozulması ilə bağlanmışdır. Ona görə də, sözügedən mənzilə dair Cavabdeh1 ilə Cavabdeh2 ASC arasında bağlanmış 27 yanvar 2015-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla ə saslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Cavabdeh2 ASC-nin vəkili Vəkil kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı, vəkili Elvin Rzayev və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yer i haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, Cavabdeh2 ASC-nin vəkili Vəkil izahatını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, ipoteka müqaviləsinə əsasən mübahisəli evin qanuni əsaslarla kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi ipoteka qoyulmasına, ipoteka müqaviləsinin etibarsız sayılması üçün əsasların olmamasına, iddia ərizəsini rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad etmiş və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 347.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəmə si apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir, maddi hüquq normalarının tətbiqində, təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, 09 aprel 2011-ci il tarixdə iddiaçı rəsmi nikah əsasında Cavabdeh1 ilə ailə qurmuş və onların birgə nikahları dövründə əldə etdikləri Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 5/13 saylı evin 13-cü mənzili daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquq i üzrə Cavabdeh1 adına qeydə alınmışdır. 27 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 ASC tərəfindən Cavabdeh1 42 ay müddətinə, illik 18 faiz ödənilməsi şərti ilə 30.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi 27 yanvar 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən sözügedən mənzil Cavabdeh2 ASC-nin xerinə ipoteka qoyulmuşdur. Bundan sonra Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün Bakı şəhəri, Binəqədə rayon məhkəməsinin 31 mart 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 ASC-nin Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” barədə iddiası qismən təmin edilərək, Cavabdeh1 cəmi 31.184,18 ABŞ dolları məbləği ndə kredit borcunun tutulub Cavabdeh2 ASC-nə ödənilməsi və tutmanın sözügedən ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin ilkin satış qiymətinin 62.000 manat müəyyən edilməsi və qalan hissədə iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı qeyd olunan mənzilin Cavabdeh1 ilə birgə nikahı dövründə əldə edilməsini, sözügedən ipoteka müqaviləsinin bağlanmasından məlumatsız olmasını, ipoteka müqaviləsinin bağlanmasına razılıq verməməsini, ipoteka müqaviləsinin qanunverciliyin tələblərinin pozulması ilə bağlanmasını göstərib, Cavabdeh2 ASC ilə aralarında bağlanmış 27 yanvar 2015-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə əlavə edilmiş 22 yanvar 2015-ci il tarixli notarial qaydada tə sdiq edilmiş ərizədən görünür ki, iddiaçı sözügedən mənzilin ipotekaya qoyulmasına etiraz etmədiyini bildirmişdir. İddiaçı sözügedən ərizədəki imzanın ona məxsus olmadığını bildirdiyi üçün iş üzrə məhkəmə xəttşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 aprel 2018-ci il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, 22 yanvar 2015-ci il tarixli razılıq ərizəsindəki imza və “İddiaçı” yazıları İddiaçı tərəfindən icra olunmuşdur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə əsasən, ipoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. Azərbaycan Respublikası Mülki Məcəll əsinin 347.1-ci maddəsinə əsasən, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd, belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 347.2-ci maddəsinə əsasən, vacib əhəmiyyətli yanılma aşağıdakı hallarda baş vermiş sayılır: şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb, işə əlavə edilmiş sübutları tədqiq edib haqlı olaraq qeyd et mişdir ki, mübahisəli mənzilin 27 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi 27 yanvar 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 ASC-nin xeyrinə ipoteka qoyulması, ipoteka müqaviləsi notariat orqanında bağlanarkən iddiaçının mübahisəli mənzilin Cavabdeh2 ASC-nin xeyrinə ipoteka qoyulmasına yazılı razılıq verməsi, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi halları və işə əlavə edilmiş sübutlarla, o cümlədən ekspert rəyi ilə tam təsdiq edildiyindən, apellyasiya instansiyası məhkəməsi tərəfindən haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılmış və sadalanan maddi hüquq normalırının tələbləri hazırkı mülki mübahisəyə düzgün tətbiq edilmişdir. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, Cavabdeh2 ASC-nin tələbinə əsasən yuxarıda göstərilən işə baxılarkən iddiaçının mübahisəli mənzilin ipoteka qoyulmasına yazılı razılıq verməsinə dair ərizədəki imzanın ona məxsus olmamasını mübahisələndirməməsi, yəni məhkəməyə yazılı vəsatət verib müvafiq ekspertizanın keçirilməsini tələb etməməsi və ümumiyyətlə həmin işə baxılarkən ipoteka müqavilənin etibarsız hesab edilməsi ilə bağlı hər hansı tələb irəli sürməməsi və sair hallar iddiaçının mübahisəli mənzilin 27 yanvar 2015-ci il tarixdən Cavabdeh2 ASC-nin xeyrinə ipoteka qoyulmasını bilməsini istisna etmir. Digər tərəfdən işdən, kassasiya şikayətinin dəlillərindən görünür ki, kr editi götürən və sözügedən mənzili ipoteka qoyan iddiaçının rəsmi nikahda olduğu arvadıdır və onlar bir ailənin üzvləri olmuşlar. Eləcə də ipoteka müqaviləsi bağlanarkən zəruri sənədələri (mənzilə dair hüquqların dövlət qeydiyyatı haqqında çıxarışı, 2 saylı formada arayışı, iddiaçının yazılı razılıq ərizəsini və sair) də notariat orqanına məhz həmin şəxslər təqdim etmişlər. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib eyni zamanda hesab edir ki, Cavabdeh2 ASC sözügedən ipoteka müqaviləsi üzrə vicdanlı tərəf olduğundan, 27 yanvar 2015-ci il tarixli ipoteka müqaviləsi iddiaçının tələbinə əsasən 2 ildən sonra etibarsız sayıla bilməz. Belə ki, Cavabdeh2 ASC ilə iddiaçının arvadı Cavabdeh1 arasında sözügedən mənzilə dair ipoteka müqaviləsi bağlanarkən daşınma z əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamlığı prezumpsiyası qüvvədə olmaqla, hər şeydən əlavə Cavabdeh2 ASC ipoteka müqaviləsi üzrə vicdanlı tərəf olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdi rilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Həmin Məcəllənin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Kassasiya instansiyası məhkəməsi sadalanan maddi hüquq normalarının tələblərini əsas tutub, işin həqiqi hallarını nəzərə alıb hesab edir ki, ki, iddiaçının iddia ərizəsində göstərdiyi kimi mübahisəli mənzilə münasibətdə onun birgə mülkiyyət hüququnun pozulması halı, ipoteka müqaviləsi üzrə vicdanlı tərəf qismində çıxış edən Cavabdeh2 ASC-nin həmin mənzilə olan ipoteka hüququnun pozulmasına gətirib çıxarmamalıdır, lakin, bu iddiaçının arvadı Cavabdeh1 qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı ayrıca birinci instansiya məhkəməsində iddia qaldırmaq hüququnu istisna etmir. Əmlakı vicdanlı əldə edənin hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir neçə qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınması, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbə-üz qoyan hüquqi qeyri-müəy yənlik mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarar. “xxx şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya MəhkəməsiPlenumunun 27 oktyabr 2004-cü il tarixli Qərarında qeyd edilmişdir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitutsiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquq ları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Bel ə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Yenə həmin qərarda qeyd edilmişdir ki, hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz və müqəddəsdir. Bu hüquq beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi və s.). Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cümlədən əqd (müqavilə) üzrə əldə edilir. Dövlət ya lnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. İşdən, kassasiya şikayətinin dəlillərindən görünür ki, ipoteka predmeti olan mübahisəli mənzil daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınmamışdır və işdə, həmin mənzilin iddiaçı ilə Cavabdeh1 birgə mülkiyyətlərində olmasına dair heç bir mötəbər yazılı sübut yoxdur. İddiaçı iddia ərizəsində, kassasiya şikayətində mübahisəli mənzili Cavabdeh1 ilə birgə nikahları dövründə və birgə qazancları hesabına əldə etdiyini iddia etsə də, sözügedən mənzilin Cavabdeh1 adına qeydə alındığı vaxtdan ötən müddət ərzində həmin mənzilə dair dövlət reyestrindəki qeydə Mülki Məcəllənin 140-cı maddəsinin tələbləri baxımından hər hansı etiraz etməmiş, bu barədə məhkəmədə mübahisə belə açmamışdır. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləni n 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. Kassasiya instansiyası məhkəməsi ka ssasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə ap ellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı və vəkili xxx oğlunun kassasiya şikayətitəmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 sentyabr 2018-ci il tarixli, 2(103)-10570/2018 saylı qətnaməsi onun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Əhməd Əhmədov
Məhkəmə qərarları › İş №2(102)-1292/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1292/2019
05.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver