Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1293/2019 22.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, cavabdehlərin vəkili X4 iştirakı ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh8 və Cavabdeh9 qarşı kredit tələbi, tələbin ipoteka predmetinə yönəldilməsi barədə ilk və Cavabdeh8 cavabdehlər “xxxx” ASC, Cavabdeh1 və X1 qarşı ipoteka müqavilələrin etibarsız hesab edilməsi qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 02 oktyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh8 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 30 may 2018-cı il tarixli qətnaməsi ilə (hakim A.Əliyev) İddiaçı-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh8 və Cavabdeh9 qarşı kredit tələbi qismən təmin edilərək, ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, “xxxx” MMC, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 müştərək qaydada 06.02.2015-ci il tarixli 120853-1- 10194/4 saylı “Kommersiya Krediti” müqaviləsinə əsasən 99429,98 (doxsan doqquz min dörd yüz iyirmi doqquz manat, 98) manat məbləğində əsas borc, 7826.89 (yeddi min səkkiz yüz iyirmi altı manat, 89) manat məbləğində faiz borcu və 1000 (bir min) manat cərimə borcu olmaqla ümumilikdə 108256,87 (bir yüz səkkz min iki yüz əlli altı manat, 87) manat məbləğində borc, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, həmçinin ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 120 (bir yüz iyirmi) manat məbləğində dövlət rüsumunun tutulması, tələbin ipoteka ilə yüklü edilmiş Cavabdeh7 xüsusi mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nərimanov rayonu X9 prospekti, 36b ünvanında yerləşən, 132 kv.m ümumi sahəsi olan 4 otaqlı 16 saylı mənzilə, Cavabdeh8 xüsusi mülkiyyət hüququ ilə məxsus olan Şamaxı rayonu, Çuxuryurd kəndində 0,18558 ha torpaq sahəsində yerləşən, 127.9 kv.m ümumi sahəsi, 58.7 kv.m yardımçı sahəsi, 64.7 kv.m yaşayış sahəsi olan 1 mərtəbəli 4 otaqlı fərdi yaşayış sahəsinə, Cavabdeh8 xüsusi mülkiyyət hüququ ilə məxsus olan Şamaxı rayonu, Çuxuryurd kəndində, 0,19 ha torpaq sahəsində yerləşən, 81.0 kv.m ümumi sahəsi, 16.3 kv.m yardımçı sahəsi, 64,7 kv.m yaşayış sahəsi olan 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış sahəsinə, Cavabdeh9 xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 2 ünvanında yerləşən, 117,33 kv.m ümumi sahəsi, 65.2 kv.m yaşayış sahəsi, 52.13 kv.m yardımçı sahəsi olan 3 otaqlı, 53 nömrəli mənzilə, Cavabdeh1 ilə Bank arasında bağlanmış 17.03.2014-cü il tarixli 120853-3-164 saylı “Dövriyyədəki malların girov müqaviləsi"nə əsasən, "Cavabdeh1” MMC-nin mülkiyyətində olan, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 54-cü km ünvanında yerlə şən mağazalarda girov qoyanın birbaşa (vasitəsiz) sahibliyində saxlanılan, həmin müqavilənin 1 saylı əlavəsində göstərilən dövriyyədə olan mallara yönəldilməsi; Həmin daşınmaz əmlaklar və girov malların açıq hərraca çıxarılması, Cavabdeh7 xüsusi mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nərimanov rayonu X9 prospekti, 36b ünvanında yerləşən, 132 kv.m ümumi sahəsi olan 4 otaqlı 16 saylı mənzilin açıq hərracda ilkin satış qiymətinin 255 000 manat; Cavabdeh8 xüsusi mülkiyyət hüququ ilə məxsus olan Şamaxı rayonu, Çuxuryurd kəndində 0,18558 ha torpaq sahəsində yerləşən, 127.9 kv.m ümumi sahəsi, 58.7 kv.m yardımçı sahəsi, 64.7 kv.m yaşayış sahəsi olan 1 mərtəbəli 4 otaqlı fərdi yaşayış sahəsinin açıq hərracda ilkin satış qiymətinin 30 000 manat; Cavabdeh8 xüsusi mülkiyyət hüququ ilə məxsus ol an Şamaxı rayonu, Çuxuryurd kəndində, 0,19 ha torpaq sahəsində yerləşən, 81.0 kv.m ümumi sahəsi, 16.3 kv.m yardımçı sahəsi, 64,7 kv.m yaşayış sahəsi olan 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış sahəsinin açıq hərracda ilkin satış qiymətinin 18 000 manat; Cavabdeh9 xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 4 ünvanında yerləşən, 117,33 kv.m ümumi sahəsi, 65.2 kv.m yaşayış sahəsi, 52.13 kv.m yardımçı sahəsi olan 3 otaqlı, 53 nömrəli mənzilin açıq hərracda ilkin satış qiymətinin 200 000 manat müəyyən edilməsi, qeyd olunan daşınmaz əmlaklar və dövriyyədə olan malların açıq hərracda satılması və ondan əldə ediləcək vəsaitin ilkin iddia üzrə cavabdehlərin banka olan borcunun ödənilməsinə yönəldilməsi, borc ödənildikdən sonra ipoteka predmetinin satışından qalan məbləğin ilkin iddia üzrə cavabdehlə rə qaytarılması, həmin daşınmaz əmlaklar hərracdan satıldıqdan bir ay sonra Cavabdeh7 Bakı şəhəri, Nərimanov rayonu X9 prospekti, 36b ünvanında yerləşən, 132 kv.m ümumi sahəsi olan 4 otaqlı 16 saylı mənzili, Cavabdeh8 Şamaxı rayonu, Çuxuryurd kəndində 0,18558 ha torpaq sahəsində yerləşən, 127.9 kv.m ümumi sahəsi, 58.7 kv.m yardımçı sahəsi, 64.7 kv.m yaşayış sahəsi olan 1 mərtəbəli 4 otaqlı fərdi yaşayış sahəsini və Şamaxı rayonu, Çuxuryurd kəndində, 0,19 ha torpaq sahəsində yerləşən, 81.0 kv.m ümumi sahəsi, 16.3 kv.m yardımçı sahəsi, 64,7 kv.m yaşayış sahəsi olan 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış sahəsini və Cavabdeh9 Cavabdeh9 xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 2 ünvanında yerləşən, 117,33 kv.m ümumi sahəsi, 65.2 kv.m yaşayış sahəsi, 52.13 kv.m yardımçı sahəsi olan 3 otaqlı, 5 3 nömrəli mənzili tərk etməsi; İlkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh8 cavabdehlər “xxxx” ASC, Cavabdeh1 və X1 qarşı ipoteka müqavilələrin etibarsız hesab edilməsi qarşılıqlı iddia ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 02 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən F.Talışinski, hakimlər R.Eyvazov və S.Hacıyev) Nərimanov rayon Məhkəməsinin 30 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh8 kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərin i pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 02 oktyabr 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, 06.02.2015-ci il tarixli 120853-1-10194/4 saylı kredit müqaviləsinə əsasən 10 yanvar 2018-cı il tarixə Banka borclu olduğu 99429,98 AZN məbləğində əsas borc, 7826,89 AZN məbləğində faiz borcu, 31098 AZN məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 138354,87 AZN məbləğində pulun eləcə də 30 manat məhkəmə üçün və 120 manat ipo tekanın qeydə alınması üçün ödənilmiş cəmi 150 manat məbləğində dövlət rüsumunun müştərək qaydada Cavabdeh1dən, Cavabdeh2, "xxxx” MMC-dən, Cavabdeh6, Cavabdeh4, Cavabdeh5 “xxxx Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmasına, tələbin Bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nərimanov rayonu, X9 prospekti, 36 b ünvanında yerləşən, 132 kv.m ümumi sahəsi olan 4 otaqlı 16 saylı mənzilə; Şamaxı rayonu, Çuxuryurd kəndində, 0,18558 ha torpaq sahəsində yerləşən, 127.9 kv.m ümumi sahəsi, 58.7 kv.m yardımçı sahəsi, 69.2 kv.m yaşayış sahəsi olan 1 mərtəbəli 4 otaqlı fərdi yaşayış sahəsinə; Cavabdeh8 xüsusi mülkiyyət hüququ ilə məxsus olan Şamaxı rayonu, Çuxuryurd kəndində, 0,19 ha torpaq sahəsində yerləşən, 81,0 kv.m ümumi sahəsi, 16.3 kv.m yardımçı sahəsi, 64,7 kv.m yaşayış sahəsi olan 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış sahəsinə; ünvan 2 ünvanında yerləşən, 117,33 kv.m ümumi sahəsi, 65.2 kv.m yaşayış sahəsi, 52,13 kv.m yardımçı sahəsi olan 3 otaqlı, 53 nömrəli fərdi yaşayış sahəsinə yönəldilməsinə, həmin əmlakların açıq hərracdan satılmasına və satışdan əldə edilən vəsaitin xxxx Açıq Səhmdar Cəmiyyətinə ödənilməsinə; Cavabdeh1 ilə Bank arasında bağlanmış 17.03.2014-cü il tarixli 120853-3-164 saylı “Dövriyyədəki malların girov müqaviləsi"nə əsasən, "xxxx” MMC-nin mülkiyyətində olan, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 54-cü km ünvanında yerləşən mağazalarda girov qoyanın birbaşa (vasitəsiz) sahibliyində saxlanılan, bu müqavilənin 1 saylı əlavəsində göstərilən dövriyyədə olan mallara yönəldilməsinə, həmin malların açıq hərracdan satılmasına və satışdan əldə edilən v əsaitin xxxx Açıq Səhmdar Cəmiyyətinə ödənilməsinə; Daşınmaz əmlaklara tutma yönəldildikdən və onlar satıldıqdan sonra ipoteka qoyan Cavabdeh7 Bakı şəhəri, Nərimanov rayonu, X9 prospekti, 36b ünvanında yerləşən, 132 kv.m ümumi sahəsi olan 4 otaqlı 16 saylı mənzil mənzildən, ipoteka qoyan Cavabdeh8 Şamaxı rayonu, Çuxuryurd kəndində, 0.18558 ha torpaq sahəsində yerləşən, 127,9 kv.m ümumi sahəsi, 58,7 kv.m yardımçı sahəsi, 69.2 kv.m yaşayış sahəsi olan İ mərtəbəli 4 otaqlı fərdi yaşayış sahəsindən, ipoteka qoyan Cavabdeh8 Şamaxı rayonu, Çuxuryurd kəndində, 0.19 ha torpaq sahəsində yerləşən, 81.0 kv.m ümumi sahəsi, 16.3 kv.m yardımçı sahəsi, 64,7 kv.m yaşayış sahəsi olan 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış sahəsindən, ipoteka qoyan Cavabdeh9 ünvan 2 ünvanında yerləşən, 53 nömrəli fərdi yaşayış sahələrini ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahələrindən çıxmadıqda həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmalarına və mənzillərin boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh8 “xxxx” (Azərbaycan) ASC-yə, Cavabdeh1-yə və X1 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Şamaxı rayonu Çuxuryurd kəndində yerləşən 16.06.2011-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydiyyata alınmış və burada MA seriyalı ******* saylı çıxarış verilmiş 0,19 ha torpaq sahəsində yerləşən iki mərtəbəli fərdi yaşayış evinə dair 121571-MEDVİJ-2293 saylı və adına MA seriyalı ******* saylı çıxarış verilmiş 0,18558 ha torpaq sahəsində yerləşən bir mərtəbəli fərdi yaşayış evinin girovuna dair 12571-MEDVİJ-2292 saylı ca vabdehlər İddiaçı-i Cavabdeh1” MMC-i və X2 arasında 30.01.2014-cü il tarixdə bağlanmış “Daşınmaz Əmlakın ipoteka müqavilə”nin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 28.12.2013-cü il tarixli “Baş kredit razılaşması əsasında “Bank” "Kredit alana 28.12.2023cü il tarixədək 2.000.000 (iki milyon) manat və ya ABŞ dolları olan ekvivalenti məbləğində kredit xətti a çılmışdır. İş materiallarında olan 06.02.2015-ci il tarixli kommersiya krediti müqaviləsinə əsasən Bank ilə "Cavabdeh1” MMC arasında bağlanmış 06.02.2015-ci il tarixli “Kommersiya Krediti müqaviləsinə əsasən Cavabdeh1 illik 13,50 (iyirmi beş) faiz hesablanması şərti ilə 36 (otuz altı) ay müddətinə 246 000 (iki yüz qırx altı min manat) AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan ödəniş cədvəlinə əsasən kredit alan Cavabdeh1 300074,41 manat məbləği 36 ay müddətinə illik 13,5 % faizlə, aylıq 8378,92 manat annutetlə ödəməyi öhdəsinə götürmüşdür. 30.01.2014-cü il tarixli İddiaçı-i ilə X2 arasında bağlanmış daşınmaz əmlakın ipoteka müqaviləsinə əsasən 28 dekabr 2013-cü il tarixli “Baş Kredit müqaviləsi”si üzrə pul öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka qoyan X1 məx sus olan 0.19 ha torpaq sahəsində yerləşən Şamaxı rayonu, Çuxuryurd kəndində, 81.0 kv.m ümumi, 16.3 kv.m yaşayış sahəsindən ibarət 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin bazar dəyəri 103 000 manat məbləğində qiymətləndirilmişdir. 30.01.2014-cü il tarixli İddiaçı-i ilə X2 arasında bağlanmış daşınmaz əmlakın ipoteka müqaviləsinə əsasən 28 dekabr 2013-cü il tarixli “Baş redit müqaviləsi”si üzrə pul öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka qoyan Cavabdeh8 məxsus olan Şamaxı rayonu, Çuxuryurd kəndində, 0.18558 ha torpaq sahəsində yerləşən, 127,9 kv.m ümumi sahəsi, 58,7 kv.m yardımçı sahəsi, 69.2 v.m yaşayış sahəsi olan 1 mərtəbəli 4 otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin bazar dəyəri 137 000 man at məbləğində qiymətləndirilmişdir. 05.02.2014-cü il tarixli İddiaçı-i ilə Cavabdeh9 arasında bağlanmış daşınmaz əmlakın ipoteka müqaviləsinə əsasən 28 dekabr 2013-cü il tarixli “Baş Kredit müqaviləsi”si üzrə pul öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka qoyan Cavabdeh9 məxsus olan ünvan 8 ünvanında yerləşən, 117.33 kv.m numi sahəsi, 65.2 kv.m yaşayış sahəsi, 52.13 kv.m yardımçı sahəsi olan 3 otaqlı, 53 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin bazar dəyəri 190 000 manat məbləğində qiymətləndirilmişdir. 28.12.2013-cü il tarixli İddiaçı-i ilə X6 arasında bağlanmış daşınmaz əmlakın ipoteka müqaviləsinə əsasən 28 dekabr 2013-cü il tarixli “Baş kredit müqaviləsi”si üzrə pul öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka qoyan X3 məxsus olan Bakı şəhə ri, Nərimanov rayonu, X9 prospekti, 36b ünvanında yerləşən, 132 kv.m ümumi sahəsi olan 4 otaqlı 6 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin bazar dəyəri 245 000 manat məbləğində qiymətləndirilmişdir. Cavabdeh1 ilə Bank arasında bağlanmış 17.03.2014-cü il tarixli “dövriyyədəki malların girov müqaviləsi”nə əsasən Cavabdeh1-nin mülkiyyətində olan, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 54.km ünvanında yerləşən mağazalarda girov qoyanın birbaşa (vasitəsiz) sahibliyində saxlanılan, bu müqavilənin 1 saylı Əlavəsində göstərilən dövriyyədə olan mallar, 150000 manat məbləğində sement bankın xeyrinə girov qoyulmuşdur. 28.12.2013-cü il tarixl İddiaçı-i ilə zamin Cavabdeh3MMC-nin təmsilçisi Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən Cavabdeh2 Baş kredit razılaş masının kredit alanın Bank qarşısında götürdüyü pul öhdəliyini icra etmədikdə və ya lazımca icra etmədikdə həmin öhdəliyin tam icra edilməsini öhdəsinə götürür. 28.12.2013-cü il tarixli İddiaçı-i ilə zamin Cavabdeh5 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən Cavabdeh5 Baş kredit razılaşmasının kredit alanın Bank qarşısında götürdüyü pul öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin tam icra edilməsini öhdəsinə götürür. 28.12.2013-cü il tarixli İddiaçı-i ilə zamin Cavabdeh4 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən Cavabdeh4 Baş kredit razılaşmasının kredit alanın Bank qarşısında götürdüyü pul öhdəliyini icra etmədikdə və lazımca icra etmədikdə həmin öhdəliyin tam icra edilməsini öhdəsinə götürür. 28.12.2013-cü il tarixli İddiaçı-i ilə zamin Cavabdeh6 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən Cavabdeh6 Baş kredit razılaşmasının kredit alanın Bank qarşısında götürdüyü pul öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin tam icra edilməsini öhdəsinə götürür. 28.12.2013-cü il tarixli İddiaçı-i ilə zamin Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən Cavabdeh2 Baş kredit razılaşmasının kredit alanın Bank qarşısında götürdüyü pul öhdəliyini icra etmədikdə və İazımca icra etmədikdə həmin öhdəliyin tam icra edilməsini öhdəsinə götürür. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borc ludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgə r bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən olunmuş hallarına əsasən Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq hər ayın müvafiq tarixində razılaşdırılmış pul vəsaitini banka ödəməli olduğu halda öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bu baxımdan mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yön əldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsinə görə isə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. İşin mübahisələndirilməyən hallarına görə, bankla Cavabdeh1 arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqavilədən irəli gələn öhdəliklərin təminatı kimi X, Cavabdeh8, Cavabdeh9 və X məxsus olan əmlakları bankın xeyrinə ipoteka ilə yüklü etmiş, bank tərəfindən öhdəliklər yerinə yetirilmiş, borcalan isə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Bununla yanaşı işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı ilə Cavabdeh8 mülkiyyətində olan daşınmaz əmlaklar a dair 30 yanvar 2014-cü il tarixli ipoteka müqavilələrini onun adından etibarnamə əsasında əri X bağlamışdır. Həmin müqavilələrin bağlanmasından Cavabdeh8 müqavilələrin bağlandığı vaxtdan məlumatlı olmuş və müqavilələrin etibarsızlığını qanunla müəyyən edilmiş müddətdə mübahisələndirməmişdir. Mülki Məcəllənin 354.1-ci maddəsinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə b ilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Zaminlərə qarşı tələbin hüquqi əsasları ilə bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Yuxarıda göstərilən zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmadığına görə zaminlər borclu ilə kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yo l verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh8 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 02 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1293/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1293/2019
22.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver