Məhkəmə qərarları › İş №2(102)-276/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-276/2020

16.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-276/2020 16.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X3 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(006)-1934/2019, hakim C.C.Musayeva) İddiaçı cavabdeh “XXX” ASC-yə qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd e dilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-10158/2019, hakimlər V.T.Həsənov, Ş.A.Məmmədova, X.Ə.Sarıyev) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: “XXX” ASC ilə İddiaçı arasında xx xxxxxxxx 2013-cü il tarixli baş kredit razılaşması əsasında bağlanmış xx xxxxxxxx 2013-cü il tarixli müqavilə üzrə sonuncuya illik 21 faizlə, 48 ay müddətinə 48.000 ABŞ dolları, xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə isə həmin şərtlərlə 52.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqavilələ rinin təmini üsulu kimi İddiaçı məxsus Sumqayıt səhəri, 13-cü mikrorayon, ev 22B-də yerləşən 3 otaqlı 23 nömrəli mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. xx.xx.2015-ci il tarixli razılaşmaya əsasən İddiaçı borcu konvertasiya edilərək ******* RUB məbləğində 33 ay müddətinə xx.xx.2018-ci il tarixədək illik 22 faiz hesablanmaqla kapitallaşdırılmışdır. xx xxxxxxx 2018-ci il tarixdə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə İddiaçı və X1 müştərək qaydada “XXX” ASC-nin xeyrinə cəmi 3.586.898 RUB məbləğində pulun (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) tutulması, borcun ipoteka predmetinə yönəldilməsi, ipoteka predmeti İddiaçı məxsus mənzilin ilkin satış qiymətinin 60.000 manat məbləğində müəyyən edilməsi, əmlakın açıq hərracda satılması və onun satışından əldə olu nmuş pul vəsaiti hesabına borcun ödənilməsi qət edilmişdir. xx xxxxxx 2019-cu il tarixdə İddiaçı “XXX” ASC-yə qarşı kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara, o cümlədən kredit müqaviləsi üzrə borcun xarici valyutada, ipoteka müqaviləsində isə manatla ifadə olunmasına hüquqi qiymət verilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəm ə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx xxxxxxxx 2013-cü il tarixli baş kredit razılaşması əsasında bağlanmış xx xxxxxxxx 2013-cü il tarixli müqavilə üzrə 48.000 ABŞ dolları, xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 52.000 ABŞ dolları məbləğində kredit verilmiş, həmin kredit müqavilələrinin təmin üsulu kimi tərəflər arasında ipoteka müqaviləsi bağlanılmışdır. İddiaçı cavabdeh bank qarşısında öhdəliklərini lazımınca icra etməmiş, bank əsas kredit müqaviləsi çərçivəsində bağlanmış kredit müqavilələri üzrə əsas borc, faiz borcu və dəbbə pulunun ondan tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin iddia üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə qeyd edilən kredit müqavilələri üzrə hesablanmış borcun hazırki iş üzrə iddiaçıdan tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüüvəyə mindikdən sonra, xx xxxxxx 20 19-cu il tarixdə iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraicət edərək kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi hazırki iddianın əsası ilə digər məhkəmə qətnaməsi ilə qiymət verilmiş bankın iddiasının əsasları eynilik təşkil edir. Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında göstərildiyi kimi, məhkəmə qətnaməsi qətilik, müstəsnalıq, preyudisiallıq, icraedicilik və məcburilik keyfiyyətlərinə malik olmaqla, müstəsnalıq həll olunmuş mübahisə üzrə ikinci dəfə məhkəmədə eyni iddianın qaldırılmasının, ona baxılmasının və mübahisələndirilməsinin yolverilməzliyində öz əksini tapır. Apellyasiya məhkəməsinin də qətnaməsində göstərildiyi kimi, həmin mülki işin icraatı zamanı tərəflər arasında bağlanmış müqaviləl ərin etibarlı müqavilə olması müəyyən edilmişdir. İddiaçı məhz məhkəmə çəkişmələri bitəndən, ondan borc tutulandan və ipoteka predmetinə yönəldiləndən sonra hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Bu isə, hüquq və mənafelərin pozulmasından daha çox məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin icrasından yayınılması xarakterini daşıyan bir hal kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, apellyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassa siya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar