Məhkəmə qərarları › İş №2(102)-6878/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6878/2019

06.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6878/2019 06.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 may 2019-cu il tarixli 2(103)93/2019 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 05 yanvar 2017-ci il tarixli qətnaməsi ilə (hakim G.K.İmanova, iş № 2(010)-535/2017) iddiaçı “Nikoyl” İKB-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair iddiası təmin edilərək cavabdehlərdən müştərək qaydada cəmi 7375,56 manat iddiaçının xeyrinə tutulması, tutmanın girovun predmeti olan avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılaraq əldə edilmiş vəsaitin hesabına borcun ödənilməsi, artıq qalan pul vəsaitinin avtomobilin mülkiyyətçisi Cavabdeh1 qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 may 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: V.N.Sadıqov, A.Q.Hüseynov və A.N.İmanov) Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 05 yanvar 2017-ci il tarixli qətnaməsi Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: 29 dekabr 2013-cü il tarixdə “Nikoyl” İKB-nin 6 saylı filialı i lə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən cavabdehə 36 ay müddətinə illik istifadə dərəcəsi 16 faiz olmaqla 6900 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borclu Cavabdeh1 öhdəliklərinin təminatı kimi ona məxsus olan avtomobil bank qarşısında yüklü edilmiş, eləcə də, bankla Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. 2016-cı ilin noyabr ayında bank borcluya və zaminə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək borclunun kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməməsi səbəbindən banka cəmi 7375,56 manat məbləğində borcunun yaranmasını əsas göstərməklə həmin məbləğin cavabdehlərdən tutulması və tutmanın ipoteka predmeti olan avtomobilə yönəldilməsinə və s. dair qətnamə qəbul edilməsini xahiş etmi şdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh1 kassasiya şikayəti verərək bankın borcun tutulması barədə iddia tələbi ilə məhkəməyə sonuncu ödənişdən 15 ay sonra müraciət etməklə faizlərin və borcun şişirdilməsini, ipoteka predmeti olan avtomobilin ilkin satış qiymətinin müəyyən olunmamasını və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materia llarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, Cavabdeh1 bankla kredit müqaviləsi bağlayarkən götürdüyü krediti müqavilədə müəyyən olunmuş müddətdə, məbləğdə və qaydada qaytarmaq barədə üzərinə öhdəlik götürmüşdür. Mülki Məcəllənin öhdəlik münasibətlərini tənzimləyən 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərək ətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Lakin müəyyən olunduğu kimi Cavabdeh1 öhdəliyinə lazımınca əməl etməmiş, kreditin ona hesablanmış faizlərlə birlikdə tam qaytarılmasını təmin etməmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin icra edilməməsi üçün borclunun məsuliyyətini müəyyən edən Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Müəyyən olunduğu kimi borclu Cavabdeh1 öhdəliyinin təminatı kimi özünə məxsus avtomobili girov qoymaqla borcun ödənilməməsi halı üçün tutmanın avtomobilə yönəldilməsinə razılıq vermişdir. Müəyyən olunmuşdur ki, cavabdehin banka 5694,89 manat məbləğində əsas, 1429.95 manat məbləğində faiz və 250,72 manat məbləğində cərimə, cəmi 7375,56 manat məbləğində borcu yaranmış və məhkəmə cavabdehdən həmin borcun tutulması və tutmanın ipoteka predmeti olan avtomobilə yönəldilməsi barədə qətnamə qəbul etmişdir. İş materiallarından görünür ki, ipoteka predmeti olan avtomobilin dəyərinin müəyyən olunması məqsədi ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 yanvar 2019-cu il tarixli qərardadı ilə məhkəmə - əmtəəşünaslıq ekspertizası təyin olunmuş və icra edilməsi üçün məhkəmə E kspertizası Mərkəzinə göndərilmişdir. Tədqiqat obyektinin ekspertizaya təqdim edilməsi barədə ekspertin 19 fevral 2019cu il tarixli vəsatəti icra edilməsi üçün tərəflərə göndərilməsinə baxmayaraq nə avtomobil və nə də onun texniki vəziyyəti barədə ixtisaslaşdırılmış servis müəssisəsinin mütəxəssisi arayışının surəti ekspertə həmin vaxtdan 1 aydan artıq müddət keçməsinə baxmayaraq təqdim edilməmiş və göstərilən səbəbdən avtomobilin qiymətləndirilməsi barədə məhkəmə kollegiyasının qərardadı icrasız qalmışdır. Göstərilənlərlə əlaqədar kollegiya kassasiya şikayətini əsassız sayır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə uyğun çıxarıldığından dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rə hbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 27 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar