Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1295/2023 17.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" şirkətinin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi Cavabdeh3) iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: payın alqı-satqı müqaviləsinin ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X5 ibarət tərkibdə, İddiaçı Cavabdeh1, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" Şirkətinin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi Cavabdeh3 qarşı ““Xəzər-M” firmasında payın alqı-satqısına dair müq avilənin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)7157/2022 nömrəli, 22 noyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" Şirkətinin və "xxxx" MMC-nin təsisçisi Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətlərinə 17 aprel 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. “Xəzər-M” firmasının təsisçisi İddiaçı ilə Cavabdeh1 və Cavabdeh3 Adil oğlu arasında bağlanmış “Payın alqı-satqısı”na dair 05 may 2009-cu il tarixli müqaviləyə əsasən İddiaçı “Xəzər-M” firmasındakı nizamnamə kapitalındakı 100 faiz payının 50 faizini Cavabdeh1, 50 faizini isə Cavabdeh3 satmışdır.
2. Bakı şəhəri Nizami Rayon Məhkəməsi nin 2(007)-456/2017 saylı, 25 avqust 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər X4 və Cavabdeh1 qarşı alqı-satqı müqaviləsinin qismən ləğv edilməsi, nizamnamə kapitalının 50 faizinin qaytarılması, əldən çıxmış fayda və mənəvi ziyan tələbinə dair iddiası rədd edilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)1592/2018 saylı, 30 yanvar 2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-456/2017 saylı, 25 avqust 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, İddiaçı cavabdehlər X4 və Cavabdeh1 qarşı “alqı-satqı müqaviləsinin qismən etibarsız hesab edilməsi, nizamnamə kapitalının 50 faizinin qaytarılması, əldən çıxmış fayda və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiasının rədd olunması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)1592/2018 saylı, 30 yanvar 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, iddiaçının iddia tələbində göstərdiyi əsaslar mübahisələndirilən alqı-satqı müqaviləsinin qismən etibarsız sayılmasına hər hansı əsas vermir, iddiaçı tərəfindən pozulan hüquqların müdafiəsi üzrə qanunla müəyyən edilən müvafiq iddia müddəti buraxılıb, işin faktiki hallarına əsasən mübahisələndirilən əqd xx.xx.2009-cu il tarixdə bağlansa da, iddiaçı onu 7 ildən çox müddət keçdikdən sonra mübahisələndirmişdir. Beləliklə də iddia müddətini ötürüb ki, iddia məhz bu səbəbə görə də iddia tələbi əsassızdır, iddiaçının hüquqlarının pozulmasının ona 2016-cı ildə məlum olması ilə bağlı dəlilləri də əsassızdır. Çünki iddiaçının göstərdiyi əsaslar iddiaçıya müqavilə bağlanan andan məlum idi və müddət axımı həmin vaxtdan başlanıb.
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3198/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)1592/2018 saylı, 30 yanvar 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
5. Bakı şəhər Nizami Rayon Məhkəməsinin 2(007)-19/2020 saylı, xx.xx.2020ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 ******* ABŞ dolları məbləğində borc və 54083 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi ******* ABŞ dolları məbləğində pul vəsaitinin qətnamənin icra edildiyi günə Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, 05 may 2009-cu il tarixli alğı-satqı müqaviləsində icra müddəti müəyyənləşdirilməyib. Lakin, tərəflər arasındakı razılığa əsasən cavabdehlər tərəfindən müqavilə üzrə müəyyən məbləğ ödənilib, qalan məbləğin isə hissə-hissə ödəniləcəyi barədə şifahi razılığa gəlinib. İddiaçının məhkəmədə verdiyi izahatından da göründüyü kimi, Cavabdeh1 ona hissə-hissə ödəniş etməklə 2016-cı ilin sentyabr ayınadək ümumilikdə 20000 ABŞ dolları ödəniş edib, həmin tarixdən sonra ödəniş etməyəcəyini bildirib, iddiaçı cavabdehlərə həmin vaxta qədər müəyyən güzəştli müddətlər versə də, həmin vaxtdan etibarən hüquqlarının pozulduğu ona məlum olub. Ona görə də məhkəmə hesab etmişdir ki, iddia müddəti iddiaçının hüquqlarının pozulduğunu bi ldiyi vaxtdan, yəni 2016-cı ilin sentyabr ayından hesablanmalıdır, iddiaçı isə 2017-ci ilin avqustunda məhkəməyə müraciət eтmiş, həmin vaxta görə də iddia müddətini ötürməmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7058/2020 saylı, 06 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı və üçüncü şəxslər "xxxx" şirkətinin təsisçiləri Cavabdeh3 və X2 apellyasiya şikayətlərinin təmin edilməməsi, cavabdehlər Şahbaz Şahbazov və Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-19/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılması və iddianın rədd olunması qət edilmişdir. Apellyasiya məhkəməsinin mövqeyinə görə 05 may 2009-cu il tarixdə tərəflər arasında əqd bağlansa da, iddiaçı 8 il keçdikdən sonra həmin əqd əsasında yaranan tələblərlə bağlı iddia qaldırmış və qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh1, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" Şirkətinin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05 may 2009-cu il tarixdə Bakı şəhərinin 30 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş, “XƏZƏR-M” firmasında payın alqı-satqısına dair müqavilənin Cavabdeh1 aid hissədə ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Xəzər M” firması Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Dövlət qeydiyyatından keçmişdir. Vergi orqanınd an qeydiyyatdan keçərək ********** VÖEN alınmışdır. Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Ddövlət Komitəsindən xx.xx.2006-cı il tarixdə Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi, 2405-ci məhəllədə yerləşən “İdman sağlamlıq mərkəzi”nin “Xəzər M” firmasının mülkiyyətində olması barədə mülkiyyət hüquqları haqqında Şəhadətnamə verilmişdir. (Reyestri kitabı 1, Qeydiyyat nömrəsi 000093, səhifə 14). Onlar həmin əmlakı aylıq icarəyə verərək hər ay 12000 manat məbləğində vəsait almışlar. Lakin "xxxx" şirkətinin təsisçisi, həkim Şahbaz Şahbazov onlara yaxınlaşaraq, birgə fəaliyyət göstərmələrini təklif etmişdir. Belə ki, Şahbaz Şahbazov tam əminliklə onları inandırmışdır ki, “İdman sağlamlıq mərkəzi” kompleksində yaxşı Klinika açmaq olar və həmin Klinikadan aylıq minimum 10 0000 manat məbləğdə gəlir götürə bilərlər. Uzun danışıqlardan sonra onlar Şahbaz Şahbazovun şirin vədlərinə inanmış və ümumi bir razılığa gələrək 2007-ci il tarixdə aralarında “birgə fəaliyyət haqqında” müqavilə imzalamışlar. Həmin müqaviləyə əsasən onlar öz əmlaklarını, klinika kimi təmir edəcək və Şahbaz Şahbazov da həmin tibb müəssisəsinə müasir tələblərə cavab verən tibb avadanlıqları alacaq və klinikanı idarə edəcək, 100000 manat xalis gəlirdən hər ay 50000 manat onlara verəcək. Ümumiyyətlə, belə razılaşmaya səbəb həm çox qazanc əldə etmək, həm də Cavabdeh3 kimi nüfuzlu və etibarlı bir şəxslə iş birliyinin olacağı idi. X6ra bildirmişdir ki, rəhbərləri Cavabdeh3dir. Onlar müqavilə üzrə öhdəliklərini icra etmək üçün mülkiyyətlərində olan mənzilləri satmışlar. Lakin pulları çatmadığınd an məcbur olub Azərbaycan Beynəlxalq Bankından xx.xx.2007-ci il tarixdə 250000 ABŞ dolları və xx.xx.2008-ci il tarixdə 100000 ABŞ dolları məbləğində kredit götürmüşlər, “İdman sağlamlıq mərkəzi” kompleksini klinika kimi fəaliyyət göstərməsi üçün təmir və rekonstruksiya və sair işlərinə ümumilikdə 500000 manat məbləğində pul xərcləmişlər. X10 məsul şəxs kimi öz öhdəliyini layiqincə icra etməmiş və hər dəfə müxtəlif bəhanələr gətirərək gözlədikləri xalis gəliri onlara verməmişdir. Buna baxmayaraq, onların etibarı yenə də Şahbaz Şahbazova qarşı itməmiş və onun Cavabdeh3 adından dediyi hər bir sözünə inanaraq hörmətlə yanaşmışlar. Buna baxmayaraq, onların maddi vəziyyətləri getdikcə kəskinləşmiş və dözülməz həddə çatmışdır. Belə ki, əllərindəki nəğd pullar xərclənmiş, mənzilləri satılmış və ba nka olan borcları artmışdır. Ona görə məcbur olub 2009-cu il tarixdə əmlaklarını satmaq qərarına gəlmişlər. Onlar əmlaklarını ilkin olaraq ******* ABŞ dolları məbləğinə satmaq qərarına gəlmişlər. Şahbaz Şahbazov onlara yaxınlaşaraq bildirmişdir ki, Cavabdeh3 həmin əmlakı almaq istəyir. Şahbaz Şahbazovla uzun sürən danışıqlardan sonra onlar, Cavabdeh3 dərin hörmətlə yanaşdıqlarından, əmlakın son satış qiymətinin ******* ABŞ dolları məbləğində olmasına razılaşmışlar. Lakin müəssisənin alqı-satqı zamanı görmüşlər ki, satılan əmlakın 50 faizii X1 Şahbazlının adına rəsmiləşir. Onlar səbəbini soruşanda Şahbaz Şahbazov “Sizə hesabat verməyəcəm” deyərək onları susdurmuşdur. Alqı-satqı olan zaman onlar ******* ABŞ dolları məbləğini almışlar. Qalan hissəsini soruşduqda Şahbaz Şahbazov yaxın vaxtlard a ödəniləcəyini bildirmişdir. Onlar yenə də Şahbaz Şahbazovun sözünə inanmış və pulun qalan hissəsinin, yəni ******* ABŞ dollarını, sonradan isə borc kimi aldığı 200000 ABŞ dolları məbləğinin alınması üçün Cavabdeh3 müraciət etməmişlər və gözləmişlər. X7rı aldatmaqda davam edərək bildirmişdir ki, qalan ******* ABŞ dolları Nigar Kilinikasından gələn xalis gəlirdən hissə-hissə onlara ödəniləcək. Etiraz edəndə isə Şahbaz Şahbazov, Cavabdeh3 əsəbləşdirə biləcəklərini və bir qara qəpikdə ala bilməyəcəyimizi deyərək hədəqorxu gəlirdi. Onlar də məcbur olaraq susmuş və Şahbaz Şahbazovun hər 2-3 aydan bir verdiyi xırda məbləğlə razılaşmışlar. Bir müddətdən sonra Şahbaz Şahbazov ümumiyyətlə pul verilməyəcəyini bildirəndə, onlar məcbur qalaraq Cavabdeh3 müraciət etməli olmuşlar. Cavabdeh3 müraciət et dikdən sonra məlum olmuşdur ki, Şahbaz Şahbazov onları aldatmaqla yanaşı, Cavabdeh3 də ona olan etibarından sui-istifadə edərək onun da əmlakını mənimsəmişdir. Bununla da, Şahbaz Şahbazovun saxtkarlığı üzə çıxmışdır. Belə ki, X8 “XƏZƏR M” firmasının Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi, 2405-ci məhəllədə yerləşən mülkiyyətində "xxxx" şirkətinə məxsus klinikada, sonra da Şahbaz Şahbazov tərəfindən saxtalaşdırılaraq yaradılmış “Nigar” Klinikasında mənimsəmə və dələduzluq əməlləri etdiyi üçün Klinikanın fəaliyyəti Cavabdeh3 tərəfindən dayandırılmışdır. Eyni zamanda, həmin faktların araşdırılması üçün Bakı şəhər Prokurorluğuna müraciət etmişdir. Həmin müraciət əsasında da 11 fevral 2019-cu il tarixdə Bakı şəhər Prokurorluğu tərəfindən "xxxx" MMC-də mənimsəmə, dələduzluq və vəzifə səlah iyyətlərindən sui-istifadə faktlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.3.2 və 308.2-ci maddələri ilə cinayət işi açılmışdır və istintaq araşdırması davam edir. Həmin cinayət işi üzrə X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul edilmişdir. Lakin sonuncu istintaq orqanından qaçıb gizləndiyindən, barəsində axtarış elan olunmuşdur. Bundan əlavə, X8 "xxxx" şirkətinə məxsus olan Klinikanı "xxxx" MMC adı altında saxtalaşdırmaqla yanaşı, xüsusi razılıq (lisenziya) tələb olunduğu halda, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və nəticədə külli miqdar təşkil edən 374939,19 manat məbləğində gəlir əldə olunması və külli miqdar təşkil edən vergilərin dövlət büdcəsinə ödəmə kdən yayınma faktları üzrə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.2.2-ci və 213.2.2-ci maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılır. Göründüyü kimi, X8 nəinki “XƏZƏR M” firmasının əmlakını oğlu Cavabdeh1 adına rəsmiləşdirməklə yanaşı həmin firmanın mülkiyyətində olan əmlakda qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, həmçinin "xxxx" şirkətinin təsisçiləri Cavabdeh3 və X2 əmlak və qeyri-əmlak hüquqlarını mənimsəmişdir. X3 bu çirkin əməlləri üzə çıxdıqdan sonra Cavabdeh3 dərhal Şahbaz Şahbazovu özündən uzaqlaşdırmışdır. Onlara bildirilmişdir ki, öz “XƏZƏR M” firmasının 50 faiz payını özü almış və payına düşən ******* ABŞ dolları məbləğini ödəmişdir. Qalan ******* ABŞ dolları isə Cavabdeh1 tərəfindən ödənilməlidir. Lakin keçən müddət ərzində Cavabdeh1 ona ödəməli olacağı ******* ABŞ dollarını bugünədək ödəməmişdir və ölkədən qaçıb getmişdir. Cavabdeh1 həqiqi hərbi xidmətdən yayınmaq üçün saxta sənədlər əsasında təhsilə görə möhlət hüququ alsa da, sonradan aparılmış araşdırmalar zamanı Cavabdeh1 saxta əməlləri üzə çıxmışdır. Ona görə də Cavabdeh1 müddətli həqiqi hərbi xidmətə çağırışdan yayındığından, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən adı “Sərhədkeçməyə məhdudiyyət” siyahısına daxil edilərək dövlət sərhədindən sərbəst hərəkətinə məhdudiyyət qoyulmuşdur. Eyni zamanda, Cavabdeh1 müddətli həqiqi hərbi xidmətə çağırışdan boyun qaçırmasına görə Azərbaycan Respu blikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə sənədlər Nəsimi rayon Prokurorluğuna göndərilmişdir. Bundan əlavə, Cavabdeh1 hazırda ABŞ-da mühacir həyatı yaşayaraq özünü KİV-də şərböhtan xarakterli məlumatlar yayır. Məhz onun bu əməlinə görə də Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Cavabdeh1 barəsində axtarış elan edilərək barəsində “həbs” qətimkan tədbiri seçilməsi qərara alınmışdır.
9. Cavabdeh1 nümayəndəsi və vəkili A.S.Məmmədov mübahisəyə iddia müddətinin tətbiq olunması barədə ərizə təqdim etmişd ir.
10. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim Fikrət Mirzəyev) 2(007)2055/2021 saylı, 26 noyabr 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1, üçüncü şəxslər "xxxx" Şirkətinin və "xxxx" MMC-nin təsisçisi Cavabdeh3 Adil oğluna qarşı ““Xəzər-M” firmasında payın alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair” iddiasının rədd olunması qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında bundan əvvəl olmuş məhkəmə mübahisələri üzrə aparılmış araşdırma zamanı həm Bakı Apelyasiya Məhkəməsi, həm də Azərbaycan Respublikasının Ali Məhkəməsi iddiaçının iddia tələbinin təmin olunmaması barədə qərarlar qəbul edərkən, əsasən ona istinad etmişlər ki, mübahisələndirilən alqısatqı müqaviləsi üzrə iddia müddətinin axımı müqavilə bağlan dığı andan hesablanmalıdır. Bu səbəbdən, həmin mübahisələrə iddia müddəti tətbiq edilməklə iddia rədd olunmuşdur.
12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı iddia tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmiş, habelə hazırkı mübahisə üzrə də iddia müddətini buraxmışdır. Belə ki, iddiaçı 2009-cu ildə bağlanmış müqavilənin ləğv olunmasına dair iddia ilə məhkəməyə 2015-ci ilin may ayının 5dək müraciət edə bilərdi. Buna baxmayaraq, iddiaçı iddia müddətini açıq-aşkar ötürməklə, 2021-ci ildə iddia qaldırmışdır. Beləliklə, məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi iddia müddəti ötürülməklə verildiyindən iddia təmin olunmamalıdır.
13. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 372.1, 373.2 və 375.2-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Qətnamədən İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" Şirkətinin və "xxxx" MMC-nin təsisçisi Cavabdeh3 ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
15. Hər iki apellyasiya şikayətində qeyd olunmuşdur ki, iddia müddəti institutunun tətbiqi üçün şərtlərin olub-olmaması baxımından mühüm əhəmiyyət kəsb edir, çünki hər bir ayrı hal da konkret hallardan asılıdır. Deməli, iddia müddəti institutu formal əsaslarla, yalnız iddia ərizəsi ilə məhkəməyə müraciət edilən tarix əsas götürülməklə tətbiq oluna bilməz. Mülki Məcəllənin 384.0.4-cü maddəsinin tələblərinə görə hazırki mülki mübahisəyə ümumiyyətlə iddia müddəti şamil edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən iddia müddəti mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə şamil edilmir. Konstitusiya Məhkəməsinin bu kateqoriyadan olan işlər üzrə hüquqi mövqeyi mövcuddur. Lakin, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən tərəflər arasında yaranmış münasibətlərə yanlış qiymət verərək, tətbiq edilməli hüquq normasını, yəni Mülki Məcəllənin 384.0.4-cü maddəsini tətbiq etməmiş, Məcəllənin 372 və 373-cü maddələrini bu mübahisəyə tətbiq etməklə səhvə yol vermiş dir.
16. Bakı Apellyasiya Məh Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Qürbət Əsgərov - sədrlik edən və məruzəçi, Azad İmanov və Fuad Talışinski) 2(103)-7157/2022 nömrəli, 22 noyabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" Şirkətinin və "xxxx" MMC-nin təsisçisi Cavabdeh3 iddia tələblərinin əsası kimi istinad etdikləri halları və apellyasiya şikayətlərində irəli sürdükləri dəlilləri təsdiq edə biləcək hər hansı sübut təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsi iddia müddətini tətbiq etmə klə iddianın rədd olunması barədə qənaətə gələrkən haqlı olmuş, məhkəmə tərəfindən işin halları düzgün müəyyən edilmiş, maddi hüquq normaları düzgün tətdiq edilmiş və düzgün olmayan qətnamənin çıxarılması ilə nəticələnə biləcək prosessual hüquq normalarının pozulması hallarına yol verilməmişdir. ayəndələri apellyasiya məhkəməsinin iclasında iştirak edərkən şikayətlərdə göstərdikləri hallarla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişlər.
18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsaslandırmaq üçün kimi Mülki Məcəllənin 6, 324, 337, 339, 390, 372, 373, 375, 376 və 377-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217.1, 217.3-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" Şirkətinin və "xxxx" MMC-nin təsisçisi Cavabdeh3 (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi və yaxud Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 noyabr 2022-ci il tarixli, 2(103)-7157/2022 saylı qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər.
20. Hər iki kassasiya şikayəti eyni məzmunlu olmaqla göstərilmişdir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları pozularaq iddiaçının Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi əsassız olaraq təmin edilməmişdir. Məhkəmə əsassız olaraq iddia müddətinin ötürülməsi qənaətinə gəlmişdir. Mülki Məcəllənin 384.0.4-cü maddəsinin tələblərinə görə hazırki mülki mübahisəyə ümumiyyətlə iddia müddəti şamil edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən iddia müddəti mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə şamil edilmir. Mülki Məcəllənin 384.0.4-cü maddəsi müqavilədən irəli gələn öhdəlikləri tələb etmək hüququnu deyil, əşya hüquqları ilə bağlı halları tənzimləyir. Konstitusiya Məhkəməsinin bu kateqoriyadan olan işlər üzrə hüquqi mövqeyi mövcuddur. Lakin birinci və apellyasiya instansiya məhkəmələri qətnamə qəbul edərkən tərəflər arasında yaranmış münasibətlərə yanlış qiymət verərək, tətbiq edilməli hüquq normasını, yəni Mülki Məcəllənin 384.0.4-cü maddəsini tətbiq etməmiş, Məcəllənin 372 və 373-cümaddələrini bu mübahisəyə tətbiq etməklə səhvə yol vermişdir. İş materallarında olan sübutlar məhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir. Nəticədə, məhkəmə iddia ərizəsində qeyd olunanları hərtərəfli və tam araşdırmadan, prosessual hüquq normalarını düzgün tətbiq etmədən qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi hazırkı qətnaməni çıxarmaqla məhkəmə təcrübəsinin vahidliyini açıq aşkar pozmuşdur. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında dəfələrlə qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmə lidir. Məhkəmələr yalnız və yalnız cavabdehin formal mülahizəsini və fərziyyəsini, eləcə də sübut kimi qəbul edilməyən sənədləri əsas götürmüş, təqdim olunmuş sübutlara isə düzgün münasibət bildirməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Cavabdeh1 kassasiya şikayətinə qarşı yazılı etirazla məhkəməyə müraciət edərək, kassasiya şikayətlərində qeyd edilən dəlillərin mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilməməsini əsas göstərərək şikayətlərin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 noyabr 2022-ci il tarixli, 2(103)-7157/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə
22. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına y önəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
23. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
24. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
25. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
26. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
27. Maddə 339.1. Hakimiyyətdən sui istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa g əlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.
28. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər.
29. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
30. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
31. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məh kəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır.
32. Maddə
376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir.
33. Maddə 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır.
34. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Mülki Prosessual Məcəllə
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmə lidir.
37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. K assasiya baxışının hədləri
40. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Hazırkı kassasiya şikayətlərinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdı raraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Kassasiya şikayətlərinin dəlilləri iddia ərizəsinin və apellyasiya şikayətlərinin dəlilləri ilə eyni məzmunlu olmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdı`rılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür. Apellyasiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər iddia tələblərinin əsası kimi istinad etdikləri halları sübut edə bilməmiş, birinci instansiya məhkəməsi iddia müddətini tətbiq etməklə iddianın rədd olunması barədə qənaətə gələrkən haqlı olmuşdur.
44. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" Şirkətinin və "xxxx" MMC-nin təsisçisi Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayət ləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7157/2022 nömrəli, 22 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.