Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1301/2018 01.03.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 01 mart 2018-ci il İş № 2(102)-1301/2018 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Qoldman Tatyana Aleksandrovnadan (sədrlik edən və məruzəçi-hakim), Mirzəliyev Əsəd Abdulla oğlundan və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qoşqarlı Rəşad Nizami oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-12136/2017 saylı 20 noyabr 2017-ci il tarixli qərardadından iddiaçı "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçılar X5 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiy yəti "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh2, maraqlı şəxs "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək 07 aprel 2017-ci il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində "xxxx" MMC-yə dəymiş 420000 manat məbləğində maddi ziyanın, Cavabdeh2 qanunazidd hərəkətləri nəticəsində X5 tərəfindən əlavə xərclənmiş 5000 manat məbləğində pulun və 20000 manat məbləğində mənəvi zərərin və hüquqi yardıma görə xərclənmiş 500 manat məbləğində pulun cavabehlərdən müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X3 ərizə ilə məhkəməyə müraciət edərək iddianı təmin etmə tədbiri olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" ASC-yə verilmiş M/17-6246 saylı, 13 aprel 2017- ci il tarixli, 3638 N-li avans zəmanətində göstərilən 167475 manat avans məbləğinin "xxxx" ASC tərəfindən "xxxx" ASC-dən tələb edilməsinə və tutulmasına, həmçinin "xxxx" ASC tərəfindən yuxarıda qeyd olunan avans məbləğinin "xxxx" ASC-nin hesabına köçürülməsinə (ödənilməsinə) qadağa qoyulması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 sentyabr 2017-ci il tarixli qərardadı ilə (hakim F.H.Qasımov, iş № 2(001)-14032/2017) ərizə təmin edilmiş, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilmiş M/17-6246 saylı, 13 aprel 2017-ci il tarixli, 3638 N-li avans zəmanətində göstərilən 167475 manat avans məbləğinin "xxxx" ASC tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tələb edilməsinə və tutulmasına qadağa qoyulm uş; "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən M/17-6246 saylı, 13 aprel 2017-ci il tarixli, 3638 N-li avans zəmanətində göstərilən 167475 manat avans məbləğinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına köçürülməsinə (ödənilməsinə) qadağa qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 noyabr 2017-ci il tarixli qərardadı ilə (hakimlər – F.Ş.Talışinski (sədrlik edən və məruzəçi), R.Ə.Eyvazov və S.F.Hacıyev, iş № 2(103)-12136/2017) cavabdeh "xxxx" ASC-nin şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-14032/17 saylı iş üzrə 13.09.2017-ci il tarixli qərardadı ləğv edilmiş və iş üzrə yeni qərardad qəbul edilərək, iddiaçı "xxxx" MMCnin nümayəndəsi X1 iddianı təmin tədbiri barədə ərizəsi təmin edilməmişdir. Göstərilən qərardaddan iddiaçı "xxxx" MMC tərəfind ən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili X3 kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən prosessual hüquq normalarının pozulmasına istinad edərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 noyabr 2017-ci il tarixli qərardadının ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişlər. Prosessual məsələlər: Kassasiya instansiyası məhkəməsində işə baxılarkən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə əməl etməyərək məhkəmə kollegiyasının iclasına vəkilsiz gəldiyinə görə işin kassasiya baxışında iştirak etməmişdir. Məhkəməkollegiyasıiclasınınyerivəvaxtıbarədəlazımiqaydadaməlumatlandırılmaların aba xmayaraqişdə iştirak edən digər şəxslər heçbirüzrlüsəbəbgöstərmədənməhkəməkollegiyasınıniclasınagəlməmişlər. Məhkəməkollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə onlarıniştiraklarıolmadanbaxılmasınımümkünhesabetmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. MPM-nin 418.4.9-cu maddəsinə əsasən, işə məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışsa, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərinin asılı olmayaraq ləğv edilməlidir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, işin materiallarını tədqiq edib, kassasiya şikayətinin dəlillərini yoxlamaqla aşağıdakı əsaslara görə hesab edir ki, hazırki mülki iş aidiyyət qaydaları pozulmaqla icraata qəbul edilmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. Belə ki, Mülki prosessual qanunvericiliyinin müddəalarına əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Hakim özü mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır (MPM-nin 31, 32.3 və 32.4-cü maddələri). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri, bu Məcəlləyə və ya digər qanunlara müvafiq ol araq onların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, pozulmuş və mübahisə edilən hüquq və azadlıqları müdafiə və təmin edir. Mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir (MPM-nin 24.2-ci maddəsi). Həmin Məcəllənin 26.1-ci maddəsinin tələbinə görə, idarə və ya digər mənsubiyyətindən və tabeliyindən asılı olmayaraq, hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər arasında, yaxud vergi orqanının qaldırdığı iddialar ilə bağlı vergi orqanı ilə vergi ödəyicisi aras ında iqtisadi mübahisələr üzrə işlər mülki icraat qaydasında inzibati-iqtisadi məhkəməyə aiddir. İşdən göründüyü kimi, 167475 manat verilmiş avans məbləğinə dair avans müqaviləsi "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmışdır. Beləliklə, müqavilə üzrə hər iki tərəf hüquqi şəxsdir. Həmin müqavilədə nə X5, nə də Cavabdeh2 tərəf deyil, onlar həmin hüquqi şəxslərin rəhbərləridir. İddianın predmeti isə tərəflər arasında olan müqavilə öhdəliklərinin icrasından ibarətdir. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, hazırkı mülki işə müvafıq inzibati-iqtisadi məhkəmədə baxılmalıdır. İş aidiyyət qaydaları pozulmaqla ümumi yurisdiksiya məhkəməsi tərəfindən icraata qəbul olunmuşdur. Göstərilən hal prosessual qanunun əhəmiyyətli dərəcədə pozulması kimi qiymətləndirilir, çünki işə adı çəkil ən ixtisaslaşdırılmış məhkəmə tərəfindən baxılması sübutların təqdim olunmasında, onların tədqiqində, qətnamənin formasına, ondan şikayət vermənin qaydasına və icrasına görə müxtəlif prosessual xüsusiyyətləri ilə fərqlənir. MPM-nin 418.3-cü maddəsinin tələbinə görə, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv olunmalı və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417.1.3, 418, 419, 420-ci maddələrini rəhbər tutaraq, məhkə mə kollegiyası QƏRARA ALİR: İddiaçı "xxxx" MMC kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-12136/2017 saylı 20 noyabr 2017-ci il tarixli qərardadı ləğv edilsin və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür. imza imzalar Ali Məhkəmənin hakimi Tatyana Qoldman
Məhkəmə qərarları › İş №2(102)-1301/2018
Ali Məhkəmə Qərar — İş №2(102)-1301/2018
01.03.2018 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver