Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1302/2020 24.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı vəkili Vəkil1 iştirakı ilə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(108)-******/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Naxçıvan Şəhər Məhkəməsinin (hakim G.Səfərəliyeva) xx.xx.2019-cu il tarixli, 2(078)-*****/2019 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Naxçıvan şəhər X4 Kontoruna, Cavabdeh2 və Cavabdeh1 qarşı “xx.xx.2006-cı il tarixdə Naxçıvan şəhər X4 Kontorunda qeydiyyata alınmış ****** qeydiyyat nömrəli bəxşiş müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (F.Abbasov, Ə.Novruzov, M.Allahverdiyev) xx.xx.2019-cu il tarixli, 2(108)-******/2019 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(078)-*****/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. İddiaçı iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ndən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdehlər Naxçıvan şəhər X4 Kontoruna, Cavabdeh2 və Cavabdeh1 qarşı “xx.xx.2006-cı il tarixdə Naxçıvan şəhər X4 Kontorunda qeydiyyata alınmış ****** qeydiyyat nömrəli bəxşiş müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 ilə birgə nikah münasibətlərindən anadan olmuş xx.xx.2010-cu il xx.xx.2006-cı il tarixdə Naxçıvan şəhər X4 Kontorunda qeydiyyata alınmış ****** qeydiyyat nömrəli bağışlama müqaviləsinin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili Vəkil1 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, iddi açı mübahisələndirilən müqavilədə göstərilən torpaq sahəsini kimsəyə bağışlamamışdır. Həmin zaman iddiaçı yetkinlik yaşına çatmamışdır. Ümumiyyətlə iddiaçının, nə də onun atasının həmin torpaq sahəsini bağışlamaq niyyəti olmamış, onların həmin müqavilədən xəbərləri olmamışdır. Müqavilədəki imzanın iddiaçı tərəfindən icra edilmədiyi xx.xx.2018-ci il tarixli ekseprt rəyi ilə də öz təsdiqini tapmışdır. Apellyasiya məhkəməsində isə işə baxılarkən guya iddiaçının atasının verdiyi izahatında müqavilə bağlanarkən notariusda iştirak etməsi, müqaviləni də onun imzalaması göstərilmişdir. Halbuki, iddiaçının atası vermiş olduğu izahatında imzanın onun tərəfindən icra olunduğunu, notariusda iştirak etdiyini göstərməmişdir. Göstərilənlərə əsasən onlar iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsin in Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(108)-******/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı, cavabdehlər Naxçıvan şəhər X4 Kontorunun səlahiyyətli nümayəndəsi, Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil1 kassasiya şikayətini müda fiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respubİikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin dəyişdirilməməsi qənaətinə gələn apellyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, iş materiallarından aydın olur ki, xx.xx.2006-cı il tarixdə Naxçıvan şəhər X4 Kontorunda qeydiyyata alınmış ****** qeydiyyat nömrəli bəxşiş müqaviləsi əsasında İddiaçı 600 kv.m həyətyanı torpaq sahəsindən 70 kv.m hissəsini Cavabdeh2, 30 kv.m hissəsini isə Cavabdeh1 hədiyyə etmiş və onun nümayəndəsi Nümayəndə xx.xx.2006-cı il tarixli ərizəsi ilə buna etirazının olmad ığını bildirmişdir. İddiaçının nümayəndəsi apelyasiya şikayətində də bağışlama müqaviləsi əsasında Cavabdeh1 borc olaraq aldığı 3000 ABŞ dollarının qarşılığında 270 kv.m, Cavabdeh2 isə müalicə xərclərinin qarşılığında 430 kv.m ərazini bağışladığını göstərmişdir. Mülki işə əlavə edilmiş sənədlərdən aydın olur ki, İddiaçı xx.xx.1991-ci ildə anadan olmuş, bağışlama müqaviləsi bağlandığı xx.xx.2006-cı ildə yetkinlik yaşına çatmasa belə, xx.xx.2009-cu ildən artıq yetkinlik yaşına çatdığından həmin müqavilənin etibarsızlığını mübahisələndirə bilərdi.Lakin o, bunu etməmiş, qanunla müəyyən edilmiş müddəti buraxdıqdan sonra məhkəməyə bu haqda iddia ilə müraciət etmişdir. Həmçinin xx.xx.2018-ci il tarixli ekspert rəyindən ekspertizaya təqdim olunmuş xx.xx.2006-cı il tarixli bağışlama müqaviləsindək i imzalar qrafasındakı imzaların İddiaçı tərəfindən deyil, baş şəxs tərəfindən icra edildiyi göstərilsə də, kollegiyada izahat verən iddiaçının nümayəndəsi Nümayəndə bəxşiş müqaviləsini həmin gün notariusda özünün imza etdiyi göstərmişdir. Bəxşiş müqaviləsi tərtib edilərkən iddiaçının qanuni nümayəndəsi, hazırki işdə nümayəndəsi olan atası Nümayəndə təmsil etmişdir ki, o da həmin müqavilənin etibarsızlığını qanunla müəyyən edilmiş bir il müddətində mübahisələndirə bilərdi. Müqavilənin etibarsızlığını mübahisələndirmə müddəti olan bir il kəsici müddətdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu günd ən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətlərinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı kassasiya şikayətində bağışlama müqaviləsində olan imzanın onun nümayəndəsi olan atası tərəfindən də imzalanmadığının apelyasiya məhkəməsində bildirilməsinə baxmayaraq, atasının izahatının təhrif edildiyini və atasının məhkəmə kollegiyasında bağışlama müqaviləsini imzalamadığını bildirdiyini göstərsə də, iş materiallarından görünür ki, bununla bağlı apelyasiya kollegiyas ına məhkəmə iclas protokoluna qeydlər edilməsi barədə ərizə verilməmiş, həmçinin kassasiya şikayətinə hər hansı sübut əlavə etməmişdir. Hazırda kassasiya yoxlaması zamanı da apellyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(108)-******/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1302/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1302/2020
24.02.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver