Məhkəmə qərarları › İş №2(102)-1302/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1302/2021

01.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1302/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının X1 cavabdeh X6 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alimentin tutulması) 01.02.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdehin vəkili Vəkil iştirakı ilə, X1 cavabdeh X6 qarşı alimnet tələbinə dair Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1858/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh X11 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci i l tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. X2 (bundan sonra – iddiaçı) ilə cavabdeh X11 (bundan sonra – cavabdeh) xx.xx.2004-cü ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar.

2. Tərəflərin birgə nikahlarından xx.xx.2005-ci il təvəllüdlü X7, xx xxxx 2007-ci il təvəllüdlü X12 və xx xxxxxx 2013-cü il il təvəllüdlü X9 adlı uşaqları anadan olmuşdur. Məhkəmə qaydasında nikah pozulmuş, uşaqlar iddiaçı-ananın yanında saxnaılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək uşaların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 200 manat, cəmi 600 manat sabit pul məbləğində alim entin tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə hazırda bütün evlilik münasibətlri kəsilmişdir və o uşaqları saxlamaqda çətinlik çəkir, ona görə də, aliment tələbi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur.

5. Cavabdeh birinci instansiya məhkəməsinin hazırlıq iclasında izahat verərək bildirmişdir ki, sahibkarlıq fəaliyyəti ilə əvvəllər məşğul olsa da, hazırda obyektləri icrarə müqaviləsi əsasında başqa şəxsə verilmişdir. Əlavə gəlirləri də mövcud deyildir. Buna baxmayaraq uşaqların saxlanılması üçün 500 manat məbləğində aliment ödəyə bilər. Odur ki, iddia tələbini həmin hissədə təmin edilməsini xahiş etmişdir.

6. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.x x.2020-ci il tarixli, 2(044)-437/2020 saylı qətnaməsi ilə (hakim Zaur Hünmətov) iddia tələbi qismən təmin edilmiş, xx.xx.2019-cu il tarixdən başlayaraq uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 170 manat, cəmi 510 manat alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir.

7. Məhkəmə Ailə Məcəlləsinin 75.1, 78.1, 78.2-ci maddələrini, Uşaq Hüquqları Haqqında Qanunun 13-cü maddəsinə, Ailə Məcəlləsinin 76, 78, 112-ci maddələrinin şərh edilməsi dair AR Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarına istinad edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, uşaqların anasının himayəsində olması, onların təlim və tərbiyəsi ilə təkcə ananın məşğul olmasını, uşağın minimum dolanac aq xərclərindən az olmayan maddi təminat almaq hüququnu, onların mənafeyini, böyüdükcə artan tələbatlarını, aylıq təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasının şərtlərini, iddiaçının uşağın saxlanılması üçün tələbatını təkbaşına ödəyə bilməsinin çətin olması nəzərə alınaraq hər ay bir uşağa görə 170 manat, cəmi 510 manat sabit pul məbləğində aliment cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçının cavabdehin gəlirləri barədə sübut təqdim edə bilməməsi onu deməyə əsas verir ki, alimentin iddia tələbində göstərilən həddə təmin edilməsi məhkəmə aktının icra olunmamasına şərait yarada bilər. Buna baxmayaraq cavabdeh iddia tələbinin 500 manat aliementlə bağlı hissəsini qəbul etmişdir.

8. Cavabdeh həmin qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qətnamənin ləğv olunması və hər uşağa 70 manat olmaqla alimentin məbləğinin 210 manat məbləğdə müəyyən edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuzdur. Belə ki, məhkəmə qətnaməsində onun hazırlıq iclasında verdiyi izahat təhrif edilmişdir. Əslində daimi işi olmadığı üçün yalnız iş tapanda işləyir. Bu zaman isə gəliri maksimum 400-420 manat təşkil edir. İddiaçı isə salonda işləyir, uşaqlara görə sosial yardım alır, habelə dərman firmaları ilə əməkdaşlıq edib aylıq 1000 manatdan artıq qazanc əldə edir. Məhkəmə tərəfindən isə bu baxımdan araşdırma aparılmamış, həqiqət aşkar edilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

10. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Rəşad Mamedov - sədrlik edən və məruzə çi, Şamil Rzaquliyev, Əlizamin Abdullayev) xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar aliment təyini zamanı nəzərə alınsa da, uşağın mənafeləri baxımından qiymətləndirilməlidir. Çünki, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla, uşağın maraqlarını rəhbər tutaraq, onun təminatını n səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün alimentin hər ay bir uşağa 170 manat məbləğdə müəyyən edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Bu məbləğ uşaqların mənafeyinə uyğun, həmçinin tərəflərin maddi və ailə vəziyyəti ilə müqayisədə yolveriləndir. Alimentin bu məbləği uşağın mənafeləri baxımından qənaətbəxşdir.

12. Məhkəmə kollegiyası cavabdehin sabit əmək haqqının olmaması və maddi vəziyyətinin aşağı olması barədə apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq qeyd etmişdir ki, cavabdehin uşaqları saxlaması qanunla onun üzərinə düşən vəzifədən başqa həm də ata kimi mənəvi borcudur.

13. Eyni zamanda iş materialları ilə müəyyən edilir ki, cavabdehin adına şəxsi avtomobil və daşınmaz əmlak vardır.

14. Nəzərə alınmalıdır ki, Azərbaycan Respubl ikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» xx xxxx 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

15. Cavabdehin uşağı saxlamaqda valideynlərin bərabər hüquq və vəzifələrə malik olması, uşaq üçün müəyyən olunmuş minimum ehtiyac m eyarına uyğun olaraq alimentin yarısının iddiaçı tərəfindən ödənilməli olduğu barədə dəlilləri ilə bağlı məhkəmə qeyd etmişdir ki, cavabdeh bir ata kimi uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyəti və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyət daşıyır və uşağın saxlanılması onun üzərinə düşən mənəvi borcudur. Bundan başqa, ananın uşaqları yanında saxlamaqla fasiləsiz gündəlik qayğılarını çəkməsi onun uşaqların saxlanmasına əvəzolunmaz töhfəsidir və işin bu halı, uşağın saxlanması üçün zəruri olan alimentin daha çox hissəsinin və ya tamamının atadan tutulmasına əsas verir.

16. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün validey nlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» xx xxxx 2016-cı il tarixli qərarının 8.2-ci bəndində göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən az ad etmir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

18. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. İddiaçı məhkəməy ə kassasiya şikayətinə qarşı yazılı etiraz göndərərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

20. Etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qanuni və əsaslıdır, maddi və ya prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Ona görə də, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Cavabdhehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.

22. İddiaçı məhkəməyə teleqram göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etmiş, kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

23. Məhkəmə kollegiyası Azərb aycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikası Ailə Məcəlləsi:

25. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

26. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli də rəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

27. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanunu:

28. Maddə

5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.

29. Maddə

8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır.

30. «Azərbaycan Respublikasında yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa əsasən ölkədə 2020-ci ildə uşaqlar üçün yaşayış minimumu 170 manat təşkil edir.

31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

33. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Birinci instansiya məhkəməsi qətnaməsi ilə iddiatələbi qismən təmin edilmiş, iddiaçı tələbin rədd edilən hissəsindən apellyasi ya şikayəti verməmişdir. Cavabdeh isə qətnaməni iddia tələbinin təmin edilən hissədə mübahisələndirmişdir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır.

38. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

39. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X11 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1858/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar