Məhkəmə qərarları › İş №2(102)-1303/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1303/2021

09.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1303/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Ayş QƏRARİ Açar sözlər: alimentin miqdarının artırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X11 oğlunun katibliyi, İddiaçı, onun vəkili X4 oğlunun, cavabdehin nümayəndəsi və vəkili X7 oğlunun iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2263/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə iş ə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraatı İddiaçı ilə Cavabdeh xx xxx 2008-ci il tarixdə nikahlarını rəsmiləşdirərək ailə qurmuşlar və sonuncuların birgə nikahlarından xx xxxxx 2009-cu il tarixdə x1, xx xxxx 2012-ci il tarixdə Əsma, xx xxxxxx 2013-cü il tarixdə isə Lətifə adlı uşaqları anadan olmuşdur. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(044)-3369/2019 nömrəli qətnaməsi ilə tərəflərin nikahı pozulmuş və yetkinlik yaşına çatmayan uşaqlar ananın yanında saxlanılmışdır. Qətnamə ilə aliment məsələsi həll edilməmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı Gəncə şəhəri Nizami Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehdən xx xxxx x 2009-cu il təvəllüdlü X6, xx xxxx 2012-ci il təvəllüdlü X9 və xx xxxxxx 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq görə 200 manat olmaqla, cəmi 600 manat aliment tutularaq onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx xxx 2008-ci il tarixdə nikahlarını rəsmiləşdirərək ailə qurmuşlar və birgə nikahlarından xx xxxxx 2009-cu il tarixdə X6, xx xxxx 2012-ci il tarixdə X9 və xx xxxxxx 2013-cü il tarixdə X5 anadan olmuşdur. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(044)-3369/2019 nömrəli qətnaməsi ilə nikahları pozulmuş və yetkinlik yaşına çatmayan uşaqlar onun yanında saxlanılmışdır. Cavabdeh işləyir və aliment ödəmək üçün kifayət qəd ər gəliri var. Cavabdeh məhkəmə iclasında firmada sürücü işlədiyini, 500 manat əmək haqqı aldığını, uşaqlara hər ay 100 manat aliment ödəyə biləcəyini bildirmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin (hakim Gündüz Şirinov) xx xxxxxx 2020-ci il tarixli 2(044)-637/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh xx xxxxx 2009-cu il tarixdə anadan olmuş X2, xx xxxx 2012-ci il tarixdə anadan olmuş X3 və xx xxxxxx 2013-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxxxxx 2020ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 160 manat, cəmi 480 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi; Cavabdeh 30 manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməsi; Qətnamənin dərhal icra olunması qət edilmişdi r. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1 və 100.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(044)-637/2020 nömrəli qətnaməsinin dəyişdirilərək hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 300 manat aliment müəyyən olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir Apelyasiya instansiyası məhkəməsindəki icraat Cavabdeh apellyasiya məhkəməsinə xx xxx 2020-ci il tarixdən “xxxx” MMC-də ekspeditorsürücü işlədiyi və 300 manat əmək haqqı alması barədə həmin MMC-nin verdiyi xx.xx.2020-ci il tarixli arayışı təqdim etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Rəhman Muradov - sədrlik edən və məruzəçi, Ş ami Rzaquliyev və Fikrət Mehtiyev) xx xxxxxx 2020-ci il tarixli 2(104)2263/2020 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(044)-637/2020 nömrəli qətnaməsinin alimentin müəyyən olunması hissəsində dəyişdirilərək hər uşaq üçün alimentin miqdarı 130 manat, cəmi 390 manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh əvvəllər “X8” sürücü işləyərək 500 manat əmək haqqı almışdır. Məhkəmə kollegiyasına təqdim olunmuş xx xxxxxx 2020-ci il tarixli arayışdan isə müəyyən olunur ki, Cavabdeh xx xxx 2020-ci il tarixdən “xxxx” MMC-də ekspeditor-sürücü işləyir və 300 manat əm ək haqqı alır. Göründüyü kimi üç uşaq üçün ümumilikdə müəyyən olunmuş 480 manat miqdarında aliment ödəməyə cavabdeh zəruri vəsaitə malik deyil. Məhz bu baxımdan kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi alimentin müəyyən olunması hissəsində dəyişdirilməli və alimentin miqdarı hər uşaq üçün 130 manat, cəmi 390 manat müəyyən olunmalıdır. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 17.1, 34.4, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1, 75, 78.1, 78.2, 112.1-ci maddələrinə və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa istinad edərək əsaslandırmışdır. Həmin qətnamədən cavabdeh kassasiya şikayəti verməmişdir. İddiaçı kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104 )2263/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilib, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh "X14" kolbasa firmasında əmək haqqı 300 AZN olsa da əlavə olaraq həmin işlədiyi yerdən ona əmək haqqına faiz də hesablanır və hal-hazırda iş saatı artırılmış və əlavə rayonlarda da fərdi qaydada mal paylayır (Bərdə şəhəri) və onun faiz dərəcəsi ilə hesablanmış əmək haqqı 800 manat təşkil edir. Uşaqlar böyüdükcə onlarının saxlanılması üçün xərclər artır ayda 390 manatla 11, 8 və 7 yaşında olan üç uşağının saxlanılması mümkün deyil. Məhkəmə işə baxarkən işin faktiki hallarını tam hərtərəfli araşdırmamışdır. Nəticədə "Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il tarixli 4N-İİ qərarının 2.4-cü bəndinin tələbləri kobud şəkildə pozulmuşdur. Cavabdehin rəsmi iş yeri vardır. Oradan əmək haqqı olduğuna görə (hətta faizini də alır) məhkəmə hər bir halda alimenti sabit pul məbləği ilə deyil, onun qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi məbləğində müəyyən etməli idi. Məhkəmənin bunu müəyyən etməməsi onu sübut edir ki, məhkəmə məlum qətnaməni qət edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 76-cı maddələrinin tələblərini kobud şəkildə pozmuşdur. Göründüyü kimi məhkəmə məlum qətnaməni qət edərkən iş üzrə sübutları tam, hərtərəfli düzgün qiymətləndirməmişdir. Məhkəmə qətnamə qəb ul edərkən bu kimi hallara hüquqi qiymət verməmiş nəticədə iş üzrə obyektiv həqiqəti əks etdirməyən qətnamə qət edilmişdir. Cavabdehin kassasiya şikayətinə dair yazılı etirazı və ya izahatı məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və vəkili X4 oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Cavabdehin nümayəndəsi və vəkili X7 oğlu kassasiya şikayətinə etiraz edərək təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat vermədiyi üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəm ə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 75.1 Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4 Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1 Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik t örətdiyi və ya tərəflərdən birinin marağı əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həmdə bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2 Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üç ün 170 manat müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarını n sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nət icələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurət indən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini alimentin hər uşaq üçün 130 manat müəyyən edilməsi hissəsində mübahisələndirdiyindən qətnamənin qanuniliyi həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə n əticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin faktiki hallarını və uşaqların mənafeyini, tərəflərin hər ikisinin maddi və ailə vəziyyətini, uşağı saxlamaqda valideynlərin bərabər öhdəlik daşımalarını və uşaqların saxlanılması üçün minimum yaşayış xərclərini rəhbər tutaraq hər bir uşağın saxlanılması üçün alimentin miqdarını 130 (yüz altmış) manat müəyyən etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya M əhkəməsinin Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olubolmamasını və s. məsələləri nəzərə almalıdır. Məhkəmə kollegiyası «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası qanununa görə 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat müəyyən edildiyini nəzərə alır, lakin qeyd edir ki, uşaqların gündəlik zəruri qida və digər zəruri ehtiyaclarının təmin edilməsində valideynlərin hər biri bərabər məsuliyyət daşıyırlar. Uşağın qayğısına qalmaq, onun normal inkişaf etməsinin təmin edilməsi hər iki valideynin vəzifəsidir. İddiaçı kassasiya şikayətində ca vabdehin rəsmi əmək haqqısının 300 manat olmasına baxmayaraq onun əlavə gəlirlərinin olmasını, həmçinin alimentin sabit pul məbləği ilə deyil, cavabdehin qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi məbləğində müəyyən edilməli oduğunu qeyd etmişdir. Məhkəmə kollegiyası şikayətin bu dəlillərini əsassız hesab edir. Belə ki, iddiaçı tərəfindən cavabdehin aylıq qazancının daha artıq olması barədə sübut məhkəməyə təqdim etməmişdir. Həmçinin iddiaçı iddia tələbində alimentin sabit pul məbləğində tutulmasını tələb etdiyindən məhkəmələr tərəfindən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinin tələbləri nəzərə alınmaqla, sabit pul məbləğində aliment tutulmuş və bu zaman hər hansı qanun pozuntusauna yol verilməmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəl diyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, apellyasiya şikayətinin dəlillərinə əsaslandırılmış qiymət vermiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2263/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar