Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1304/2022 01.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh və 3-cü şəxs Xaçmaz rayon 1 saylı Notariat Ofisinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsinin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9030/2021 nömrəli iş üzrə 20 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 01 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxara q, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə onun arasında Xaçmaz rayon 1 saylı notariat ofisində bağlanmış 3M-98 saylı, 08 aprel 2018-ci il tarixli müqavilənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2000-ci illərdən tanışdır. Onunla bir yerdə qızıl alveri ilə məşğul olmuşdur. 2008-ci ildə Xaçmaz rayonu, Nabran kəndində şərikli torpaq sahəsi almışlar. Həmin torpağın alınması məqsədi ilə 20000 manat Rafiq Qaraşov vermiş, sonradan isə 8000 dollar əlavə vermişdir. 2009-cu ildə Vşəriklikdən ayrılmı ş və pulun qaytarılması üçün onu polisə vermişdir. Araşdırmadan sonra polis ərizəni rədd etmişdir. Bu illər ərzində ona 24000 manat məbləğində ödəniş etmişdir. Bundan sonra cavabdeh ona təzyiqlər etmiş, buna görə də məcbur olaraq Xaçmaz rayonu 1 saylı Notariat ofisinin notariusu tərəfindən təsdiq edilmiş 3 M-98 saylı, 08 aprel 2018-ci il tarixli kredit müqaviləsi bağlamışdır. Lakin kredit müqaviləsinin predmeti olan 70000 manat pul cavabdeh tərəfindən ödənilməmişdir. Bununla bağlı 08 aprel 2021-ci ildə cavabdehə pretenziya məktubu göndərilmiş, lakin 10 gün ərzində cavab verməli olduğu halda cavab verməmişdir. Həmçinin cavabdehin 70000 manat pulu qəbul etməsinə dair ünvan 1 ünvanlanmışdır. Həmin notariat ofisinin notariusunun 231 nömrəli 19 aprel 2021-ci il tarixli cavabında, cavabdehlə onu n arasında kredit müqaviləsi notariat qaydasında təsdiq edilərkən pul vəsaitinin tərəflərdən birinin digərinə verilməsi halı olmamışdır. Onun cavabdehə 35000 manat miqdarında borcu olmuş, həmin puldan müəyyən ödənişlər edilmiş və hazırda 30000 manat civarında borc qalmışdır. Tərəflər arasında bağlanmış notarial qaydada təsdiq edilmiş kredit müqaviləsi üzrə cavabdehin ona 70000 manat məbləğində pul verməsi təsdiq edilməmişdir. Müqavilə bağlansa da, cavabdeh iddiaçıya notariusda o məbləğdə pulu təqdim etməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 02.07.2021-ci il tarixli, 2(004)-3643/2021 saylı qətnaməsi ilə (hakim Toğrul Axundov) iddia tələbinin rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslan dırmışdır ki, iddiaçı tərəfindən cavabdehlə onun arasında kredit müqaviləsi notariat qaydasında təsdiq edilərkən pul vəsaitinin tərəflərdən birinin digərinə verilməsi halı olmaması mülahizələrinə və eləcədə əslində borc məbləğinin 35000 manat olmasına dair məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Bundan başqa məhkəmə iddiaçı tərəfindən istinad edilən Xaçmaz rayonu 1 saylı Notariat Ofisinin vəkili Vəkil ünvanladığı 19.04.2021-ci il tarixli məktubuna münasibət bildirərək qeyd edir ki, işin halları ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya borc müqaviləsində göstərilmiş pul vəsaiti notariusun şəxsən iştirakı ilə deyil, notariusun otağından kənarda verilmiş və tərəflər həmin halı müqaviləyə imza etməklə təsdiqləmək üçün notariusun yanına daxil olmuşlar. Məhkəmə, t ərəflər arasında borc müqaviləsi bağlanılan zaman borc məbləğinin notariusun depozit hesaba qoyulması yolu ilə verilməsinə dair qanunvericilikdə tələblər və müddəalar olmadığından cavabdehin işin halları ilə bağlı verdiyi izahatını inandırıcı sayır. Bununla yanaşı iddiaçı tərəfindən qeyd olunan halları təkzib edən mötəbər sübutlar da təqdim edilməmiş, iddiaçının nümayəndəsi tərəfindən iddiaçının cavabdehə borcu olması etiraf edilərək, sadəcə borcun məbləği mübahisələndirilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 421.1, 421.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1, 4.1, 9, 14.2, 77.1, 78.1, 80, 81, 119.1, 217.3, 217.4-cü maddələri il ə əsaslandırmışdır. Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv ediməsi barədə qətnamə edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Fuad Babayev - sədrlik edən və məruzəçi, Xumar Mərdanova, Elnur Həsənov) 20.10.2021-ci il tarixli, 2(103)9030/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02.07.2021-ci il tarixli, 2(004)-3643/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək qeyd edir ki, iş üzrə iddiaçı tərəfindən qeyd olunan halları təkzib edən mötəbər sübutlar təqdim edilməmiş, iddiaçının nümayəndəsi tərəfindən iddiaçının cavabdehə borcu olması etiraf edilərək, sadəcə borcun məbləği mübahisələndirilmişdir. Həmçinin, kollegiya qeyd edir ki, 08 aprel 2017-ci il tarixli kredit müqaviləsinin müddəti 30 dekabr 2020-ci tarixdə müqavilənin müddəti bitdiyindən onun məhkəmə qaydasında ləğv edilməsinə lüzum yoxdur. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı (vəkili Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilərək işin yenidən araşdırılması üçün geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 439.5-ci maddəsinin tələblərinə uyğun olaraq ödənişin harada edilməsi ilə bağlı hər hansı araşdırma aparmadan qəbul edilmiş qərar qanuna müvafiq deyildir. Yalnız qarşı tərəfin dediyi fikri əsas götürərək qeyd edir ki, pul məbləği notariusun otağından kənarda verilmişdir. Tərəflər arasında müqavilənin etibarsız hesab edilməsi ilə Yasamal rayon məhkəməsində hakim Ayaz Məmmədovun sədrliyi ilə keçirilən iclasda cavabdeh özü təkidlə qeyd edirdi ki, pul ona notariuda verilib. Lakin sonradan fikrini dəyişərək pulun ona notariusun yanında verildiyini bildirmişdir. Lakin məhkəmə prosesləri zamanı da qeyd edilən hallarla bağlı heç bir araşdırma aparmadan qərar qəbul edilmişdir. İş materiallarında olan Xaçmaz rayon 1 saylı notariat ofisinin cavabından görünür k i, kredit müqaviləsi bağlanan zaman tərəflərdən birinin digərinə pul verməsi halı aşkar olunmamışdır. Ancaq qeyd edilən kredit müqaviləsinin 1-ci bəndindən də görünür ki, borc verən borc alana 70000 manat pul borc verir. Apelyasiya Məhkəməsi heç bir əsaslandırma aparmadan formal olaraq qərar qəbul etmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki halları nı araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 324.1, 324.2, 324.4, 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xi tamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi olmaqla, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları ar aşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kasasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kasasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya in stansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, kasasiya şikayətinin dəlilləri əsasən iddia tələbinin və apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. Belə ki, iddiaçı yenə də əsas dəlil olaraq müqavilədə göstərilmiş məbləğin ona notariat orqanında verilməsi halının müəyyən edilmədiyi barədə sübut olmasına istinad etsə də, apelyasiya kollegiyası ən vacib olan amil kimi düzgün qeyd etmişdir ki, 08 aprel 2017-ci il tarixli kredit müqaviləsinin müddəti 30 dekabr 2020-ci tarixdə müqavilənin müddəti bitdiyindən onun məhkəmə qaydasında ləğv edilməsinə lüzum yoxdur. Bu xüsus müəyyən edildiyi üçün artıq müqavilənin ləğvi edilməsi ilə bağlı hər hansı dəlilə qiymət verilməsinin də əhəmiyyəti qalmır. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya yoxlaması nəticəsində hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verilmədiyinə görə kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv ed ilməsi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9030/2021 nömrəli iş üzrə 20 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1304/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-1304/2022
01.03.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver