Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1309/2020 17.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 17 mart 2020-ci il İŞ № 2(102)-1309/2020 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı, cavabdeh “xxxx” ASC vəkili Vəkil2 və nümayəndəsi X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xxxx saylı qətnaməsindən cavabdeh “xxxx” ASC kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Səbail rayon məhkəməsinin 23 noyabr 2018-ci il tarixli, 2(009)-2400/ 2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim N.A.Bağırov) İddiaçı cavabdeh “xxxx” ASC qarşı “sığorta müqaviləsi üzrə ödənişin verilməsi” barədə iddiası qismən təmin edilərək, cavabdeh təşkilatdan avtomobilin 01 yanvar 2018-ci il tarixdə qəzaya uğraması və baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş ziyana görə 16.250 manat sığorta ödənişinin, ödənilmiş dövlət rüsumuna görə 20 manat pulun, cəmi 16.270 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddia ərizəsinin rədd olunması qət edilib. Cavabdeh təşkilat qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xxxsaylı qətnaməsi ilə (hakimlər F.F.Babayev sədrlik edən, məruzəçi, X.A.Mərdanova və E.M.Həsənov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Səbail rayon məhkəməsinin 23 noyabr 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılıb. Cavabdeh təşkilat qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdeh təşkilata qarşı iddia qaldaraq, sığorta ödənişinə görə 16.250 manat, həmçinin gecikdirilmiş günlər üçün sığorta ödənişinin həyata keçirildiyi günədək sığorta ödənişinin 0,1 faizi məbləğində dəbbə pulunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüqu qi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında cavabdeh “xxxx” ASC nümayəndəsi xxx və vəkili Vəkil2 kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. İddiaçı məhkəmə iclasında iştirak etsə də vəkillə birgə təmsil olunmadığı üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini isə təmin edilmədən saxlayarkən, iddia ərizəsinin qismən təmin edilməsi üçün əsasların olmasına, iddia ərizəsini qismən təmin etməklə birinci instansiya məhkə məsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 923.1, 925.3-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, iddiaçıya məxsus “x” marka lı, ** ZD *** dövlət nömrə nişanlı avtomobil cavabdeh tərəfindən tərəfindən 09 aprel 2015-ci ildən 09 aprel 2016-cı il tarixədək, 09 aprel 2016-cı ildən 09 aprel 2017-ci il tarixədək və 09 aprel 2017-ci ildən 09 aprel 2018-ci il tarixədək kasko növü üzrə sığortalanıb. Sığorta məbləği 2015-2016-cı illər üçün 32.900 manat, 2016-2017-ci illər üçün 26.320 manat və 2017-2018-ci illər üçün 21.056 manat müəyyən edilib. Sığorta riskləri hər iki sığorta şəhadətnaməsi üzrə - avtomobil sahibinin mülki məsuliyyətinin sığortası üzrə sığorta müqaviləsində göstərilən avtomobilin istifadəsi zamanı üçüncü şəxslərin həyatına, sağlamlığına və (və ya) əmlakına dəyən zərərin (n/v sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq sığorta məbləğindən artıq qalan hi ssəsində) əvəzinin ödənilməsi üzrə sığorta olunanın mülki məsuliyyətinin yaranması riskindən sığorta təminatı verilir. 01 yanvar 2018-ci il tarixdə avtomobilin qəzaya uğraması ilə əlaqədar iddiaçı sığorta ödənişinin verilməsi üçün cavabdeh təşkilata müraciət edib və sığorta ödənişinin verilməsindən imtina olunub. İmtinanın əsası kimi yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş zərər məbləğinin həmin avtomobilin sığorta dəyərinin 75 faizindən artıq hissəsini təşkil etdiyindən avtomobilin tam məhv olmuş hesab edilməsi göstərilib. Həmçinin, imtinada qeyd edilmişdir ki, sığorta predmeti tam zərərə uğramış hesab edildiyindən, 10 may 2017-ci il tarixli sığorta aktına əsasən sığorta predmetinin sığorta məbləği 20.589,91 manat məbləğindən MİB-6276-3/15 saylı sığorta şəhadətnaməsində raz ılaşdırılmış 700 manat azadolma məbləği və sığortalının avtomobilin qalıq hissəsinin özündə saxlamaq istəyi nəzərə alınaraq dəyəri müəyyən edilmiş 18.000 manat çıxılmaqla 1.889,91 manat sığorta ödənişini, müvafiq sığorta sənədləri imzalandıqdan sonra ödənilə bilər. Həmçinin işə əlavə edilmiş “xxxx” MMC tərəfindən verilmiş 26 fevral 2018-ci il tarixli rəyə əsasən avtomobilə baxış keçirilmiş, avtomobilin təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilib: 1. zədələnmiş hissələr yeniləri ilə əvəz edilməklə avtomobilin təmir-bərpa xərcinin məbləği 17.442 manat müəyyən edilib. O cümlədən dəyişilməli hissələrin qiyməti15.205 manat, təmir bərpa işlərinin qiyməti 22.37 manat müəyyən olunur. 2. zədələnmiş hissələrə amortizasiya aşınması tətbiq edilməklə avtomobilin təmir-bərpa xərcinin məbləğ i 16.250 manat müəyyən edilir. O cümlədən dəyişilməli hissələrin qiyməti- 14.013 manat, təmir bərpa işlərinin qiyməti 2.237 manat müəyyən edilir.
3. Əla keyfiyyətli, tam komplektli, 2015-ci il buraxılışlı, “x” markalı avtomobilin hazırki orta bazar qiyməti 40.000 manat müəyyən edilir. Rəydə həmçinin qeyd edilmişdir ki, baxışa təqdim edilmiş avtomobilin qəzadan sonra ön hissəsindəki detallar (ön bamper, qabaq panel, radiotorlar, ön kapot, padpress və s.) istisna edilməklə, əksər əsas hissələri (baş, salon, mühərrik, hərəkətedici hissələr və s) salamat qalmışdır. Avtobazalarda mövcud olan tələb və təklifdən asılı olaraq, müəyyən edilmiş orta bazar qiymətində qismən dəyişiklik olması istisna edilmir. ƏDV ehtiyyat hissələrinin satış qiymətlərinə daxil edildiyinə görə nəzərə alınmamışdır. Eyni zamanda cavabdeh təşkilat tərəfindən iddiaçıya ünvanlanmış məktubda bildirilmşdir ki, iddiaçıya məxsus avtomobilin 01 yanvar 2018-ci il tarixli hadisə ilə bağlı zərərin qiymətləndirilməsi istiqamətində “x” markalı avtomobillərin Azərbaycan Respublikasında rəsmi nümayəndəliyi olan, “xxxx” MMC təmir müəssisəsində texniki baxış keçirilmiş, 01 yanvar 2018ci il tarixli hadisə ilə bağlı avtomobilə dəymiş zərər 31.901,89 manat məbləğində müəyyən edilmiş və “xxxx” MMC 04 yanvar 2018-ci il tarixli qüsur aktında öz əksini tapmışdır. Həmçinin sığortalı avtomobilə 01 yanvar 2018-ci il tarixdə dəymiş zərərin qiymətləndirilməsi məqsədi ilə “xxxx” MMC təmir emalatxanasının mütəxəssisləri tərəfindən texniki baxış keçirilmiş, avtomobilə dəymiş zərər 33.026 manat məbləğində müəyyən edilmiş və 05 yanvar 2018 -ci il tarixli qüsur aktında öz əksini tapmışdır. Eyni zamanda, sığortalı avtomobilə dəymiş zərər sığorta sahəsində yardımçı fəaliyyətlə məşğul olan müstəqil ekspert tərəfindən 32.063 manat məbləğində qiymətləndirilmişdir. Sığortalı avtomobilin sığorta hadisəsi baş verdiyi andan dərhal əvvəlki bazar dəyəri Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarət Xidməti tərəfindən “Sığorta sahəsində yardımçı hüquqi şəxslərin və müstəqil ekspertlərin reyestri”nə daxil edilmiş müstəqil ekspert tərəfindən 35.000 manat məbləğində müəyyən edilmişdir. Odur ki, “x5” markalı, ** ZD *** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərər məbləği həmin avtomobilin bazar dəyərinin 75 faizindən artıq hissəsini təşkil etdiyindən, avtomobil tam məhv olmuş hesab edilir və 23 yanvar 2018-ci il tarixli məktubla bildirildiyi k imi müvafiq sığorta sənədləri imzalandığı halda sığorta ödənişi olunacaqdır. “xxxx” MMC tərəfindən verilmiş qüsur aktına əsasən avtomobilin bərpa edilməsi üçün tələb olunan vəsait 31.901,89 manat məbləğində müəyyən edilmişdir. “xxxx» MMC tərəfindən avtomobilin təmiri üçün tələb olunan xərclərin siyahısına əsasən həmin avtomobilin tam şəkildə bərpa edilməsi üçün 33.026 manat pul vəsaiti tələb olunur. Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarət Xidməti tərəfindən “Sığorta sahəsində yardımçı hüquqi şəxslərin və müstəqil ekspertlərin reyetsrin”də fiziki şəxs olan müstəqil ekspert kimi qeydiyyatdan keçmiş X2 tərəfindən keçirilmiş qiymətləndirməyə əsasən avtomaşına dəymiş zərərin aradan qaldırılması üçün 32.063 manat pul tələb olunur. Həmin avtomobilin 01 yanvar 2018-ci il tarixə bazar qiyməti 3 5.000 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 01 oktyabr 2018-ci il tarixli rəyinə əsasən “xxxx” MMC 05 yanvar 2018-ci il tarixli aktına əsasən avtomobilin təmir-bərpa xərci, avtonəqliyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 30.427 manat müəyyən edilir. Həmin avtomobilin hadisə baş verməmişdən əvvəl orta bazar qiyməti 31.000 manat, hadisə baş verdikdən sonra isə avtomobilin təmir olunması nəzərə alınaraq 28.000 manat müəyyən edilir. İşə əlavə edilmiş 03 avqust 2018-ci il tarixli qaimə-fakturalara əsasən, iddiaçı tərəfindən “Mazda CX-5” markalı avtomobilin ehtiyyat hissələri üçün cəmi 15.081 manat məbləğində pul ödənilmiş və həmin ehtiyyat hissələri alınmışdır. “Badamdar Avtoservis” fiziki ş əxs X5 tərəfindən verilmiş işçilik haqqında akta əsasən avtomobilin təmiri üçün işçilik haqqı 2.295 manat təşkil edir. Mülki qanunverciliyə müvafiq olaraq sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır (Mülki Məcəllənin 922.1-ci maddəsi). Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır (Mülki Məcəllənin 923.1-925.3-ci maddələri). Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb müəyyən etmişdir ki, işin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh təşkilat qiymətləndirici şirkətlər tərəfindən verilmiş qüsur aktlarına istinad edərək iddiaçının mülkiyyətində olan avtomobilə dəymiş ziyan məbləğinin, avtomobilin avtoqəza baş verən tarixə olan bazar qiymətinin 75 faizindən çox hissəsini təşkil etdiyinə görə sığorta ödənişinin verilməsindən imtina edir. İddiaçı isə, onun avtomobilinə dəymiş ziyanın 16.250 manat təşkil etdiyini və həmin məbləğin avtomobilin tam saz vəziyyətə gətirilməsi üçün kifayət etdiyini bildirərək həmin məbləğin cavabdeh təşkilatdan tutulmasını iddia edir. İddiaçı tələbini təsdiq e dən sübut qismində məhkəməyə “xxxx” MMC tərəfindən verilmiş 26 fevral 2018-ci il tarixli rəyi təqdim etmişdir. Cavabdeh təşkilat sığorta ödənişinin verilməsindən qismən imtinasını “xxxx” MMC, “xxxx” MMC və müstəqil ekspert kimi qeydiyyatdan keçmiş X2 tərəfindən verilmiş qüsur aktları ilə əsaslandırmışdır. Həmçinin tərəflərin izahatları və mülki iş materialları ilə müəyyən edilmişdir ki, sığorta hadisəsi nəticəsində sığorta predmeti olan avtomobil tam məhv olmamış və avtomobilin təmiri (bərpası) mümkün olmuşdur. Birinci instansiya məhkəməsi tərəflərin təqdim etdikləri qiymətləndirici rəylərinə və qüsur aktlarına hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı tərəfindən avtomobilə dəymiş ziyanın hesablanması ilə bağlı təqdim edilmiş mütəxəssis rəyi daha mötəbərdir və həmin rəyin mötəbərliy i işin faktiki halları ilə tam təsdiq olunur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 30 aprel 2019cu il tarixli rəyinə əsasən, avtomobilin iş materiallarının 12-18 vərəqələrində olan mütəxəssis rəyinə olan təmir-bərpası məqsədəuyğun hesab edilmir. Nəzəri hesablama yolu ilə işdə ola “xxxx” MMC 05 yanvar 2018-ci il tarixli aktı məlumatlarına əsasən avtomobilin təmir-bərpa xərci, avto-ehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 30.427 manat müəyyən edilmişdir. Eyni zamanda işin apellyasiya baxışı zamanı verilmiş “xxxx” MMC 02 avqust 2019-cu il tarixli rəyinə əsasən avtomobilin təmir-bərpasına çəkilən xərcin 16.250 manat olması müəyyən edilmişdir. O, cüm lədən dəyişdirilən hissələrin qiyməti 14.013 manat, təmir-bərpa işlərinin dəyəri 2.237 manat müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, Məhkəmə Ekspertiza Mərkəzinin 30 aprel 2019-cu il tarixli rəyi ilə müqayisədə “xxxx” MMC 02 avqust 2019-cu il tarixli rəyi daha mötəbər, inandırıcı və əsaslandırılmışdır. Çünki, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən bilavasitə avtomobilə baxış keçirilməmiş və iş üzrə ekpert rəyi “xxxx” MMC aktına əsasən verilmişdir. Belə olan halda avtomobilə baxış keçirilmədən verilmiş ekspert rəyi mötəbər sübut kimi qəbul edilə bilməz. Əksinə, “xxxx” MMC tərəfindən verilmiş rəy isə avtomobilə baxış keçirilməklə verilmiş və həmin rəyə avtomobi lin təmirdən sonrakı vəziyyətini əks etdirən fotoşəkillər əlavə edilmişdir. Cavabdeh təşkilat sonuncu rəylə razı olmadığını bildirsə də, həmin rəyin məlumatlarını şübhə altına ala biləcək hər hansı ağlabatan dəlilləri irəli sürə bilməmiş və bu barədə məhkəməyə heç bir yazılı sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPMnin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqə dar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. Digər tərəfdən, iddiaçı tərəfindən təqdim edilmiş rəydən və həmin rəyə əlavə olunan fotoşəkillərdən görünür ki, sığorta obyekti olan avtomobilin yalnız qabaq hissəsi və qabaq sağ hissəsi yararsız hala düşmüş, avtomobilin digər hissələri isə tamamilə salamatdır. Yəni avtomaşının sol, arxa, və üst tərəfləri, həmçinin sol tərəfin qabaq qapıdan arxa hissəyə qədər hissəsi tamamilə salamatdır və həmin hissələr ümumiyyətlə zədələnməmişdir. Avtomaşının zədələnmiş hissələri yalnız kapotu, ön bamperi, ön şüşəsi, sol farası və qabaq hissəyə aid olan hissələrdir. Eyni zamanda təqdim edilmiş bütün qiymətləndirmə və qüsur aktlarının heç birində avtomobilin motor hissəsinin və digər vacib hərəkət hissələrinin zədələnməsi öz əksini tapmamışdır. Yəni, sözügedən avtomobilə dəymiş zərərin məbləğinin həmin avtomobilin bazar dəyərinin 75 faizindən artıq hissəsini təşkil etməsi mülki iş materialları ilə istisna olunur. Bu baxımdan kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya şikayəti ilə eyni məzmunlu olan kassasiya şikayətinin dəlilləri də əsas sız olduğundan təmin edilə bilməz. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş həqiqi halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara sadalanan maddi hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəl illəri əsassız hesab edir və belə qənatə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh “xxxx” ASC kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xxxx saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.