Məhkəmə qərarları › İş №2(102)-1313/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1313/2023

03.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1313/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: evə köçürülmə) 03.05.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinə yaşayış və istifadə hüququ tanımaqla, bu evə köçürülməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı “kompensasiya verilməklə, onun mülkiyyətindəki evə dair bütün hüquqların itirilmiş hesab edilməsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasını n 2(105)-2171/2022 nömrəli, 23 noyabr 2022-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 3 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Siyəzən rayon Gil-Gilçay icra nümayəndəliyi tərəfindən 01 aprel 2021-ci il tarixdə verilmiş AZ-T seriyalı, 122802 və 122801 nömrəli, Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 01 aprel 2021-ci il tarixdə verilmiş AZ-T seriyalı, 122800 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, müvafiq olaraq atası Cavabdeh, anası İddiaçı olan Aynur 13 mart 2007-ci il, Nuray 04 aprel 2010-cu il tarixdə Siyəzən rayonu, Gil-Gilçay qəsəbəsində, Əkbər isə 24 noyabr 2014-cü il tarixdə Siyəzən şəhərində doğulmuşlar.

2. Siyəzən rayo n Dövlət Notariat Kontorunun dövlət notariusu tərəfindən 26 dekabr 2006-cı il tarixdə reyestrdə 4Ə-354 nömrə ilə qeyd edilmiş müqavilənin, eləcə də Siyəzən Rayon İcra Hakimiyyətinin 07 dekabr 2010-cu il tarixli, 281 nömrəli sərəncamının surətindən görünür ki, X1 Rayon İcra Hakimiyyəti başçısının 21 aprel 2006-cı il tarixli, 93 saylı sərəncamı ilə verilmiş 0,05 ha torpaq sahəsini bütünlüklə Cavabdeh 1200 manata satmış, habelə 07 dekabr 2010- cu il tarixdə sonuncuya bu torpaq sahəsində fərdi yaşayış evinin tikilməsinə icazə verilmişdir.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən 24 noyabr 2015-ci il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən R X seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Siyəzən şəhərinin B.Bayramov küçəsində yerləşən ümumi sahəsi 114,4 kv.m-dən ibarət 160 saylı fərdi yaşayış evi həmin tarixdə mülkiyyət hüququ üzrə Cavabdeh adına **********63-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinə yaşayış və istifadə hüququ tanınmaqla, bu evə köçürülməsi” tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun qeydiyyatda olduğu Siyəzən rayonunun B.Bayramov küçəsindəki 160 saylı evə yaşayış və istifadə hüququnun tanınması, eləcə də həmin mənzilə köçürülməsi b arədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar 30 yanvar 2007-ci il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmiş, bu nikahdan 13 mart 2007-ci il tarixdə Aynur və 04 aprel 2010-cu il tarixdə Nuray adlı iki qız, 24 noyabr 2014-cü il tarixdə Əkbər adlı bir oğlan övladları doğulmuşdur. O, 22 mart 2021-ci il tarixdə yaşadığı fərdi yaşayış evindən Cavabdeh tərəfindən qovulmuş və 02 aprel 2021-ci il tarixdə nikahın pozulması tələbi ilə Siyəzən Rayon Məhkəməsinə müraciət edilmişdir. Bu məhkəmənin 04 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə nikah pozulmuşdur. Cavabdehv onu və onun himayəsində qalan Aynur və Əkbər adlı uşaqları yaşadığı, eləcə də qeydiyyatda olduğu ünvana buraxmır, sonunculara məxsus geyim, həmçinin, cehiz əşyalarını vermir. Onun və uşaqların mənzildən istifadə hüquqlarına mane olur. Həmin evin inşasında onun atası Balami Əzizov maddi köməklik göstərmişdir.

6. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Ağayeva (Əzizova) Bədriyyə Balami qızına qarşı “kompensasiya verilməklə onun mülkiyyətindəki evə dair bütün hüquqlarının (köçürülmə, yaşayış və istifadə) itirilmiş hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 5000 manat məbləğində kompensasiya verilməklə, onun mülkiyyətindəki Siyəzən şəhərinin B.Bayramov küçəsində yerləşən 160 saylı evə dair bütün hüquqlarının (köçürülmə, yaşayış, istifadə) itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

7. Qarşılıqlı iddia tələbi onunla əsas landırılmışdır ki, o, ilk iddia üzrə iddiaçı ilə əvvəlcə 2006-cı il tarixdə faktiki nikah münasibətlərinə daxil olmaqla, evlənsə də, 30 yanvar 2007- ci il tarixdə nikahları rəsmiləşdirilmişdir. Onların birgə nikahından 13 mart 2007-ci il tarixdə Aynur və 04 aprel 2010-cu il tarixdə Nuray adlı iki qız, 24 noyabr 2014-cü il tarixdə Əkbər adlı bir oğlan övladları doğulmuşdur. Evliliklərinin ilk vaxtlarında ailə münasibətləri normal olsa da, sonradan bu münasibətlər pisləşmiş, 22 mart 2021-ci il tarixdə qarşılıqlı iddia üzrə cavabdehin ona xəyanət etməsi üzə çıxdığından, özü könüllü olaraq, uşaqları tək qoyub evdən qaçıb getmişdir. Hətta, İddiaçı onun evində olarkən sonuncunun xəyanətinin üstü açılmış, “İnstagram” adlanan sosial şəbəkədə tanış olduğu yad bir kişini evə dəvət etdiyi zaman onlar ı bir yerdə tutmuş, həmin vaxtdan bu günə kimi qarşılıqlı iddia üzrə cavabdeh evi tərk edərək getmişdir. Sonradan qarşılıqlı iddia üzrə cavabdeh məhkəməyə müraciət etmiş, habelə Siyəzən Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli qətnaməsinə əsasən aralarındakı nikah pozulmaqla, birgə nikahdan doğulmuş Aynur və Əkbər anaları İddiaçı himayəsində və yanında saxlanılmış, Nurayın isə ondan alınaraq, İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamədən apellyasiya qaydasında şikayət vermiş və iş hazırda Sumqayıt Apellyasiya Məhkəməsinin icraatındadır. Mübahisəli evi 26 dekabr 2006-cı il tarixdə Firudin adlı şəxsdən aldığı 0,05 ha torpaq sahəsi üzərində 2007-ci ilin yanvar-fevral aylarında, birgə nikah dövründə inşa etdirməyə başlamış, 2008-ci ildə yaşayışa tam yararlı olan bu evə 2012-ci ild ə ailəsi ilə birgə köçüb, yaşamağa başlamışdır. Keçmiş qayınatası Balami Əzizovun evin tikintisində təmənnasız iştirak etməsi, həmçinin maddi köməklik göstərməsi barədə deyilənlər yalandır. Ona qarşı tərəfdən hər hansı köməklik göstərilməmiş, habelə Balami Əzizova gördüyü işlərin müqabilində zəhmət haqqı vermişdir. 2021-ci ilin mart ayınadək qarşı tərəflə normal ailə münasibətlərində olmuşdur. Həmçinin, keçmiş arvadı İddiaçı ona xəyanət etməsindən sonra onunla eyni evdə birlikdə yaşamaq mümkün olmayacaqdır. Ona görə də qarşı tərəfə müəyyən məbləğdə kompensasiya verməklə, sonuncunun həmin evə dair bütün hüquqlarına xitam verilməsini istəyir. Mübahisəli evin aylıq kirayə haqqının 100-120 manat civarında olmasını nəzərə alaraq, qarşılıqlı iddia üzrə cavabdehə 5000 manat məbləğində kompensasiy a təklif edir və bu məbləğin ilk iddia üzrə iddiaçının fasiləsiz olaraq müəyyən müddət (3 il) kirayədə yaşaması üçün yetərli olacağını hesab edir.

8. Siyəzən Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 01 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim B.Ələkbərov) ilk iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir.

9. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ilk iddia üzrə iddiaçı Ağayeva X2 şəhərinin B.Bayramov küçəsində yerləşən mübahisəli 160 saylı fərdi yaşayış evində qarşılıqlı iddiaçı Cavabdeh ilə birgə mülkiyyətçi kimi bərabər yaşamış və o, heç vaxt bu hüququnu itirməmişdir. İlk iddia üzrə İddiaçı mübahisəli yaşayış sahəsindən öz iradəsindən asılı olmayan səbəbdən istifadə edə bilməməsi onun həmin sahədə yaşamaq hüququnun itiri lməsinə səbəb ola bilməz. Odur ki, ilk iddia üzrə İddiaçı mübahisəli fərdi yaşayış evində digər mülkiyyətçi ilə bərabər yaşamaq ixtiyarına malkdir və o, qeyd edilən yaşayış sahəsindən hər hansı bir maneə olmadan istifadə etməli, onun normal yaşayış yeri və layıqli həyat şəraiti təmin edilməlidir.

10. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tələbinin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə istinad etməklə, İddiaçı (Əzizovaya) kompensasiya verilməklə onun mülkiyyətindəki evə dair bütün hüquqlarının (köçürülmə, yaşayış və istifadə) itirilmiş hesab edilməsini tələb etsə də, kompensasiya institutu yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malik ailə üzvlərinə (əri, arvadı, valideynləri, uşaqları) şamil edilir. Qeyd edilən şəxslər isə mülkiyyətçi deyil, əmlak hüquqlarına malik həmin əmlakın mülkiyyətçisi olmayan şəxslər kateqoriyasına aiddirlər. Hazırda, İddiaçı (Əzizova) mübahisəli evin digər mülkiyyətçisi kimi payı müəyyənləşdirilməyən ümumiliyin iştirakçısıdır. Bu mənada, ümumi birgə mülkiyyətdə (payı müəyyənləşdirilməyən) olan mülkiyyətçinin hüquqlarına xitam verilməsi isə Mülki Məcəllənin 223-cü maddəsi həll edilməlidir. Yəni, birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilə bilər. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası Mülki Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir.

11. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, qarşılıqlı iddiaçı qarşılıqlı tələblə məhkəməyə müraciət edərkən, mülki qanunvericiliyin tələblərinə əməl etməmiş, habelə ilk iddiaçıya münasibətdə kompensasiya institutunun tətbiq edilməsini xahiş etmişdir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13.1. 29, 43, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 32.2.2, 32.3, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 27.1, 27.3, 139.1, 146.1, 146.2, 146.6, 152, 225.1, Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 107. 119.1, 124.2, 218.3-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Həmin qətnamədən ilk iddia üzrə Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsinə dair yeni qətnamə qət etməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi hüquq normalarının kobud şəkildə pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. O, İddiaçı yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun əvəzləşdirməsini təklif etmişdir. Həmin təklifdə müəyyən olunan kompensasiyasiya məbləği müəyyən müddət daxilində İddiaçı başqa yer də əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verir. Mülkiyyətçi Cavabdeh İddiaçı kompensasiya məbləğinin ağlabatan və ədalətli təklif etmişdir və o iddiaçının evə olan hüquqlarının xitam verilməsini qanunla müəyyən edilmiş şərtlərə riayət etməklə iddia edir. Əmlakından istifadəsində qoyulan məhdudiyyətdlərin aradan qaldırılmasını tələb etməkdə haqlı olmuşdur.

15. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(105)-2171/22 nömrəli iş üzrə 23 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər –G.Tağızadə (sədrlik edən və məruzəçi), L.Məmmədova, O.Quliyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Məhkəmə birinci instansiya məhkəməsini n mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, mübahisəli fərdi yaşayış evi tərəflərin birgə nikah dövründə inşa edilmiş və bu hal tərəflərin izahatları, şahid ifadəsi, eləcə də işin faktiki halları ilə öz təsdiqini tapmış, habelə bunun əksini təsdiq edəcək mötəbər sübut və ya sənəd məhkəməyə təqdim edilməmişdir.

17. Məhkəmə hesab etmişdir ki, mübahisəli fərdi yaşayış evi tərəflərin birgə nikah dövründə ümumi vəsaiti hesabına inşa edildiyindən mübahisəli ev Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın ümumi mülkiyyəti hesab olunmalıdır.

18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13.1, 29, 43.1, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1, 27.3, 139.1, 146.1, 146.2, 152.3, 225.1, 228.2, MPM-nin 14.2, 77.1, 78.1, 88, 106.1, 217.2, 372.1, 372.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. İlk iddia üzrə Cavabdeh kassasiya şikayəti verərək (Vəkil2) qətnamənin ləğv edilməsi, iddianın rəd edilməsi, qarşılıqlı iddianı təmin edərək, 10000 manat məbləğində kompensasiya verməklə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Siyəzən şəhəri, B.Bayramov küçəsindəki 160 saylı fərdi yaşayış evinə istifadə hüququna xitam verilməsinə dair yeni qərar qəbul etməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, kassator mübahisəli mənzilin mülkiyyətçi olduğuna görə, ilk iddia üzrə İddiaçı həmin mənzilə olan hüquqlarının xitam verilməsini qanunla müəyyən edilmiş şərtlərə riayət etməklə iddia edir.

21. Belə ki, tərəflərin ailə münasibətlərinin kəskinləşməsinə, ayrilmasına səbəd ilk iddia üzrə İddiaçı Cavabdeh xəyanət etməsi nəticəsində bu hallar baş vermişdir. Onun yenidən cavabdehlə eyni evdə qalması istər vicdani, istər insani baxımından, istər hüquqi baxımından düzgün deyil.

22. Həmçinin, məhkəmə mübahisəsi zamanı kompensasiya məbləğinin göstərilibgöstərilməməsindən asılı olmayaraq məhkəmə tərəfindən müəyyən etməlidir.

23. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 13, 34, Mülki Məcəllənin 228.2, MPM-nin 14.1, 88, 217, 228.5-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. İlkin iddiaçının vəkili-nümayəndəsi Qədirli Vüsal Vaqif oğlu kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz işin hallarına uyğun əsaslandırılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

25. Maddə 13.1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

26. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

27. Maddə 43.1. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Ailə Məcəlləsi

28. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

29. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.

30. Maddə 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Mülki Məcəllə

31. Maddə 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər.

32. Maddə 27.3. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir.

33. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, ha belə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

34. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).

35. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

36. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

37. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

38. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Mülki Prosessual Məcəllə

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına isti nad etməyə yol verilmir.

45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

47. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

49. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütovlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası m əhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

51. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış v ə hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

52. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

53. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2171/2022 nömrəli mülki iş üzrə 23 n oyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar