Məhkəmə qərarları › İş №2(102)-1331/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1331/2025

06.05.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1331/2025 06.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iş vaxtından artıq işə görə əlavə əmək haqqının ödənilməsi tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-940/2025 nömrəli 13 yanvar 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdırara q aşağıdakıları müəyyən etmişlər:

2. İddiaçı xx.xx.2022-ci il tarixində işəgötürən Cavabdeh MMC ilə 1 illik əmək müqaviləsi bağlayaraq MMC-nin Xaçmaz rayonunun Xudat şəhərində yerləşən Aqrokompleksin İdarəedilməsi departamentində İnzibati nəzarət şöbəsinin rəisi vəzifəsinə işə qəbul olunmuş, sonradan Təsərrüfat şöbəsinin müdiri vəzifəsinə keçirilmiş, qeyd edilən vəzifədə xx.xx.2023-cü il tarixinədək əmək funksiyalarını yerinə yetirmişdir; 3. xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iş vaxtından artıq vaxt ərzində görülən işə cəlb edilməsi ilə bağlı əmək haqqı olaraq cavabdehdən ümumilikdə 28.255 manat tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, əmək şəraitinin şərtlərinə görə iddiaçının əmək haqqı 3984 manat təşkil etmiş və həftəlik iş rejimi 6 gündən ibarət olmuşdur. İddiaçı bazar ertəsindən cümə gününədək 09:00-17:00, şənbə günü isə 09:00-15:00 aralığında işləmişdir. Əmək müqaviləsi üzrə əsas vəzifəsi Azərbaycan Respublikasında istehsal edilmiş müxtəlif növdə meyvələrin çeşidlənərək yük avtomobillərə yüklənməsinin təşkil edilməsindən ibarət olmuşdur. Tərəflər arasında mövcud olmuş əmək müqaviləsinə əsasən iddiaçının həftəlik iş vaxtı 40 saat müəyyən edilmişdir. İşin həcminin çox olması səbəbindən, iddiaçı mütəmadi olaraq iş vaxtından artıq işlərin gö rülməsinə cəlb edilmişdir. Lakin iş vaxtından artıq işə cəlb edilməsi ilə bağlı iddiaçıya əmək haqqı ödənilmədiyi üçün işçinin işə davamiyyəti ilə bağlı iş vaxtının uçotu sənədlərinin əldə edilməsi məqsədilə tərəfindən cavabdehə sorğu ilə müraciət edilmişdir. xx.xx.2023-cü il tarixli 244/23 saylı vəkil sorğusuna cavab olaraq, cavabdeh tərəfindən iddiaçının işə davamiyyəti ilə bağlı “giriş-çıxış” məlumatlarını əks etdirməyən formal tərtib edilmiş cədvəllər təqdim edilmişdir. Halbuki Əmək Məcəlləsinin 102-ci maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürən faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işləmiş saatların dəqiq, dürüst uçotunu aparmağa borcludur. İş vaxtının uçotunun forması və qaydası işəgötürən tərəfindən müəyyən edilir. Əmək Məcəlləsinə əsasən iş günü vaxtında n artıq müddət ərzində işin görülməsi işəgötürənin əmri və işçinin razılığı ilə həyata keçirilə bilər. İşçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla ödənilməlidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 15 dekabr 2022-ci il tarixli **********8 saylı qərarı 2023-cü il üzrə iş vaxtının norması və istehsalat təqvimi təsdiq edilmişdir. Beləliklə, orta aylıq əmək haqqını istehsalat təqvimi ilə müəyyən edilmiş aylıq iş vaxtının normasına bölmək üsulu ilə saatlıq vəzifə maaşını müəyyən etmək olar. Odur ki, müvafiq icra hakimiyyəti orqanının daxili normativ-hüquqi aktının tələblərinə görə, iddiaçıya iddia ərizəsində tərtib edilmiş cədvəldə qeyd edilmiş a rtıq iş saatlarına görə əlavə əmək haqqı ödənilməlidir. Artıq iş saatlarına görə ödənilməmiş əmək haqqı (ikiqat məbləğdə) cəmi 28.255 manatdır.

6. Cavabdehin nümayəndəsi X7 etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, mübahisənin predmeti olan tələbə daha əvvəl aidiyyəti üzrə X5 Xidmətində baxılıb və müraciət əsassız olduğu üçün inzibati icraata MN ******* saylı Qərarla xitam verilmişdir. Həmin qərardan qarşı tərəf şikayət verməmiş, qərar ləğv edilməmiş və hazırda qüvvədədir. İnzibati icraatın predmeti ilə məhkəmə mübahisəsinin predmetinin eyni olmasını məhkəmə iclasında iddiaçı özü etiraf etmişdir. Eyni zamanda, qarşı tərəfin təqdim etdiyi ksero-surətlərin mənşəyi bəlli deyil. Mülki Prosessual Məcəllənin 89.2-ci maddəsinə əsasən faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun.

7. Məhkəmə qərardadı ilə iş üzrə təyin edilmiş ekspertiza üzrə əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 sentyabr 2024-cü il tarixli, 9/4735 nömrəli rəyində qeyd olunmuşdur ki, iddiaçının xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək cavabdeh ASC-də işlədiyi müddətdə iş vaxtından əlavə olaraq artıq iş saatlarına cəlb edilmədiyi müəyyən edilir.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1421/2024 saylı, 24 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia tələbi təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, işçinin iş vaxtından artıq müddətdə işə cəlb edilməsinə əsas verən işəgötürənin (onun səlahiyyətli şəxslərinin) hər hansı yazılı göstərişinin, tərəflər arasında bununla bağlı rəsmi razılaşmanın və ya belə razılaşma olmadıqda görülmüş əlavə işin təhvil alınması barədə müvafiq aktın mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə bir göstərişin və sadalanan digər halların mövcud olmasını təsdiq edən mötəbər sübutlar da iddiaçı tərəfindən məhkəməyə təqdim edilə bilməmişdir.

10. Əmək müqaviləsində işçinin konkret iş saatları, iş rejimi və s. müəyyən edilməklə işçi ilə razlaşdırılmalıdır. Əlavə iş saatlarına (cəlb edilməyə) gəldikdə isə (əmək müqaviləsindən kənar) bu münasibət hər iki tərəf arasında müvafiq qaydada rəsmiləşdirilməli, əlavə işin nədən ibarət olması işçiyə bildiril məli və bunun razılığı alınmalıdır. Əlavə iş saatlarından kənar işçinin iş yerində olması hələ onun həqiqətən də əmək fəaliyyətinin həyata keçirməsi demək deyildir (işçinin əlavə olaraq işə cəlb edilməsi nəticəsində icra olunmuş fəaliyyətin işəgötürən tərəfindən təhvil alınması). Əksi olduğu təqdirdə isə bu kimi işlər könüllü qaydada əmək fəaliyyəti deməkdir ki, bu halda işçinin işəgötürəndən hər hansı əmək haqqı tələbi irəli sürməsi əsassız hesab edilməlidir. Bu kimi hallarda, mütləq qaydada öhdəliyin yaranması üçün işçi işəgötürəndən bu halın razılaşmasını tələb etməli idi.

11. İddiaçının nümayəndəsi iddia ərizəsində iddiaçının 2023-cü ilin yanvar-avqust ayları arasında işəgötürən tərəfindən iddiaçının müvafiq olaraq 74, 55, 58, 68, 53, 144, 68, 9 saat əlavə işə cəlb edildiyini və bunun üçün müvafiq olaraq 28255 manat əlavə ödəniş etməli olduğunu qeyd etsə də, həmin faktı təsdiq etmək üçün mötəbər sübutlar təqdim etməmiş, işəgötürənə məxsus “turniket” məlumatlarına istinad etmişdir. İddiaçı “turniket” məlumatlarına istinad etsə də, təqdim etdiyi müvafiq məlumatları hansı qaydada, kimdən, hansı mənbədən əldə etdiyini məhkəməyə bildirməmiş və bu halların mövcud olduğu təqdirdə belə, həqiqətən həmin anların iddiaçının əmək fəaliyyəti ilə məşğul olması öz təsdiqini tapmamışdır (görülmüşsə əgər həmin işlərin təhvil alınması barədə akt). Mülki Prosessual Məcəllənin 89.2-ci maddəsinə əsasən, faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini m üəyyən etmək mümkün olsun.

12. Göründüyü kimi, həmin sənədlərin həqiqiliyini müəyyən etmək üçün iddiaçı kifayət qədər dəlil gətirməmiş, cavabdeh tərəfindən həmin məlumatlar mübahisələndirərək işəgötürənə aid olmadığı bildirilmişdir. Bundan əlavə, cavabdeh tərəf “turniket” məlumatlarının həqiqi olması ehtimalında belə, həmin sənədlərin işçilərin işəgötürən tərəfindən əlavə işlərə cəlb edilməsi qənaətinə gəlməyə əsas vermir.

13. İddiaçının müvafiq vəsatəti ilə işəgötürənin iddiaçını əlavə işlərə cəlb edibetməməsi barədə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilsə də, həmin rəy ilə də işçinin əlavə işlərə cəlb edilmədiyi müəyyən edilmiş, iddiaçının özü də məhkəmə iclasında əlavə işlərə cəlb edilməsi ilə bağlı hər hansı yazılı etiraz etmədiyini bildirmişdir.

14. Məhkəmə iş üzrə ifadə vermiş şahid ifadələri ilə bağlı qeyd etmişdir ki, həmin şəxslər iddiaçının lehinə ifadə vermiş olsalar da, həmin ifadələr öz-özlüyündə iddiaçının tələblərini təsdiq etmək üçün kifayət deyildir. Belə ki, şahidlər X4 və X2 da vaxtilə işəgötürənin işçisi olmuş, onlarla da olan müvafiq əmək müqavilələrinə xitam verilmişdir. Bu əsasda, həmin şəxslərin qərəzli ifadə verməsi ehtimalı nəzərdən qaçırılmamalıdır. Bundan əlavə, şahidlər də əlavə işlərə cəlb edilmələri ilə bağlı işəgötürənə hər hansı etiraz etmədiklərini bildirmiş, şahid Xəyyam Kərimov isə onlara əlavə iş saatlarına görə bir dəfə 88 manat məbləğində ödəniş edildiyini də qeyd etmişdir. Habelə sonuncu ifadəsində əlavə iş saatları ilə bağlı iddiaçıya müraciət etdiklərini, sonuncunun onlara müvafiq sənədi imzalatdırdıqlarını bildirsə də, idd iaçı həmin xüsusata münasibət bildirməmiş, işəgötürənə yazılı etiraz etmədiklərini qeyd etmişdir. Həmin xüsusatlar məhkəməyə qeyd edilənlərə tənqidi yanaşmağa əsas vermişdir.

15. İddiaçının nümayəndəsinin məhkəməyə dəqiqləşdirmə ilə bağlı müraciət etməsi, həmin ərizəyə "xxxx" MMC-nin rəyini təqdim etməsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, sübutlar hazırlıq iclasında kifayət qədər vaxt olmasına baxmayaraq, təqdim edilmədiyindən baxılmamış saxlanılmışdır.

16. İddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinin 4-cü bəndi ilə iş saatları tərəflər arasında sərbəst müəyyən edilmiş, həmin müqavilədə maksimum norma hədləri razışlaşdırılmışdır. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 15 dekabr 2022-ci il tarixli **********8 saylı qərarı 2023-cü il üz rə iş vaxtının norması və istehsalat təqvimi üzrə müəyyən edilən hədlər müqavilə həddindən kənar cavabdeh tərəfindən pozulmamışdır (ekspert rəyinə, iddiaçının təqdim etmiş olduğu cədvəllərə belə bu nomra həddi aşılmamışdır).

17. Məhkəmə mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 9-cu maddəsinin “e” bəndinə, 12-ci maddəsinə, 102-ci maddəsinin 1-ci hissəsinə, 175-ci maddəsinin 1-ci hissəsinə, 296-cı maddəsinin 2-ci və 4-cü hissələrinə, Mülki Prosessual Məcəllənin 89.2-ci maddəsinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin tam ləğv olunub iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Şikayət onunla əsaslandırılmışdır ki, qanunvericilikdə nəzərdə tutulma sa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər müəyyən edilmişdir. Beləliklə, əmək qanunvericiliyindən fərqli olaraq, mülki qanunvericiliyin tələblərinə görə hər hansı bir işlərin icra edilməsi üçün tərəflər arasında razılaşma və həmin işlərin görülməsini təsdiq edən müvafiq akt (təhvil-təslim aktı, yol qaiməsi, forma № 2 və s.) olmalıdır. Mülki qanunvericilikdən fərqli olaraq, əmək qanunvericiliyi işçinin iş vaxtından artıq müddətdə işə cəlb edilməsini işəgötürənin əmrindən və işçinin razılığından asılı etmişdir. Belə ki, Əmək Məcəlləsinin 99-cu maddəsinin 2-ci hissəsinə əsasən, iş vaxtından artıq iş işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. Lakin işçinin əlavə iş va xtından artıq müddətdə işə cəlb edilməsi ilə bağlı işəgötürənin müvafiq əmri olmadığı təqdirdə, sözügedən faktın mövcud olması digər sübutlar, yəni həmin müəssisədə çalışan işçilərin ifadələri və faktiki olaraq iddiaçının iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunun aparılması yolu ilə müəyyən edilə bilər. Məlumat üçün bildirir ki, iş vaxtının uçotunun aparılması ilə bağlı cavabdehə vəkil sorğusunun göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən məhkəməyə üzərində heç bir qeydiyyat aparılmayan formal olaraq tərtib edilmiş sənədlər təqdim edilmişdir. Halbuki Əmək Məcəlləsinə əsasən işəgötürən faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur. Həmçinin birinci instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, əlavə iş saatlarından kənar işçinin iş yerində olması hələ onun həqiqətən də əmək fəaliyyətinin həyata keçirməsi demək deyildir. Əksi olduğu təqdirdə isə bu kimi işlər könüllü qaydada əmək fəaliyyəti deməkdir ki, bu halda işçinin işəgötürəndən hər hansı əmək haqqı tələbi irəli sürməsi əsassızdır. Mülki məhkəmə icraatı zamanı iddiaçının məhz cavabdehin təşəbbüsü və ya könüllü surətdə iş vaxtından artıq müddətdə əlavə işlərin yerinə yetirilməsi faktını müəyyən etmək məqsədilə, vaxtilə cavabdeh MMC- də yanacaq doldurma məntəqəsinin direktoru vəzifəsində işləmiş X2 və inzibati nəzarət şöbəsində inzibatçı vəzifəsində çalışmış X4 iş üzrə şahid qismində dindirilmişdirlər. Şahidlərin ifadələri əsasında müəyyən edilmişdir ki, iddiaçı həqiqətən də cavabdehin təşəbbüsü i lə iş vaxtından artıq müddətdə işlərə cəlb edilmişdir. Eyni zamanda, birinci instansiya məhkəməsi nəticəyə gələrkən belə ehtimal etmişdir ki, məhkəmə iclasında iddiaçının lehinə şahid qismində ifadə vermiş şəxslər vaxtilə cavabdehin işçiləri olduqlarına baxmayaraq, müəssisədən aralaşdıqları üçün həmin müəssisəyə qarşı qərəzli mövqe tuta bilərlər və odur ki, onların ifadələri iddiaçının tələblərini təsdiq etmək üçün kifayət deyildir. Məhkəmənin qeyd etdiyi dəlilinə münasibətdə bildirmişdir ki, mülki iş üzrə ifadə vermiş hər iki şahid öz xahişləri ilə işdən çıxdıqlarını bildirmiş və cavabdeh şirkətə qarşı qərəzli mövqe tutduqları barədə məhkəmənin ehtimalları proses zamanı öz təsdiqini tapmamışdır. Həmçinin birinci instansiyası məhkəməsi tərəfindən iş materiallarında mövcud olan işçilərin im zaları ilə təsdiq edilmiş iş vaxtının uçotunu təsvir edən cədvəl və “turniket” məlumatları sübut kimi qəbul edilməmişdir. Halbuki cavabdeh tərəfindən “elektron məhkəmə” İnformasiya sisteminə əlavə edilmiş 16 fevral 2024-cü il tarixli “Etiraz”ın 3-cü abzasında qeyd edildiyi kimi, yəni “işçinin günün istənilən saatında turniketdən keçib əraziyə daxil olması süni şəkildə iş vaxtından artıq işə cəlb olunma görüntüsü yaratsa da, qeyd etmək istəyirik ki, turniket məlumatların heç bir hüquqi əsası yoxdur” ifadəsi iş materiallarına əlavə edilmiş turniket məlumatlarının bilavasitə cavabdehə məxsus olduğu faktını təsdiq edir. Eyni zamanda, mülki məhkəmə icraatı zamanı aparılmış məhkəmə iclasının fasiləsiz audio yazısında iddiaçının sualına cavab olaraq cavabdehin nümayəndəsi Qurbanov Emil tərəfindən turniket məlumatların həqiqətən də cavabdeh şirkətə məxsus olduğu barədə etiraf edici ifadələr öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş hər iki şahid sədrlik edənin suallarına cavab olaraq bildirmişdirlər ki, onlar işlədikləri müddətdə 2023-cü ilin yanvar ayınadək giriş-çıxış vaxtları cədvələ imza edilməklə, yanvar ayından sonra isə kart sisteminə keçirilərək qeydə alınırdı. Həmçinin iddiaçının sualına cavab olaraq şahidlər bildirmişdirlər ki, iş materiallarında mövcud olan işə davamiyyət ilə bağlı cədvəldə adları qeyd edilən işçilər, yəni R.Bəhrəmzadə, S.Nəsirov və A.Xanməmmədov həqiqətən də cavabdeh şirkətdə işləmişdirlər. Bu fakt da sözügedən cədvəlin bilavasitə cavabdehə məxsus olduğunu sübut etmişdir. Beləliklə, iş materiallarında mövcud olan davamiyyət c ədvəlinin və “turniket” məlumatlarının tədqiqi, həmin sənədlərin həqiqətən də cavabdehə məxsus olduğunu sübut etmişdir. Habelə, birinci instansiya məhkəməsi iş üzrə təyin edilmiş məhkəməmühasibat ekspertizasının rəyini əsas tutaraq iddiaçının iş vaxtından artıq müddətdə işə cəlb edilməməsi qənaətinə gəlmişdir. Bununla bağlı, məhkəmə tərəfindən ekspertizanın təyin edilməsi haqqında qərardadda iş materiallarında mövcud olan giriş-çıxış məlumatları (turniket məlumatları) əsasında iddiaçının əlavə işə cəlb edilib-edilməməsi məsələsi sual olaraq ekspert qarşısında qoyulsa da, həmin sualın cavablandırılması təmin edilməmişdir. Ekspert yalnız cavabdeh tərəfindən iş materiallarına formal olaraq əlavə edilmiş digər sənədlər əsasında rəy tərtib etmiş və giriş-çıxış məlumatlarına (turniket məlumatlar ı) ümumiyyətlə toxunmamışdır. Eyni zamanda, iddiaçı ekspertizanın keçirilməsində iştirak etmək və ekspert qarşısında əlavə suallar siyahısının qoyulması məqsədilə zəruri vəsatətlər verməsinə baxmayaraq, məhkəmə sözügedən vəsatətlərə münasibət bildirməmişdir. 2023-cü il üçün təsdiq edilmiş istehsalat təqvimi ilə cavabdeh tərəfindən iş materiallarına əlavə edilmiş heç bir qeydiyyat aparılmayan formal tərtib edilmiş cədvəllərdə bəzi aylar üzrə iddiaçının iş vaxtından artıq müddətdə işə cəlb edilməsi faktları aşkar edilmiş, lakin ekspert bununla bağlı öz mülahizələrini rəyində bildirməmişdir. Həmçinin ekspert rəyində müəyyən edilmiş çatışmazlıqlar barədə mülahizələr iddiaçı tərəfindən məhkəmənin diqqətinə çatdırılsa da, məhkəmə sözügedən hallara hüquqi qiymət verməmişdir. Halbuki istehsalat tə qvimi ilə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş formal qaydada tərtib edilmiş işə davamiyyət cədvəlini müqayisə edərkən sözügedən uyğunsuzluqlar sadə riyazi hesablama üsulu ilə müəyyən edilə bilərdi. Məhkəmə-mühasibatlıq ekspertizasının rəyinin dəqiqləşdirilməsi ilə bağlı iddiaçı tərəfindən müvafiq vəsatətin verilməsinə baxmayaraq, ekspertin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Məhkəmə-mühasibatlıq ekspertizası qarşısında qoyulmuş sualların cavablandırılması təmin edilmədiyindən və zəruri sübutların təqdim edilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəldiyindən, iddiaçı məcburiyyət qarşısında qalaraq öz vəsaiti hesabına özəl məhkəmə ekspertiza xidmətlərindən istifadə edərək "xxxx" MMC-dən zəruri mütəxəssis rəyinin alınmasına müvəffəq olmuşdur. Beləliklə, iddiaçı "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyini rəhbər tutaraq, yəni iddia tələbinin dəqiqləşdirilməsi üçün əsasların məhkəmə baxışı gedişində əmələ gəldiyini rəhbər tutaraq, iddia tələbinin dəqiqləşdirilməsi (tələb: 12 666,74 manat) barədə ərizə ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, məhkəmə həmin ərizəni baxılmamış saxlamışdır. Həmçinin mülki iş üzrə tədqiq edilmiş sübutların məcmusu əsasında iddiaçının iş vaxtının uçotunun cədvəl və turniket məlumatları əsasında aparıldığı təsdiq edildiyindən, iddiaçının iş vaxtından artıq müddətdə işə cəlb edilməsi ilə bağlı cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələblərinə riayət edilib-edilməməsini müəyyən etmək məqsədilə, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əh alinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsini işə cəlb edilməsi barədə iddiaçı tərəfindən vəsatət verilməsinə baxmayaraq, məhkəmə əsaslandırılmış qərardad çıxarmadan vəsatəti təmin etməmişdir.

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-940/2025 nömrəli 13 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər X3 - sədrlik edən və məruzəçi, X8 və X9) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqe ilə razılaşmış və qeyd etmişdir ki, işəgötürənin Əmək Məcəlləsinin 102-ci maddəsinin tələbinə əsasən iddiaçının iş vaxtından artıq işlədiyi saatlarının dəqiq, dürüst uçotunu aparması üçün ilk növbədə iş vaxtından artıq işləməsi təsdiq olunmalıdır ki, bu hallar sübuta yetirilməmişdir. Bu halın digər sübutlar, yəni vaxtı ilə həmin MMC-də işləmiş işçilərin şahid qismində verdikləri ifadələri ilə müəyyən edilməsi məsələsinə birinci instansiya məhkəməsi tərəfindən ətraflı hüquqi qiymət verilmişdir. Başqa sözlə, qeyd olunan şahidlərin ifadələri iddia edilən halın təsdiq edilməsi üçün mötəbər sübut kimi qiymətləndirilməmişdir. Səbəbi kimi ən azından onların artıq qeyd olunan müəssisədə işləmədiyindən cavabdehlə xoş olmayan, iddiaçı ilə xoş olan münasibətləri də ola bilər. Buna baxmayaraq, həm iddiaçının, həm də şahidlərin əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasına daxil olmayan işləri yerinə yetirməkdən imtina etmək yaxud bu cür işləri icra etmişlərsə vaxtında əlavə əmək ha qqının verilməsini tələb etmək hüquqları mövcud olmuşdur. Onlar bu hüquqlarından həqiqətən də qeyd edilən hallar baş vermişdirsə həmin vaxt istifadə edə bilərdilər. Ancaq bunu etməmişdir. Yalnız əmək müqaviləsinə xitam verildikdən sonra və şikayətdə göstərilən “işdən çıxarılma riski” aradan qalxdığına görə bu cür iddia irəli sürülməsi isə onun əsaslı və uğurlu iddia olmasını labüd etmir. Ən azından, əmək müqaviləsinin bir il müddətinə bağlanması və iddiaçının bundan məmnun olmaması da bu qənaəti əsaslı edir.

22. Göstərilənlərdən savayı, “turniket” məlumatlarının mövcudluğu da iddianın və şikayətin əsaslı olduğuna dəlalət etmir. Çünki iddiaçının turniketdən keçərək iş(işin) yerinə daxil olması və iş vaxtından artıq müddətdə orada qalması yaxud iş vaxtı qurtardıqdan dərhal sonra deyil, iş ye rindən gec çıxması birmənalı olaraq iş vaxtından artıq işə cəlb olunma anlamına gəlmir. Yəni iddiaçı əmək müqaviləsi ilə nəzərdə tutulmuş əmək funksiyasını müəyyən olunmuş iş günü ərzində özünün təqsiri üzündən yerinə yetirməməsi səbəbindən iş yerini gec tərk edə bilər. Bu cür vəziyyət iddiaçının iş vaxtından artıq müddətdə işləməsi yaxud əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılmır. Əks halda, istənilən müəssisədə işçi turniketdən istifadə etməklə iş yerini müəyyən edilmiş iş vaxtından gec tərk etməklə iş vaxtından artıq işə cəlb edilmə görüntüsü yaradıb işəgötürənə qarşı hüquqdan sui-istifadə edərək bu cür çoxsaylı iddialar irəli sürə bilərlər ki, bu da çoxsaylı lüzumsuz və formal məhkəmə çəkişmələrinə səbəb ola biləcəyindən arzuolunm az bir vəziyyət yaradar. Ona görə də davamiyyət cədvəlinin və turniket məlumatlarının cavabdehə məxsus olub-olmamasının şikayətin əsaslı olmasına heç bir təsiri yoxdur.

23. Bundan başqa, iş üzrə keçirilmiş ekspertiza rəyi ilə də iddiaçının iş vaxtından artıq işlərə cəlb edilməsi müəyyən edilməmişdir. İddiaçı bu rəyi mötəbər sübut kimi qəbul etməyə bilər. Belə ki, ekspertiza qarşısında sırf turniket məlumatları əsasında iddiaçının iş vaxtından artıq işlərə cəlb edilib-edilməməsinə dair sual qoyulmamışdır. Bu cür sualın qoyulması da əhəmiyyətsiz olardı. Çünki yalnız turniket məlumatlarına görə iddiaçının iş vaxtından artıq işə cəlb edilməsini müəyyən etmək əsaslı və hüquqa uyğun ola bilməzdi. Məhkəmə kifayət qədər aydın və tam olmadığına, eləcə də əsassızlığına və ziddiyyətli olduğuna görə ekspert rəyini nəzərə almaya, əlavə və təkrar ekspertiza təyin edə bilər. Ancaq işdən də görünür ki, hazırkı mübahisə ilə əlaqədar əlavə və ya təkrar ekspertiza keçirmək üçün də əsas və zərurət yaranmamışdır. Ona görə də iddiaçının “məcburiyyət qarşısında qalaraq” öz vəsaiti hesabına özəl məhkəmə ekspertiza xidmətlərindən istifadə edərək "xxxx" MMC-dən zəruri mütəxəssis rəyinin alınmasına müvəffəq olmasına da əsas olmamışdır. Məhz həmin rəyə görə də iddia tələbinin dəqiqləşdirilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gələ bilməzdi.

24. İddiaçının iş vaxtından artıq müddətdə işə cəlb edilməsi ilə bağlı cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələblərinə riayət edilib-edilməməsini müəyyən etmək məqsədilə, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində X6 Xidməti Bakı şəhər İdarəsini işə cəlb edilməsi barədə vəsatət verilməsinə baxmayaraq, məhkəmənin əsaslandırılmış qərardad çıxarmadan vəsatəti təmin etməməsi də şikayəti əsaslı etmir. Çünki həmin qurumun hazırkı mübahisəyə dair cavabdehin əməlində inzibati xəta hadisəsi olmadığına görə icraata xitam verilməsi barədə qərarı mövcuddur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. İddiaçı kassasiya şikayəti verərək (Vəkil Nizami Oğlu) qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

26. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, həmçinin qeyd olunmuşdur ki, 2023-cü il üçün təsdiq edilmiş istehsalat təqvimi ilə cavabdeh tərəfindən iş ma teriallarına əlavə edilmiş heç bir qeydiyyat aparılmayan formal tərtib edilmiş cədvəllərdə bəzi aylar üzrə iddiaçının iş vaxtından artıq müddətdə işə cəlb edilməsi faktları aşkar edilmiş, lakin ekspert bununla bağlı öz mülahizələrini rəyində bildirməmişdir. Həmçinin ekspert rəyində müəyyən edilmiş çatışmazlıqlar barədə mülahizələr iddiaçı tərəfindən məhkəmənin diqqətinə çatdırılsa da, məhkəmə sözügedən hallara hüquqi qiymət verməmişdir. Halbuki istehsalat təqvimi ilə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş formal qaydada tərtib edilmiş işə davamiyyət cədvəlini müqayisə edərkən sözügedən uyğunsuzluqlar sadə riyazi hesablama üsulu ilə müəyyən edilə bilərdi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərba ycan Respublikasının Əmək Məcəlləsi

28. Maddə 9, “e” bəndi. iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək əmək müqaviləsi üzrə işçinin hüquqlarındandır.

29. Maddə 9, “ə” bəndi. əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasına daxil olmayan işləri, xidmətləri yerinə yetirməkdən imtina etmək, belə işləri, xidmətləri icra etdikdə isə müvafiq əlavə əmək haqqının verilməsini tələb etmək əmək müqaviləsi üzrə işçinin hüquqlarındandır.

30. Maddə 99, 1-ci hissə. iş vaxtından artıq iş - işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır.

31. Maddə 102, 1-ci hissə. İşəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş va xtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur.

32. Maddə 102, 2-ci hissə. İş vaxtının uçotunun aparılması forması və qaydası işəgötürən tərəfindən müəyyən edilir.

33. Maddə 154, 1-ci hissə. Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

34. Maddə 165, 2-ci hissə. Əmək müqaviləsində, kollektiv müqavilədə iş vaxtından artıq vaxt ərzində görülən işə görə işçilərə daha yüksək məbləğdə əlavə haqqın ödənilməsi nəzərdə tutula bilər.

35. Maddə 165, 3-cü hissə. İş vaxtından artıq işlərin əlavə i stirahət günü ilə əvəz edilməsinə yol verilmir.

36. Maddə 166, 1-ci hissə. Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş həddən aşağı olmamaqla işəgötürən tərəfindən yüksək məbləğdə ödənilir.

37. Maddə 172, 4-cü hissə. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya in stansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə dü zgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, iddiaçı tələbinin əsasında dayanan faktiki halı - iş vaxtından artıq vaxtda işə cəlb olunmasını sübuta yetirə bilməmişdir. Belə olan halda iddianın təmin edilməsi üçün əsaslar müəyyən edilmir.

47. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qəna ətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

48. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyind ən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

50. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

51. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-940/2025 nömrəli 13 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar