Məhkəmə qərarları › İş №2(102)-1333/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1333/2022

27.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1333/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Qasim oğluna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: aliment tələbi) 27.04.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, Cavabdeh və vəkili X8 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2412/2021 nömrəli, 02 avqust 2021-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İşə mahiyyəti üzrə baxan məhkəmələr müəyyən etmişlər ki, tərəflər 09 yanvar 2007-ci il tarixdə nikaha daxil olmuşlar, birgə nikahlarından 10 may 2007-ci il təvəllüdlü Gülgün, 15 noyabr 2009-cu il təvəllüdlü Gülay və 28 noyabr 2014-cü il təvəllüdlü Əli adlı uşaqları anadan olmuşdur.

2. Tovuz rayon Məhkəməsinin 27 avqust 2007-ci il tarixli, 2-82-2007 saylı qətnaməsi ilə X5 12.08.2005-ci ildə anadan olan qızı Lalənin atasının Cavabdeh olması müəyyən edilmiş, Cavabdeh hər ay hər növ aylıq qazancının dörddə bir hissəsi 12.08.2005-ci il tarixdən başlayaraq, 12.08.2005-ci ildə anadan olan Lalənin yetkinlik yaşına çatana kimi saxlanılması üçün X9 verilməsi qət edilmişdir. Bu qərar Gəncə Apellyasiya Məhkəməsinin 27.08.2007-ci il tarixli, 2(104)-154(04-26)2007 saylı qətnaməsi i lə qüvvəsində saxlanılmışdır.

3. Cavabdeh 1760,75 manat məbləğində pensiya alır. Pensiyanı yaşa görə Müvafiq icra sənədinə əsasən pensiyadan hər ay 440,18 (dörd yüz qırx manat on səkkiz qəpik) manat məbləğində aliment tutulur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Tovuz rayon Məhkəməsinin 27 avqust 2007-ci il tarixli, 2-82-2007 saylı qətnaməsinin dəyişdirilməsi, 12.08.2005-ci il təvəllüdlü X6, 10.05.2007-ci il təvəllüdlü X2, 15.11.2009-cu il təvəllüdlü X3 və 28.11.2014-cü il təvəllüdlü X1 üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin yarısı miqdarında alimentin tutulması, 12.08.2005-ci il təvəllüdlü X10 münasibətdə X9, 10.05.2007-ci il təvəl lüdlü X4, 15.11.2009-cu il təvəllüdlü X7 və 28.11.2014-cü il təvəllüdlü X14 münasibətdə isə ona verilməsinə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehlə 09.01.2007-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar. Birgə nikahlarından üç uşaqları - 10.05.2007-ci il təvəllüdlü X11, 15.11.2009-cu il təvəllüdlü X13 və 28.11.2014-cü il təvəllüdlü X15 doğulmuşdur. Cavabdeh hər zaman ailəsinə qarşı laqeyd münasibət bəsləmiş, övladları doğulduqdan sonra da cavabdehin ailəsinə qarşı olan laqeyd münasibəti dəyişməmişdir. Övladlarının maddi tələbatlarını isə iddiaçı xeyli təkid etdikdən sonra müəyyən bir hissəsini ödəsə də yenə də tam ödəmir. Buna görə də cavabdehlə aralarında mübahisə yaranır. İddiaçı isə uşaqların tərbiyəsi və ailə təsərrüfatının idarə etməklə məşğul olduğu üçün işləmir və buna görə də uşaqların maddi ehtiyaclarını ödəyə bilmir. Uşaqların tələbatını ödəmək isə iddiaçı üçün maddi cəhətdən çətindir. Cavabdeh uzun müddət Azərbaycan Republikası Daxili İşlər orqanlarında fəaliyyət göstərmiş, hazırda isə həmin orqandan təqaüdə çıxmış və kifayət qədər yüksək əmək pensiyası alır. Bundan əlavə, əlilliklə əlaqədar dövlətdən müavinət alır. Bundan başqa isə ticarətlə məşğul olur və mütəmadi qazanc əldə edir. Lakin bütün bunlara baxmayaraq övladlarının maddi tələbatını həyata keçirmir.

6. Birinci instansiya məhkəməsində Cavabdeh iddianın rədd olunmasını xahiş etmiş və bildirmişdir ki, onun yeni ailəsindən bir uşağı vardır, yeni ailəsinin maddi təminatı o nun üzərindədir nəzərə alınmasını xahiş edir.

7. Abşeron Rayon Məhkəməsinin (hakim H.Y.Əhmədov) 17 mart 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 10.05.2007-ci il təvəllüdlü X2, 15.11.2009-cu il təvəllüdlü X3 və 28.11.2014-cü il təvəllüdlü X14 yetkinlik yaşına çatanadək saxlanılması üçün 26.10.2020-ci il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi çıxılmaqla yerdə qalan qazancının (başqa gəlirlərinin) yarısı miqdarında alimentin İddiaçı xeyrinə tutulması, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi, qətnamənin alimentin tutulması hissədə dərhal icra olunması qət edilmişdir

8. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh hazırda işlədiyindən və sabit əmək haqqına malik olduğundan qanununvericiliyə uyğun olaraq yetkinlik yaşına çatanadək saxlanılması üçün 26.10.2020-ci il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi çıxılmaqla yerdə qalan qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment tutulmalıdır.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyanın 34-cü mаddəsinin İV bəndi, Ailə Məcəlləsinin 75.1, 75.4, 76.1.1, 78.1, 78.2, 112.1, 100.2-ci, «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər G.F.Tağızadə (sədrlik edən və məruzəçi), L.M.Məmmədova və T.O.Quliyev) 2(105)2412/2021 saylı mülki iş üzrə 02 a vqust 2021-ci il tarixli qətnaməsi ilə hər iki tərəfin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası qismən təmin edilərək xx xxxxxx 1966-cı il tarixdə Tovuz rayonunda anadan olmuş, Cavabdeh 10.05.2007-ci il təvəllüdlü X2, 15.11.2009-cu il təvəllüdlü X3 və 28.11.2014-cü il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanılması üçün 26.10.2020-ci il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi çıxılmaqla yerdə qalan qazancının (başqa gəlirlərinin) yarısı miqdarında alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir.

11. Məhkəmə kollegiyası mövqeyini belə əsaslandırmışdır ki, Cavabdeh 1760,75 manat məbləğində pensiyadan hər ay 440,18 (dörd yüz qırx manat on səkkiz qəpik) manat məbləğində aliment tutulur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh hazırda işlədiyindən və sabit əmək haqqına malik olduğundan qanunun qeyd edilən normasına uyğun olaraq yetkinlik yaşına çatanadək saxlanılması üçün 26.10.2020-ci il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi çıxılmaqla yerdə qalan qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment tutulmalıdır. Birinci instansiya məhkəməsi İddiaçı iddiasını tam təmin edərkən haqlı olmamışdır, belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermişdir, lakin məhkəmə bunu nəzərə almayaraq, iddianı tam təmin etmişdir.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsi nin İV bəndi, Ailə Məcəlləsinin 75.1, 75.4, 76.1.1, 78.1, 78.2, 112.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

13. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, Cavabdeh 10.05.2007-ci il təvəllüdlü Gülgün, 15.11.2009-cu il təvəllüldü Gülay, 28.11.2014-cü il təvəllüldü Əli adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay qazancının (başqa gəlirlərinin) yarısı miqdarında alimentin onun xeyrinə tutulmasına dair qərar çıxarılmasını xahiş etmişdir.

14. İddiaçının şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh ondan əvvəlki nikahından 1 nəfər uşağı vardır və həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh aylıq qazancının ¼ hissəsimiqdarında alimen t qət edilmişdir. Məhkəmə hazırki aliment tələbi barədə iddiasına baxarkən isə Qanunvericiliyin tələbini pozmuş, cvabdehin gəlirlərinin yarısı miqdarında alimet qət etməli olduğu halda 1-ci uşağa ödənilən ¼ hissədən ödənilən alimet çıxıldıqdan sonra yerdə qalan məbləğin yarısı miqdarında aliment qət etmiş, birbaşa qanunvericiliyin tələblərini pozmuş və dolayı yolla cavabdehin 1ci nikahından doğulmuş uşağının mənafeyini onun uşaqlarının mənafeyindən üstün tutmuşdur.

15. Cavabdeh kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2412/2021 saylı, 02.08.2021-ci il tarixli, Tovuz rayon məhkəməsinin 2-82-2007 saylı, 23.02.2007-ci il tarixli, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)154(04-26)2007 saylı, 27.08.2007-ci il tarixli qətnaməsini n dəyişdirilərək 31.03.2021-ci il tarixdən başlamaqla 12.08.2005-ci il təvəllüdlü X6, 10.05.2007-ci il təvəllüdlü X2, 15.11.2009-cu il təvəllüdlü X3 və 28.11.2014-cü il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanmasından ötrü onların hər birinə bərabər miqdarda verilməklə cavadehin aylıq qazancı sayılan pensiya məbləğinin yarısı miqdarında alimentin tutulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir.

16. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamnədə qeyd edilənlər qeyrimüəyyən, anlaşılmaz formada təsbit edildiyindən məhkəmənin mövqeyini birmənalı başa düşmək mümkün deyildir. Qeyd edilənləri iki mənada başa düşmək olar. Məhkəmə ya cavabdehin əmək pensiyasma çıxdıqdan soma başqa bir yerdə işləyərək pensiyadan başqa əlvə gəlirlərinin olması qənaətinə gəlmiş, ya da cavabdehin pen siya almasını onun işləməsi kimi qiymətləndirmişdir. Hər iki halda məhkəmənin gəldiyi qənaət əsassız hesab olunacaqdır. Çünki cavabdehin hazırda işləməsini, eləcə də aldığı pensiyadan başqa əlavə qazancının olmasını təsdiq edən hər hansı sübut iş materiallarında mövcud deyildir. Bundan başqa, Sumqayıt Apellyasiya Məhkəməsi qətnaməsinin “qət etdim” hissəsində Cavabdeh 30 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsini qeyd etməkdə səhvə yol vermişdir, məhkəmənin qanunda nəzərdə tutulmayan dövlət rüsumunun dövlət büdcəsinə ödənilməsi barədə qərar vermək səlahiyyəti yoxdur. məhkəmə tərəfindən cavabdehə dövlət rüsumu apellyasiya şikayəti geri qaytarıldıqdan sonra, qərardaddan şikayət təqdim edilməmiş vaxtda ödətdirilmiş, qərardaddan şikayət verildikdən sonra isə məhk əmə dövlət rüsumunun ödənilməsinə əsaslanmaqla öz qərardadını ləğv edərək işi apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Yaranmış mövqe fərqliliyini nəzərə alaraq Ali Məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən iş üzrə cavabdehim dövlət rüsumu ödəməli olub olmamasına münasibət bildirməsini məqəsədəmüvafıq hesab edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları.

18. Məhkəmə iclasında iştirak edən cavabdeh və vəkili öz şikayətlərini müdafiə edərək təmin edilməsini, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etdilər.

19. İşdə iştirak edən iddiaçı tərəf işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər.

20. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən, iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

21. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

22. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

23. Maddə 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur:

24. Maddə 76.1.1. 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi;

25. Maddə 76.1.2. 2 uşağa görə-qazancın (başqa gəlir lərin) üçdə bir hissəsi;

26. Maddə 76.1.3. 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı.

27. Maddə 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

28. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

29. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bi r tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət hədd ində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

36. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

37. Kassasiya şikayətlərində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında o lan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Apellyasiya instansiyası məhkəməsi cavabdehin müəyyən edilmiş gəlirinin ¼ hissəsi çıxıldıqdan sonra alimentin tutmasını qət edərkən nəzərə almamışdır ki, ailə qanunvericiliyi alimentin sabit pul məbləğində tutulması üçün müəyyən edilmiş əsaslar istisna olmaqla, 3 və daha çox uşağa görə tutulacaq alimentin miqdarını-qazancın (başqa gəlirlərin) yarısı olmaqla müəyyənləşdirmişdir (§ 26).

40. Göründüyü kimi ailə qanunvericiliyi aliment almaq hüququ olan uşaqların sayından asılı olaraq aliment ödəməli olan şəxsin gəlirlərindən tutulması mümkün olan alimentin yuxarı həddini müəyyən etmişdir. Belə tutmanın son həddi isə 3 və daha çox uşağa görə qazancın (başqa gəlirlərin) yarısıdır. Uşaqların sayına görə aliment ödəməli olan şəxsdən tutulan alimentin həcminin yuxarı həddinin müəyyən edilməsində qanunvericinin məqsədi aliment almaq hüququna malik olan şəxslərin mənafeləri ilə aliment ödəmək vəzifəsi olan valideynin qanuni maraqları arasında ədalətli tarazlığa nail olmaqdır.

41. Bu baxımdan oxşar işlərə baxılarkən əgər cavabdehin digər uşaqlar üçün də aliment ödədiyi müəyyən edilərsə, qanunvericilinin qoruduğu məqsədlərə müvafiq olaraq məhkəmə alimentin məbləğini təyin edərkən aliment almaq hüququ olan bütün uşaqların sayını nəzərə almalıdır.

42. Baxılan iş üzrə iddiaçı 3 uşağa gör ə cavabdehdən aliment tələb edir. Eyni zamanda artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə cavabdehin digər uşağı üçün gəlirlərinin ¼ hissəsi həcmində aliment tutulmuşdur. Məhkəmə iddiaçının 3 uşağı üçün alimentin həcmini müəyyən edərkən qanuni qüvvəyə minmiş digər məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin həcmini nəzərə almamaqla Ailə Məcəlləsinin 76.1-ci maddəsini düzgün tətbiq etməmişdir. Halbuki baxılan işdə iddiaçının tələbi üzrə tutulan alimentin məbləği aliment almaq hüququna malik olan bütün uşaqlar nəzərə alınmaqla müəyyən edilməli idi.

43. Başqa sözlə, işə mahiyyəti üzrə baxan məhkəmə iddiaçının tələbi üzrə aliment tutarkən cavabdehin saxlamalı olduğu uşaqların sayını və buna müvafiq olaraq alimentin təyin olunmasına dair qanunvericiliyin tələblərini nəzərə almalıdır. B u zaman aliment təminatı alan uşaqların mənafeyi bərabər tutulmaqla, eyni hüquqi vəziyyətdə olan uşaqlara qanuni əsaslar olmadan fərqli münasibət göstərilməməlidir. Ona görə də, cavabdehin qazancının (başqa gəlirlərinin) yarısı həcmində alimentin tutulması, habelə tutulan ümumi həcmin bütün uşaqların sayına görə bərabər bölüşüdürülməsi imkanları müzakirə edilməlidir.

44. Bu baxımdan Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qeyd olunan halları nəzərə almamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır (§ 33).

45. Ona görə də kassasiya şikayətləri qismən təmin edilməklə qətnamə ləğv edilməli, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

46. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2412/2021 nömrəli, 02 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar