Məhkəmə qərarları › İş №2(102)-1334/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1334/2021

09.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1334/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdehə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1334/21 (Açar sözlər: təhqirə görə mənəvi ziyan tələbi ) 09.03.2021 Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı, Cavabdeh və tərcüməçi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı təhqir xarakterli məlumatların təkzib olunması və mənəvi ziyanın ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)5431/2020 nömrəli, xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı ilə Cavabdeh facebook sosial şəbəkəsində dostluq etmişlər. Əvvəllər həmin sosial şəbəkə vasitəsi ilə Cavabdeh İddiaçı şərəf və ləyaqətini ləkələyən, işgüzar nüfuzuna xələl gətirən məlumatlar yaydığı üçün məhkəmə mübahisələri olmuş və sonuncunun iddiası qismən təmin olunmuşdur. İddiaçı həmin məhkəmə qətnaməsindən sonra da cavabdehin onun barəsində analoji məlumatları yaymaqda davam etməsi əsası ilə hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı mənəvi ziyanın ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehdən mənəvi zərərə görə 30.000 manat məbləğində pu lun onun xeyrinə tutulması barədə qətnamə çıxarılması, ona vurulan mənəvi ziyanın tam həcmdə ödənilməsi, Cavabdeh öz facebook səhifəsində və şəbəkənin qruplarında yaydığı təhqir və söyüş xarakterli yanlış məlumatları dərc etdiyinə görə facebook sosial şəbəkədə ondan üzr istənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(010)250/2019 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin olunmuş, Cavabdeh «Facebook» sosial şəbəkəsindəki səhifəsindəki “xxx” adlı profildən xx.xx.2017-ci il tarixdə İddiaçı barəsində paylaşılan yazılarda istifadə edilən «alçaq», «həşərat» sözləri, Cavabdeh «Facebook» sosial şəbəkəsindəki səhifəsindəki “xxx” adlı profildən xx.xx.2017-ci il tarixdə İddiaçı barəsində paylaşılan yazılarda isti fadə edilən «əclaf və iyrənc adamcıqlar» sözləri İddiaçı şərəf və ləyaqətini ləkələyən, işgüzar nüfuzuna xələl gətirən məlumatlar hesab olunması, Cavabdeh «Facebook» sosial şəbəkəsindəki səhifəsindəki “xxx” adlı profildə İddiaçı üzr istəməklə, “xxx” adlı profildən qeyd edilmiş sözlərin çıxarılması və sözlərin dərc edildiyi şriftlərlə eyni ölçüdə aşağıda göstərilən məzmunda təkzib verilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması: təkzib: Cavabdeh «Facebook» sosial şəbəkəsindəki səhifəsindəki “xxx” adlı profildən xx.xx.2017-ci il tarixdə İddiaçı barəsində paylaşılan yazılarda istifadə edilən «alçaq», «həşərat» sözləri, Cavabdeh «Facebook» sosial şəbəkəsindəki səhifəsindəki “xxx” adlı profildən xx.xx.2017-ci il tarixdə İddiaçı barəsində paylaşılan yazılarda istifadə edilən «əclaf və iyrənc ad amcıqlar» sözləri həqiqətə uyğun olmadığından Cavabdeh İddiaçı üzr istəyir.” Cavabdeh mənəvi zərərin əvəzi kimi 300 (üç yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin olunmaması qət edilmişdir. Məhkəmə iddia tələbini qismən təmin edərkən Azərbaycan Respublikası Konstitusiyanın 26, 60, Mülki Məcəllənin 23, 1097, Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin Məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxx 1999-cu il 7 Noli Qərarına istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Həmin qətnamədən iddiaçının vermiş olduğu apellyasia şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsinin (hakimlər- X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və F.Babayev) xx xxxxxx 2020-ci il tarixli, 2(103)-5431/20 nömrəli qətnaməsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(010)-250/2019 saylı qətnaməsi dəyişdirilərək, Cavabdeh İddiaçı xeyrinə 700 manat məbləğində pul vəsaitinin tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmayaraq qətnaməni dəyişdirərəkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx xxx 2002-ci il tarixli qərarına istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izaha tları b) Kassasiya şikayətinin dəlilləri Cavabdeh apelyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnaməni ləğv edərək, işin yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə prosesdə onun iştirakını təmin etməmiş, eyni tərəflər arasında eyni predmet üzrə işə artıq baxılıb, hazırda həmin qətnamə qanuni qüvvəsini almasına baxmayaraq məhkəmə iş üzrə icraata xitam verməmişdir. Həmin qətnamə preyudisial əhəmiyyət kəsb etdiyindən hazırkı tələbə baxıla bilməzdi. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı kassasiya şikayətinə qarşı etiraz göndərərək, cavabdehin kassasiya şikayətinin əsassız olduğunu, apelyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilməd ən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və Cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişlər. Ona görə məhkəmə kollegiyası onların izahatını dinləməmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 -ci maddəsində göstərilmişdir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx xxx 2002-ci il tarixli qə rarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyriəmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu xx xxxxxx 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində izah etmişdir ki, Azə rbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkənin hansı mənəvi sarsıntı və istirablar keçirməsini, zər ərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» 7 №-li xx xxx 1999-cirixli qərarında göstərilmişdir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 376.2. İşə baxılmanın vaxtı və yer i haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassatorun iki dəlili var: 1-ci dəlil onun məhkəmə prosesində iştirakının təmin olunmaması. 2-ci dəlil isə eyni tərəflər arasında eyni predmet üzrə məhkəmənin qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin mövcudluğu. Birinci dəlillə bağlı: Məhkəmə kollegiyası qeyd edir ki, Apellyasiya Məhkəməsində işə baxılarkən iclasın vaxtı və yeri barədə cavabdeh qanunla müəyyən edilən qaydada xəbərdar edilmişdir. Bu halı cavabdeh özü də şikayətində təsdiq edir. Cavabdeh kassasiya şikayətində iclasa on dəqiqə gecikdiyini bildirir. Deməli cavabdeh özü etiraf edir ki, iclasın vaxtı və yeri barədə mə lumatlı olmuşdur. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur (MPM-nin 376.2. maddəsi). İkinci dəlillə bağlı: Əvvəla 1-ci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh deyil, iddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti tutulan məbləğin az olması ilə bağlı olmuşdur. Apellyasiya Məhkəməsi qətnaməni iddiaçıya aid hissədə, yəni tutulan məbləğ hissəsində yoxlamış və həmin hissədə qətnaməni dəyişdirərək artırmışdır. Deməli cavabdeh tələbin əsaslarının mövcudluğunu təsdiq edən 1-ci instansiya məhkəməsinin qətnaməsindən şikayət verməməklə həmin hissənin qanuniliyi ilə (iddiaçının şərəf və ləyaqətini alçaldan hərəkətlərin mövcudluğu ilə) razılaşmışdır. Ona görə nə qədər ki, Apellyasiya Məhkə məsi tutulan məbləğlə bağlı hissəni iddiaçının şikayəti əsasında yoxlamışdır, cavabdehin 2-ci dəlili özlüyündə əsassızdır. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, hazırkı tələb 1-ci dəfə tərəflər arasında baş vermiş mübahisənin predmeti ilə bağlı deyil. 1-ci dəfə xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı ilədək “Facebook” Sosial Şəbəkəsindəki səhifəsində iddiaçının barəsində təhqir və böhtan xarakterli yazıların dərc edilməsi səbəbindən tərəflər arasında mübahisə olmuş, iddiaçının ərizəsi əsasında cinayət təqibi başlanmış, hökm çıxmış, və.s. cavabdeh 500 manat cərimə olunmuşdur. Hazırkı tələb qeyd olunan iş məhkəmələrdə davam etdiyi vaxt cavabdehin 2017-ci ildə sosial şəbəkədə iddiaçının barəsində yaydığı məlumatlarla bağlıdır. Şəxsin şərəf və ləyaqətini alçaldan məlumatlarla bağlı mə hkəmə qətnaməsinin mövcudluğu, sonradan edilən eyni hərəkətlərlə bağlı məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır. Belə halda 1-ci məhkəmə qətnaməsinin hazırkı işə preyudisial əhəmiyyəti yoxdur. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5431/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar