Məhkəmə qərarları › İş №2(102)-1337/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1337/2025

22.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1337/2025 22.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ Açar sözlər: aliment tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi barədə” ilk iddiasına, Cavabdeh İddiaçı qarşı “aliment tələbi barədə” qarşılıqlı tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5527/2024 nömrəli 8 oktyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh rəsmi nikaha daxil olmadan ailə qurmuşlar. Bu münasibətlərdən onların 2 övladları var: xx.xx.2014-cü il təvəllüdlü Leyli və xx.xx.2016-cı il təvəllüdlü Ayxan. Hər ikisi Litva Respublikasının Vilnus şəhərində anadan olmuşlar.

2. Səbail Rayon Məhkəməsinin e-2(009)-1744/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi tərəflər məhkəmə iclasına gəlmədiklərinə görə baxılmamış saxlanılmışdır.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10(102)66/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadın surətindən görünür ki, vəsatət təmin edilməmiş, Litva Respublikası nın Vilnüs şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarının İddiaçı alimentin tutulması hissəsində Azərbaycan Respublikası ərazisində tanınması və icra edilməsindən müddət keçməsinə görə imtina edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

4. İlk iddia üzrə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdehin birgə övladı olan xx.xx.2016-cı il təvəllüdlü Ayxanın 2022-ci ilin yanvar ayından yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 1.000 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iki uşağın olmasına baxmayaraq iddiaçı ilə cavabdehin münasibətləri pozulmuş və onlar ayrılmışlar. Uşaqlardan bi ri, yəni Ayxan iddiaçının yanında qalmışdır. Ayxanın hazırda 8 yaşı var və orta məktəbdə təhsil alır. Hazırkı tarixədək iddiaçı, Ayxanın saxlanması üçün bütün xərcləri tək qarşılamış, halbuki iddiaçı, işləmir və övladının zəruri xərclərini təkbaşına qarşılamaqda çətinlik çəkir. Cavabdehin isə maddi vəziyyəti yaxşıdır. Lakin cavabdeh iddiaçının yanında qalmış uşağın saxlanma xərclərinin qarşılanmasında iddiaçıya dəstək olmur. İddiaçı, Ayxanın saxlanması üçün alimentin tutulması tələbi ilə 2022-ci ilin yanvar ayında ilk dəfə Səbail Rayon Məhkəməsinə müraciət etmiş, lakin cavabdehin təkidi ilə və ona maddi dəstək verəcəyinə dair söz verməsi ilə əlaqədar olaraq həmin iddiaları üzrə tələbini məhkəmə qaydasında davam etdirməmişdir. Həmin vaxtdan cavabdeh bir dəfə də olsa uşağın saxlanması üçün h ər hansı xərcini ödəməmişdir. Ayxanın bütün qayğısını, ehtiyacını o, təkbaşına çəkir. Uşaq böyüdükcə atasına qarşı ehtiyac və tələbatı artsa da, cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Lakin uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələblərini ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir. Bu səbəbdən cavabdehdən Ayxanın saxlanılması üçün 2022-ci ilin yanvar ayından etibarən hər ay 1.000 manat sabit pul məbləğində alimentin tutulması zərurəti yaranmışdır.

6. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla iddiaçının birgə övladı olan xx.xx.2014-cü il təvəllüdlü Leylinin yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçıdan (qarşılıqlı iddia üzrə cavabdehdən) onun xeyrinə 2021-ci ilin iyun ayından 2024-cü ilin iyun ayınadək ol an 36 ay müddət ərzində aylıq 200 manat hesablanmaqla ödənilməmiş olan alimentin cəmi 7.200 manat məbləğində pul vəsaitinin tutulması, həmin tarixdən sonra isə Leylinin saxalanılması üçün hər ay 300 manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, onunla iddiaçının birgə uşaqlarından biri, yəni Ayxan iddiaçının yanında qalsa da, digər uşaq Leyli cavabdehin yanındadır. İddiaçı əksini qeyd etsə də, əksinə cavabdeh bir valideyn kimi iddiaçının yanında qalmış Ayxanın bütün ehtiyaclarını və xərclərini qarşılamış və onu lazım olan hər şeylə təmin etmişdir. Amma iddiaçı cavabdehin yanında qalmış Leylinin xərclərinin qarşılanmasında cavabdehə yardım etməmişdir. Bununla və digər məsələlər ilə bağlı Litva Re spublikasının Vilnüs Şəhər Məhkəməsi xx.xx.2014-cü il tarixli qərar qəbul etmişdir. Həmin qərarla həmçinin qərara alınmışdır ki, hazırkı iş üzrə iddiaçıdan hazırkı iş üzrə cavabdehin xeyrinə Leyliyə görə aliment tutulmalıdır. İddiaçı həmin qərarı icra etmədiyi üçün cavabdeh tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinə vəsatət verilmiş və Vilnüs Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarının aliment hissəsində Azərbaycan Respublikasında tanınması və icra edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 10(102)66/202 saylı qərardadına əsasən vəsatət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 458.3-cü maddəsinə əsasən xarici məhkəmələrin qətnamələri, qətnamənin qanuni qüvvəyə mindiyi andan 3 il müddətində məcburi qaydada icraya yönəldilə bilməsi səbəbindən təmin edilməmişdir. Göstərilənləri nəzərə alan cavabdeh bildirmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.3-cü maddəsinə görə, məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Buna görə də, cavabdeh iddiaçıya qarşı qarşılıqlı iddia irəli sürmüşdür və hesab etmişdir ki, qarşılıqlı iddia təmin, ilk iddia isə rədd edilməlidir.

8. İlkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddianı tam müdafiə edərək onun təmin edilməsini, ilkin iddianı qismə n qəbul edərək və ilkin iddiaya dair etiraz məhkəməyə təqdim edərək göstərmişdir ki, tərəflərin qeyri rəsmi nikahdan 2 övladları var. Qız övladı Orxanın, oğlan övladı isə Radanın himayəsindədir. Orxan bu ilin yanvar ayına qədər öz adına olan bank kartını Radaya vermiş, Rada həmin kartdan öz gündəlik tələbatının təmin edilməsi üçün istifadə etmişdir. Hesab etmişdir ki, ilkin iddia yalnız alimentlə bağlı məhkəməyə müraciət edilən vaxtdan tutulmalı və Orxanın işləyib 600 manat əmək haqqı alması nəzərə alınmalıdır. Qarşılıqlı iddia ərizəsində göstərilənləri isə tam müdafiə etmişdir.

9. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, cavabdeh rəsmi nikahdadır və onun rəsmi nikahdan xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X8 adlı uşaqları var.

10. Bakı şəhəri Səbail R ayon Məhkəməsinin (hakim Şahin Abdullayev) e-2(009)223/24 nömrəli 26 iyul 2024-cü il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq, xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilərək, İddiaçı Cavabdeh xeyrinə xx.xx.2014-cü il təvəllüdlü X1 üçün 2021-ci ilin iyun ayından 2024-cü ilin iyun ayınadək əvvəlki dövr üçün 3 illik müddət həddində, 36 ay müddət ərzində aliment aylıq 200 manat olmaqla, cəmi 7.200 manat məbləğində pulun tutulması, İddiaçı xx.xx.2024-cü il tarixdən başlayaraq, xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

11. Məhkəmə qanunvericiliyin tələblərinə əsasən müntəzəm qazanca malik olan valideyndən alimentin tutulmasını əmək haqqının faiz nisbətində müəyyən edilməsini nəzərdə tutsa da, 1 uşağa görə əmək haqqının 1/4 hissəsi həddində alimentin məbləğinin (600x1/4=150 manat) yaşayış minimumu üçün 1 uşağa görə müəyyən edilmiş alimentin miqdarından (235 manat) kifayət qədər az olmasını nəzərə alaraq hesab etmişdir ki, iddiaçıdan tutulmalı olan aliment sabit pul məbləğində müəyyən edilməlidir.

12. Məhkəmə 2024-cü il üçün yaşayış minimumunun uşaqlar üçün 235 manat müəyyən edilməsini, 1000 manat həddində aliment ödəmək iqtidarında olması na dair sübutları məhkəmə tərəfindən müəyyən edilməməsini, cavabdehin adına əmlakların mövcudluğu isə alimentin tələb edilən həddə təmin edilməsinə əsas olmamasını, cavabdehin öhdəsində rəsmi nikahdan yetkinlik yaşına çatmamış digər övladlarının olmasını nəzərə alaraq hesab etmişdir ki, ilkin iddia tələbi qismən təmin edilməli və cavabdehdən Ayxan adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləği şəklində aliment tutulmalıdır.

13. Məhkəmə ilkin iddia üzrə iddiaçının alimentin 2022-ci ilin yanvar ayından tutulması barədə tələbi üzrə qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyinin tələblərinə əsasən hər bir şəxs özünün və övladının qanunla qorunan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikd irlər və bununla bağlı iddia ilə məhkəməyə müraciət edə bilərlər. İlkin iddia tələbi üzrə iddiaçı da qanunla ona verilmiş hüquqdan istifadə edərək alimentlə bağlı 2022-ci ildə məhkəməyə müraciət etsə də, məhkəmə iclasına gəlmədiyi üçün ərizə baxılmamış saxlanılmış, iddiaçı bunu cavabdehin alimentin könüllü olaraq ona verəcəyinə söz verməsi ilə əlaqələndirmişdir. Lakin məhkəmə iddiaçının qaldırdığı tələbə mahiyyəti üzrə baxılıb yekun məhkəmə aktı qəbul edilməsinə dair iradə ifadəsinin sonradan mövcud olmaması nəzərə alaraq hesab etmişdir ki, onun əvvəlki dövr üçün də alimentin ödəməli olmasına dair dəlilləri əsaslı hesab edilə bilməz. Məhkəmə ailə qanunvericiliyinin tələblərinə əsasən hesab edir ki, cavabdehdən tutulmalı olan aliment iddiaçının məhkəməyə müraciət elədiyi vaxtdan - xx.xx.202 4-cü il tarixdən tutulmağa başlanılmalıdır. Məhkəmə habelə hesab etmişdir ki, ilkin iddianın alimentin tutulması hissəsində qətnamə dərhal icra edilməlidir.

14. Məhkəmə qarşılıqlı iddia tələbinin X1 üçün İddiaçı 2021-ci ilin iyun ayından 2024cü ilin iyun ayınadək olan 36 ay müddət ərzində aylıq 200 manat hesablanmaqla ödənilməmiş olan alimentin cəmi 7.200 manat məbləğində pul vəsaitinin tutulması hissəsi üzrə qeyd etmişdir ki, həmin hissədə tələb təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, qarşılıqlı iddia tələbi üzrə iddiaçının himayəsində olan azyaşlı ilə bağlı xx.xx.2014-cü il tarixdə Litva Respublikasının Vilnüs şəhər Məhkəməsinin İddiaçı alimentin tutulması ilə bağlı qətnaməsi qəbul edilmiş, lakin qətnamə qəbul edildiyi tarixdən borclu tərəfindən aliment öhdəliyi icra edilməmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edimişdir ki, Cavabdeh qəbul edilən qətnamənin tanınması ilə bağlı Ali Məhkəməyə vəsatətlə müraciət etsə də, müddətin keçmə əsası ilə vəsatəti təmin edilməmişdir.

15. Məhkəmə qarşılıqlı iddia tələbi üzrə iddiaçının həmin tələblə məhkəməyə müraciət edənədək alimentlə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcud olmasını, ailə münasibətlərinin davam edən xarakter daşımasını, məhkəməyə müraciət edilənədək İddiaçı alimentin alınmasına iddiaçının iradə ifadəsinin olmasını, bununla da iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən əvvəlki dövr üçün də aliment 3 illik müddət həddində tutulmalıdır.

16. Məhkəmə 2021,2022, 2023 və 2024-cü illər üzrə aylıq uşaqla r üçün yaşayış minimumunun müxtəlif hədlərdə olmasını nəzərə alaraq tutulmalı olan məbləğin orta hədd kimi 200 manat müəyyən edilməsini məqsədəmüvafiq hesab etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi 2021-ci ilin iyun ayından 2024-cü ilin iyun ayınadək olan 36 ay müddət ərzində aylıq 200 manat hesablanmaqla ödənilməmiş olan alimentin cəmi 7.200 manat məbləğində pul vəsaitinin tutulması hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir.

17. Məhkəmə qarşılıqlı iddia tələbinin xx.xx.2014-cü il təvəllüdlü X3 xeyrinə cavabdeh İddiaçı hər ay xx.xx.2014-cü il tarixdən hesablanmaqla 300 manat məbləğində alimentin tutulması hissəsi üzrə qeyd etmişdir ki, həmin hissədə tələb qismən təmin edilməlidir.

18. Məhkəmə 2024-cü il üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minim umunu 235 manat olmasını nəzərə alaraq hesab etmişdir ki, qarşılıqlı iddia tələbi 300 manat alimentin tutulması hissəsində qismən təmin edilməli və cavabdehdən Leyli adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləği şəklində aliment tutulmalıdır.

19. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçının alimentin xx.xx.2014-cü il tarixdən tutulması barədə tələbi üzrə qeyd etmişdir ki, həmin tarixdə qəbul edilmiş alimentlə bağlı xarici ölkənin qətnaməsinin tanınması barədə vəsatət təmin edilmədiyindən, qüvvədə olan ailə qanunvericiliyində isə alimentin əvvəlki dövr üçün yalnız 3 illik müddət həddində müəyyən edilməsi nəzərdə tutulduğundan, qarşılıqlı iddia tələblərindən biri isə həmin müddət ərzində alimentin tutulması ilə əlaqədar olduğundan və məhkəmə tərəfind ən təmin olunduğundan, aliment qarşılıqlı iddianın məhkəməyə təqdim edildiyi və icraata qəbul edildiyi tarixdən xx.xx.2024-cü il tarixdən tutulmalıdır.

20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1, 29.2, 29.4, 56.1, 75.1, 75.4, 76.1.2, 78.1, 78.2-ci maddələrinə, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı qərarının 8.2, 8.5-ci bəndlərinə istinadla əsasl andırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

21. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsini və qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir.

22. Əsasları ilk iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış rayon məhkəməsi işin hallarını nəzərə almamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş və nəticədə əsassız qətnamə qəbul etmişdir. Belə ki, rayon məhkəməsi ilk iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) adına kifayət qədər çoxlu daşınar və daşınmaz əmlakların olmasını, iddiaçının yanında qalmış uşağın mənafeyini nəzərə almamış, həmin uşağa görə cavabdehdən ilk iddia üzrə iddiaçının xeyrinə tutulmalı olan alimentin məbləğini yaşayış minimuma uyğun müəyyən etmiş, məsələyə elə yanaşmışdır ki, sanki ödəniləcək məbləğlər iddiaçı və cavabdehin rifahı üçündür. Rayon Məhkəməsinin qəbul etdiyi qətnamə hər hansı məsələnin obyektiv həllinə yönəlmək əvəzinə, sanki cavabdehin iddiaçıya qarşı olan prinsipial mövqeyinin dəstəkləməsinə yönəlmişdir. Rayon Məhkəməsi ilk iddia üzrə iddiaçının xeyrinə tutulmalı olan alimentin hansı vaxtdan hesablanması ilə bağlı qərar qəbul edərkən qanunvericiliyin normalarını pozmaqla yanaşı iddiaçının və onun yanında qalmış uşağın – Ayxanın hüquqlarını, iddiaçının hələ 2022-ci ilin yanvar ayında ilk dəfə Səbail Rayon Məhkəməsinə “aliment tələbi barədə” iddia ilə müraciət etməsini, cavabdehin idd iaçını aldatması nəticəsində həmin iddianın baxılmamış saxlanılmasını nəzərə almamışdır. Əslində isə cavabdehdən iddiaçının xeyrinə Ayaxana görə aliment 2022-ci ilin yanvar ayından başlayaraq tutulmalı idi. Bundan başqa rayon məhkəməsi iddiaçıdan cavabdehin xeyrinə 2021-ci ilin iyun ayından 2024-cü ilin iyun ayınadək əvvəlki dövr üçün 3 illik müddət həddində, 36 ay müddət ərzində aliment aylıq 200 manat olmaqla, cəmi 7.200 manatın, xx.xx.2024-cü il tarixdən başlayaraq isə hər ay 235 manat sabit pul məbləğində alimentin tutularaq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməsini qət edərkən iddiaçının işləməməsini, qazancının olmamasını, uşaqlardan birinin iddiaçının yanında qalmasını, cavabdehin isə kifayət qədər çoxlu qazanca, daşınar və daşınmaz əmlaklara malik olmasını nəzərə almamışdır.

23. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər–Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Fuad Talışinski və Azad İmanov) 2(103)5527/2024 nömrəli, 8 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır.

24. Apellyasiya məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, ilk iddia üzrə iddiaçı cavabdehə qarşı verdiyi iddia ərizəsində və qətnamədən verdiyi apellyasiya şikayətində bildirir ki, onun yanında qalmış Ayxanın zəruri xərclərinin qarşılanmasında cavabdeh ona hər hansı maddi yardım göstərmir, halbuki, cavabdeh kifayət qədər çoxlu qazanca, daşınar və daşınmaz əmlaklara malikdir. Uşağın xərclərini özü və təkbaşına qarşılayır baxmayaraq ki, işləmir.

25. İşdə olan sənədlərdən görünür ki, cavabdehin mülkiyyətində 2 avtomobil, 1 bağ sahəsi və 6 torpaq sahəsi var.

26. Bununla bağlı Məhkəmə qeyd edir ki, cavabdehin mülkiyyətində daşınar və daşınmaz əmlakın olması tutulmalı olan alimentin miqdarının (məbləğinin) müəyyən edilməsinə təsir göstərmir, çünki yuxarıda qeyd edildiyi kimi alimentin miqdarı müəyyən edilərkən cavabdehin qazancının və başqa gəlirinin həcmi nəzərə alınır. Lakin hazırkı iş üzrə cavabdehin qeyd edilən əmlaklar hesabına qazanc əldə etməsi halını təsdiq edə biləcək sübutlar hazırkı iş üzrə iddiaçı tərəfindən məhkəmələrə təqdim edilməmişdir.

27. Məhkəmə bildirir ki, cavabdehin mülkiyyətində olan həmin daşınar və daşınmaz əmlaklara tutma o halda yönəldilə bilər ki, cavabdehin hər hansı, o cümlədən alimentin ödənilməsi ilə bağlı icra edil məmiş öhdəliyi mövcud olsun. Lakin işin hallarından görünür ki, bu kimi hal mövcud deyil.

28. Bununla bağlı Məhkəmə qeyd edir ki, MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Qeyd edilən prosessual hüquq normalarının tələblərinin müzakirə edilən məsələnin tətbiqi nəticəsində müəyyən edilir ki, işə baxmış Rayon Məhkəməsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan alimentin məbləğini müəyyən edərkən cavabdehin mülkiyyətində həmin əmlakların olmasını nəzərə almamaqda haqlı olmuşdur. Apellyasiya şikayətinin müzakirə edilən bu dəlili əsassızdır.

30. Qeyd edildiyi kimi tutulmalı olan alime ntin miqdarı müəyyən edilərkən aliment ödəməli olan şəxsin qazancının və başqa gəlirinin həcmi (məbləği) nəzərə alınmalıdır. 31. “Elektron Məhkəmə” İnformasiya Sistemində olan məlumatlardan məlum olur ki, hazırkı iş üzrə cavabdeh "xxxx" MMC-də mühasib-analitik vəzifəsində işləyir və onun aylıq əmək haqqısı 600 manat təşkil edir.

32. İşə baxmış Rayon Məhkəməsi qanunvericiliyin tələblərinə əsasən müntəzəm qazanca malik olan valideyndən alimentin tutulmasını əmək haqqının faiz nisbətində müəyyən edilməsini nəzərdə tutsa da, 1 uşağa görə əmək haqqının 1/4 hissəsi həddində alimentin (600 manat x 1/4=) 150 manat məbləğində olmasını nəzərə alaraq həmin məbləğin uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumundan (235 manat) kifayət qədər az olmasını nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən iddi açının xeyrinə tutulmalı olan alimentin məbləği sabit pul məbləğində və 235 manat məbləğində müəyyən edilməlidir.

33. Bu kimi nəticəyə gəlmiş Rayon Məhkəməsi həmçinin nəzərə almışdır ki, iddiaçı, 1 uşağa görə cavabdehdən onun xeyrinə tutulmalı olan alimentin hər ay üçün 1.000 manat məbləğində tutulmasını xahiş etsə də, cavabdehin bu məbləğdə aliment ödəməyə imkan verən qazancının olması iddiaçı tərəfindən sübuta yetirilməmişdir və cavabdehin özünün himayəsində digər 1 uşaq var.

34. İşin hallarını və yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin müzakirə edilən bu nəticəsi də əsaslıdır. Apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə aid dəlili də əsassızdır.

35. Cavabdehdən ilk iddia üzrə iddiaçının xe yrinə tutulmalı olan alimentin iddiaçının təklif etdiyi kimi 2022-ci ilin yanvar ayından (iddiaçı tərəfindən cavabdehə qarşı irəli sürülmüş və Səbail Rayon Məhkəməsi tərəfindən baxılmamış saxlanılmış “aliment tələbi barədə” iddianın verildiyi vaxtdan) deyil, bu mülki işin icraatının başlanmasına əsas olmuş ilk iddianın məhkəməyə daxil olduğu xx.xx.2024-ci tarixdən başlayaraq, yəni Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə uyğun olaraq tutulmasını qət etmiş Rayon Məhkəməsi bu kimi nəticəni onunla əsaslandırmışdır ki, ilk iddia üzrə iddiaçı qanunla ona verilmiş hüquqdan istifadə edərək alimentlə bağlı 2022-ci ildə məhkəməyə müraciət etsə də, məhkəmə iclasına gəlmədiyi üçün ərizə baxılmamış saxlanılmış, iddiaçı bunu cavabdehin alimentin könüllü olaraq ona verəcəyinə söz verməsi ilə əla qələndirmiş, lakin bu halı təsdiq edə biləcək sübutu məhkəməyə təqdim etməmişdir. Həmin iddia tərəflərin məhkəmə baxışı iclasına gəlməməsi əsası ilə baxılmamış saxlanılmış, iddiaçı, iddianın baxılmamış saxlanılması barədə qərardaddan şikayət verməmişdir.

36. Məhkəmə işin hallarını nəzərə alaraq hesab etmişdir ki, rayon məhkəməsinin müzakirə edilən bu nəticəsi əsaslıdır. Apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə aid dəlili isə əsassızdır. Çünki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

37. Cavabdehin iddiaçıya qarşı irəli sürdüyü qarşılıqlı iddiasından görünür ki, cavabdeh ilə iddiaçının birgə digər övladları – Leyli iş üzrə tərəflərin münasibətləri pozulduqdan sonra cavabdehin yanında qalmışdır. Bu hal işin mübahisəsiz h alıdır.

38. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından (iş № 10(102)-66/2024) görünür ki, həmin qərardadla hazırkı iş üzrə cavabdehin vəsatətinin təmin edilməməsi, Litva Respublikasının Vilnüs Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarının hazırkı iş üzrə iddiaçıdan cavabdehin xeyrinə 1 uşağın – Leylinin yetkinlik yaşına çatana kimi saxlanılması üçün alimentin tutulması barədə hissəsinin Azərbaycan Respublikası ərazisində tanınması və icra edilməsindən Azərbaycan Respublikası MPM-in 458.3-cü maddəsində nəzərdə tutulmuş müddətinin keçməsi səbəbindən imtina edilmişdir. Belə ki, həmin prosessual normanın tələbinə görə, xarici məhkəmələrin qətnamələri, qətnamənin qanuni qüvvəyə mindiyi andan 3 il müddətində məcburi qaydada icraya yönəldilə bilər.

39. Cavabdeh hesab edir ki, Leylinin yetkinlik yaşına çatana kimi saxlanılması üçün Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən iddiaçıdan onun xeyrinə 2021-ci ilin iyun ayından 2024-cü ilin iyun ayınadək olan 36 ay (3 il) müddət ərzində aylıq 200 manat hesablanmaqla cəmi 7.200 manat məbləğində aliment tutulmalıdır.

40. İşə baxmış rayon məhkəməsi qarşılıqlı iddiada ifadə olunmuş bu tələbi əsaslı hesab etmişdir.

41. İddiaçı, qətnamədən verdiyi apellyasiya şikayətində rayon məhkəməsinin bu nəticəsini mübahisələndirdiyi üçün Məhkəmə, rayon məhkəməsinin bu nəticəsinin əsaslılığı və apellyasiya şikayətinin dəlilinin qiymətləndirilməsi ilə bağlı bildirmişdir ki, Ailə Məcəlləsinin 100.3-cü maddəsinə görə, məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin al iment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər.

42. İşin hallarından görünür ki, cavabdeh, iddiaçıdan aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər görmüşdür.

43. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Rayon Məhkəməsi iddiaçıdan cavabdehin xeyrinə 2024-cü ilin iyun ayınadək olan 36 ay (3 il) müddət üçün, yəni 2021-ci ilin iyun ayından başlayaraq tutulmasını qət etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin rayon məhkəməsinin bu nəticəsinə aid dəlili əsassızdır.

44. Cavabdeh qarşılıqlı iddia ərizəsində xahiş etmişdir ki, iddiaçıdan onun xeyrinə 2021-ci ilin iyun ayından 2024-cü ilin iyun ayınadək olan 36 ay müddət üçün aliment hər ay üçün 200 m anat məbləğində hesablansın və iddiaçıdan onun xeyrinə cəmi 7.200 manat məbləğində aliment tutulsun.

45. Rayon məhkəməsi cavabdehin bu tələbini əsaslı hesab etmişdir.

46. İddiaçı qətnamədən verdiyi apellyasiya şikayətində rayon məhkəməsinin bu nəticəsi ilə razılaşmadığını bildirir və şikayətini onunla əsaslandırır ki, rayon məhkəməsi ondan cavabdehin xeyrinə 2021-ci ilin iyun ayından 2024-cü ilin iyun ayınadək əvvəlki dövr üçün 3 illik müddət həddində ayda 200 manat olmaqla, cəmi 7.200 manat məbləğində alimentin tutularaq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməsini qət edərkən iddiaçının işləməməsini, qazancının olmamasını, uşaqlardan birinin iddiaçının yanında qalmasını, cavabdehin isə kifayət qədər çoxlu qazanca, daşınar və daşınmaz əmlaklara malik olmasını nəzərə almamışdır.

47. Apel lyasiya şikayətinin bu dəlili ilə bağlı məhkəmə bildirmişdir ki, Ailə Məcəlləsinin normalarına görə, hətta qazancı və gəliri olmayan valideynlər (maddə 78.1.), uşaqlarını saxlamağa borcludurlar (maddə 75.1.). Qazancı və gəliri olmayan valideyndən aliment sabit pul məbləğində tutulur.

48. Belə olan halda qəbul edilməlidir ki, iddiaçının işləməməsi, qazancının və gəlirinin olmaması onu cavabdehin yanında qalmış uşağın – Leylinin saxlanılmasından azad etmir.

49. Bundan başqa məhkəmə bildirmişdir ki, iddiaçının işləməməsi, qazancının və gəlirinin olmaması, cavabdehin isə işləməsi və qazancının olması iddiaçını aliment ödəməkdən azad etmir. Çünki Ailə Məcəlləsində bu hallara görə uşaq ilə bağlı alimentin tutulmasından azad etmə nəzərdə tutulmamışdır.

50. Göründüyü kimi, rayon məhkəməsinin müzak irə edilən bu nəticəsi əsaslıdır. Apellyasiya şikayətinin rayon məhkəməsinin bu nəticəsinə aid dəlili əsassızdır.

51. Məhkəmə, qarşılıqlı iddiada ifadə olunmuş “iddiaçıdan cavabdehin xeyrinə ötən 36 ay müddət üçün hər ay 200 manat olmaqla cəmi 7.200 manat məbləğində aliment iddiaçıdan cavabdehin xeyrinə tutulması” barədə tələbin təmin edilməsi barədə Rayon Məhkəməsinin nəticəsinin və bu nəticəyə dair apellyasiya şikayətinin dəlilinin əsaslığı ilə bağlı bildirir ki, 2021-ci ildən 2024-cü il daxil olmaqla uşaqlar üçün yaşayış minimumu ölkə daxilində müxtəlif, yəni 2021-ci ildə 175 manat, 2022-ci ildə 176 manat, 2023-cü ildə 220 manat olmuş, 2024-cü ildə isə 235 manatdır.

52. Göründüyü kimi alimentin ortalama məbləği ötən 2021-ci ilin iyun ayından 2024cü ilin iyun ayı daxil olmaqla ((175 + 17 6 + 220 + 235 =) 806: 4 =) 201,5 manat təşkil edir.

53. Belə olan halda qəbul edilməlidir ki, rayon məhkəməsi 36 ay müddət üçün iddiaçıdan cavabdehin xeyrinə (200 manat x 36 ay=) 7.200 manat məbləğində alimentin tutulması barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. Rayon məhkəməsini bu nəticəsinə dair apellyasiya şikayətinin dəlili əsassızdır.

54. Cavabdeh tərəfindən iddiaçıya qarşı irəli sürülmüş qarşılıqlı iddiada ifadə edilmiş digər tələb 2024-cü ilin iyun ayından sonra iddiaçıdan cavabdehin xeyrinə 1 uşağın – Leylinin yetkinlik yaşına çatana kimi saxalanılması üçün hər ay 300 manat məbləğində aliment tutulsun.

55. İşə baxmış rayon məhkəməsi bu tələbi qismən əsaslı hesab edərək iş üzrə qəbul etdiyi qətnamə ilə qət etmişdir ki, xx.xx.2024-cü il tarixdən başlayaraq iddiaçıdan cavabdehin xey rinə Leylinin yetkinlik yaşına çatana kimi saxalanılması üçün hər ay 235 manat məbləğində aliment tutulsun.

56. İddiaçı bu nəticə ilə də razılaşmır və hesab edir ki, işləməməsi, uşaqlardan birinin onun yanında qalması, cavabdehin isə kifayət qədər çoxlu qazanca, daşınar və daşınmaz əmlaklara malik olması səbəbindən bu iddia tam həcmdə rədd edilməli idi.

57. Məhkəmə, rayon məhkəməsinin bu nəticəsinin əsaslılığı və apellyasiya şikayətinin dəlilinin qiymətləndirilməsi ilə bağlı bir daha bildirmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideyn olan hazırkı iş üzrə iddiaçının işləməməsi və qazancının olmaması, hazırkı iş üzrə cavabdehin isə işləməsi və qazancının olması iddiaçını cavabdehin yanında qalmış uşağın saxlanılması üçün aliment ödəməkdən azad etmir. Bu kimi qayda Ailə Məcəlləsində nəzərdə tutulmamışdır.

58. Bu baxımdan qəbul edilməlidir ki, rayon məhkəməsi cavabdehin yanında qalmış uşağın mənafeyini, Ailə Məcəlləsinin və “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanununun tələblərini nəzərə alaraq yuxarıda qeyd edilən nəticəyə gəlməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin rayon məhkəməsini bu nəticəsinə aid dəlili əsassızdır.

59. Apellyasiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 75.4, 76.1.2, 78.1, 78.2, 100.2-ci maddələrinə, “Azərbaycan Respublikasında 2024- cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının MPM-in14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şik ayətinin dəlilləri

60. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-5527/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsi, İddiaçı iddiasının tam təmin edilməsi, Cavabdeh qarşılıqlı iddiasının rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

61. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, irinci instansiya məhkəməsi tərəflərin hər ikisindən hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin tutularaq qarşı tərəfə ödənilməsini qərara almış, apellyasiya məhkəməsi isə həmin qərarı qanuni və əsaslı hesab etməklə qüvvədə saxlamışdır. Hesab edirlər ki, məhkəmənin gəldiyi nəticənin əsassızdır. İddiaçı yanında qalan övladının xərclərini təkbaşına qarşılaya bilmədiyindən, cavabdehin maddi imkanının yaxşı olması ilə əlaqədar aliment ödənilməsi üçün məhkəməyə müraciət etmişdir. Cavabdehin adına kifayət qədər çoxlu daşınar və daşınmaz əmlaklar olması halı işin mübahisəsiz tərəfidir. İddiaçının bu halı vurğulamaqda məqsədi tərəflərin maddi təminatının, yaşayış səviyyələrinin bir birindən əhəmiyyətli dərəcədə fərqli olmasını məhkəmənin diqqətinə çatdırmaq olmuşdur. İddiaçı ilə cavabdehin maddi imkanının bir-birindən əhəmiyyətli dərəcədə fərqlənməsi hər iki övladın maddi təminatlarında ədalətsiz fərqlərin olması ilə nəticələnir. Belə ki, X2 Rada Çingis qızı ilə birlikdə yaşamaqdadır. Hazırkı tarixədək İddiaçı övladının saxlanması üçün bütün xərcləri tək qarşılamışdır. Halbuki o, işləmir və övladının zəruri xərclərini təkbaşına qarşılamaqda çətinlik çəkir. Cavabdeh isə maddi vəziyyəti yaxşıdır. L akin o, A.Əliyevin saxlanma xərclərinin qarşılanmasında iddiaçıya dəstək olmur. Əksinə, onu aliment tələbindən yayındırmağa çalışaraq bir valideyn kimi öz öhdəliklərini icra etmir. İddiaçı övladının təhsili və tərbiyəsi ilə təkbaşına məşğul olur. Uzun müddətdir ki, uşağın saxlanma xərclərinin qarşılanması məsələsində o, əziyyət çəkir. Cavabdehin və yanında saxlanan uşağın yaşayış səviyyəsinin iddiaçı və yanında qalan övladın yaşayış səviyyəsindən kifayət qədər yüksək olması onun gəlirinin məhkəməyə təqdim edildiyindən daha çox olmasını, ən əsası hər hansı iş yeri və gəliri olmayan İddiaçı ilə cavabdehdən eyni məbləğdə alimentin tutulmasını qərara alan məhkəmə qətnaməsinin tam əsassız olmasını təsdiq edir. Belə ki, məhkəmə işə ədalət prinsipini rəhbər tutmaqla baxmamış, tərəflərin arasındak ı prinsipial münasibətə sadiq qalmaqla, uşaqların mənafeyinin pozulmasına səbəb olan ədalətsiz məhkəmə qərarının qəbul edilməsinə səbəb olmuşdur. Halbuki, şəxsi münasibətlərdən irəli gələn prinsipial davranışların uşaqların hüquqlarının, üstün mənafelərinin pozulmasına səbəb olması yolverilməzdir və bu kimi halların qarşısı məhkəmə tərəfindən alınmalıdır. Məhkəmə məsələyə elə yanaşmışdır ki, sanki ödəniləcək məbləğlər iddiaçı və cavabdehin rifahı üçündür. Uşaqların rifahını onların vəziyyətinin yaxşılaşdırılmasının əhəmiyyətini nəzərə alınmamışdır. İddiaçı heç bir iş yeri və gəlirinin olmadığını, tək qadın olaraq onunla yaşayan Ayxan adlı uşağın xərclərinin ödənilməsində çətinlik çəkməsini, cavabdehin isə ondan fərqli olaraq həm əmək haqqısının olduğunu, yaşayış səviyyəsinin daha yaxşı old uğunu nəzərə almayan məhkəmə hüququn ədalət prinsipinə məhəl qoymamış, hər iki tərəf üçün eyni miqdarda alimentin ödənilməsini qərara almaqla iddiaçının və yanında saxlanan övladın hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmənin gəldiyi nəticənin yanlış olduğunu göstərən digər hal isə qətnamənin işi mahiyyəti üzrə həll edə bilməməsidir. Belə ki, müxtəlif maddi vəziyyətlərdə olmaqlarına baxmayaraq, tərəflərin hər birindən eyni miqdarda- 235 manat olmaqla aliment tutulması ilə bağlı məhkəmənin gəldiyi nəticə əsassız olmaqla bərabər, mübahisəni mahiyyəti üzrə həll etmir. Göründüyü kimi məhkəmə işi mahiyyəti üzrə həll etməməklə bərabər, işə qərəzli yanaşmaqla İddiaçı və yanında qalan övladının hüquqlarının pozulmasına səbəb olmuşdur.

62. Bir neçə ildir ki, İddiaçı öz övladının zəruri ehtiy aclarını qarşılamaqda çətinlik çəkir və uşağın ehtiyaclarını digər valideynlə bölüşmək üçün bir sıra tədbirlər görür. Lakin cavabdehin hər dəfə vədlər verərək onu aldatması nəticəsində onun alimenti tələbini məhkəmə qaydasında davam etdirməsi mümkün olmamışdır. Bu halı sübut edən dəlillər iş materiallarına əlavə edilmiş, iddiaçının aliment tələbi ilə məhkəməyə əvvəlki müraciətləri məhkəmənin diqqətinə çatdırılmışdır. Lakin məhkəmə bu məsələyə də tam laqeyd qalmaqla görülən tədbirləri nəzərə almamışdır. Buna bəhanə olaraq, İddiaçı məhkəməyə getməməsi səbəbindən iddianın baxılmamış saxlanmasını göstərmişdir. Halbuki, 2022-ci ildə iddiaçı tərəfindən bütün tədbirlərin görülərək məhkəmədə iddia qaldırmış olması halı bir başa sübut edir ki, o aliment tələbini hələ o vaxtdan cavabdehin diqqətin ə çatdırıb və bunun üçün zəruri tədbirləri (mediasiya mərhələsində iştirak, məhkəmədə iddia qaldırmaq və.s) görüb. Lakin aldadılmaya məruz qaldığından, məhkəmə iclasına getməyərək mübahisəsiz qaydada cavabdehin ona ödəniş edəcəyinə inanmışdır. İddiaçının bu cür aldadılmaya məruz qalması, bunun nəticəsində məhkəmə iclasında iştirak etməməsi, onun müvafiq hazırlıqları görmədiyini deməyə əsas vermir. Məhkəmə bu hissədə məsələni araşdırmamış, sanki cavabdehin manafeyini daha üstün tutmaqla, onun qarşılıqlı iddialarını təmin etməyə bəhanələr axtarmışdır. İddiaçının əvvəlki dövrlər üçün alimentin tutulması ilə əlaqədar iddiasının rədd edilməsini tam qanuni hesab edən məhkəmə İddiaçı Cavabdeh xeyrinə xx.xx.2014-cü il təvəllüdlü X1 üçün 2021-ci ilin iyun ayından 2024-cü ilin iyun ayınadək əvvəlki dövr üçün 3 illik müddət həddində, 36 ay müddət ərzində aliment aylıq 200 manat olmaqla, cəmi 7.200 manat məbləğində pul tutulmasını əsaslı hesab etmişdir. 7200 manat məbləğində pul tutulması əsassızdır və prosessual hüquq normaların pozulması bölməsində bu məsələyə daha geniş izah verilir. Bununla belə, məhkəmənin qənaətinə əsasən 7200 manat məbləğin tutulması tərəflər arasında mövcud olan əvvəlki münasibətlərə əsaslanır və pozulmuş hüquqların bərpası məqsədi daşıyır. Apellyasiya məhkəməsi iddiaçının ondan 7200 manat pul tutulması ilə əlaqədar şikayətinin arqumentlərini tam yanlış anlaliz etmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı bu məsələyə dair arqument kimi iddaçının işləməməsini, qazancının olmamasını, uşaqlardan birinin iddiaçının yanında qalmasını, cavabdehin isə kifayət qədər çox lu qazanca, daşınar və daşınmaz əmlaklara malik olmasını nəzərə almamışdır. Halbuki qeyd edilən məsələyə dair iddiaçının əsaslandırması tam fərqli olmuşdur. Qeyd edilənlərdən məlum olur ki, məhkəmə apellyasiya şikayəti ilə tam tanış olmamış, cavabdehin qarşılıqlı iddiasının əsassız təmininə yönələn formal əsaslandırmalar etmişdir. Belə ki, məhkəmə Azərbaycan Respublikasının ərazisində heç bir qanuni qüvvəsi olmayan məhkəmə qərarını alimentin tələbi üçün müvafiq tədbirlərin görülməsi qismində nəzərə alaraq cavabdehin guya pozulmuş olan hüquqlarını bərpa etmək üçün müvafiq pul məbləğinin iddiaçıdan tutularaq cavabdehə ödənilməli olduğu qənaətinə gəlmişdir. Qeyd edək ki, iddiaçı cavabdehə aliment istəyini, həmin aliment məbləğini ödəmədiyi halda məhkəməyə müraciət etmək məcburiyyətində olacağ ını bildirdikdən sonra cavabdeh tərəfindən həmin aliment məbləğinin Azərbaycan Respublikasında ödənilməsinə dair tədbirləri görülmüşdür. Bu hal isə, 2024-cü ilin may ayına təsadüf edir. Cavabdeh qərarın qəbul edilməsindən keçən on il ərzində heç bir tədbir görməməsi, iddiaçı tərəfindən müvafiq hüquqi tədbirlər gürüldükdən sonra hərəkətə keçməsi onun tərəfindən verilmiş qarşılıqlı iddia tələbinin yalnız prinsipal xarakter daşıdığını və İddiaçı ilə aralarındakı gərgin münasibətdən irəli gəldiyini təsdiq edir. Həmçinin məhkəmə əvvəlki dövr üçün alimentin 3 illik müddət həddində tutulması üçün heçbir tədbir görməyən Cavabdeh iradə ifadəsini nəzərə aldığı halda, işə birtərəfli yanaşaraq İddiaçı iradə ifadəsini, aliment almaq üçün əvvəlcədən tədbirlər görməsini (mediasiya mərhələsində iştirak, i ddia ərizsəi ilə məhkəməyə müraciət edilməsi və.s) nəzərə almamışdır. İddiaçı yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün alimentin tutulması tələbi ilə 2022-ci ilin yanvar ayından etibarən iki dəfə Səbail Rayon Məhkəməsinə müraciət etmiş, lakin cavabdehin təkidi və ona maddi dəstək verəcəyinə dair söz verməsi ilə əlaqədar olaraq həmin iddiaları üzrə tələbini məhkəmə qaydasında davam etdirməmişdir. Həmin vaxtdan cavabdeh bir dəfə də olsa uşağın saxlanması üçün hər hansı xərcini ödəməmişdir. Uşağın bütün qayğısını, ehtiyacını iddiaçı təkbaşına çəkmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.3-cü maddəsinə görə məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində a limentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Belə ki, məhkəməyə müraciət edilənədək alimentin alınmasına İddiaçı iradə ifadəsinin olmasını, bununla da onun aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər görməsini nəzərə alaraq, Ayxan Əliyevin saxlanması üçün aliment məbləği 2022-ci ilin yanvar ayından hesablanmalıdır.

63. Məhkəmə apelyasiya şikayətinin dəlilərini cavablandırmamaqla, cavabdehin əsaslandırılmış məhkəmə qərarı almaq, yəni ədalətli məhkəmə araşdırılması hüququnu pozmuşdur.

64. İlk növbədə qeyd olunmalıdır ki, Litva Respublikasının Vilnüs Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarıAzərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2024- cü il tarixli, 10(102)-66/2024 saylı qərardadına əsasən, alimentin tut ulması hissəsində Azərbaycan Respublikasının ərazisində və icra edilməsindən müvafiq müddətin ötürülməsi səbəbindən imtina edilmiş, nəticədə həmin qərar tananmamışdır. Belə ki, vəsatət Azərbaycan Respublikası MPM-nin 458.3-cü maddəsinə əsasən xarici məhkəmələrin qətnamələri, qətnamənin qanuni qüvvəyə mindiyi andan 3 il müddətində məcburi qaydada icraya yönəldilə bilməsi səbəbindən təmin edilməmişdir. Azərbaycan Respublikasının ərazisində tanınmayan və heç bir hüquqi qüvvəyə malik olmayan xarici ölkə qətnaməsi əsasında məhkəmənin hər hansı nəticəyə gəlməsi, bununla da iddiaçının vəziyyətini əhəmiyyətli dərəcədə ağırlaşdıran öhdəliklər müəyyən etməsi tamamilə əsassızdır. Bundan əlavə, Litva Respublikasının Vilnüs Şəhər Məhkəməsinin qərarı xx.xx.2014-cü il tarixində qəbul olunmuşdur və həmin vaxt İddiaçı Azərbaycanda olmuş, göndərilən bildirişlər ona çatmamış, qəbul edilmiş qərardan məlumatı olmamışdır. Cavabdeh sözügedən xarici ölkə qərarının qəbul edilməsindən on il keçməsinə baxmayaraq, indiyə kimi hər hansı tədbir görməmişdir. İddiaçı yanında saxlanılan övladının rifahı üçün bir sıra hüquqi tədbirlər görməyə, bununla bağlı bir ata kimi ona bəzi tələblər ünvanlamağa bağlayanda Cavabdeh prinsipial hərəkətlər nümayiş etdirmək, İddiaçı öz tələblərindən çəkindirmək məqsədilə, hədə üsulu kimi müvafiq qərarın tanınması üçün Ali məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərdən əlavə, Mülki Prosessual Məcəllənin 464-cü maddəsinə əsasən, xarici dövlətlərin məhkəmələrinin qətnamələrinin tanınması və məcburi qaydada icra olunması barədə ərizələrə baxılması səlahiyyəti Azərbaycan Respubl ikasının Ali Məhkəməsinə aiddir. Qeyd edilən maddə, birmənalıdır və qərarın Azərbaycan Respublikasının ərazi hüqdudlarında hüquqi qüvvəyə malik olması və onun hər hansı hüquqi nəticəyə səbəb olması Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən təsdiq edildiyi halda mümkündür. Həmin qərarın hansı səbəbdən tanınmamasını əsas gətirərək və buna istinad edərək sözügedən məhkəmə qərarını tanımağa yönələn hərəkətlər edilməsi, buna dair şərhlər verilməsi və bu cür qərara istinad edərək yekun nəticəyə gəlinməsi birinci instansiya məhkəməsinin öz səlahiyyətlərini aşması kimi qiymətləndirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilmiş birinci instansiya məhkəməsinin qərarını qanuni və əsaslı hesab etməsi iddiaçının hüquqlarının pozulmasına, maddi vəziyyətinin əsassız olaraq ağırlaşmasına səbəb olmaqla, öz ölkəsi ərazisində ədalətli məhkəmə araşdırması hüququndan məhrum olmasına əsas olmuşdur.

65. Məhkəmə işə baxarkən və qətnamə çıxararkən MPM-in 9, 14, 77, 88 və 217-ci maddələrinin tələblərini pozmuşdur. Məhkəmə sübutları düzgün tədqiq etməmiş, işə bir tərəfli yanaşmış, hər tərəfli, qərəzsiz və obyektiv araşdırmamışdır.

66. Kassasiya şikayəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2, 78.3, 100.3, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9, 14,77, 88, 217, 452.3, 458.2, 464-cü maddələrinə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarına istinad edilməklə əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

67. Kassas iya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi

68. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

69. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

70. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tə rəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76 maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

71. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

72. Maddə 78.3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci m addəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir.

73. Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

74. Maddə 100.3. Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər.

75. Maddə 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

76. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. Maddə 77.

1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

78. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

79. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

80. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

81. Maddə 234.2. Aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında;

82. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan büt ün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

83. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

84. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

85. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüq uqun tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

86. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

87. Maddə 458.1. Xarici məhkəmələrin qətnamələri Azərbaycan Respublikasının qanunlarında və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu hallarda, yaxud qarşılıqlı anlaşma əsasında Azərbaycan Respublikasında tanınır və icra edilir. Kassasiya baxışının hədləri

88. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instans iyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

89. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

90. Məhkəmə kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbi pozulmuşdur. 9

1. Belə ki, ilk iddia üzrə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdehin birgə övladı olan xx.xx.2016-cı il təvəllüdlü Ayxanın 2022-ci ilin yanvar ayından yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 1000 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

92. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla iddiaçının birgə övladı olan xx.xx.2014-cü il təvəllüdlü Leylinin yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçıdan (qarşılıqlı iddia üzrə cavabdehdən) onun xeyrinə 2021-ci ilin iyun ayından 2024-cü ilin iyun ayınadək olan 36 ay müddət ərzində aylıq 200 manat hesablanmaqla ödənilməmiş olan alimentin cəmi 7200 manat məbləğində pul vəsaitinin tutulması, həmin tarixdən sonra isə Leylinin saxalanılması üçün hər ay 300 manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

93. Məhkəmələr tərəfindən yuxarıda göstərilən qətnamələr qəbul edilmişdir.

94. İşin mübahisəsiz halıdır ki, İddiaçı ilə Cavabdeh rəsmi nikaha daxil olmadan ailə qurmuşlar. Bu münasibətlərdən onların 2 övladları var: xx.xx.2014-cü il təvəllüdlü Leyli və xx.xx.2016-cı il təvəllüdlü Ayxan.Tərəflərin münasibəti pozulmuş, xx.xx.2014-cü il təvəllüdlü Leyli Cavabdeh, xx.xx.2016-cı il təvəllüdlü Ayxan isə İddiaçı yanında qalmışdır.

95. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəs inə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir.

96. Apellyasiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh mülkiyyətində 2 avtomobil, 1 bağ sahəsi və 6 torpaq sahəsi var, "xxxx" MMC-də mühasib-analitik vəzifəsində işləyir və onun aylıq əmək haqqısı 600 manat təşkil edir. Lakin İddiaçı əmlakının olması, işləməsi müəyyən edilməmişdir.

97. Belə olan təqdirdə apellyasiya məhkəməsi Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.3-cü maddəsini tətbiq edərək sadəcə Cavabdeh az təminatlı İddiaçı xeyrinə aliment tutmalı olduğu halda həmin maddi hüquq normasını tətbiq etməmişdir.

98. Apellyasiya məhkəməsi İddiaçı əvvəlki dövr üçün də alimentin 3 illik müddət həddində tutulmalı olması barədə qənaətə gələrkən, Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən tanınması və ic raya yönəldilməsindən imtina edilmiş xx.xx.2014-cü il tarixli, Litva Respublikasının Vilnüs Şəhər Məhkəməsinin İddiaçı alimentin tutulması ilə bağlı qətnaməsini qanuni qüvvəyə minmiş qətnamənin mövcud olması kimi dəyərləndirmişdir.

99. Məhkəmə kollegiyası həmin əsaslandırma ilə də razılaşmır.Belə ki, Azərbaycan Rerspublikasının ərazisində tanınmasından və icraya yönəldilməsindən imtina edilmiş xarici məhkəmə qətnaməsinin apellyasiya məhkəməsinin qətnaməsində istinad edilən şəkildə sübut kimi qiymətləndirilməsi Azərbaycan Respublikasının MPM-in 88-ci maddəsinin tələblərinə ziddir.

100. Yuxarıda göstərilənlərə müvafiq olaraq ilkin iddia üzrə iddiaçının xeyrinə ilkin iddia üzrə cavabdehdən aliment tutulmalı, qarşılıqlı iddia isə əsassız olduğuna görə rədd edilməli olduğu halda hər iki iddia q ismən təmin edilmişdir.

101. Ona görə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməlidir.

102. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki tərəflərin hər ikisi ilə uşaq qaldığına görə ilkin iddia qismən təmin edilməklə ilkin iddia üzrə Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı xeyrinə sabit pul məbləğində aliment tutulmalıdır.

103. Məhkəmə kollegiyası ilkin iddia üzrə iddiaçının alimentin 2022-ci ilin yanvar ayından tutulması barədə tələbi üzrə qeyd edir ki, ilkin iddia tələbi üzrə iddiaçı qanunla ona verilmiş hüquqdan istifadə edərək alimentlə bağlı 2022-ci ildə məhkəməyə müraciət etsə də, məhkəmə iclası na gəlmədiyi üçün ərizə baxılmamış saxlanılmışdır.Ona görə də ilk iddia üzrə iddiaçının əvvəlki dövr üçün də alimentin ödənilməli olmasına dair dəlilləri əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə müvafiq olaraq aliment tutulmasının əvvəli İddiaçı məhkəməyə müraciət etdiyi 07 iyun 2024-cü il tarixdən hesablanmalıdır.

104. Məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə cavabdehin maddi və əmlak vəziyyəti, saxlanılması üçün aliment tutulan uşağın həyat səviyyəsinin mümkün qədər yüksək saxlanılması kimi hallar nəzərə alınmaqla hər ay üçün alimentin sabit pul məbləğinin miqdarı minimum əmək haqqının 1,25 misli həddində müəyyənləşdirilməlidir.

105. İlk iddia üzrə cavabdehin maddi və əmlak vəziyyəti nəzərə alındıqda onun digər evlilikdən uşaqlarının olması isə alimentin sabit pul məbləğinin miqdarının yuxarıdakı bənddə göstəriləndən fərqli müəyyənləşdirilməsinə əsas vermir. 106. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.7-ci bəndinə əsasən alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunu n olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir.

107. Həmin Qərarın 8.4-1-cü bəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0, 74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir).

108. Yuxarıda göstərilənlərə görə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ilkin iddia üzrə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli,Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 8 oktyabr 2024-cü il tarixli 2(103)5527/2024 nömrəli qətnaməsi ləğv edilməli və yeni qərar qəbul edilməli,ilkin iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixindən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,25 misli həddində sabit pul məbləğində aliment tutulmalı, ilkin iddia digər hissədə rədd edilməli,Cavabdeh qarşılıqlı iddiası rədd edilməli,qətnamə ilkin iddia tələbi üzrə alimentin tutulması hissəsində dərhal icra edilməlidir.

109. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İlkin iddia üzrə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 8 oktyabr 2024-cü il tarixli 2(103)-5527/2024 nömrəli qətnaməsi ləğv edilsin və yeni qər ar qəbul edilsin. İlkin iddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixindən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,25 misli həddində sabit pul məbləğində aliment tutulsun. İlkin iddia digər hissədə rədd edilsin. Cavabdeh qarşılıqlı iddiası rədd edilsin. Qətnamə ilkin iddia tələbi üzrə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar