Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1341/2021 12.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı Nümayəndə1 və vəkili Vəkil iştirakı ilə, Cavabdeh xxx Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6836/2020 saylı, 27 avqust 2020-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: xxx məhkəmədə iddia qaldıraraq, xx xxxxx 2015-ci il təvəllüdlü uşağın yetkinlik yaşına çatana kimi 120 manat miqdarında alimentin artırılar aq 250 manat müəyyən edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1076/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2423/2016 saylı xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş 120 manat aliment miqdarının artırılması, Cavabdeh xx xxxxxx 2020-ci il tarixdən başlayaraq xx xxxxx 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. (hakim Rəşad Həsənov) Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6836/2020 saylı, 27 avqust 2020-ci tarixli qətnaməsi ilə cavabdehin şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1076/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmiş, xx xxxxx 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsi əsasında tutulan alimentin məbləğinin artırılaraq 155 (yüz əlli beş) manat müəyyən edilməsi qət edilmişdir. (hakimlər Elnur Həsənov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Fuad Babayev) Cavabdeh Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 27 avqust 2020-ci tarixli qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıda göstərilənlərə əsasən iş kassasiya baxışından çıxarılmaqla ape llyasiya məhkəməsinə göndərilməlidir. Mülki-Prosessual Məcəllənin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Mülki-Prosessual Məcəllənin 112.1 və 112.1.3-cü maddələrinə görə aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Qeyd edilən 404-1-ci maddəsinin tələbinə görə mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olarsa, həmin işlər üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz Hazırki işdə də iddiaçı 120 manat alimentin 250 manata artırılmasını xahiş edir. Başqa sözlə, alimentin art ırılması xahiş edilən məbləği hər ay 130 manat olmaqla, iddianın illik məcmusu 1560 manat təşkil edir. Belə olan halda, yəni iddia tələbi iki min manatdan az olduğu üçün cavabdehin Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6836/2020 saylı, xx xxxxxx 2020-cu tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti kassasiya instansiya məhkəməsinin baxış predmeti ola bilməz. Mülki-Prosessual Məcəllənin 417.1.7-ci maddəsinə görə kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Buna görə də Cavabdeh Bakı Apellyasi ya Məhkəməsinin 2(103)-6836/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsi haqqında xx.xx.2021-ci il qərardad ləğv edilməli və kassasiya şikayəti kassasiya baxışından çıxarılmalı, mülki iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Göstərilənləri və Mülki-Prosessual Məcəllənin 417.1.7-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6836/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1341/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ləğv edilsin. Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6836/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən verd iyi kassasiya şikayəti kassasiya baxışından çıxarılsın və iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-1341/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1341/2021
12.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver