Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1345/2024 02.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin Notariat Ofisinə qarşı iş üzrə ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) QƏRARİ (Açar sözlər: iş üzrə icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7823/2023 nömrəli, 28 dekabr 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6678/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdehlər Cavabdeh1 və 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisinə qarşı “vərəsəlik paylarının müəyyən edilməsi və mülkiyyət hüquqlarının tanınması” tələbinə dair iddia tələbi rədd edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1 və 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin Notariat Ofisinə q arşı iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, övladları X10 və X4 qanuni nümayəndəsi olmasının qəbul edilməsi, mərhum qayınanası X7 ilə mərhum qayınatası X5 arasındakı birgə nikah dövründə əldə edilmiş ümumi əmlak olan Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, ev 4 a, mənzil 12 və "xxxx" MMC tərəfindən inşa edilmiş ünvan 1 ünvanda yerləşən 98 saylı mənzilə ½ hissədə X3, ½ hissədə X1 payının müəyyən edilməsi və xx.xx.2013-cü il tarixli müqavilə üzrə X3 tələb hüququnun tanınması, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, ev 4 a, mənzilə ½ hissəsi üzərində X3, ½ hissəsi üzərində X1 payının müəyyən edilməsi, X2 miras qalmış əmlaklara övladları X6 və X4 adına vərəsəlik şəhadətnaməsinin verilməsinin 3 saylı Bakı “Asan xidmət” mərkəzi nin Notariat Ofisinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, X7 ilə X5 ər- arvad olmuşlar. X8 onların övladı, X10 və X9 nəvələridir. X7 ilə X5 birgə nikah dövründə ünvan 3il 12 və "xxxx" MMC tərəfindən inşa edilmiş ünvan 2 ünvanda yerləşən 98 saylı mənzili və ünvan 3il 12 əldə etmişlər. Mənzillərin biri X1 adına qeydə alınmış, digəri ilə bağlı müqavilə və maliyyə arayışı X3 adına verilmişdir. İlk əvvəl X8, daha sonra X7 ilə X5 vəfat etmişlər və vəfat etdikləri vaxtadək əmlaklarını bölməmişlər. Həmin əmlaklar birgə nikahları dövründə əldə edildiyi üçün Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32-ci maddələrinə əsasən onların birgə mülkiyyəti hesab edilir. Göründüyü kimi mirasda məcburi pay anlayışı yalnız vəsiyyətnamə olduğu halda işləyir, vəsiyyətnamə olmadığı halda isə nəvələrə münasibətdə 1159.1.3-cü madə tətbiq edilir. Hazırkı halda vərəsələrdən yalnız 1 vəsiyətnamə verib, digəri yəni Zəirfə xanım vəsiyyətnamə verməyib.
4. Cavabdeh1 xx.xx.2022-ci il tarixdə iddia ərizəsinə etiraz verərək iddianın əsassız olduğunu bildirərək rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 2(004)-305/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə (hakim Günel Əkbərli) iş üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə əsasən xitam verilmişdir.
6. Məhkəmə hesab etmişdir ki, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" MMC və Daşınmaz Əmlakın Dövlət Reyestri X idmətinin 1 saylı bakı şəhər Ərazi İdarəsi cəlb olunmaqla cavabdehlər Cavabdeh1 və 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin Notariat Ofisinə qarşı “miras payının müəyyən edilməsi” tələbinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğundan həmin tələbə yenidən baxıla bilməz.
7. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2022-ci il tarixli (iş üzrə icraata xitam verilməsi barədə) qərardaddan şikayət vermiş və eyni zamanda, məhkəməyə qərardaddan şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə təqdim etmişdir.
8. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadında gəldiyi nəticəni, İddiaçı müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində "xxxx" MMC və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi cəlb olunmaqla cavabdehlər Cavabdeh1 və 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin Notariat Ofisinə qarşı “miras payının müəyyən edilməsi” tələbinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğundan həmin tələbə yenidən baxılmasının qeyri-mümkünlüyünə əsaslanmışdır. Halbuki, X7 ilə X5 ər-arvad olmuşlar. X8 onların övladı, X10 və X9 nəvələridir. X7 ilə X5 birgə nikah dövründə Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, ev 4 a, mənzil 12 və "xxxx" MMC tərəfindən inşa edilmiş ünvan 1 ünvanda yerləşən 98 saylı mənzili əldə etmişlər. Mənzillərin biri X1 adına qeydə alınmış, digəri ilə bağlı müqavilə və maliyyə arayışı X3 adına verilmişdir. İlk əvvəl X8, daha sonra X7 ilə X5 vəfat etmişlər və vəfat etdikləri vaxtadək əmlaklarını bölməmişlər. Həmin əmlaklar birgə nikahları dövründə əldə edildiyi üçün Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32-ci maddələrinə əsasən onların birgə mülkiyyəti hesab edilir. Mirasda məcburi pay anlayışı yalnız vəsiyyətnamə olduğu halda işləyir, vəsiyyətnamə olmadığı halda isə nəvələrə münasibətdə 1159.1.3-cü maddə tətbiq edilir. Hazırkı halda vərəsələrdən yalnız birinə vəsiyyətnamə verilmiş, Zərifə Hüseynova tərəfindən isə vəsiyyətnamə verilməmişdir.Əmlaklarını nənə və baba sağkən bölmədikləri üçün onların əvəzinə vərəsələri, yəni nəvələri həyata keçirməli idi. Çünki ortada vəsiyyətnamə var idi. Cavabdeh Arzu Hüseynova etirazında əvvəlki məhkəmə işini bəhanə gətirərək, hazırki iddianın rədd edilməsini xahiş etmişdir. Halbuki əvvəlki iddiada hazırda baxılan məsələlər müzakirə edilməmişdir. Bununla yanaşı, məhkəmə tərəfindən işə uzun müddət, 1 ildən ç ox müddət baxılaraq, çoxsaylı iclaslar keçirilərək sonda qətnamə çıxan məqamda işin icraatına xitam verilmişdir.
9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-305/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmənin 2(004)-305/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş ərizə təmin edilmiş, lakin həmin qərardaddan verilmiş şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, iddiaçının nümayəndəsi və vəkili Yasamal rayon Məhkəməsinin icraatında olmuş 2(004)-6678/2019 saylı mülki iş üzrə iddia tələbinin hazırki mülki iş üzrə iddia tələbi ilə eynilik təşkil etmədiyini bildirsə də, hər iki iddia tələbi müqayisəli şəkildə təhlil edilərək müəyyən edilmişdir ki, eyni tərəflər arasında eyni predmetlə bağlı eyni tələblə məhkəməyə müraciət edilmiş və buna dair qanuni qüvvəsini almış məhkəmə qərarı vardır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7823/2023 nömrəli, 28 dekabr 2023-cü il tarixli qərardadı ilə (hakimlər Fuad Abdıyev (sədrli edən və məruzəçi), Xəyal Sarıyev və Fərrux Qasımov) İddiaçı nümayəndəsi və vəkili Vəkil şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 2(004)-305/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
12. Məhkəmə kollegiyası ilk öncə qeyd etmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6678/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdehlər Cavabdeh1 və 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisinə qarşı ("xxxx" MMC və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “vərəsəlik paylarının müəyyən edilməsi və mülkiyyət hüquqlarının tanınması” tələbinə dair iddiası təmin edilməmişdir.
13. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4492/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-1331/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Bununla da, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni qüvvəsini almışdır.
14. Həmin icraat çərçivəsində müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospektində yerləşən 4 a saylı evin, 12 saylı mənzilini miras qoyan Bəxtiyar Hüseynov hələ sağikən 11 yanvar 2019-cu il tarixli vəsiyyətnamə ilə qızına, yəni iş üzrə cavabdehə vəsiyyət etmiş, Bəxtiyar Hüseynovun 22 fevral 2019-cu il tarxində ölməsi ilə həmin mənzilə miras açılmışdır. İddiaçının övladlarının atası Polad Hüseynov isə 18 iyun 2016-cı ildə ölmüş, başqa sözlə mənzilə miras açılarkən sağ olmamışdır.
15. Məhkəmə kollegiyası hesab etmişdir ki, belə olan halda, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 aprel 2014-cü il ta rixli Qərarına uyğun olaraq işin müəyyən edilmiş hallarına əsasən iddiaçının övladlarının qeyd edilən mənzillə bağlı vərəsəlik hüquqları istisna edilmişdir. İddiaçının qayınanası Zərifə Hüseynovaya məxsus, "xxxx" MMC tərəfindən inşa edilən Bakı şəhəri, Bəsti Bağırova küçəsi, ev 592 ünvanında yerləşən 98 saylı mənzili isə Zərifə Hüseynovanın mülkiyyətinə keçməmiş, hətta sonradan həmin mənzillə bağlı başqa bir şəxslə müqavilə bağlanmışdır. Bununla belə, qeyd edilən mənzil iddiaçının qayınanasının öldüyü məqamda sonuncunun miras aktivinə daxil olmamışdır.
16. Məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospektində yerləşən 4 a saylı evin, 12 saylı mənzilin iddiaçının qayınanası ilə qayınatasının birgə nikah dövründə əldə etdikləri əmlak olması ilə bağl ı dəlillər əsassız hesab edilmişdir.
17. Belə ki, məhkəmələr tərəfindən işin mübahisəsiz halı kimi müəyyən edilmişdir ki, iddiaçının qayınanası 12 noyabr 2018-ci ildə vəfat etmiş, həmin mənzil qayınananın ölümündən sonra qayınata tərəfindən qızına vəsiyyət edilmişdir. Bununla belə, iddiaçının “miras payının müəyyən edilməsi” barədə hazırkı tələbinə bundan əvvəl onun tərəfindən eyni cavabdehlərə qarşı (eyni üçüncü şəxsləri cəlb etməklə) irəli sürülmüş “vərəsəlik paylarının müəyyən edilməsi və mülkiyyət hüquqlarının tanınması” tələbinə dair mülki iş çərçivəsində baxılaraq, hüquqi qiymət verilmiş və bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olmuşdur.
18. Hazırkı iş üzrə bir sıra əlavə tələblərin irəli sürülməsi isə iddiaya mahiyyəti üzrə baxılması üçün hüquqi əsas yaratmamışdır. B elə ki, əvvəlki iddiada olduğu kimi, hazırkı iddia üzrə də iddiaçı hüquqi nəticə etibarı ilə onun qayınatasından və qayınanasından miras qalmış əmlaka uşaqları, X6 və X4 payının müəyyən edilməsini və onlara vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini tələb etmişdir. Bu da öz növbəsində hazırki iddia ilə bağlı iş üzrə icraata xitam verilməsini şərtləndirmişdir.
19. Qeyd olunanları nəzərə alıb məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iş üzrə icraata xitam vermişdir.
20. Məhkəmə kollegiyası öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2, 262.4, 398.0.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. İddiaçı (Vəkil Məhərrəm oğlu ) kassasiya şikayəti verərək xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi və şikayətin təmin edilərək, iş üzrə növbəti prosessual hərəkətlərin aparılması üçün mülki işin birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayətinin dəlilləri şikayətin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd etmişdir ki, hüququ, yəni əmlaklarını nənə və baba sağkən bölmədikləri üçün onların əvəzinə vərəsələri, yəni nəvələri həyata keçirməli idi. Çünki ortada vəsiyyətnamə mövcud idi. Apellyasiya instansiyası məhkəməsi qərardadda əvvəlki məhkəmə işini bəhanə gətirərək hazırkı iddiaya xitam vermiş, lakin əvvəlki iddiada hazırda baxılan məsələlər müzakirə edilməmişdir.
23. Kassasiya şikayətində Azərbaycan Respubl ikasının Mülki Məcəlləsinin 1151.1, 1151.2, 1159.1, 1159.1.3, 1198-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.2 -ci maddəllərinə istinad edilmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
25. Maddə 261.0.2. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir.
26. Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyn i əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir.
27. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
28. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edil məsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
29. Kassasiya şikayətində qərardad iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Belə ki, apellyasiya məhkəməsi işin müəyyən edilmiş halları əsasında bu qənaətə gəlmişdir ki, hazırkı iddia tələblərinə daha əvvəl eyni cavabdehlərə qarşı qaldırılmış iddiada baxılaraq qətnamə çıxarı lmış və həmin məhkəmə aktı qanuni qüvvəsini almışdır.
32. Apellyasiya məhkəməsi vurğulamışdır ki, hazırkı iş üzrə bir sıra əlavə tələblərin irəli sürülməsi isə iddiaya mahiyyəti üzrə baxılması üçün hüquqi əsas yaratmamışdır. Belə ki, əvvəlki iddiada olduğu kimi, hazırkı iddia üzrə də iddiaçı hüquqi nəticə etibarı ilə onun qayınatasından və qayınanasından miras qalmış əmlaka uşaqları, X6 və X4 payının müəyyən edilməsini və onlara vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini tələb etmişdir. Bu da öz növbəsində hazırki iddia ilə bağlı iş üzrə icraata xitam verilməsini şərtləndirmişdir.
33. Kollegiya bildirir ki, apellyasiya məhkəməsi tərəfindən icraata xitam verilməsi ilə bağlı prosessual əsasın mövcudluğuna hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
34. Belə ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir (§ 25-26).
35. Qeyd olunanlara əsasən məhkəmə tərkibi hesab edir ki, apellyasiya məhkəməsinin mülki iş üzrə icraata xitam verməsi yuxarıda göstərilən prosessual hüquq nor mlarına uyğun olmuşdur və kassasiya şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir.
36. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
37. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7823/2023 nömrəli, 28 dekabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.