Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1348/2022 12.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ( X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: maddi hüquq normalarının düzgün tətbiq edilməməsi, sübutlara MPM-in 88-ci maddəsinin tələblərinə riayət etməklə hüquqi qiymət verilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ( X2 mübahisə predm eti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) qarşı «son haqq hesabın ödənilməsi, son haqq-hesabın gecikdirilməsinə görə faizin və mənəvi zərərin ödənilməsi» tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2292/2021 nömrəli, 03 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətlərinə dair işə 12 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən son haqq-hesab 10056 manat, 345 gün son haqq-hesabın gecikdirilməsinə görə hər gün 1 faiz olmaqla 36225 manat pulun və 500 manat mənəvi zərərin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İşin mübahisələndirilməyən hallarına görə İddiaçı 25 iyun 2018-ci ildən 29 oktyabr 2019-cu ilədək "xxxx" MMC-də müxtəlif vəzifələrdə işləmiş, "xxxx" MMC tərəfindən verilmiş 29 oktyabr 2019-cu il tarixli işdən azad olma haqqında əmrlə onun əmək müqaviləsinə 29 oktyabr 2019-cu il tarixdən AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” bəndinə (işçinin öz xahişinə) əsasən xitam verilmişdir. "xxxx" MMC İddiaçı işdən azad olunan zaman son haqq-hesabını, yəni ümumilikdə 10056 manat pulu ödəməmişdir. 3. "xxxx" MMC-nin direktoru X Əmək Məcəlləsinin 83.2-ci maddəsinin tələblərini pozduğundan və İddiaçı son haqq-hesabları ödənilmədiyindən "xxxx" MMC-nin direktoru X tərəfindən Azərbaycan Respublikası İnzibati X ətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi barədə 06 mart 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir.
4. İddiaçı bildirir ki, 25 iyun 2018-ci ildə "xxxx" MMC-də “Baş direktor məsləhətçisi” vəzifəsində işə qəbul olmuşdur. 21.12.2018-ci il tarixdə “Direktorun satış üzrə müavinisatış departamentinin rəisi” vəzifəsinə təyin olunmuşdur. 29.10.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ bəndinə əsasən öz xahişiylə işdən azad edilmişdir. 19.10.2019-cu il tarixdə işdən azad olunan zaman son haqq-hesab, ümumilikdə 10056 manat cavabdeh şirkət tərəfindən ona ödənilməmiş, bu barədə MMC rəhbərliyinə dəfələrlə müraciət etməsinə baxmayaraq heç bir nəticə əldə olunmamışdır. Cavabdeh "xx xx" MMC ilə aralarında olan əmək münasibətlərinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” bəndinə uyğun olaraq, yəni tərəflərdən birinin təşəbbüsü ilə xitam verilmiş, həmin məcəllənin 69-cu maddəsinin 1-ci bəndinə uyğun olaraq öz ərizəsi əsasında işdən azad olunmuşdur. Həmin vaxt cavabdehlə aralarında əmək mübahisəsi olmamışdır. Belə ki, mövcud məcəllənin Xİ bölməsində qeyd edilən əmək mübahisələrindən heç bir hal cavabdehlə aralarında baş verməmişdir. Bu səbəbdən də "xxxx" MMC gecikdirilmiş hər gün üçün əmək haqqının azı bir faizi məbləğində ödənc verməlidir
5. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi bildirir ki, iddia tələbini son haqq-hesab olan 10056 manat pulun iddiaçıya ödənilməsi hissəsində qəbul edir. Lakin son-haqq hesabın gecikdirilməsinə görə fa izlərin və mənəvi zərərin cavabdeh şirkətdən tutulması hissəsini qəbul etmir. Faiz o zaman hesablana bilər ki, işəgötürənin təqsirli hərəkətləri nəticəsində son haq-hesab ödənilməsin, nəzərə alsaq ki, "xxxx" MMC-nin özünün də digər şəxslərdən ******* manat miqdarında alacağı vardır və bu günədək həmin pulları ala bilməmişdir. Bu barədə məhkəmə qətnamələri də vardır. Gecikmələr üzrlü səbəbdən baş vermişdir. Bu səbəbdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinə əsasən, faizlərin cavabdeh şirkətdən tutulması düzgün deyildir.
6. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 nümayəndəsi bildirir ki, cavabdeh təşkilatın maliyyə vəziyyətində çətinlik olduğu üçün son haqq-hesabı gecikdirməsi məlum olmuşdur. Bu səbəbdən də "xxxx" MMC barəsində inzibati protokol tərtib edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. Abşeron Rayon Məhkəməsinin (hakim E.Məmmədov) 19 aprel 2021-ci il tarixli, e2(012)-360/2021 saylı qətnaməsi ilə, iddia qismən təmin edilmiş, İddiaçı işdən azad olunarkən son haqq-hesab olan ümumilikdə 10056 manat pulun cavabdeh "xxxx" MMCdən tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia tələbi 345 gün son haqq-hesabın gecikdirilməsinə görə hər gün 1 faiz olmaqla 36225 manat pulun və 500 manat mənəvi zərərin cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməsi hissəsində rədd edilmişdir.
8. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, cavabdeh təşkilat "xxxx" MMC İddiaçı işdən azad olunan zaman son haqqhesabını, yəni ümumilikdə 10056 manat pulunu ödəməmiş və cavabdeh təşkila tın nümayəndəsi də məhkəməyə yazılı ərizə təqdim edərək iddianın son haq-hesab hissəsini qəbul etmişdir.
9. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh "xxxx" MMC-nin iddiaçıya son haqq-hesabı ödəməsini qəsdən gecikdirməsini və ya üzrlü səbəb gecikdirməsini İddiaçı tərəfindən sübuta yetirilmədiyindən idda tələbi həmin hissədə rədd edilməlidir.
10. Bundan əlavə məhkəmə qeyd etmişdir ki, İddiaçı iddia tələbində 500 manat məbləğində mənəvi zərərin əvəzinin "xxxx" MMC-dən alınaraq ona ödənilməsi tələbi irəli sürsə də bununla bağlı iddiaçı tərəfindən əsaslı sübutlar təqdim edilməmişdir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, Əmək Məcəlləsinin 144, 172-ci, Mülki Prosessual Məcəllənin 14.2, 217.3, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı apelyasiya şikayəti vermişdir.
13. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Ş.Abasov (sədrlik edən və məruzəçi) S.Qafari və T.Məmmədov) 2(105)-2292/2021 nömrəli, 03 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, e2(012)-360/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçıya verilməli son haqq-hesab "xxxx" MMC-nin təqsiri üzündən gecikdirilməmişdir. Belə ki, MMC bir neçə hüquqi şəxsə qarşı külli miqdarda pul tələbilə bağlı məhkəmədə iddialar qaldırmış və bu iddialar təmin edilmişdir.
15. Məhkəmə kollegiyası bu hallara qiymət verərək, hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya son haqq-hesabın ödənilməməsində MMC-nin maddi vəziyyətinin qənaətbəxş olmaması faktoru durur və belə olan halda, mübahisə üzrə işəgötürənin hər hansı təqsirindən söhbət gedə bilməz. Digər tərəfdən, İddiaçı bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir.
16. Dəymiş mənəvi zərərin əvəzinin tutulması ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki iş materiallarında cavabdehin qanunsuz hərəkətlərinin baş verməsi, bunun nəticəsində isə iddiaçının fiziki əzab çəkməsi və mənəvi sarsıntılar keçirməsi barədə mötəbər sübutlar yoxdur. Bu barədə sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir.
17. Məhkəmə kollegiyası hesab etmişdir ki, b u tipli əmək mübahisələrində başqa mövqenin tutulması düzgün olmayan məhkəmə presedenti yaratmaqla arzuolunmaz nəticələrə gətirib çıxara bilər.
18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci, Mülki Prosessual Məcəllənin 77.1, 384.0.1, 385.1, 385.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
19. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkə məsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
22. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır v ə onlara qiymət vermir.
23. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
24. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
25. Hazırkı kassas iya şikayətlərində iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etsə də, şikayətin dəlilləri yalnız iddianın təmin edilməmiş hissəsinə yönəldiyindən həmin məhkəmə aktı iddianın təmin edilməmiş hissəsində yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Əmək Məcəlləsi
26. Maddə 83 (2) Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
27. Maddə 172 (5) Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Mülki Prosessual Məcəllə
28. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (maddə 14.2)
29. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
30. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1)
31. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (maddə 217.3)
32. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (maddə 218.1)
33. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. (maddə 417.1.3)
34. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. (maddə 418.3)
35. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23 maddələrinin ş ərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarını n pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın rədd edilən hissələrində ləğv edilməli, iş həmin hissələrdə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
37. Belə ki, apelyasiya insansiyası məhkəməsinin qətnaməsi iddianın rədd edilən hissələrində qanuni və əsaslı olmamaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. (30-31)
38. Apelyasiya instansiyası məhkəməsi iddianın rədd edilən hissələrində qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçıya verilməli son haqq-hesab "xxxx" MMC-nin təqsiri üzündən gecikdirilməmişdir. Belə ki, iddiaçıya son haqq-hesabın ödənilməməsinə səbəb bir neçə hüquqi şəxsin MMC-yə külli miqdarda olan borcunu qaytarmaması nəticəsində MMC-nin maddi vəziyyətinin qənaətbəxş olmaması faktoru olmuş və belə olan halda, mübahisə üzrə işəgötürənin hər hansı təqsirindən söhbət gedə bilməz. MMC həmin hüquqi şəxslərə qarşı külli miqdarda pul təl əbilə bağlı məhkəmədə iddialar qaldırmış və bu iddialar təmin edilmişdir.
39. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı ona son haqq-hesabın verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirilməsini sübut edə bilməmişdir.
40. Məhkəmə kollegiyası aşağıda göstərilən əsaslara görə hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslandırması qanuni və əsaslı deyildir.
41. Əvvəla nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin tələblərinə görə işçiyə son haqq-hesabın ödənilməsində işəgötürənin təqsirinin olub-olmamasının sübuta yetirilməsi yükü işçinin deyil işəgötürənin üzərinə düşür.
42. İşin hallarından göründüyü kimi apellyasiya instansiyası məhkəməsi qanunun yuxarıda qeyd edilən tələbinə zidd olaraq bu halda sübut e tmə yükünü iddiaçının üzərinə qoymuşdur.
43. Bundan başqa apellyasiya instansiyası məhkəməsi bu hissədə qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən görülmüş işlərin nəticəsində ona başqa hüquqi şəxslər tərəfindən ödənilməli olan pul vəsaitləri vaxtında ödənilmədiyindən cavabdeh ondan asılı olmayan səbəblərdən iddiaçıya son haqq-hesabı vaxtında ödəməmişdir.
44. Nəzərə alınmalıdır ki, bu qaydada əsaslandırma ilə yanaşı işə baxan məhkəmələr iddiaçıya son haqq-hesab verilməyən dövrdə cavabdehin öz işçilərinə aylıq əmək haqları ödəyib-ödəmədiyi, başqa hüquqi şəxslərə pul vəsaiti köçürüb-köçürmədiyi, yəni cavabdehin iddiaçıya son haqq-hesabı ödəmək üçün hər hansı bir maliyyə vəsaitinə malik olub-olmadığı barədə sübutları təqdim etməyi sonuncuya təklif etməli və bu sübu tlara məcmu halında qiymət verməklə iddiada qoyulan məsələləri həll etməli idi.
45. Bundan başqa nəzərə alınmalıdır ki, ondan asılı olmayan səbəblər istisna olmaqla cavabdeh tərəfindən iddiaçının son-haqq hesabının vaxtında ödənilməməsi sübut edildiyi təqdirdə, bu hal iddiaçının mənəvi sarsıntı keçirməsi üçün əsas ola bilər.
46. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23 maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir.
47. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.
48. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret ha lda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
49. Göründüyü kimi qeyd edilən sübutlar hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün mühüm əhəmiyyətə malik olsa da apelyasiya instansiyası məhkəməsi MPMin 88-ci maddəsinin tələblərinə riayət etməklə həmin sübutlara məcmu halında hüquqi qiymət verməmişdir.
50. Halbuki, MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
51. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə ol malarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
52. Konstitusiya Məhkəməsinin Plenumunun 12 iyul 2016-ci il tarixli qərarında qeyd edilmişdir ki, işə baxan məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq edən, işin həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır.
53. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməl i, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini aydın göstərməlidir (S.Əliyevanın şikayəti ilə əlaqədar 31 may 2006-cı il tarixli Qərar).
54. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya instansiyası məhkəməsi işdə olan sübutlara MPM-in 88-ci maddəsinin tələblərinə riayət etməklə hüquqi qiymət verməmiş, nəticədə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın rədd edilən hissələrində prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu həmin hissədə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
55. Azərbaycan Respublikası MPM-nin 418.3-cü maddəsinin məzmununa görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
56. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2292/2021 nömrəli, 03 sentyabr 2021-ci il tarixli qətnaməsi iddianın rədd edilən hissələrində ləğv edilsin. İş həmin hissələrdə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin Qərar qəbul edildiyi andan qüvvəyə minir.