Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-135/2024 15.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər “Astara Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı cavabdehlər “Astara Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə qarşı vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Apellya siya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4883/2023 nömrəli iş üzrə 12 sentyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh “Astara Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ilə X2 xx.xx.2003-cü il tarixdə nikah bağlamışlar.
2. X5 xx.xx.2021-ci il tarixdə ölmüşdür.
3. Astara Rayon Məhkəməsinin 1(018)-50/2022 nömrəli iş üzrə 19 may 2022-ci il tarixli hökmü ilə X8 və X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barələrində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş cəza 1 il sınaq müddəti verilməklə şərti hesab edilmişdir.
4. Cinayət işi üzr ə İddiaçı zərərçəkmiş şəxsin hüquqi varisi qismində cəlb olunmuşdur.
5. Əmək Müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə görə, X8 ilə Astara Rayon Mərkəzi Xəstəxanası arasında xx.xx.2008-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanılmaqla həmin tarixdən sahə həkim pediatr vəzifəsində çalışmağa başlamışdır. Müqavilə qüvvədədir.
6. Əmək Müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətinə əsasən, X3 ilə Astara Rayon Mərkəzi Xəstəxanası arasında xx.xx.2022-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanılmaqla reanematoloq vəzifəsində çalışmağa başlamışdır. Müqavilə qüvvədədir.
7. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən xx.xx.2023-cü il tarixdə təqdim edilmiş məlumata görə, X 8 ilə Astara Rayon Mərkəzi Xəstəxanası arasında xx.xx.2008-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanılmaqla “Əmək və məşğulluq” altsisteminə xx.xx.2022-ci il tarixdə əlavə edilmiş, hazırda qüvvədədir. X3 ilə Astara Rayon Mərkəzi Xəstəxanası arasında xx.xx.2005-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanılmaqla, xx.xx.2023-cü il tarixdə “Əmək və məşğulluq” altsisteminə əlavə edilmiş, hazırda qüvvədədir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən onun xeyrinə 50.000 manat məbləğdə mənəvi zərərə görə kompensasiyanın və ödənilmiş 240 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddianın əsaslarına görə, Cinayət Məcəlləsini n 314.2-ci maddəsi ilə məhkum olunan, “Astara Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin nəzdində olan Ailə Sağlamlıq Mərkəzinin həkim-pediatrı vəzifələrində işləyən X8 və eyni PHŞ-nin Anesteziologiyareanimasiya və intensiv terapiya şöbəsinin və Təxirəsalınmaz və Təcili Tibbi yardım həkim-anestezioloq reanimatoloqu vəzifəsində işləyən X3 vəzifə öhdəliklərində səhlənkarlıq edərək, həyat yoldaşının ölümünə səbəb olmuş, nəticədə, o, 19 illik həyat yoldaşını itirməsinə, iki az yaşlı övladının anasız qalması ilə nəticələnmişdir. Bu hadisə həm onda, həm də övladlarında ciddi mənəvi sarsıntı yaratmışdır.
10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1488/2023 nömrəli iş üzrə 05 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim N.Abbasov) iddia qismən təmin edilərək, “Astara Rayon Mərkəzi Xəstəxanası” PHŞ-d ən mənəvi zərərin əvəzi olaraq 30.000 manatın və ödənilmiş dövlət rüsumu olaraq 240 manatın tutularaq, iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir.
11. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, “... iddiaçının arvadının ölümü Astara Rayon Mərkəzi X6 Şəxsində çalışan həkimlər X8 və X1 cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmələri ilə əlaqədar olması qanuni qüvvəyə minmiş Astara Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(018)-50/2022 saylı hökmü ilə müəyyən olunduğundan onların təqsirli hərəkətləri nəticəsində iddiaçıya dəymiş mənəvi zərər ödənilməlidir.... Nəzərə alınmalıdır ki, tibbi yardım göstərilməsi ilə bağlı münasibətin sübyektləri tibbi yardım alan subyekt və tibbi yardım göstərən subyektdir. Tibbi yardım alan subyekt pasiye nt, tibbi yardım göstərən subyekt isə pasiyentə tibbi yardım göstərmək hüququna malik olan fiziki və ya hüquqi şəxsdir. Hazırki halda, X8 və X3 tibbi yardımı müstəqil deyil, tibb müəssisinin nəzdində göstərmişlər. Bu zaman tibb müəssisəsi - Astara Rayon Mərkəzi X6 Şəxsi tibbi yardım göstərən subyekt kimi çıxış etməklə, mənəvi ziyan ondan tutulmalıdır.” b) Apellyasiya instansiyası məhkəməsində icraat
12. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh “Astara Rayon Mərkəzi Xəstəxanası” PHŞ ondan apellyasiya şikayəti vermişdir.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4883/2023 nömrəli iş üzrə 12 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və S.Bəhrəmzadə) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə mübahisə ləndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “... məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı hesab edir ki, əvvəla Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən qanuni qüvvəsini almış hökm ilə müəyyən olunduğundan, bu məhkəmə üçün məcburidir. Həmçinin də, apellyasiya şikayətinin məzmunundan görünür ki, apelyator mənəvi zərərin əvəzinin tutulmamalı olmaması ilə bağlı konkret mövqeyini ortaya qoymamışdır. Onun şikayətinin əsas dəlili mənəvi zərərin əvəzinin tutulması üzrə cavabdehlik daşımaması, iddianın mülki hüquq pozuntusu törətmiş şəxslərə qarşı qaldırılmalı olmasıdır. Məhkəmə kollegiyası hesab edir ki, X8 və X1 cavabdehin işçiləri olması işin mübahisəsiz halıdır və onların mərhum əyə tibbi yardımı müstəqil deyil, tibb müəssisinin nəzdində göstərdikləri üçün bu zaman tibb müəssisəsi - Astara Rayon Mərkəzi X6 Şəxsi tibbi yardım göstərən subyekt kimi çıxış etdiyi üçün birinci instansiya məhkəməsi tam haqlı olaraq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1112-ci maddəsinin və “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun tələblərinə əsasən bu nəticəyə gəlmişdir ki, mənəvi ziyan cavabdehdən tutulmalıdır. Başqa sözlə, cavabdehin işçilərinin təqsiri nəticəsində iddiaçının arvadının ölməsi səbəbindən iddiaçı iztirablar keçirdiyindən və bununla da, ona mənəvi zərər dəydiyindən, dəymiş mənəvi ziyan cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası göstərilən nəticələrə gələrkən bu kateqoriya işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə və bununla bağl ı iş materiallarında olan digər qanuni qüvvəsini almış məhkəmə aktların mövcudluğunu nəzərə alır (2(102)-3154/2022 və 2(102)-588/2022 saylı mülki işlər üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının qərarları).” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
15. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh “Astara Rayon Mərkəzi Xəstəxanası” PHŞ ondan kassasiya şikayəti verərək, qətnamənin iddia təmin edilən hissədə qismən ləğv edilib, iddianın tam rədd olunmasını xahiş etmişdir.
16. Kassasiya şikayətinin apellyasiya şikayətinin dəlillərinə uyğun olan dəlillərinə görə, hər iki həkim “Astara Rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən işə qəbul edilməmiş, hər ikisi xəstəxanaya Səhiyyə Nazirliyinin tabeliyində olan vaxtdan işə qəbul e dilmişdir. Bundan əlavə, hər iki həkimin praktik tibb fəaliyyəti ilə məşğul olması üçün sertifikatlaşdırılması Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilmişdir. Belə olan təqdirdə iddia tələbi konkret olaraq xəstəxanaya münasibətdə əsassızdır. Həmçinin, Astara Rayon Məhkəməsinin icraatında olan cinayət işinin aparılması zamanı iddiaçı X11 notarial qaydada ərizə verərək mülki hüquq pozuntusu törədən X8 ilə barışdığını, ona qarşı hər hansı tələbinin olmadığını ərz edib. Belə olan təqdirdə necə olur ki, təqsirləndirlən şəxs, yəni mülki hüquq pozuntusu törədən şəxs törətdiyi əmələ görə bağışlanır, lakin həmin şəxsin işəğötürəni işçisinin törədiyi və buna görə bağışlandığı işçiyə görə onun əməlinin nəticəsində vurulmuş zərəri ödəyr? Məhkəmənin gəldiyi nəticə mütənasiblik və ədalətlilik prinsip lərinin pozulmasına səbəb olur. XX xəstəxanaya dərman zəhərlənmə diaqnozu ilə gəlmişdir. İddiaçı tərəfindən onun vəziyyəti ilk dəfə pisləşəndə o, həmin vaxt tibb fəaliyyəti ilə məşğul olmayan şəxsə onu müayinə etdirmiş, həmin şəxsin qanunsuz yazdığı reseptdəki dərmanı alıb ona vermişdir. Nəticədə isə XX dərman preparatı ilə zəhərlənmişdir. X14 xəstəxana tərəfindən ona verilən dərmandan, ya da yalnış diaqnozdan deyil, məhz xəstəxanaya müraciət edilənə qədər görülmüş tədbirlərlə bilavasitə əlaqədə vəfat etmişdir. Səhiyyə Nazirliyi tərəfindən işə götürülən və onlar tərəfindən sertifikasiyası aparılan şəxslərin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi cinayət hadisəsinin baş verməsinə səbəb olmuş, bilavas itə həmin şəxslər məsuliyyətə cəlb edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə
68. Özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ İİ. Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır; Maddə
125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə
129. Mə hkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 19. “İnsan hüquqlarının və X4 haqqında” Konvensiya: Maddə
6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
20. BMT-nin Baş Assambleyası tərəfindən 1985-ci il noyabrın 29-da qəbul edilmiş “Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında Bəyannamə”: Bənd
4. Qurbanlara (qurbanlar dedikdə milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır.
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zər ər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bil ər; Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər; Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir; Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun; Maddə 1112. Tibb müəssisəsinin vurduğu zərərin əvəzinin ödənilməsi Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir; Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 22. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.2. Publik hüquqi şəxs - dövlət və bələdiyyə adından yaradılan, ümumdövlət və (və ya) ic timai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. 23. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
57. Vətəndaşların sağlamlığına vurulan ziyanın ödənilməsi Vətəndaşların sağlamlığına zərər vurulduqda təqsirkar şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada və həcmdə ziyanı ödəməyə borcludurlar. Vurulan ziyanın ödənilməsi tibb və əczaçılıq işçilərini qanunla nəzərdə tutulmuş intizam, inzibati, yaxud cinayət məsuliyyətindən azad etmir.
24. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi: Maddə 58.2. Fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir; Maddə 65.4. Məhkəmənin qanuni qüv vəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, inzibati və ya iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir.
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçü n hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir; Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyy ətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması a pellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli Qərar: “Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona g örə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur.... Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vur an şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərar: “Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər.... Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meya rları baxımından qiymətləndirilməlidir.... Beləliklə, mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir.” "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsin in Kommersiya Kollegiyasının 10 iyun 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli Qərar: “Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə müvafiq olaraq, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarın mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün preyudisiallığı işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşır və yalnız hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Yəni, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarın preyudisial əhəmiyyəti prosessual qanunvericiliklə müəyyən edilmiş subyektiv və obyektiv hədlərdə mümkündür. Preyudisiall ığın subyektiv həddi şəxslərin dairəsi ilə, obyektiv həddi isə hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsi ilə müəyyən edilir.” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərar: “Zərərçəkən Mülki Məcəllənin 1099-cu maddəsi üzrə iddia irəli sürərkən məruz qalmış olduğu zərərə, onun məbləğinə, şəxsin hüquqa zidd davranışına, sonuncunun işəgötürənin (cavabdehin) işçisi olduğuna, hüquqa zidd davranışla zərər arasında səbəblinəticə əlaqəsinin olmasına dair sübutları təqdim etməlidir. Mülki Məcəllənin 1099-cu maddəsinin tətbiqi üçün işçi tərəfindən vurulmuş zərərin bilavasitə işəgötürənin fəaliyyət dairəsinə aid olub-olmaması məsələsinin aydınlaşdırılması da mühüm əhəmiyyət kəsb ed ir. Əgər işçinin zərər vuran hərəkətləri işəgötürənin fəaliyyət dairəsinə aid deyildirsə, hüquq pozuntusu işçinin əmək və ya xidməti vəzifələrinin icrası ilə əlaqədar baş verməmişdirsə, o zaman zərərin əvəzinin ödənilməsi vəzifəsi bilavasitə zərərvuranın (işçinin) üzərinə düşür.”
27. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 nömrəli Qərarı: Bənd
2. Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadl ıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığı na xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir; Bənd
4. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir; Bənd
8. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunl arın hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur; Bənd
10. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztira blara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
28. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə xx.xx.2006-cı il tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə xx.xx.2014-cü il tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə xx.xx.2014-cü il tarixli qərarlarında mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olun ub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış (müəyyən edilmiş) sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
30. Kassasiya şikayətində qətnamənin qismən ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı həmin hissədə və şikayətdə irəli sürülən dəlillər üzrə yoxlanılır.
31. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilə n hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.
34. Məhkəmə kollegiyası, ilk olaraq, hazırkı mübahisənin hüquqi aspektləri ilə bağlı qeyd edir ki, delikt öhdəliyi qanundan əmələ gəlməsi, h əm əmlak, həm də şəxsi qeyriəmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün dörd şərtin mövcud olması tələb olunur: 1) törədilmiş əməlin hüquqa zidd olması - ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; 2) əməlin təqsirli olaraq törədilməsi - təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; 3) törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması - qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; 4) zərər ilə hüquqa zidd əməl arasında səbəbli ə laqənin olması - zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanunazidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqə hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından as ılı deyil. Belə ki, səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Mülki qa nunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələb yalnız işin hallarına uyğun olaraq müvafiq qiymətləndirmə nəticəsində bu şərtlər mövcud olduğu təqdirdə təmin edilə bilər.
35. Məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə aparılan dəyərləndirmə bu Qərarda (§34) qeyd olunan xüsusatları əhatə etmişdir.
36. Bundan əlavə, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdi yi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur.
37. Bu kontekstdə kassasiya şikayətinə münasibətdə qeyd edilməlidir ki, şikayətin dəlilləri əsassızdır. Belə ki: iddiaçıya mənəvi zərər vurulması, yəni onun hüquqlarının cavabdeh tərəfindən pozulması faktı qanuni qüvvəyə minmiş, hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissədə hazırkı mübahisəyə münasibətdə preyudisial əhəmiyyətə (məcburi qüvvəyə) malik məhkəmə qərarı ilə müəyyən edilmişdir (MPM, 82.4- cü maddə, §25). Bu da özlüyündə artıq iddiaçının pozulmuş hüquqlarının səmərəli bərpasını tələb edir; işçinin törətdiyi deliktə görə işəgötürənin məsuliyyəti qanunla nəzərdə tutulmuş təqsirsiz məsuliyyət halıdır (Mülki Məcəllə, maddə 1097.3, §21); hüquqi şəxs, o cümlədən publik hüquqi şəxs, yəni cavabdeh “Astara Rayon Mərkəzi Xəstəxanası” PHŞ (§21-22) öz işçisinin (Mülki Məcəllə, maddə 1099.2, §21), yəni həkimlər A.Şiriyeva və M.Cəfərovun törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir (Mülki Məcəllə, maddə 1099.1, §21). Çünki, adıçəkilən həkimlərin cavabdehin işçiləri olması işin mübahisəsiz halıdır, onların iddiaçının mərhum arvadına tibbi yardımı müstəqil deyil, tibb müəssisəsinin adından və nəzdində göstərdikləri üçün, tibb müəssisəsi (cavabdeh “Astara Rayon Mərkəzi Xəstəxanası” PHŞ) tibbi yardım göstərən subyekt qismində çıxış edir; tibb müəssisəsində müalicə zamanı (cərrahiyy ə əməliyyatı, yanlış diaqnoz və sair nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir (Mülki Məcəllə, maddə 1112, §21); şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi onu həmin əmələ görə mülki məsuliyyətdən azad etmir.
38. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır.
39. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4883/2023 nömrəli iş üzrə 12 sentyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılsın. Cavabdeh “Astara Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.