Məhkəmə qərarları › İş №2(102)-1351/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1351/2023

07.04.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1351/2023 07.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: icarə haqqı, icarə obyektinin qaytarılması, dəymiş zərərin ödənilməsi) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “icarə haqqının, dəymiş zərərin ödənilməsi və əmlakın qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 mart 2022-ci il tarixli 2(103)-1073/2022 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 07 aprel 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 0119 nömrəli icarə müqaviləsinə əsasən, icarə verən İddiaçı dəyəri 4500 manat olan 22 kv olan generatoru aylıq icarə haqqı 1000 manat olmaqla Cavabdeh2 icarəyə vermişdir. 2. xx.xx.2019-cu il tarixli 0119 nömrəli icarə müqaviləsinin təhvil-təslim aktından görünür ki, icarə verən İddiaçı dəyəri 4500 manat olan 22 kv olan generatoru icarəçi Cavabdeh2 tam saz vəziyyətdə təhvil vermişdir və icarəçi onu qəbul etmişdir.

3. Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin İddiaçı ərizəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli cavab məktubundan görünür ki, təqdim edilmiş materiallar üzrə xx.xx.2021-ci il t arixli qərarla cinayət işinin başlanması rədd edilmişdir.

4. Həmin qərara əsasən araşdırma zamanı izahatı alınmış Cavabdeh1 bildirmişdir ki, o, generatoru xx.xx.2019-cu il tarixdə Nurlan adlı şəxsdən icarəyə götürərək, həmin generatoru Neftçala rayonu, 1 Mayak kəndinə aparmışdır. Generatoru 2019-cu ilin dekabr ayına kimi aylıq 500 manatdan icarə əsasında işlətmiş, 2019-cu ilin dekabr ayında isə həmin generatoru Cavabdeh2 3600 manata almışdır.

5. Araşdırma zamanı izahatı alınmış Cavabdeh2 isə bildirmişdir ki, generator satışı ilə məşğuldur. 2019-cu ilin iyul ayından oktyabr ayına kimi İddiaçı ümümilikdə 3000 manat borcu yaranmışdır. 2019-cu ilin noyabr ayında o, İddiaçı 2500 ABŞ dolları pul vermişdir ki, sonuncu ona Şəmkir rayonu Dəllər kəndinə 77 kv olan generator göndərsin. İddiaçı ona ge neratoru göndərəcəyinə söz versə də, göndərməmiş, sonradan məlum olmuşdur ki, İddiaçı 2500 ABŞ dolları ona olan borcundan çıxmışdır. İddiaçı pulunu tələb etsə də, sonuncu pulu verməkdən imtina etmişdir. Beləliklə, İddiaçı pulunu geri ala bilmədiyi üçün Cavabdeh1 icarəyə verdiyi generatoru 3600 manata Cavabdeh1 özünə satmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 30.000 manat məbləğində icarə haqqının, dəymiş ziyana görə 20.000 manatın tutulması və Cavabdeh1 generatorun alınması və ona qaytarılması, qaytarılması mümkün olmadığı təqdirdə generatorun dəyərinin hazırki bazar qiymətinə uyğun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia ərizəsi onunla əsaslandırılb ki, iddiaçı xx.xx.2019-cu il tarixdə əvvəllər tanıdığı Cavabdeh2 ilə 0119 saylı müqavilə bağlayaraq 22 kv olan 4500 manat dəyərində generatoru aylıq icarəyə vermişdir. İcarə müqaviləsinin 4-cü bəndinə əsasən, aylıq icarə haqqı 1000 (bir min) manat təşkil edib, icarə haqqı hər ayın 5-dən gec olmayaraq ödənilməli, ödənilmədiyi təqdirdə gecikdirildiyi gün üçün 1.5% əlavə faiz ödənilməli idi. Bundan əlavə, müqavilənin 4.6-cı bəndində göstərilmişdir ki, icarə haqqı vaxtında ödənilmədikdə, hər gecikdirilmiş ay üçün aylıq icarə haqqı 2000 (iki min) manat təşkil edəcəkdir.

8. İcarə müqaviləsi tərəflərindən imzalanmış və 05.102019-cu il tarixl təhvil-təslim aktına əsasən 22 kva-lıq generator Cavabdeh2 təhvil verilmişdir. Nurlan birin ci ay üçün icarə haqqından 500 manat ödəmiş, qalan hissəsini ödəməmişdir. Cavabdehdən icarə haqqını ödəməsini dəfələrlə tələb etdikdə, iddiaçıya məlum olmuşdur ki, Nurlan tərəfindən generator 3600 manata Cavabdeh1 satılmışdır.

9. İddiaçı bu barədə hüquq mühafizə orqanlarına müraciət etmiş, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilərək, iddiaçıya mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması ona izah edilmişdir. Bundan sonra da dəfələrlə cavabdehlərdən əmlakını və ona veriləsi olacaq pulu tələb etsə də, cavabdehlər müxtəlif bəhanələrlə iddiaçının əmlakını və icarə haqqını verməkdən yayınmışlar.

10. Buna görə də iddiaçıya məxsus generatorun ona qaytarılması və ödənilməmiş aylıq kirayə haqlarının cav abdehlərdən tutulması təmin edilməlidir. 15 ay kirayə haqqı ödənilməməsinə görə 15000 (on büş min) manat kirayə haqqı, müqavilənin 4.6-cı bəndinə əsasən isə 2000 (iki min) manat olmaqla 30000 (otuz min) manat zərərin ödənilməsini və generatotun qaytarılması, qaytarılması mümkün olmadıqda isə generatorun hazırki günə dəyərinin ödənilməsini tələb etməkdə haqlıdır.

11. İddiaçı tələbinin əsası kimi Azərbaycan respyblikası Konstitusiyasının 13, 29-cu, Müllki Məcəllənin 21.2 və 1115-ci maddələrinə istinad etmişdir.

12. Cavabdeh1 nümayəndəsi və vəkili iddiaya etraz olaraq göstərib ki, iddia təkcə Cavabdeh2 qarşı yönəldilməlidir, çünki icarə müqaviləsi iddiaçı ilə Cavabdeh2 arasında bağlanıb, generator hazırda Cavabdeh1 olsa da, o, bunun müqabilində Nurlana ödəniş etmişdir. Cavabdeh1 generatoru alarkən onun mülkiyyətçisinin Cavabdeh2 deyil, İddiaçı olmasını bilməyib.

13. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2(002)655/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 22 kv generatorun (o olmadıqda isə dəyərinin) alınaraq iddiaçıya qaytarılması, digər Cavabdeh2 Nazim oğlundan isə iddiaçının xeyrinə 15000 manat icarə haqqının tutulması, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. (hakim Günay Həşimova)

14. Birinci instansiya məhkəməsi işdə sübutlara əsasən müəyyən edib ki, mübahisə predmeti olan generatorun iddiaçıya məxsus olması, iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə görə generatorun cavabdehə təhvil verilməsi, Cavabdeh2 tərəfindən həmin generetorun Cavabdeh1 pul müqabilində verilməsi, haz ırda müqavilə predmetinin digər cavabdehdə Cavabdeh1 olması işin tərəflər arasında mübahisələndirilməyən hallarıdır.

15. Birinci instansiya məhkəməsi iddia tələbini əmlakın qaytarılması hissəsində əsaslı hesab edərək qeyd edib ki, bu iddia tələbinin hüquqi əsasını vindikasiya iddiası, yəni mülkiyyətində olan əmlakına sahibliyindən məhrum olmuş iddiaçının cavabdehə yönəlmiş əmlakının geri qaytarılması tələbi təşkil edir.

16. Birinci instansiya məhkəməsi iddia tələbinin iddiaçıya məxsus generatorun Cavabdeh1 (hansı ki, hazırda generator faktiki olaraq onun sahibliyindədir və bunu Cavabdeh1 polis bölməsində verdiyi izahatında təsdiqləmişdir) alınaraq iddiaçıya verilməsi hissəsini Mülki Məcəllənin 157.2-ci maddəsinin tələbi baxımından əsaslı hesab edərək göstərib ki, iddia tələbi həmin hissədə tam təmin edilməli, generator Cavabdeh1 alınaraq İddiaçı geri qaytarılmalıdır.

17. Birinci instansiya məhkəməsinin iddia tələbini pul ödənilməsi hissəsində qismən əsaslı hesab edərək, qeyd edib ki, iddiaçı ilə cavabdeh X5 arasında xx.xx.2019-cu il tarixində dəyəri 4500 manat və gücü 22 kv olan generatorun aylıq 1000 manatla icarəyə verilməsi barədə icarə müqaviləsi bağlanmışdır. Təhvil-təslim aktına əsasən müqavilə predmetini cavabdeh-icarəçi sahibliyinə götürmüşdür. İddiaçı xx.xx.2019-cu il tarixdən iddianın verilmə tarixinə qədər 15 ay müddətində cavabdeh tərəfindən icarə haqqı ödənilməyib.

18. Birinci instansiya məhkəməsi belə qənaətə gəlib ki, iddia pul tələbi hissəsində qismən təmin edilməli Cavabdeh2 İddiaçı xeyrinə icarə müqaviləsinə görə ödənilməmiş 15000 manat (15 ay, aylıq icazr ə haqqı 1000 manat) icarə haqqı tutulmalıdır.

19. İddiaçının 20000 manat mənəvi ziyan tələbini təmin etməyən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb, ki, iddiaçı həmin tələblə bağlı hec bir sübut təqdim etməmişdir. Həmçinin cavabdehlərin qeyri-hüquqi hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçıya mənəvi zərər vurulması, iddiaçının mənəvi sarsıntı və iztirablara məruz qalmasına dair heç bir sübut təqdim edilməmişdir.

20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 157.2, 157.5, 386.1, 425.1, 442 və 700-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

21. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 2

2. İddiaçının apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq şikayətdə qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, məhkəmə tərəfindən iş üçün əhəmiyyət kəsb edilən halların araşdırlmadığına istinad edilmişdir.

23. Cavabdeh1 da apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması, iddianın ona münasibətdə rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

24. Cavabdehin apellyasiya şikayətini dəlilləri belə olub ki, mübahisəli generatoru 2019-cu ilin dekabr ayında Cavabdeh2 satın alıb, vicdanlı əldə edəndir. Lakin məhkəmə tərəfindən Mülki Məcəllənin 182-ci maddəsinin tələbləri nəzərə alınmayıb, digər cavabdehlə iddiaçı arasında bağlanmış icarə müqaviləsi uydurma əqddir, həmin müqavilə formal bağlanıb.

25. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1073/2022 saylı, 01 mart 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti isə qismən təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsi “Cavabdeh1 22 kv generatorun (o olmadıqda isə dəyərinin) alınaraq İddiaçı geri qaytarılması” hissəsində ləğv olunmuş, iddia həmin hissədə təmin edilməmiş, qətnamə yoxlanılan qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Rafael Eyvazov (sədrlik edən və məruzəçi ilə), Şərafət Məmmədova, Fuad Babayev)

26. Apellyasiya instansiyası məhkəməsi ilkin olaraq qeyd edib ki, iddia ərizəsi hər iki cavabdehə münasibətdə qismən təmin olunmuş, Cavabdeh2 qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də, məhz iddiaçının və digər cavabdehin apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirilməklə, hüquqi dəyərləndirmə aparılmalıdır.

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin “generatorun (mümkün olmadıqda isə dəyərinin) Cavabdeh1 alınaraq iddiaçıya qaytarılması” barədə gəldiyi qənaətlə razılaşmayaraq göstərib ki, Mülki Məcəllənin 166.1 və 166.2-ci maddələrinə görə, daşınar əşyaya kim sahiblik edirsə, ehtimal olunur ki, həmin şəxs o əşyanın mülkiyyətçisidir.

28. Mülki Məcəllənin 182.1-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmi şsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. MM-in 182.2-ci maddəsinə əsasən, daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudiyyətlər auksionda özgəninkiləşdirilmiş pula, sənədli qiymətli kağızlara və əşyalara tətbiq olunmur.

29. Apellyasiya instansiyası məhkəməsi qeyd edilən maddi hüquq normalarına əsasən göstərib ki, qanunverici daşınar əşyalar barəsində vicdanlılığın qorunmadığı halları konkret müyyənləşdirmişdir: əşya mülkiyyətçinin vasitəsiz sahibliyindən iradəsi xaricində çıxmışsa və üçüncü şəxs əşyanı əvəzsiz əldə etmişsə. Həmçin in əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir.

30. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə baxılan işin hallarından mübahisəsiz qaydada görünür ki, geri qaytarılması tələb olunan generator iddiaçının mülkiyyətindən iradəsi daxilində Cavabdeh2 ilə arasında bağlanmış icarə müqaviləsi əsasında çıxmış və sonuncu tərəfindən bir neçə ay sonra əvəzi ödənilməklə 3600 manata digər Cavabdeh1 satılmışdır. Qeyd olunanlar isə onu deməyə əsas verir ki, Cavabdeh1 vicdanlı əldə edən olmaqla, vicdanlılığı qanunla qorunur. Buna görə də, iddiaçı hazırkı halda əşyanın mülkiyyət çisi kimi vicdanlı əldə edəndən onun geri qayatrılmasını tələb edə bilməz. İddiaçı bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, cavabdehin vicdanlı əldə edən olmasını istisna edən halların mövcudluğunu əsaslandıra bilməmişdir. Belə olan halda, cavabdehin verdiyi apellyasiya şikayətinin qeyd edilən hissədə dəlili əsaslıdır.

31. Bununla belə, apellyasiya instansiyası məhkəməsi cavabdehin əqdin (icarə müqaviləsinin) etibarsız olması barədə dəlilləri ilə razılaşmayaraq göstərib ki, bu dəlil əsaslandırılmamışdır. Cavabdeh, ümumiyyətlə, həmin əqdin tərəfi olmamaqla yanaşı, onun apellyasiya şikayətində göstərilən əsaslarla mübahisələndirməkdə subyektiv hüquqlara da malik deyildir.

32. Apellyasiya instansiyası məhkəməsi bununla yanaşı, onu da qeyd edib ki, iddiaçının müvafiq təqsirkar şəxsdən generatorun dəyəri həcmində düşdüyü zərərin əvəzini tələb etmək hüququ saxlanılır (iddia ərizəsindən görünür ki, iddiaçı əşyanın qaytarılması, mümkün olmadıqda isə dəyərinin ödənilməsi tələbini yalnız vicdanlı əldən üçüncü şəxsə qarşı irəli sürmüşdür).

33. İddiaçının apellyasiya şikayətini isə apellyasiya instansiyası məhkəməsi əsassız saymış və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Mülki Məcəllənin 385.1 və 386.1-ci maddələrində öhdəliyin yaranması əsasları konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir. Hazırkı iddia tələbinin hüquqi əsası kimi icarə müqaviləsindən irəli gələn haqq və öhdəliklər çıxış etdiyi nəzərə alınrasa, müqavilə dedikdə, iki və ya daha artıq şəxsin hüquqi nəticə (qarşılıqlı haqq və öhdəlik) əmələ gətirmək üçün ifadə etdikləri və bir-birinə uyğun olan iradə bəyanları başa düşülür. Müqavilənin bağlanmış sayılması üçün tərəflərin əmələ gətirmək istədikləri hüquqi nəticəyə dair mühüm şərtləri özündə əks etdirən iradə bəyanları mövcud olmalıdır. Məhz belə iradə ifadələri ilə müqavilə bağlanmış sayılır, tərəflər üçün tələb hüququ və öhdəlik yaradır. Göründüyü kimi, müqavilə yalnız onu bağlamış tərəflər üçün qarşılıqlı haqq və öhdəliklə yaratmaqla, üçüncü şəxslər üçün hər hansı öhdəlik nəzərdə tuta bilməz. Başqa, sözlə, tərəflər aralarında bağladıları müqavilədən çıxış edərək, yalnız bir-birinə qarşı tələb hüququna malikdirlər. Belə olan hada, iddiaçı, Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən, ödənilməmiş icarə haqqını yalnız həmin müqavilənin tərəfi olan Cavabdeh2 tələb etməkdə subektiv hüquqa malikdir.

34. Apellyasiya instansiyası məhkəməsi iddiaçının xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin 4.6-cı bəndindən çıxış edərək, ödənilməyən icarə haqlarının məbləğinin iki qat hesablanması barədə apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq göstərib ki, əvvəla sözügedən bənd qeyri-müəyyən olmaqla, müqavilə üzrə aylıq icarə haqlarının bir aydan çox gecikdirildiyi halda icarə haqqının konkret hansı məbləğlə hesablanacağı ilə bağlı tərəflərin iradə ifadələrini birbaşa müəyyən etməyə imkan vermir. Belə ki, hazırkı halda həm müqavilənin ümumi məzmunundan, həm də tərəflər arasında müqaviləyə qədərki və sonrakı münasibətlərin xarakterindən “2000 manat civarında ” ifadəsi ilə hansı məbləğin nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmadığından, bu şərtin hər hansı tərəfin leyhinə və ya əleyhinə təfsir edilməsi də qeyri-mümkündür. Belə olan halda, aylıq icarə haqqının tərəflər arasında məhz 1000 manat həddində müəyyən olunması qəbul edilməlidir. Həmçinin icarə müqaviləsində generatorun ümumi qiyməti 4500 manat müəyyən olunduğu halda, icarə haqqı kimi 30000 manat pulun tələb olunması ağlabatan və obyektiv hesab edilə bilməz.

35. Apellyasiya instansiyası məhkəməsi iddianın “mənəvi zərərin ödənilməsi” hissəsi ilə bağlı bildirib ki, Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 2-ci bəndində əsasən, Azərbaycan Respublikası qanunvericili yinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hə rəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

36. Mənəvi zərər tələbinin kifayət qədər əsaslandırılmadığını nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi hesab edib ki, birinci instansiya məhkəməsi iddianı həmin hissədə rədd etməklə düzgün nəticəyə gəlmişdir.

37. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 166.1, 166.2, 182.1, 182.2, 385.1, 386.1, 404.1, 404.4 və 442-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli və “H.Cəfərovun şikayəti uzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 sentyabr 2014-cü il tarixli qərarları ilə əsasla ndırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

38. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

39. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi qətnamədə digər Cavabdeh1 vicdanlı əldə edən kimi tanıyır və onun vicdanlılığının qanunla qorunduğunu bildirir. Bundan əlavə qətnamədə qeyd olunur ki, “iddiaçı bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, cavabdehin vicdanlı əldə edən olmasını istisna edən halların mövcudluğunu əsaslandıra bilməmişdir. Lakin digər Cavabdeh1 heç bir mötəbər sübutu məhkəməyə təqdim etmədən məhkəmənin inamını qazanması ağlabatan deyildir. Birinci instansiya məhkəməsind ə bir neçə dəfə proses keçirilmiş və sübut etmə yükü iddiaçının üzərində olduğundan o, iddianın mahiyyətini əks etdirən alqı-satqı müqaviləsini və polisin müvafiq qərarını cavabdehlərdən fərqli olaraq məhkəməyə təqdim etmişdir. Bundan əlavə, iddiaçı digər Cavabdeh1 verdiyi apellyasiya şikayətinə yazılı etirazı da məhkəməyə təqdim edərək bildirmişdir ki, Cavabdeh1 generatorun iddiaçının olduğundan polisə getməmişdən əvvəl xəbərdar olmuşdur, dəfələrlə aralarında şifahi danışıqlar olmuş və hər iki cavabdeh iddiaçıya dəyən zərəri ödəyəcəyinə söz vermişlər. Hətta iddiaçı digər Cavabdeh2 aylıq icarə haqqını tələb edən zaman dəfələrlə bildirmişdir ki, generator hazırda Hikmətin istifadəsindədir və aylıq icarə haqqını o ödəyəcək. İddiaçı eyni zamanda həm Nurlan, həm Hikmətlə əlaqə saxlayaraq onlar dan gecikdirdikləri icarə haqlarını ödəmələrini, ya da generatoru qaytarmalarını tələb etmişdir. Digər tərəfdən, istər birinci instansiya məhkəməsində istərsə də apellyasiya məhkəməsində iş materiallarında Cavabdeh1 generatoru vicdanlı əldə edən olduğuna dair mötəbər sübut (alqı-satqı müqaviləsi, icarə müqaviləsi və s.) mövcud deyildir. Apellyasiya məhkəməsi qətnaməsində Cavabdeh1 hansı sübut əsasında vicdanlı əldə edən kimi tanınması məsələsinə aydınlıq gətirməmişdir. Apellyasiya məhkəməsi öz qətnaməsində mübahisəyə formal mülahizələr əsasında yanaşmış və Mülki Məcəllənin 182-ci maddəsini tətbiq etsə də, yanlış təfsir etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

40. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 166.1. Daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Hər hansı əvvəlki sahib haqqında ehtimal edilir ki, öz sahibliyi zamanı o, mülkiyyətçi olmuşdur. Maddə 166.2. Daşınar əşyanın mülkiyyətçisi olmaq istəməyən sahibi ehtimal edə bilər ki, bu əşya kimdən arxayın alınmışdırsa, həmin şəxsin mülkiyyətindədir. Sahiblik hüququ olmadığını bilən və ya bilməli olan sahib vicdansız sahibdir. Daşınar əşya üzərində məhdud əşya hüququna və ya şəxsi hüquqa iddia edən daşınar əşya sahibinin bu cür hüququnun olduğu ehtimal edilir. Lakin o həmin əşyanı aldığı şəxsin bu cür hüququ olduğunu ehtimal edə bilməz. Maddə 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə e dən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Maddə 182.2. Daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudiyyətlər auksionda özgəninkiləşdirilmiş pula, sənədli qiymətli kağızlara və əşyalara tətbiq olunmur. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun is ə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 404.4. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazı mınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır v ə kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya insta nsiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

41. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətind ən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Kassasiya şikayətində iddiaçı qətnamənin ləğv edilməsi və iddiasının tam təmin edilməsini xahiş etsə də, şikayətin dəlilləri və məzmunundan görünür ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi “generatorun (mümkün olmadıqda isə dəyərinin) Cavabdeh1 alınaraq iddiaçıya qaytarılması” barədə iddianın təmin edilməməsi hissəsində mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni həmin hissədə yoxlayır.

43. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən hallar müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. İş üzrə apellyasiya məhkəməsi mübahisələndirilən hissədə düzgün nəticəyə gəlib.

46. Belə ki, Cavabdeh1 qarşı iddia tələbi icarə müqaviləsi ilə digər Cavabdeh2 icarəsində verilmiş generatorun (mümkün olmadıqda isə dəyərinin) Cavabdeh1 alınaraq iddiaçıya qaytarılması barədə olub. İddiaçı həmin tələbinin əsası kimi ona istinad edib ki, generator hazırda C avabdeh1 sahibliyindədir.

47. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən hallarına görə isə geri qaytarılması tələb olunan generator iddiaçının mülkiyyətində olsa da, həmin generator onun mülkiyyətindən iradəsi daxilində Cavabdeh2 ilə arasında bağlanmış icarə müqaviləsi əsasında çıxmış və sonuncu tərəfindən bir neçə ay sonra əvəzi ödənilməklə 3600 manata digər Cavabdeh1 satılmışdır. Cavabdeh1 vicdanlı əldə edən olmaqla, vicdanlılığı qanunla qorunur. İddiaçı bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, cavabdehin vicdanlı əldə edən olmasını istisna edən halların mövcudluğunu əsaslandıra bilməmişdir.

48. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticəni işin müəyyən edilmiş halları baxımınd an əsaslı və qanuni hesab edir.

49. Məhkəmə kollegiyası mübahisələndirilən hissədə iddia tələbi üzrə apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 28-30 və 32-ci bəndlərində əks edilən hüquq dəyərləndirməsi və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür. Belə ki, həmin bəndlərdən görünür ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını (icarə müqaviləsində göstərilən generatorun iddiaçıya məxsus olması, həmin generatorun iddiaçının iradəsi daxilində mülkiyyətindən çıxması, Cavabdeh1 həmin əmlakı əvəzli olaraq əldə etməsi və sonuncunun həmin əmlakın mülkiyyətçisinə münasibətdə vicdanlı olması və s.) işdə olun sübut bazası əsasında müəyyən etmiş, həmin sübutları Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun qiymə tləndirməklə, yuxarıda göstərilən nəticəyə gəlmişdir. Buna görə də kollegiya hesab edir ki, hazırki halda qiymət verilməli olan məsələ kassasiya şikayətini dəlilləridir.

50. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, əvvəla, bu dəlillər apellyasiya məhkəməsinin hazırki qərarın 28-30-cu bəndlərində əks edilən mövqeyi ilə təkzib edilir. Üstəlik, işin faktiki halları ilə bağlı olmaqla iddianın əsasını təşkil edən məhz həmin dəlillərə qiymət verilməsi nəticəsində apellyasiya instansiyası məhkəməsi iddianın qeyd edilən hissədə əmin edilməməli olması nəticəsinə gəlmişdir.

51. Məhkəmə kollegiyası Cavabdeh1 vicdanlı əldə edən olmaması, bununla bağlı işdə kifayət qədər sübut olsa da, Cavabdeh1 heç bir mötəbər sübutu məhkəməyə təqdim etmədiyi halda, məhkəmənin in amını qazanmasının ağlabatan olmamsası barədə dəlillərini qəbul etmir. Belə ki, iddiaçı Cavabdeh1 vicdanlı əldə edən olmamasını bildirsə də, buna dair sübut təqdim etməmişdir və apellyasiya instansiyası məhkəməsi də məhz iddiaçının buna dair sübut verməməsinə istinad etmişdir.

52. Məhkəmə kollegiyası da öz növbəsində qeyd edir ki, analoji hallarda, yəni əldə edənin vicdanlı olmaması ilə bağlı halları sübut etmək vəzifəsi həmin halı iddia edən şəxsin üzərinə, yəni hazırki halda iddiaçının düşür. Əldə edənin, yəni hazırki halda cavabdehin özünün vicdanlılığı ilə bağlı halı sübut etmək vəzifəsi yoxdur.

53. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi generatorun (mümkün olmadıqda isə dəyərinin) Cavabdeh1 alınaraq iddiaçıya qaytarılması barədə iddianın təmin edilməməsi nəticəsinə gəlməklə yanaşı, iddiaçının müvafiq təqsirkar şəxsdən generatorun dəyəri həcmində düşdüyü zərərin əvəzini tələb etmək hüququnun olmasını izah etməklə iddiaçının əldən çıxmış əmlakı ilə bağlı hüququnun bərpasının mümkün variantını da göstərmişdir ki, bu da gəlinən nəticənin bir daha əsaslı olduğunu göstərir. (bax: 32-ci bənd)

54. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

55. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 mart 2022-ci il tarixli 2(103)1073/2022 nömrəli qətnaməsi mübah isələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar