Məhkəmə qərarları › İş №2(102)-1361/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1361/2023

27.03.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1361/2023 27.03.2023 ALİ MƏHKƏMƏ QƏRARDAD Hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər "xxxx" Mənzil Tikinti Korporativinə və Cavabdeh2 qarşı “MTK üzvlərinin ümumi iclasının protokolunun və ondan çıxarışın, maliyyə arayışının ləğv edilməsi” tələbinə dair ilk, Cavabdeh2 İddiaçı və "xxxx" Mənzil Tikinti Korporativinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə qarşılıqlı, müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs cavabdehlər "xxxx" Mənzil Tikinti Korporativinə, Cavabdeh2 və İddiaçı qarşı “mənzildən istifadəyə yaradılan maneənin aradan qaldırılması” tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-5636/2022 n ömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs kassasiya şikayəti üzrə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi (dəqiqləşmə barədə ərizə) ilə Nəsimi rayon Məhkəməsinə məhkəməyə müraciət edərək, Cavabdeh1 tərəfindən inşa olunmuş Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tibilisi prospekti, 44C ünvanında yerləşən binanın A girişi, ümumi sahəsi 131,43 kv.m olan, üç otaqlı, 59 saylı mənzilinin keçmiş payçı Cavabdeh2 adına alqı-satqı edilmiş 16 fevral 2006-cı il tarixli müqavilənin ləğv edilmiş hesab olunması, Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tibilisi prospekti 44C ünvanında yerləşən binanın A girişi, ümumi sahəsi 131.43 kv.m olan, üç otaqlı, 59 saylı mənzilinin payçısı olmasının təsdiq edilməsi barədə "xxxx" MTK üzvlərinin ümumi iclasının 28 aprel 2020-ci il tarixli 85 saylı protokol və ondan çıxarışın və Cavabdeh2 adına verilmiş 28 aprel 2020-ci il tarixli maliyyə arayışının etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 da Cavabdeh1nə və İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi verərək, "xxxx" Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış "Kooperativ binada mənzil tikintisi haqqında" xx.xx.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs müstəqil tələb irəli sürən üçüncü şəxs kimi cavabdehlər Cavabdeh1nə, İddiaçı və Cavabdeh2 qarşı iddia verərək, cavabdehlər tərəfindən mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə, 44 C ünvanında yerləşən 3 otaqlı 59 saylı mənzildə n (yeni qaydalarla: AZİ 102; Bakı şəhəri, Tbilisi prospekti, 100 M14, mənzil 4) istifadə etməyinə yaradılan maneələrin aradan qaldırılması və maddi zərərin əvəzi kimi 5.000 manat, mənəvi zərərin əvəzi kimi 50.000 manat məbləğində kompensasiyanın cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(006)1473/2021 saylı qətnaməsi ilə ilk iddia ərizəsinin təmin olunmuş, Cavabdeh1 tərəfindən inşa olunmuş Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti, 44 C ünvanında yerləşən binanın A girişi, ümumi sahəsi 131,43 kv.m olan, üç otaqlı, 59 saylı mənzilinin keçmiş payçısı Cavabdeh2 adına alqı-satqı edilmiş xx.xx.2006-cı il tarixli müqavilənin ləğv edilmiş h esab olunması, Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti, 44 C ünvanında yerləşən binanın A girişi, ümumi sahəsi 131,43 kv.m olan, üç otaqlı, 59 saylı mənzilinin payçısı olmasının təsdiq edilməsi barədə Cavabdeh1 üzvlərinin ümumi iclasının 28 aprel 2020-ci il tarixli, 85 saylı protokolunun və ondan çıxarışın, Cavabdeh2 adına verilmiş 28 aprel 2020-ci il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, Cavabdeh2 cavabdehlər Cavabdeh1nə və İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsinin və müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. (hakim Rəşid Səmədov) Qarşılıqlı iddiaçı Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv, İddiaçı ona qarşı iddiasın ın rədd, qarşılıqlı iddiasının təmin edilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs da apellyasiya şikayəti verərək qətnamənin ləğv, ilk iddianın rədd, öz iddiasının təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-10744/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə qarşılıqlı iddiaçı Cavabdeh2 apellyasiya şikayəti tam, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxsli qızının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(006)-1473/2021 saylı qətnaməsi ilk iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilmiş, iş üzrə həmin hissələrdə yeni qətna mə qəbul edilmiş, ilk iddia tələbi təmin edilmədən, məhkəmə xərci ilk iddia üzrə İddiaçı aid edilmiş, qarşılıqlı iddia tələbi təmin edilmiş,Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti, 44 C ünvanında yerləşən binanın A girişi, XİV mərtəbə, ümumi sahəsi 131,43 kv.m, 3 (üç) otaqlı, 59 saylı mənzilə dair"Kooperativ binada mənzil tikintisi haqqında" xx.xx.2019-cu il tarixli müqavilə etibarsız hesab edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Emin Mehdiyev (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və Xəyal Sarıyev) Bakı Apellyasiya Məhkəməsindən ilk İddiaçı və Cavabdeh1 MTK ayrı-ayrılıqda kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək ilk iddia tələbinin təm in, qarşılıqlı iddia tələbinin isə təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2885/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə kasasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-10744/2021 nömrəli qətnaməsi qismən – ilk iddianın rədd və qarşılıqlı iddianın təmin edilməsi hissələrində ləğv edilərək mülki iş həmin hissələrdə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5636/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1473/2021 nömrəli, 29 iyun 2021-ci il t arixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi işə təkrar baxarkən müstəqil tələb irəli sürən 3cü şəxs Maraqlı şəxs iddia tələbi ilə bağlı qeyd etmişdir ki, mənzilə dair onunla bağlanmış müqavilə, buna uyğun olaraq daşınmaz əmlakın dövlət reyestri tərəfindən aparılmış qeyd qüvvədədir, mübahisələndirilməmişdir, Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)- 2885/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarında qətnamə onun iddia tələbinə aid təmin edilməyən hissədə qüvvədə olduğundan onun apellyasiya şikayəti yoxlanılmır. Müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs (Vəkil2) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5636/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən k assasiya şikayəti vermişdir. Mülki Prosessual Məcəllənin 403.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Göründüyü kimi, prosessual qanunvericiliyə görə tərəflər apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən o halda şikayət verə bilərlər ki, onların tələbləri təmin olunmasın. İşdən görünür ki, müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs iddiası birinci instansiya məhkəməsi tərəfindən rədd edilmiş, onun apellyasiya şikayəti də birinci apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)10744/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin edilməm işdir. Üçüncü şəxs Maraqlı şəxs həmin qətnamədən kassasiya şikayəti verməmişdir. Qeyd edildiyi kimi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-10744/2021 nömrəli qətnaməsi qismən – ilk iddianın rədd və qarşılıqlı iddianın təmin edilməsi hissələrində ləğv edilərək, mülki iş həmin hissələrdə yeni apellyasiya baxışına qaytarılmış, apellyasiya instansiyası məhkəməsi də işə təkrar baxarkən Maraqlı şəxs iddia tələbinə aid təmin edilməyən hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə olduğundan onun apellyasiya şikayətini yoxlamamışdır. Buna görə də məhkəmə kollegiyası qeyd edir ki, müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs qarşı təmin edilə n iddia olmadığı üçün, eləcə də, onun təmin edilməyən iddiası üzrə məhkəmə qərarı qüvvədə olduğu üçün Mülki Prosessual Məcəllənin 403.1-ci maddəsinin tələbi baxımından onun apellyasiya instansiyası məhkəməsinin qeyd edilən qətnaməsindən kassasiya şikayəti vermək hüququ da yoxdur. Buna baxmayaraq, müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs kassasiya şikayəti icraata qəbul edilmişdir. Mülki Prosessual Məcəllənin 417.1.7-ci maddəsinə görə kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Buna görə də Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1361/2023 saylı 20 fevral 2023-cü il tarixli qərardadı müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs kassasiya şikayətinin icraata qəbul edilməsi hissəsində ləğv edilməli, Maraqlı şəxs kassasiya şikayəti baxışdan çıxarılmalıdır. Göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 417.1.7-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1361/2023 saylı 20 fevral 2023cü il tarixli qərardadı müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs kassasiya şikayətinin icraata qəbul edilməsi hissəsində ləğv edilsin, müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs kassasiya şikayəti baxışdan çıxarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar