Məhkəmə qərarları › İş №2(102)-1366/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-1366/2023

24.02.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1366/2023 24.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 və q. Cavabdeh1 qarşı “mənzilə köçürülmə, mənzildən istifadə qaydalarının müəyyən edilməsi” tələbi barədə mülki iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, kassasiya şikayətinin məzmununun prosessual qanunvericiliyə uyğun olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X1 ( məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızından və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tar ixli, 2(001)xxxx/2022 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 dekabr 2022-ci il tarixli, 2(103)-7069/2022 nömrəli qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, 2(001)-2471/2022 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin yenidən apelyasiya baxışına göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-in 407.1.4-cü maddəsinə əsasən şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarə t olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməlidir. Kassasiya şikayəti öyrənilərkən müəyyən olunmuşdur ki, kassasiya şikayəti Azərbaycan Respublikası MPM-in 407.1.4-cü maddəsində müəyyən olunmuş qaydalara uyğun tərtib olunmamışdır. Kassasiya şikayətinin məzmununda cavabdehin apellyasiya instansiyası məhkəməsinin qətnaməsində maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişdir. Bununla da, kassator Azərbaycan Respublikasının MPM-in 407.1.4-cü maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikasının MPM-in 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407- ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikasının MPM-in 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir; -404-1.2-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyrimümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Həmin Məcəllənin 408.1.5. kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə kassasiya şikayəti apellyasiya instansiya məhkəməsi tərəfindən qaytarılır. Qeyd olunanlara əsasən, kassasiya şikayəti icraata qəbul edilə bilməz, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar yoxdur. Odur ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 404 və 408-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-xxxx/2022 saylı qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar