Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1368/2024 09.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı və Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): iş üzrə icraata xitam verilməsi, iş mülki məhkəmə qaydasında baxılmalı deyildirsə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “uşaqla ünsiyyətdə olmanın qadağan edilməsi” tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1274/2023 nömrəli iş üzrə 15 noyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayət inə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “X15 “Bakı Baş Səhiyyə Mərkəzi” X15 1 nömrəli X10 tərəfindən vəkillər kollegiyasının üzvü fərdi fəaliyyət göstərən vəkil Nümayəndə ünvanladığı 28 iyun 2022-ci il tarixli 115 saylı məktubda göstərilir ki, xx xxxxxx 1989-cu il təvəllüdlü Cavabdeh 30 may 2022-ci il tarixdən “Ağciyərin infiltrativ vərəmi dağılma mərhələli, TDM(+), Genexpert pozitiv həssas” diaqnozu ilə stasionar müalicədədir. Hal-hazırda stasionar müalicəni davam etdirir, ətraf mühit üçün yoluxdurucudur.
2. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Bakı şəhəri 1 saylı X10 tərəfindən verilmiş 17 noyabr 2022-ci il tarixli 1741 saylı arayışda göstərilir ki, x x xxxxxx 1989-cu il təvəllüdlü Cavabdeh sol ağciyərin yuxarı payında hibroz fonunda bərk ocaqlar görünür, ətraf mühit üçün təhlükəli deyil.
3. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Bakı şəhəri 1 saylı X10 tərəfindən vəkillər kollegiyası “VERDİKTUM” vəkil bürosunun vəkili Vəkil1 ünvanlandığı 13 mart 2023-cü il tarixli 61 saylı məktubda göstərilir ki, xx xxxxxx 1989-cu il təvəllüdlü Cavabdeh 30 may 2022-ci il tarixdən 14 iyul 2022-ci il tarixə kimi 1 nömrəli X5 “Ağciyərlərin infiltrativ vərəmi dağılma mərhələsi, TDM(+)” diaqnozu ilə stasionar müalicədə olub. Xəstə 14 iyul 2022-ci il tarixdə “Ağciyərlərin infiltrativ vərəmi dağılma mərhələsi, TDM(+)” diaqnozu ilə yaşadığı ərazi üzrə ambulator şəraitdə müalicəni davam etdirmək üçün Binəqədi rayon 10 saylı şəhər poliklinikasının vərəm şöbəs inə göndərilmişdir. O, 17 noyabr 2022-ci il, 15 fevral 2023-cü il tarixlərdə 1 nömrəli VƏD-də və 06 mart 2023-cü il tarixdə ETAXİ-də müayinə olunmuşdur. Diaqnoz: “Ağciyərlərin infiltrativ vərəmi dağılma mərhələsi, TDM(+). Ətraf mühit və ailə üzvləri üçün təhlükəli deyil.
4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xəstəlik tarixindən 09 mart 2023-cü il tarixli çıxarışda göstərilir ki, xx xxxxxx 1989-cu il təvəllüdlü Cavabdeh ağciyərlərin infiltrativ vərəmin sorulma və bərkimə mərhələsi TDM(-) mənfi monoteist sorma diaqnozu ilə 6 aydır müalicə alır, şikayəti yoxdur.
5. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin 30 dekabr 2022- ci il tarixli qərarında göstərilir ki, İddiaçı müraciətinə əsasən Cavabdeh barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd e dilmişdir.
6. Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Kamran Mirzəyevin, icra sənədi üzrə borclu Zeynalova (Hacıyeva) Nigar Etibar qızı, icra sənədi üzrə tələbkar Cavabdeh iştirakları ilə 12 mart 2023-cü il tarixdə tərtib edilmiş aktda göstərilir ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-9093/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar X4 uşaq - xx.xx.2018-ci il təvəllüdlü Zeynalov Daniel ilə Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin inzibati binasına gəldi. Nigar Zeynalova uşaq-xx.xx.2018ci il təvəllüdlü Zeynalov Danielin atası ilə ünsiyyətdə olması üçün görüşməsinə şərait yaratdı. Lakin, uşaq-xx.xx.2018-ci il təvəllüdlü Zeynalov Danieli atası ilə görüşmək istəməyərək ağladı. Uşaqda ana tərəfindən öyrədilmə halının olub-olmamasını müəyyən etmək üçün mütəxəssisin dəvət edilməsi zərurətinin yarandığı məlum oldu. Cavabdeh uşaqda ana tərəfindən öyrədilmə halının olub-olmamasını müəyyən etmək üçün mütəxəssisin dəvət edilməsini xahiş etdi. Uşaq -04 iyul 2018-ci il təvəllüdlü Zeynalov Danieli atası ilə getmək istəmədi. xx.xx.2023-cü il tarixə təyin edilmiş ünsiyyət tam olaraq baş tutmadı.
7. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 oktyabr 2021-ci il tarixli 2(103)-9093/2021 saylı qətnaməsindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-88/2021 saylı iş üzrə 30 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilərək, Cavabdeh 04 iyul 2018-ci il təvəllüdlü övladı X6 ilə hər həftənin şənbə və bazar günləri saat 15:00-dan saat 18:00-dək ünsiyyətdə ol maq hüququ (görüş vaxtı) verilməsi qət edilmişdir.
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 16 avqust 2022-ci il tarixli 2(102)-3592/2022 saylı qərarından görünür ki, iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9093/2021 saylı 28 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
9. Məhkəmə kollegiyasına təqdim edilmiş Azərbaycan Respublikası “Tbbi ərazi bölmələrini idarəetmə birliyi” X15nin “Bakı Baş Səhiyyə Mərkəzi” X15nin 20 X3 344 nömrəli xx.xx.2023-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində D.Zeynallı həkim nevropatoloqun qəbulunda olub və müalicə təyin edilib, diaqnoz “R45.1 narahatlıq v ə oyanıqlıq”.
10. Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının Məhkəmənin icra vərəqəsi üzrə görüşün uşağın mənafeyinə uyğunluğu barədə xx.xx.2023-cü il tarixli rəyində göstərilmişdir ki, tərəflərin birgə nikahından anadan olan övladları xx.xx.2018-ci il təvəllüdlü X6 borclu X1 psixoloji təsiri altında olması səbəbindən tələbkarla ünsiyyətdən imtina edir. Uşaq psixoloji təsirlərdən azad olunacağı və borclu şərait yaradacağı təqdirdə tələbkar övladı ilə sərbəst ünsiyyətdə olacaqdır. Tələbkarın övladı ilə ünsiyyət qurma bacarığı yaxşıdır, ünsiyyəti məhdudlaşdırmağa əsas olan uşağın mənafeyinə zidd hallar müəyyən edilmədi.
11. Sumqayıt Apellyasiya Məhkəməsinin qərardadı əsasında əldə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mər kəzinin xx.xx.2023-cü il tarixli, 11/397 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X2 hal-hazırda anası İddiaçı və atası Cavabdeh bağlılığı (qarşılıqlı əlaqə zamanı müsbət emosiyalar keçirmək, vasitəsiz münasibət qurmaq arzusu, müntəzəm ünsiyyətə can atmaq, əlaqələrin azalması ilə əlaqədar narahat olmaq) müəyyən olunmaqla, anası İddiaçı bağlılığı daha çoxdur. D.Zeynalov oğlu əqli və psixi inkişafına, yaş və fərdi-psixoloji xüsusiyyətlətinə görə ailədaxili qarşılıqlı münasibətlərlə bağlı fikirlərini müstəqil olaraq formalaşdırmaq və sərbəst qərar qəbul etmək qabiliyyətinə malik deyildir. Valideynləri arasındakı qarşılıqlı münasibətlərdə mövcud olan gərginlik xx.xx.2018-ci il təvəllüdlü X2 emosional-iradi sferasında sirayət etməklə, atası Cavabdeh münasibətdə neqativ t əsir göstərmişdir. Cavabdeh hal-hazırda fərdi-psixoloji xüsusiyyətlərində xx.xx.2018-ci il təvəllüdlü X2 emosional-iradi sferasına neqativ təsir göstərə biləcək aqressivlik əlamətləri üzə çıxmır. Rəyə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspert tədqiqatının dəyəri 80 manat təşkil etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Qobustan Rayon Məhkəməsinə müraciət edərək cavabdehin 04 iyul 2018-ci il tarixdə anadan olmuş övladı X6 ilə ünsiyyətdə olmasının və görüşməsinin Danielin 10 yaşına kimi qadağan edilməsi, mediasiya təşkilatına ödədiyi 53 manat, məhkəməyə ödədiyi 50 manat dövlət rüsumunun və məhkəməyə sənədlərin hazırlanması üçün vəkilə ödədiyi 50 manat pulun cavabdehdən a lınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-88/2021 saylı 30 iyun 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh ona qarşı uşaqla ünsiyyət və görüş tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh 04 iyul 2018-ci il təvəllüdlü X6 ilə iki həftədən bir şənbə günü saat 11:00-dan bazar günü 15:00-dək onun iştirakı olmadan maneəsiz ünsiyyətdə olması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 oktyabr 2021-ci il tarixli, 2(103)-9093/2021 saylı qətnaməsi ilə həmin qətnamədən verdiyi apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-88/2021 saylı, 30 iyun 2021-ci il tarixli qətnaməsinin mübahisələndirilə n hissədə dəyişdirilərək Cavabdeh 04 iyul 2018-ci il təvəllüdlü X6 ilə hər həftənin şənbə və bazar günləri saat 15:00-dan 18:00-dək ünsiyyətdə olmaq hüququ verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası tərəfindən qətnamə dəyişdirilmədən saxlanmışdır. Cavabdeh bir valideyn kimi öz məsuliyyətini dərk eləmir və öz vəzifələrini yerinə yetirmir. Elvin hal-hazırda “vərəm” xəstəsidir və Bakı şəhərində yerləşən 1 nömrəli X5 stasionar müalicə alır. Onun halhazırda olan xəstəliyi azyaşlı övladının sağlamlığı üçün təhlükəlidir. Bundan başqa Cavabdeh uşaqla görüşmək üçün gələndə bir neçə dəfə uşağın gözü qarşısında onu vəhşicəsinə döymüş, Daniel isə onun bu hərəkətindən bərk qorxmuşdur. O, hər dəfə uşağı götürməyə gələndə, Daniel onu görən kimi qışqırır, onunla g etmək istəmir və cavabdeh zorla uşağı qucağına alıb, qışqırda-qışqırda aparır. Bunun səbəbi isə cavabdehin ona və uşağa qarşı həddindən çox kobud davranması, uşaqla normal münasibət qurmamasıdır. Bundan başqa Cavabdeh Danieli ünsiyyət üçün aparanda onunla ata-övlad münasibəti, davranışı yaratmaq yerinə onu özündən uzaqlaşdıran, özünə qarşı nifrət yaradan hərəkətlərə yol vermişdir. 25 dekabr 2022-ci il tarixində saat 13:00-da Cavabdeh Danieli götürmüş, sonra onu Milli parkda yerləşən “Dəniz Mall” Ticarət və əyləncə mərkəzinə aparmış, orada fəaliyyət göstərən “Entertainer” uşaq oyuncaqları mağazasına apararaq mağazadan 1324 (bir min üç yüz iyirmi dörd) manat dəyərində olan oyuncaq əşyalarını almışdır. Həmin oyuncaqları guya Danielə almış kimi mağazada video çəkərək və alış-veriş qəbzini vide oda nümayiş etdirərək, Danielə 1324 manatlıq yeni il hədiyyəsi aldığını göstərmişdir. Həmin videonu özünün “TikTok” sosial şəbəkəsindəki “elvinzeynalov61” səhifəsinə yerləşdirmişdir. Danieli evə gətirəndə isə aldığını nümayiş etdirdiyi oyuncaqları ona verməmişdir və bildirmişdir ki, “bu oyuncaqlar sənə alınmayıb, bacım uşaqları Maqsuda və Məcidə almışam”. Daniel evə gələndə ondan soruşmuşdur ki, oyuncaqlar hanı uşaq isə “papa mənə oyuncaqları vermədi, Maqsudla Məcidə apardı” demişdir. Bu hal ikinci dəfə də, yəni 08 yanvar 2023-cü il tarixində baş vermişdir. Həmin gün Elvin saat 14:30-da Danieli parkda ondan götürmüş, onu şəhərdə fəaliyyət göstərən “Panda Baby” uşaq oyuncaqları mağazasına aparmış, orada 647,60 manat dəyərində olan oyuncaqlar almışdır. Həmin oyuncaqları Danielə aldığını bild irərək və alış-veriş qəbzini video çəkilişlə nümayiş etdirərək, dərhal TikTok sosial şəbəkəsindəki “elvinzeynalov61” səhifəsinə yerləşdirmişdir. Elvin axşam saat 8:00-da Danieli evə gətirəndə isə Danielə aldığını göstərdiyi oyuncaqları yenə ona verməmişdir və yenə bildirmişdir ki, bu oyuncaqlar Maqsudla Məcidindir. Bu hal övladı Danieldə ağır psixoloji zədə yaratmış və o, atası Cavabdeh qarşı nifrət hissini bir daha gücləndirmişdir və onu görmək istəmədiyini bildirir. Azyaşlı övladı Zeynallı Daniel çox həssas uşaqdır və atasının mənfi və kobud hərəkətləri uşaqda çox pis dəyişikliklərə səbəb olur və onun sağlamlığına və psixikasına zərər verir. Övladı Daniel atası ilə hər dəfə görüşəndən sonra evə gələndə kağız və karandaşlar götürüb vəhşi div şəkilləri çəkməyə başlayırdı və hamısını qara k arandaşla çəkirdi. 2022-ci ilin aprel ayından avqust ayına qədər Zeynallı Elvin xəstə olduğuna görə uşaqla görüşməsinə icazə verməmişdir. Həmin müddətlərdə Daniel karandaşlarla şəkillər çəkirdi və bu dəfə rəngli karanadaşlarla güllər,meşələr, ağaclar və sair şəkillər çəkirdi. 2022-ci ilin avqust ayından sonra cavabdeh yenidən Daniellə görüşməyə başladı və o, Danieli aparıb gətirəndən sonra, Daniel yenə də qara karandaşla qara evlər, qara dağlar və qara səma şəkilləri çəkməyə başladı. Bütün bunlar onu göstərir ki, azyaşlı övladı Danielin atası ilə ünsiyyətdə olması, ona həddindən artıq mənfi təsir göstərir və uşaq atasından müsbət mənada heç bir münasibət görmür və cavabdeh ata olaraq, öz azyaşlı övladına isti münasibət göstərmir, əksinə uşağı aparanda onun barəsində uşağa mənfi sözlər deyi r, söyüşlər öyrədir. Bu hal uşaq evə gələndən sonra onun nənəsi və babasına söyüş söyməsi ilə təsdiq olumuşdur. Bütün bunlara əsasən hesab edir ki, Cavabdeh övladı 04 iyul 2018-ci il təvəllüdlü X6 ilə ünsiyyətin qadağan edilməsi barədə qətnamə qəbul edilməlidir. O, mediasiya sessiyasında iştirak etmiş, lakin cavabdeh mediasiya təşkilatına gəlmədiyi üçün tam mediasiya sessiyasına keçməyə razı olmamışdır. Buna görə ona 16 yanvar 2023-cü il tarixli ilkin mediasiya sessiyasında dövlət rüsumunun ödənilməsi haqqında məlumat ərizəni imzalayan şəxs haqqında məlumat, iştirak edilməməsi barədə arayış verilmişdir. Mediasiya sessiyasında iştiraka görə Bakı Sumqayıt Mediasiya Təşkilatının bank hesabına 53 (əlli) manat haqq ödəmişdir. Cavabdeh övladı 04 iyul 2018-ci il təvəllüdlü X6 ilə ünsiyyətdə olm asının, görüşməsinin övladının 10 yaşı tamam olana kimi qadağan edilməsi, mediasiya təşkilatına ödədiyi 53 manat haqqın, məhkəməyə ödənilmiş 50 manat dövlət rüsumunun və məhkəməyə sənədlərin hazırlanması üçün vəkilə ödənilmiş 50 manat hüquqi yardıma görə pulun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Qobustan Rayon Məhkəməsinin (hakim Mirələm Quliyev) xx.xx.2023-cü il tarixli, e2(026)-87/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir.
15. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh övladı Daniellə ünsiyyətdə olmasına dair birinci, apellyasiya və kassasiya məhkəmələrinin qanuni qüvvəyə minmiş qərarları olduğu üçün İddiaçı Cavabdeh 04 iyul 2018-ci il tarixdə anadan olmuş övladı X6 ilə ünsiyyətdə olmasının və görüşməsinin Danielin 10 yaşına ki mi qadağan edilməsinə dair tələbi əsassız olduğundan, habelə iddiaçının mediasiya təşkilatına ödədiyi 53 manat, məhkəməyə ödədiyi 50 manat dövlət rüsumunun və məhkəməyə sənədlərin hazırlanması üçün vəkilə ödədiyi 50 manat pulun cavabdehdən alınıb ona verilməsi tələbinə dair iddiası təmin edilməməlidir.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 50.1, 50.2, 50.3, 61.1, 61.3, 62.1-ci maddələri, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 oktyabr 2011-ci il tarixli “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 6/2011 saylı qərarının 1-ci bəndi, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cu maddələri ilə əsaslandırmışdır. b)Apellyasi ya instansiyası məhkəməsində icraat
17. İddiaçı apellyasiya şikayəti verib, Qobustan Rayon Məhkəməsinin Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(026)-87/2023 nömrəli qətnaməsini ləğv edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tətbiq olunmalı hüquq normalarını tətbiq etməmişdir. İddia tələbi cavabdehin uşaqla ünsiyyətdə olmasının və görüşməsinin qadağan edilməsi ilə əlaqədar olduğundan mübahisəyə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.1, 60.2, 60.3-ci maddələr tətbiq edilməlidir. Bundan başqa, məhkəmə “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbayca n Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 28 oktyabr tarixli 6/2011 saylı qərarının 9-cu bəndini nəzərə almalıdır. Bundan başqa, baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqla ünsiyyət hüququna dair iddia qaldırmadıqları halda Ailə Məcəlləsinin 62.1-ci maddəsinin tətbiqinin yeri yoxdur. Məhkəmə cavabdehin uşaqla görüşməsinin uşağın əqli və psixi inkişafına zərər vura biləcəyini müəyyən etmək məqsədilə məhkəmə psixoloji ekspertizası keçirməmişdir. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır, qanuni və əsaslı deyil. Məhkəmə müəyyən etmişdir ki, Cavabdeh Qarabağ müharibəsində iştirak edərkən soyuqlayaraq vərəm xəstəliyinə tutulmuş və kifayət qədər müalicə aldıqdan sonra onun xəstəliyi ətraf mühit və ailə üzvləri üçün yol uxdurulmayan dərəcədə olmuşdur və təhlükəli deyil. Onun övladı xx.xx.2018-ci il təvəllüdlü X7 ünsiyyət zamanı onun psixoloji vəziyyətinə mənfi təsir etməsi, Danielin atası ilə görüşmək istəməməsi iddiaçı tərəfindən mötəbər sübutlarla təsdiq edilməmişdir. Məhkəmənin müəyyən etdiyi hal sübutlara əsaslanmır. Belə ki, Cavabdeh heç vaxt Qarabağ müharibəsində iştirak etməmişdir və iş materiallarında onun Qarabağ müharibəsi iştirakçısı olduğu barədə sübutlar yoxdur. Cavabdehin oğlu Daniellə ünsiyyət zamanı onun psixoloji vəziyyətinə mənfi təsir etməsi, Danielin atası ilə görüşmək istəməməsi barədə iş materiallarında kifayət qədər mötəbər sübutlar vardır. Oğlu Daniel hər dəfə atası ilə görüşdükdə və görüşdən sonra psixoloji zədə aldığından onu xx.xx.2023-cü il tarixdə (qətnamə çıxarıldıqdan sonra) həkim müayinəsinə aparmışdır. Həkim Danielə müalicə yazmışdır. Ona görə də həkimin tövsiyə vərəqəsini (resepti) birinci instansiya məhkəməsinə təqdim edə bilməmişdir.
19. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 noyabr 2023-cü il tarixli, 2(105)-1274/2023 nömrəli qətnaməsi ilə (hakim L.Rəhimli sədrliyi və məruzəsi ilə, hakimlər İ.Dəmirov və F.Məmmədovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etmişdir:
21. İşin hallarına görə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının qətnamələri, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasının qəra rı ilə Cavabdeh övladı 04 iyul 2018-ci il təvəllüdlü Daniellə ünsiyyətdə olmaq hüququ müəyyən edilmişdir.
22. Beləliklə, cavabdehin uşağı ilə ünsiyyətdə olmasına dair məhkəmənin qanuni qüvvəyə minmiş aktı mövcuddur. Hal-hazırda isə iddiaçı cavabdehin uşaqla ünsiyyətinin qadağan edilməsinə dair qətnamə çıxarılması barədə iddia ərizəsi ilə Qobustan Rayon Məhkəməsinə müraciət etmişdir.
23. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək dəlillərində göstərmişdir ki, birinci instansiya məhkəməsi tətbiq edilməli maddi hüquq normasını tətbiq etməmiş, iş üzrə psixoloji ekspertiza təyin etməmişdir.
24. Məhkəmə kollegiyası əvvəla tətbiq edilməli hüquq norması ilə bağlı onu qeyd edir ki, hazırkı mübahisə cavabdehin uşaqla ünsiyyətinin qadağan edilməsi olsa da mahiyyət etibarı ilə uşaqdan ayrı yaşayan valideynin valideynlik hüququnun həyata keçirilməsi, cavabdehin uşağı ilə ünsiyyət hüququ ilə bağlıdır. Hansı ki, həmin hüququn həyata keçirilməsi ilə bağlı qanuni qüvvəsini almış məhkəmə aktları mövcuddur.
25. Eyni zamanda, məhkəmə kollegiyasının araşdırması zamanı cavabdehin valideynlik hüququnun – uşağı ilə ünsiyyət hüququnun uşağın mənafeyinə zidd olaraq həyata keçirilməsi qənaətinə gəlinməsi üçün əsas müəyyən edilməmişdir. Şikayətin digər dəlili – iş üzrə müvafiq ekspertiza təyin edilməməsi nəzərə alınaraq məhkəmə-psixoloji ekspertiza təyin edillmişdir. Rəylə Cavabdeh hal-hazırda fərdi-psixoloji xüsusiyyətlərində xx.xx.2018-ci il təvəllüdlü X2 emosional-iradi sferasına neqativ təsir göstərə biləcək aqressivlik əlamətləri üzə çıxmadığı müəyyən edilmişdir.
26. Kolle giya, cavabdehin vərəm xəstəliyinin daşıyıcısı olmasına və uşaq üçün təhlükəli olmasına dair apellyantın digər dəlilinə münasibət bildirərək, qeyd edir ki, iddiaçı həmin halı təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir, əksinə iş materiallarından görünür ki, cavabdeh ətraf mühit və ailə üzvləri üçün təhlükəli deyil.
27. Apellyasiya kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 3.0.4, 50.1, 50.2, 50.3, 56.1, 60.1, 60.2, 60.3, 61.1, 61.2, 61.3, “Uşaq hüquqları haqqında” Qanunun 3, 5-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə q ərar qəbul edilməsini xahiş etmişdir.
29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə verilmiş sorğulara cavab olaraq göndərilmiş sənədlərdə cavabdehin stasioner müalicəni davam etdirməsi,”xəstəliyinin ətraf mühit üçün yoluxucu olması” kimi, eyni zamanda bunun əksinə məhkəmə kollegiyası cavabdehin vərəm xəstəliyi ilə əlaqədar məhkəməyə təqdim olunmuş sənədlərə də hüquqi qiymət verməmiş, həmin arayışların məzmununda olan anlaşılmazlıq və təzadların aradan qaldırılması üçün ekspertiza təyin etməmiş və ekspertizanın nəticələrinə dair yekun nəticəyə gəlməklə qərarını qəbul etməli oldugu halda, ekspertizanın aparılmasından imtina etmişdir. Halbuki, məhkəməyə təqdim olunmuş “Azərbaycan Respublikası Tibbi ərazi bölmələrini idarəemə birliyi X15” Bakı baş səhiyyə mərkəzi X15 1 nömr əli X10n tərəfindən verilmiş 28 iyin 2022-ci il tarixli 115 saylı məktubunda göstərilmişdir ki, xx xxxxxx 1989-cu il təvəllüdlü Cavabdeh Uzeyir oglu 30 may 2022-ci il tarixdən “Agciyərin iltifiltrativ vərəmi dağılma mərhləli TQM+,Genexpert pozitiv həssas” dioqnozu ilə stasioner müalicədədir.Hal-hazırda stasioner müalicəni davam etdirir, ətraf mühit üçün yoluxucudur.” “Azərbaycan Respublikası Tibbi ərazi bölmələrini idarəemə birliyi 1 nömrəli X10n tərəfindən verilmiş 13 mart 2023-cu il tarixli məktubda isə yuxarıda qeyd olunan məzmunun əksinə olaraq xəstəliyin ətraf mühit və ailə üzvləri üçün təhlükəli olmaması” kimi biri-digərini təkzib edən və ziddiyyətli tibbi arayışların olması müqabilində, məhkəmə tərəfindən həmin ziddiyyətin aradan qaldırılması və yekun nəticəyə gəlməyə əsas verə bi lən digər tədbirlərin görülməsi zəruri idi. Buna baxmayaraq məhkəmə öz qərarında cavabdehin xəstəliyinin nə dərəcədə onunla ünsiyyətdə ola biləcək ailə üzvü olan az yaşlı və ətraf mühit üçün təhlükəli olub-olmamasına dair iş üzrə müvafiq ekspertiza təyin edilməsindən imtina edərək, yalnız psixoloji ekspertizanın keçirilməsi ilə kifayətlənmişdir. Halbuki, məhkəməyə cavabdehin vərəm xəstəsi olmasına və ya həmin xəstəliyin yoluxucu olub-olmamasına dair təqdim olunmuş sübutların məzmunundakı məlumatlarla baglı şübhələrin aradan qaldırılmasının ən etibarlı üsullarından biri, müxtəlif sübutların müqayisəli təhlil edilməsi və ya iş üzrə əlavə ekspertizanın keçirilməsi idi. Məhkəmə isə obyektiv həqiqətə nail olmaq üçün bu vasitələrdən istifadə etməmiş,gəldiyi nəticəni formal olaraq öz qənaəti ilə əsaslandırmaga çalışmışdır.
30. Kassasiya şikayətində həmçinin qeyd olunmuşdur ki, məhkəmənin əsaslandığı hallardan biri kimi az yaşlı ilə cavabdehin ünsiyyətdə olmasına dair məhkəmələrin qanuni qüvvəsində olan qərarlarının olması səbəbi ilə iddianı rədd etməsi istər maddi huquq normasının mübahisənin düzgün həllinə tətbiqi baxımından və işin faktiki hallarına və tərəflərin qarşllıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Belə ki, ”Valideyinlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq huquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi barədə” -Azərbacan Respublikası Ali Məhkəməsi Plenumunun 28 oktyabr 2011-ci il tarixli 6/2011 saylı qərarının 9.1-ci bəndində qeyd edilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki,uşaqlarla ünsiyyət hüququ ilə bağlı münas ibətlər davam edən xarakter daşıdığı üçün qətnamə qanuni qüvvəyə mindikdən sonra eyni məsələ ilə bağlı məhkəmədə təkrar iddia qaldırmaq hüququ istisna olunmur. Həmin qərarda məhkəmələrə izah edilmişdir ki, uşaqla ünsiyyətdə olmaq onun sağlamlığına zərər vurduqda məhkəmə valideyinin,yaxud uşaq himayəsinə verilmiş digər şəxsin,yaxud da icra məmurunun ərizəsinə əsasən uşağın müəyyən yaş həddinə çatmasına kimi görüşün məhdudlaşdırılması və yaxud həmin müddətdə görüşün qadağan olunması barədə qərar qəbul edə bilər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
32. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfind ən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
33. Hazırki kasassiya baxışının predmetini apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
34. Maddə 261.0.1. İş məhkəmədəvə ya mülki məhkəmə icraatı qaydasındabaxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.
35. Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır.
36. Maddə 262.3.Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrindənəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Maddə 417.1.5. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin259.0.1-259.0.3, 259.0.8 və 259.0.10-cumaddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin261.0.1-261.0.7cimaddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.
39. Maddə 418.4.9. İşə ərazi aidiyyəti və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışsa apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. Kassasiya instansiya məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə icraata xitam verilməsi üçün mülki prosessual qanunvericilikdə müəyyən edilmiş əsaslar mövcuddur. Odur ki, iddiaya mahiyyəti üzrə baxılıb, rədd olunması ilə apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları pozulmuş, bu da iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
41. İlk olaraq qeyd edilməlidir ki, MPM-in normaları mülki məhkəmə icraatının gedişini, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onlarınmümkünlüyünü müəyyən edir. Məcəllədə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur.
42. Ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda bu hüququn, müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Re spublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” AR Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək, onun əsas mahiyyətinə toxunmamalıdır.
1. Mülki prosessual qanunvericilikdə nəzərdə tutulan məhdudiyyətlərlə bağlı qeyd olunmalıdır ki, hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət etməlidir. Eyni zamanda, yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiy yətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir.
2. MPM-də məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran bir sıra amillər nəzərdə tutulmuşdur. Belə məhdudlaşdırıcı tədbirlərdən biri də icra icraatı üzrə mülki məhkəmə nəzarəti qaydasında baxılmalı olan işə mülki qaydada, yəni iddia icraat qaydasında baxılmasıdır. Qeyd olunan halda verilmiş iddia ərizəsinin qəbulundan MPM-in 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddia məhkəmənin icraatına qəbul edildiyi halda isə MPM-in 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir.
3. İşin halları ilə müəyyən olunur ki, iddiaçının tə ləbi uşağın 10 yaşına çatanədək ünsiyyət hüququ verilmiş ataya ünsiyyətin qadağan edilməsi ilə bağlıdır.
4. Məhkəmə kollegiyası ilk olaraq izah edir ki, Mülki Prosessual Məcəlləsinin 261.0.1- ci maddəsində nəzərdə tutulmuş “iş məhkəmədə baxılmalı deyildirsə müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, eləcə də iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati, inzibati xətalara dair işlər üzrə icraat və ya icra icraatı) baxılmalı olmasını ehtiva edir.
5. Qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar(Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair02 sentyabr 2015-ci il tarixli qərarı). 6. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun20.5-ci maddəsinə görə, tərəfləricra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədidigər orqanlar tərəfindən verildikdə,icraməmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi özünün aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli qərarı). 7. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarəticra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərəkqətnamənin icrasının təmin edilməsi və icra sən ədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda,icra məmuruhəmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir.
8. İcra sənədini vermiş məhkəməninicra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarətetmək funksiyası, həmçinin“İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir. İcra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyə t şərti olaraq iki hissəyə ayrıla bilər: 1) icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır. 2) icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır.
9. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. MPM-in 228-232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir.
10. Bu baxımdan baxılan iş üzrə irəli sürülmüş tələbin mahiyyətinə diqqət yetirdikdə aydın olur ki, iddiaçının tələbi faktiki olaraq qətnamənin icrasına müəyyən müddət üçün möhlət verilməsi (uşağın 10 yaşına çatanadək ata ilə ünsiyyətinin qadağan edilməsi) ilə bağlıdır.
11. Bu tələbə isə ümumi iddia icraatı qaydasında baxılaraq işi mahiyyəti üzrə həll edən qətnamə qəbul edilməsi yolverilən hesab edilə bilməz.
12. Çünki mülki prosessual qanunvericilik qətnamənin icrasına möhlət verilməsi ilə bağlı ayrıca icraat növü və prosessual qaydalar (MPM 231.1, 231.2) müəyyən etmişdir. Belə qaydanın müəyyən edilməsi isə qətnamənin icrasına nəzarət funksiyasının həyata keçiri lməsinə xidmət edir.
13. Mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqlar, o cümlədən bütövlükdə hüquq münasibətləri aid edilir. Təsbit olunmuş mülki hüquqların müdafiə vasitələrini nəzərə alaraq iddiaçı məhkəmədən: 1) cavabdehi hər hansı hərəkəti yerinə yetirməyə məcbur etməyi və ya belə hərəkəti etməkdən çəkindirməyi; 2) hüquq münasibətlərinin, subyektiv hüquqların və ya öhdəliklərin mövcudluğunu və ya onların olmamasını etiraf etməyi tələb edə bilər və ya 3) iddiaçının tələbi əsasında məhkəmə hüquq münasibətlərini dəyişdirə və ya onlara xitam verə bilər. Bu zaman iddianın predmetini tərəflər arasında mövcud münasibətlərin dəyişdirilməsinə və ya onlara xitam veril məsinə dair iddiaçının birtərəfli iradə ifadəsi təşkil edir. İddianın obyekti - iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri-yaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir(Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “MPM-in 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 2012-ci il 27 avqust tarixli qərarı).
14. Məhkəmə qətnaməsinin icra üsulları iş üzrə tərəflərdən birinin pozulmuş hüquqlarının bərpasına yönəlmiş hərəkətlər sistemini nəzərdə tutur. Məhkəmə qətnaməsinin icra qaydası isə müvafiq məhkəmə aktının icra üsullarının məzmununu təşkil edən, müəyyən ardıcıllıqla və müvafiq qaydalara riayət etməklə yerinə yetirilən hərəkətlərin məcmusudur(Konstitusiya Məhkəməsi Plenumunun “MPM-in 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 22 may tarixli qərarı).
15. Nəzərə alınmalıdır ki, ünsiyyət hüququnun müəyyən olunması barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin hüquqla bağlı tələbə (qeyd olunan “tələb” ifadəsi prosessual mənada iddianın irəli sürülməsini deyil, bu məsələyə dair müraciət etmək imkanını nəzərdə tutur.) baxıldıqda, ünsiyyət hüquq yenidən müəyyən olunmur, yalnız ünsiyyətin müəyyən edilmiş qaydası dəyişməyə (bu icra üsulunun, qaydasının dəyişməsi, möhlət verilməsi) məruz qalır.
16. Bu baxımdan ünsiyyət hüququnun müəyyən edilməsi ilə bağlı icra qaydası müəyyən edildikdən sonra yeni əsaslar yaranarsa maraqlı şəxsin bu barədə müraciətlərinə MPMnin 231.1-ci maddəsində nəzərdə tutulmuş icra icraatı qaydasında baxılaraq, həll edilməlidir.
17. Qanunvericiliyin şərtləşdirdiyi qaydada icra qaydasının müəyyən edilməsi, habelə onun ləğvi və dəyişdirilməsi ilə bağlı müraciətlərə yuxarıda göstərilən qaydada baxılması prosessual qənaət prinsipi baxımından da əlverişli olmaqla, məsələlərin daha çevik və qısa müddətlərdə həllinə imkan vermiş olur.
18. Bu baxımdan, qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən olunmuş ünsiyyət hüququ ilə bağlı icra qaydasının ləğvi və yaxud dəyişdirilməsi ilə bağlı müraciətlər iddia icraatı qaydasında verildikdə MPM-in 153.2.1-ci maddəsinə əsasən, iddia ərizəsinin qəbulundan imtina olunmalı, iş səhvən icraata qəbul edildikdə isə MPM-in 261.0.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməlidir. Hər iki halda, iddiaçı ya MPM-in 231.1-ci maddəsinə əsasən qətnamənin icra qaydasının müəyyən edilməsi barədə ərizə ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.
19. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş üzrə icraata xitam verilməli, iddiaçıya qətnamənin icra qaydasının müəyyən edilməsi barədə ərizə ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.
20. Göstərilənlərə əsasən və MPM-in 261, 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin olunsun. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1274/2023 nömrə li iş üzrə 15 noyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. İddiaçı qətnamənin icra qaydasının müəyyən edilməsi barədə ərizə ilə aidiyyəti məhkəməyə müraciət edə bilər. Qərar qəbul edildiyi andan qüvvəyə minir.