Məhkəmə qərarları › İş №2(102)-1369/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1369/2024

07.05.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1369/2024 07.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: özbaşına tikili, yaşayış sahəsindən çıxarma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “cehiz əmlakları ilə birlikdə evdən çıxarılma” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1801/2023 nömrəli, 26 oktyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati bin asında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Sumqayıt şəhəri, Yeni yaşayış massivi 4 “A”, 963 “B” ünvanında yerləşən yaşayış sahəsinin (bundan sonra – mübahisəli ev) inşası 2008-ci ilədək yekunlaşmışdır. Tikili daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.

2. Cavabdeh (bundan sonra – cavabdeh) 2012-ci ildə İddiaçı (bundan sonra – iddiaçı) oğlu İlqar Əmirhəmzəyevlə rəsmi nikaha daxil olaraq, mübahisəli evə gəlin köçmüş, orada yaşamış, hal-hazırda nikah məhkəmə qaydasında pozulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh və onun yetkinlik yaşına çatmayan uşaqları - xx.xx.2013-cü il təvəllüdlü Məryəm, xx.xx.2016-cı il tə vəllüdlü Mədinə və xx.xx.2020-ci il təvəllüdlü Davud, həmçinin cehiz əmlakları ilə birlikdə mübahisəli evdən çıxarılmasını xahiş etmişdir

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, evi 2005-ci ildə öz vəsaiti hesabına tikmişdir. Evi tikdikdən sonra həmin evdə qızı Vəsilə ailəsi ilə birlikdə 2005-ci ildən 2007-ci ilə kimi yaşamışdır. Daha sonra qızı ev aldığı üçün oradan çıxmış, digər qızı Leyla ailəsi ilə birlikdə həmin evdə 2007-ci ildən 2008-ci ilə kimi yaşamışdır. Daha sonra həmin qızı da ev almış və evdən çıxmışdır. Bundan sonra, evi bir müddət kirayəyə vermişdir. xx.xx.2012-ci ildə oğlu İlqar Əmirhəmzəyev cavabdeh ilə rəsmi nikaha daxil olmaqla, ailə həyatı qurmuşdur. Onların yaşamağa evləri olmadığı üçün icazə vermişdir ki, müvəqqəti olaraq burada yaşasınlar. Onlar bir ailə kimi h əmin evdə yaşamışlar. Xasiyyətləri uyğun gəlmədiyindən oğlu ilə cavabdehin nikahı məhkəmə qaydasında pozulmuş, uşaqların cavabdehin yanında qalması qət edilmiş və onların saxlanması üçün aliment müəyyən olunmuşdur. Bundan sonra, cavabdeh oğlunu evdən çıxarmışdır. Hazırda bu evdə cavabdeh və uşaqları yaşayır. Həm rəsmi, həm də faktiki olaraq onlar ər-arvad deyillər. Ona görə də hesab edir ki, cavabdeh və onun yetkinlik yaşına çatmayan uşaqları ona məxsus evdən cehiz əmlakları ilə birlikdə çıxarılmalıdır.

5. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, artıq 11 ildir bu evdə yaşayır. Həmin ev onun keçmiş həyat yoldaşı İlqar Əmirhəmzəyevin vəsaiti ilə tikilmiş və birgə yaşadıqları müddətdə öz vəsaitləri hesabına evdə bəzi təmir işlərini aparmışla r. İki mərtəbədən ibarət olan evin birinci mərtəbəsində yerləşən üç otağında onun əmlakları yerləşməklə, bu gün onun və üç azyaşlı övladının istifadəsindədir və onun yeganə yaşayış yeridir. Dəfələrlə iddiaçı özü də ona bildirmişdir ki, bu evi İlqarın Rusiyadan göndərdiyi pul hesabına tikmiş və ev onun uşaqlarınındır. Aralarındakı münasibətlər pozulduqdan sonra iddiaçı ona qarşı bu iddianı qaldırmışdır, halbuki ev üzərində onun mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmamış və özü evə daimi olaraq köçürmüşdür. Evin “kombi” və istilik sistemini atası öz şəxsi vəsaiti ilə çəkmişdir. İddianın hüquqi əsası yoxdur.

6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, Nümayəndə ilə onun atası qohumdurlar. Xasay qızının evinə “kombi” sistemi çəkdirmək istəyirdi. Onun “ kombi” satışı ilə məşğul olan İlqar adlı tanışı olmuş, Xasayı onunla tanış etmişdir. Xasay ondan nisyə “kombi” almışdır. “Kombi”ni evə o quraşdırmış və usta haqqını almışdır. “Kombi” sistemi alınması üçün 5.000 manat vəsait xərclənmişdir. “Kombi” sistemi 2012-ci ilin qış aylarına yaxın bir vaxtda quraşdırılmışdır. Ev Yaşıldərədə yerləşir.

7. X7 ifadəsində bildirmişdir ki, Xasayı 2000-ci ildən tanıyır. Onun dükanına mal vermişdir. Xasay ondan 2012-ci ildə 500-600 manatlıq dondurma götürmüşdür. O, ailə probleminin olduğunu deyərək, həmin pulu yubadacağını demiş və ondan gözləməsini xahiş etmişdir. O, qızının toyunun təzə olduğunu və onun evinə “kombi” quraşdırmaq istədiyini bildirmişdir. Xasay həmin pulu 1 ilə ona vermişdir.

8. X2 ifadəsində cavabdehlə birlikdə nikahdan sonra köçdükləri mü bahisəli evdə onlar yaşamağa başladıqdan sonra hər hansı təmir işləri görülmədiyini, eləcə də cavabdehin atası tərəfindən “kombi” istilik sisteminin çəkilmədiyini bildirmişdir. Ev onlar məskunlaşdığı vaxt yaşayış üçün tam yararlı olmuş, əvvəllər də bacıları ailələri ilə ayrı-ayrı dövrlərdə orada yaşamışlar. Bu ev iş üzrə iddiaçı – onun anası tərəfindən öz vəsaiti hesabına 2005-ci ildə tikilmişdir.

9. X1 və X4 oxşar məzmunlu ifadələr verərək, bildirmişlər ki, mübahisəli ev anaları – iddiaçı tərəfindən əsasən onun vəsaiti və onların hər birinin köməyi ilə 2005-ci ildə tikilmişdir. Bu evdə 2005-2007-ci illərdə Vəsilə ailəsi ilə birlikdə yaşamış, sonra isə Leyla 2007-2008-ci illərdə məskunlaşmışdır. Ev yaşayış üçün tam yararlı, təmirli və şəraitli olmuşdur. Qardaşları yaşadığı dövrdə də evə qo naq getmiş və hər hansı təmir işinin aparıldığını görməmişlər. “Kombi” sistemi isə onlar yaşadığı vaxtdan mövcud olmuşdur.

10. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(060)-1523/2023 nömrəli, 6 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim Əfqan Ələkbərov) iddia təmin edilmişdir.

11. Məhkəmə müəyyən etmişdir ki, mübahisəli ev cavabdehin oraya köçməsindən əvvəl tikilmiş, yaşayış üçün şəraitli olmuş, cavabdehdən əvvəl onun keçmiş ərinin bacıları ailələri ilə birlikdə müxtəlif vaxtlarda orada yaşamışlar. Mübahisəli evə və yerləşdiyi torpaq sahəsinə dair tərəflərin hüquq müəyyənedici sənədləri mövcud deyil. Cavabdeh sözügedən yaşayış sahəsinə 2012-ci ildə köçmüş, kommunal xidmətlər (su, işıq, qaz) üzrə müqavilələr iddiaçı ilə bağlanmışdır.

12. Məhkəmə mübahisə li evin cavabdehin keçmiş ərinin vəsaiti hesabına tikilməsi və sonuncular oraya köçdükdən sonra orada əsaslı təmir, həmçinin yenidənqurma işlərinin görülüb-görülməməsinə dair işin mübahisəli hallarına münasibətdə qeyd etmişdir ki, hazırkı iş üzrə iddia özbaşına tikili olan yaşayış sahəsindən çıxarılma olduğundan və bu məsələləri birbaşa tənzimləyən maddi hüquq norması olmadığından, hazırkı mübahisə analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməlidir.

13. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında münasibətlər xx.xx.2012-ci il tarixində (cavabdehin mübahisə predmeti olan yaşayış sahəsinə gəlin köçdüyü tarixdən) yarandığından qanunun analogiyası üzrə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 1 oktyabr 2009-cu il tarixli Azərbaycan Re spublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır.

14. Məhkəmə qeyd etmişdir ki, cavabdeh iddiaçının ailə üzvü və digər qohumu olmadığından, eləcə də onunla birgə yaşamadığından onun mübahisəli yaşayış sahəsindən istifadə hüququ mövcud deyildir. Cavabdeh mübahisəli evdə heç bir hüquqi əsas olmadan yaşayır. Həmçinin onun cehiz əmlakı da həmin evdədir. İddia cavabdehin sözügedən evdən çıxarılması hissəsində əsaslı olduğundan onun övladlarının və cehiz əmlakının da mübahisəli yaşayış sahəsindən kənarlaşdırılması tələbində də haqlıdır. Belə ki, iddiaçının öz vəsaiti hesabına tikilmiş yaşayış sahəsindən istifadəsi hər hansı qanunsuz məhdudlaşdırmaya məruz qalmamalıdır. Sözügedən evin əsasən iddiaçının vəsaiti hesabına cavabdehin oraya köçməsindən xeyli əvvəl tam və yaşayışa yararlı ş əkildə inşa edilməsi şahid ifadələri və işin faktiki halları ilə sübuta yetirilmişdir. Şahid ifadələri ilə təsdiq olunan və cavabdehin nümayəndəsinin mübahisələndirmədiyi, iddiaçının qızlarının cavabdehdən bir neçə il öncə bu yaşayış sahəsində yaşamaları, eləcə də iddiaçı ilə nikaha girməzdən əvvəl onun keçmiş ərinin – iddiaçının oğlunun həmin evdə məskunlaşmaması kimi işin faktiki halları sözügedən evin cavabdehin oraya köçməsindən xeyli qabaq inşa edilməsi, yaşayışa yararlılığı, eləcə də iddiaçının vəsaiti hesabına tikilməsi nəticəsinə gəlməyə əsas verir.

15. Məhkəmə cavabdehin mübahisəli evin keçmiş həyat yoldaşının və sonuncunun qardaşının vəsaiti hesabına tikilməsi, onların nikah dövründə həyətdə beton döşəmə tökülməsi və darvazanın yenisi ilə dəyişdirilməsi, eləcə də özü tərəfindən “ kombi” istilik sisteminin qurulması barədə dəlillərini onu təsdiq edən hər hansı sübut təqdim edilmədiyindən, eləcə də bu hal işin faktiki halları ilə təsdiqini tapmadığından əsassız hesab etmişdir. Belə ki, o, bu dəlillərindən birində - özünün vəsaiti hesabına sözügedən yaşayış sahəsində “kombi” istilik sisteminin qurulması barədə sübut qismində şahid X6 ifadəsinə əsaslanmış, lakin bu hal digər şahid ifadələri və yuxarıda göstərilən işin faktiki halları ilə təkzib olunmuşdur.

16. Məhkəmə hesab etmişdir ki, hətta həmin dəlil sübut olunsaydı belə, bu, sözügedən tikiliyə əsaslı vəsait sərfi kimi qiymətləndirilə bilməz. Çünki iddia olunan sərmayə mübahisəli evin inşa edilməsinə və konstruksiya dəyişikliyinə xərclənməmiş, həmçinin həmin “kombi” sistemi və ya komponentləri sökülə və ya onun p ulu tələb edilə bilər.

17. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.4cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157.2, 157.8, 180.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

18. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

19. Apellyasiya şikayəti iddiaya etirazın dəlillər inə uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, iddiaçının evdə qızlarının yaşaması ilə bağlı gətirdiyi dəlillər tam əsassızdır. Çünki həmin dövrlərdə ev ümumiyyətlə yaşamaq üçün uyğun olmamış, kommunal xidmətlərlə təchiz olunmamışdır. Məhkəmənin hansı əsaslarla evin əvvəlcədən tikilməsi, yaşayış şəraitinin olması və orada iddiaçının qızlarının müxtəlif vaxtlarda ailələri ilə birlikdə yaşamalarını mübahisəsiz adlandırması sual doğurur. Məhkəmə iclasına dəvət edilmiş iki şahid bu mübahisəsiz hallara əks ifadə verib. Məhkəmə isə iddiaçının ailə üzvlərinin ifadəsinə əsasən bu halları mübahisəsiz adlandırıb.

20. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-1801/2023 nömrəli, 26 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (h akimlər İlqar Dəmirov (sədrlik edən və məruzəçi) Lalə Rəhimli və Fuad Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmışdır. Məhkəmə cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətində mübahisəli evin keçmiş həyat yoldaşı İlqar Əmirhəmzəyevin vəsaiti ilə tikildiyini və birgə yaşadıqları müddətdə öz vəsaitləri hesabına bu evdə bəzi təmir işlərini aparıldığını qeyd etsə də, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X5 ifadəsində cavabdehlə birlikdə nikahdan sonra köçdükləri mübahisəli evdə onların yaşamağa başladıqdan sonra hər hansı təmir işləri görülmədiyini bildirmişdir. O, eyni zamanda qeyd etmişdir ki, ev onlar məskunlaşdığı vaxt yaşayış üçün tam yararlı olmuş, əvvəllər də bacıları ailələri ilə ayrı-ayrı dövrlərdə orada yaşamışlar. Bu ev iş üzrə iddiaçı – onun anası tərəfindən öz vəsaiti hesabına 2005-ci ildə tikilmişdir. Cavabdeh şahidin ifadələrini təkzib edəcək hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.

22. İşin müəyyən olunan halına görə cavabdeh mübahisəli evdən istifadə edən və yaşayan iddiaçının ailə üzvü deyildir və həmin yaşayış yerində istifadə hüququ olmamaqla yaşayır. Cavabdehin iddiaya etirazında mübahisəli evə özü tərəfindən “kombi” istilik sisteminin qurulmasını göstərməsi onun evin inşa olunmasında iştirakını və ya evə dair hər hansı bir hüquq əldə etməsini təsdiq edə bilməz. Mübahisəli evə dair kommunal xidm ətlər (su, işıq, qaz) üzrə müqavilələr hələ cavabdeh mübahisəli evə köçməmişdən əvvəl iddiaçı ilə bağlanmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir.

24. Kassasiya şikayəti iddiaya etirazın və apellyasiya şikayətinin dəlilərinə uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, iddiaçının iddia tələbini irəli sürməyə subyektiv hüququ yoxdur. Çünki onun əmlak üzərində hüquq ixtiyarı mövcud deyil. Mübahisəli ev özbaşına tikilidir, heç bir sənədi olmamaqla, dövlət reyestrində qeydiyyata alınmayıb. Ev üzərində heç kimin mülkiyyət hüququ yoxdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

26. Maddə

25. İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİ. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. İİİ. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.

27. Maddə 33, İ hissə. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır.

28. Maddə 43, İ hissə. Heç kəs yaşadığı mənz ildən qanunsuz məhrum edilə bilməz.

29. Maddə 71, İ hissə. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi...

31. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.

32. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozun tuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.

33. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

34. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

35. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

36. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

37. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçis i ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

38. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mülki Prosessual Məcəllə

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş pr osessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

47. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edil miş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

49. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

50. Apellyasiya instansiyası məhkəməsinin aktını kassasiya şikayətinin dəlilləri əsasında yoxlayan Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin dəlillər əsasında ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.

51. Kassasiya şikayətinin dəlillərində qe yd olunan hüquqi məsələlərə əsasən birinci və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.

52. Nəzərə alınmalıdır ki, mülki qanunvericilikdə özbaşına tikililərlə bağlı hüquq münasibətləri Mülki Məcəllənin 180-ci maddəsi ilə tənzimlənir. Həmin maddə özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququ əldə etmədiyi, həmin tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı barədə qayda müəyyən etsə də, tikinti aparılmış torpaq sahəsi mülkiyyətində olan şəxsin özbaşına tikintiyə mülkiyyət hüququnun məhkəmə tərəfindən tanınmasını istisna etmir. Bu baxımdan qanunverici özbaşına tikilidə yaşayan şəxslərin həmin tikiliyə istifadə hüquqlarını da tanımır.

53. Bununla yanaşı, özbaşına tikilini inşa edərək, ona faktiki sahiblik edən şəxslərlə yaşayış sahəsi kimi istifadə olunan belə tikililərdə yaşayan digər şəxslər arasında həmin tikililərə köçürmə və ya çıxarma ilə bağlı mübahisələr yaranır və məhkəmələr tərəfindən həmin mübahisələrə baxılır. Bu cür mübahisələr üzrə araşdırmanın predmetini tərəflərin həmin tikiliyə mülkiyyət (istifadə) hüquqlarının yaranıb-yaranmadığı, tikilinin yerləşdiyi torpaq sahəsinin hüquqi rejimi və təyinatı deyil, inşa edilmiş tikilinin faydalı xassələrindən istifadə etməyin qanuni imkanları təşkil edir.

54. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Əsas Qanunun 25-ci maddəsinə müvafiq olaraq isə hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimi yyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.

55. Mülki Məcəllənin 6.1.1-ci maddəsi mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir.

56. Bərabərlik prinsipinə uyğun olaraq əgər şəxsin özbaşına tikilinin inşasında və yaxud yaşayış üçün yararlı vəziyyətə gətirilməsində əhəmiyyətli maddi töhfəsi və səyləri varsa, onun eyni əsaslarla həmin tikilidə faktiki yaşayan digər şəxslərlə birlikdə eyni şərtlər daxilində həmin tikilidən yararlanmaq imkanı tanınmalıdır. Oxşar mübahisələrə baxarkən məhkəmələr qeyd olunan halların mövcud olduğunu, ötən dövr ərzində tərəflərin eyni şərtlər daxilində həmin tikilidə yaşadığını müəyyən edərsə, cavabdeh(lər)in tikilidən çıxarılması tələbini təmi n etməkdən imtina edə bilərlər.

57. Baxılan iş üzrə məhkəmələr tərəfindən mübahisəli tikilinin iddiaçının oğlu ilə cavabdeh nikaha daxil olaraq mübahisəli evə köçməmişdən əvvəl, iddiaçı tərəfindən inşa edildiyi, yaşamaq üçün yararlı hala gətirildiyi, onun və digər ailə üzvlərinin sahiblik və istifadəsində olduğu, hazırda iddiaçının oğlu ilə cavabdeh arasında ailə münasibətlərini xitam verildiyi, cavabdehin onun ailə üzvü olmadığı müəyyən olunmuşdur. Bu baxımdan məhkəmələr qanuni və əsaslı olaraq iddianın təmin olunması barədə nəticəyə gəlmişdir.

58. Cavabdehin kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilm ir.

59. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

60. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1801/2023 nömrəli, 26 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar