Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1370/2022 15.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək haqqının və digər pul vəsaitinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.11.2021-ci il tarixli, 2(103)10517/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 15 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdeh MMC ilə bağlanmış 01 iyul 2016-cı il tarixli əmək müqaviləsinə əsasən müəssisədə bir ay sınaq müddəti ilə anbardar vəzifəsinə işə qəbul olunmuş və əmək haqqı 85 manat müəyyən edilmişdir (səh. 50-53).
2. Cavabdeh MMC üzrə 18.01.2021-ci il tarixli, U/18-01-21/1486-2-1 nömrəli əmrlə İddiaçı müəssisəyə maddi zərər vurulmasına görə 18.01.2021-ci il tarixdən müvəqqəti işdən kənarlaşdırılmışdır.
3. Kart hesabı çıxarış məlumatlarında Cavabdeh MMC tərəfindən iddiaçının kart hesabına 2020-ci ilin 17 iyul tarixinədək stabil olaraq 237,75 manat məbləğində pul vəsaitinin ödənildiyi, sonrakı mədaxillər isə kəsrlə ödənildiyi müəyyən olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə mü raciət edərək, cavabdeh tərəfindən ödənilməmiş 7 ayın əmək haqqı olaraq 5250 manat məbləğində pul vəsaitinin, istifadə olunmamış əmək məzuniyyətinin pulla əvəzinin, cavabdehin təqsiri nəticəsində əmək haqqının gecikdirilməsi ilə bağlı hər gecikdirilmiş gün üçün əmək haqqının azı 1 faizi məbləğində ödənişin hesablanaraq cavabdehdən onun xeyrinə tutulması, habelə vurulmuş mənəvi zərərin əvəzi kimi 3.000 manatının cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh MMC tərəfindən 2016-cı ildə anbardar kimi işə qəbul edilmişdir və ona hər ay üçün 250 manat məbləğində əmək haqqı təyin edilmişdir. Həmin maaş bank kartına köçürülmüş, aralarındaki razılığa əsasən, hər ay əlavə 400500 manat əmək haqqı ilə cavabdeh tərəfin dən əlbəəl təqdim edilmişdir. 23 yanvar 2021-ci il tarixi iddiaçının sonuncu iş günü olmuş, bundan sonra o, işə buraxılmamışdır. İddiaçı hansı səbəbdən işə buraxılmadığını öyrənməyə çalışsa da, ona cavab verilməmişdir. Həmçinin pandemiya ödvründə əmək haqqı tam şəkildə ödənilməmiş, 2020-ci ilin oktyabr-noyabr aylarında əmək haqqı kartına 120 manat pul köçürülmüşdür. 2020-ci ilin oktyabr, noyabr, dekabr, 2021-ci ilin yanvar, fevral, mart, aprel ayları və əmək müqaviləsinə xitam verildiyi günə qədər əmək haqqı hesablanaraq ödənilməlidir. Lakin ona 1750 manat, əlavə aylıq hesablama üzrə 2800-3500 manat ödəniş edilməmiş əmək haqqı qalmaqdadır. Cavabdeh həmin puldan 120 manatını vermişdir. Bundan başqa, cavabdeh tərəfindən əmək kitabçasının verilməməsi səbəbindən iddiaçı işləyə bilməmiş, borc a lmağa məcbur qalmış, nəticədə maddi zərərə məruz qalmış, həmçinin dəfələrlə stress keçirmiş, həm də mənəvi zərərə uğramışdır. Belə ki, əmək haqqından məhrum olması, sonda maddi vəziyyətinin pisləşməsi psixikasına ciddi təsir etmiş, sağlamlığı pozulmuşdur.
6. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında iştirak etməmiş, iddiaya yazılı münasibətini də bildirməmişdir.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5092/2021 saylı, 27.07.2021-ci il tarixli, qətnaməsi ilə (hakim Etibar Mustafayev) iddia qismən təmin edilərək, İddiaçı ödənilməmiş yeddi ayın əmək haqqı, istifadə olunmamış əmək məzuniyyətinin pulla kompensasiyası, həmçinin əmək haqqının gecikdirilməsi ilə bağlı hər gecikdirilmiş gün üçün əmək haqqının 1 faizi miqdarında pul məbləğinin Cavabdeh MMC tərəfindən hesablanaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, dövlət rüsumunun əvəzi kimi 15 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq dövlət nəfinə ödənilməsi qət edilmişdir.
8. Cavabdeh tərəfindən iddiaçıya bir neçə ay əmək haqqının verilmədiyi və ya əmək müqaviləsində nəzərdə tutulmuş məbləğdən az verilməsi müəyyən edilsə də, iddiaçı tərəfindən ona ödənilməmiş əmək haqqının hansı səbəbdən məhz 5250 manat təşkil etməsini təsdiq edən hər-hansı sübut təqdim olunmadığından məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya ödənilməmiş 7 ayın əmək haqqı hesablanaraq ödənilməlidir
9. Məhkəmə hesab etmişdir ki, iddiaçının tələbi istifadə edilməmiş məzuniyyətin pulla əvəzinin ödənilməsi hissəsində də haqlı olduğundan iddia bu hissədə də təmin edilməli, onun istifadə olu nmamış məzuniyyətin pulla əvəzi hesablanaraq cavabdeh tərəfindən ödənilməlidir.
10. İddia tələbinin mənəvi zərər hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008- ci il tarixli, 7 saylı qərarına göstərilir ki, “məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğd ə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüs usi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.” 11 İddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona mənəvi zərərin vurulduğunu, zərərin əvəzinin 3000 manat təşkil etdiyini göstərsə də, mənəvi zərərin konkret nədən ibarət olmasını, habelə, zərərin miqdarının hansı səbəbdən 3000 manat olmasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim etmədiyindən, məhkəmə hesab etmişdir ki, iddia mənəvi zərərin tutulması hissəsində də rədd edilməlidir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinə və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12, 83 və 172-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 2(001)-5092/2021 saylı, 27.07.2021-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.11.2021-ci il tarixli, 2(103)10517/2021 saylı qətnaməsi ilə (hakimlər A.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), T.Səmədov və İ.Şirinov) Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5092/2021 saylı, 27.07.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan kart hesabı çıxarışından görünür ki, cavabdeh tərəfindən iddiaçının kart hesabına 237,75 manat əmək haqqı qismində mədaxil sonuncu dəfə 17 iyul 2020-ci il tarixdə ed ilmiş, mədaxilin təyinatı bölməsindən müəyyən olunur ki, həmin ödəniş 2020-ci ilin may ayının əmək haqqıdır. Sonrakı ödənişlər 08 dekabr 2020-ci il tarixdə 2020-ci ilin avqust ayının əmək haqqı qismində 241,4 manat, 10 dekabr 2020-ci il tarixdə 2020-ci ilin avqust ayının əmək haqqı qismində 30 manat, 05 yanvar 2021-ci il tarixdə 2020ci ilin oktyabr ayının əmək haqqı qismində 120,62 manat, 18 fevral 2021-ci il tarixdə 2020-ci ilin noyabr ayının əmək haqqı qismində 120,62 manat, 18 mart 2021- ci il tarixdə 2020-ci ilin dekabr ayının əmək haqqı kimi 120,62 manat, 2021-ci ilin yanvar ayının əmək haqqı kimi 119,37 manat edilmişdir. Yəni, faktiki olaraq müəyyən edilir ki, 17 iyul 2020-ci il tarixdən sonrakı dövr ərzində iddiaçıya tam həcmdə əmək haqqı ödənişi edilməmişdir. Bu hal Azərbaycan Resp ublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən İddiaçı ünvanlandırılmış məktubda da öz əksini tapır.
16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya bir neçə ay əmək haqqının verilmədiyi və ya əmək müqaviləsində nəzərdə tutulmuş məbləğdən az verilməsi müəyyən edilsə də, iddiaçı tərəfindən ona ödənilməmiş əmək haqqının hansı səbəbdən məhz 5250 manat təşkil etməsini təsdiq edən hər hansı sübut təqdim olunmamışdır. Buna görə də apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya ödənilməmiş 7 aylıq əmək haqqının (250x7=1750) hesablanaraq ödənilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdu r.
17. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin hər gecikdirilmiş gün üçün əmək haqqının azı 1%-i məbləğində ödənc verilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir
18. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının əmək haqqı gecikdirildiyindən və bu hal fərdi əmək mübahisəsi yaratmadığından iddianın gecikdirilmiş əmək haqqına görə 1 faiz miqdarında ödənc tutulması hissəsində təmin edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmuşdur.
19. İddia tələbinin mənəvi zərərlə bağlı hissəsinə münasibətdə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarına istinad edilməsini zəruri hesab etmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçı göstərilən iddia tələbi üzrə mənəvi zərərin vurulmasına dair hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən, iddia tələbinin mənəvi ziyanın ödənilməsinə dair hissəsinin rədd edilməsində birinci instansiya məhkəməsi haqlı olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şika yətinin dəlilləri
21. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 178.1-ci maddəsinə əsasən işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. Göründüyü kimi, qanunvericilikdə işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödənilməsi qeyd olunubdur. Bununla bağlı qeyd edir ki, işçi tərəfindən 7 ay müddətində heç bir iş görülməyib. Cəmiyyətin 18.01.2021-ci il tarixli əmrinə əsasən cəmiyyətdə 20 litrə lik su balonlarının oğurlanması aşkar edildiyindən, bununla bağlı araşdırma aparıldıqdan cəmiyyətə maddi zərər dəydiyindən müvəqqəti olaraq iddiaçı və digər şəxslər işdən kənarlaşdırılmışlar. Lakin məhkəmə bu halları nəzərə almamışdır. Azərbaycan RespublikasıMülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya)ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Lakin işə baxmış məhkəmənin qətnaməsinə əsasən hansı məbləğin verilməsi bəlli deyil. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə
2. Azərbaycan Resp ublikası Əmək Məcəlləsinin vəzifələri və prinsipləri
3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin: mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Maddə
12. İşəgötürənin əsas vəzifələri və məsuliyyəti
1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; Maddə
9. Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: d) qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan ə mək haqqı almaq. Maddə
110. İşçilərin məzuniyyət hüququ 110.1. İşçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. 110.3. İşçilərin bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz. Maddə
154. Əmək haqqı
1. Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Maddə
156. Əməyinin ödənilməsi və onun dərəcələrinin müəyyən edilməsi
1. Əmək ha qqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. Maddə
169. Boşdayanma vaxtı əməyin ödənilməsi
1. Boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. Maddə
172. Əmək haqqının verilməsi müddətləri
1. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işç ilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
80. Sübutların aid edilməsi Məhkəmə iş in gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər; Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilmə sinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
26. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
27. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstə sna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
28. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
29. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən cavabdehin kassasiya şikayəti təmin olunmalı, qətnamə iddianın təmin olunan hissəsində ləğv edilməli və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
31. İddia tələbi işçinin əmək haqqının ödənilməsi barədədir və iddia tələbi Əmək Məcəlləsinin 9-cu maddəsinin d) bəndi, 154 və 172-ci maddələrinin müddəalar ı əsasında həll olunmalıdır.
32. Həmin normalar işçinin qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan məbləğdə aylıq əmək haqqını, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə almaq hüququnu təsbit edir.
33. İddiaçı iddia ərizəsində hansı aylar üzrə əmək haqqının ödənilməsini tələb etdiyini göstərməyib, lakin birinci instansiya məhkəməsində verdiyi izahatında 2020-ci ilin oktyabr-noyabr aylarında pandemiya ilə əlaqədar hər ay cəmi 120 manat pul ödənildiyini, 2020-ci ilin dekabr, 2021ci ilin yanvar, fevral, mart, aprel aylarında isə ödəniş olmadığını bildirib.
34. Birinci instansiya məhkəməsi müəyyən edib ki, iddiaçıya 08 dekabr 2020-ci il tarixdə 2020-ci ilin avqust ayının əmək haqqı qismində 241,4 manat, 10 dekabr 2020-ci il tarixdə 2020-ci ilin avqust ayının əmək haqqı qismində 30 manat, 05 yanvar 2021-ci il tarixdə 2020-ci ilin oktyabr ayının əmək haqqı qismində 120,62 manat, 18 fevral 2021-ci il tarixdə 2020-ci ilin noyabr ayının əmək haqqı qismində 120,62 manat, 18 mart 2021-ci il tarixdə 2020-ci ilin dekabr ayının əmək haqqı kimi 120,62 manat, 2021-ci ilin yanvar ayının əmək haqqı kimi 119,37 manat ödəniş edilib. 17 iyul 2020-ci il tarixdən sonrakı dövr ərzində iddiaçıya tam həcmdə əmək haqqı ödənişi edilməmişdir.
35. Məhkəmə qətnamənin nəticə hissəsində hansı aylar üzrə əmək haqqı ödənilməli olduğunu göstərməyib. Bu hal hüquqi müəyyənlik baxımından zəruri idi. Ona görə ki, əvvəla söhbət 2021-ci ilin yanvar-aprel aylarının əmək haqqından gedirsə, məhkəmə işə əlavə olunmu ş Cavabdeh MMC üzrə 18.01.2021-ci il tarixli, U/18-01-21/1486-2-1 nömrəli əmrlə İddiaçı 18.01.2021-ci il tarixdən müvəqqəti işdən kənarlaşdırılması barədə əmrin olması baxımından bu hissədə iddianı təhlil etməli idi.
36. Çünki Əmək Məcəlləsinin 62-ci maddəsinin 3-cü hissəsinə görə işdən kənar edilən vaxt ərzində işçiyə əmək haqqı verilmir. Üzrlü səbəbdən icbari ilkin və ya vaxtaşırı tibbi müayinədən keçməyən işçilər işdən kənarlaşdırıldıqda, onlara işdən kənar edildiyi vaxt ərzində boşdayanma qaydasında əməkhaqqı ödənilir.
37. İş materiallarından göründüyü kimi, iddiaçının işdən kənarlaşdırılması barədə mübahisələndirilməmiş əmr mövcuddur və bu hal işdən kənar edilən vaxt ərzində işçiyə əmək haqqı ödənilməsi vəzifəsinin işəgötürənin üzərinə vəzifə kimi qoyulmasını istisna edir. Buna görə də məhkəmə əgər iddiaçıya 2021-ci ilin yanvar-aprel ayları üzrə əmək haqqının ödənilməsi barədə nəticəyə gəlibsə, mübahisəyə Əmək Məcəlləsinin 62-ci maddəsinin 3-cü bəndinin tətbiq olunmamasını əsaslandırmalıdır.
38. Bundan başqa, iddiaçıya əmək haqqının tam ödənilmədiyi aylar üzrə iddianın həlli zamanı nəzərə alınmalıdır ki, iddiaçının özü izahatında bunun pandemiya dövrünə aid olduğunu bildirir.
39. Bu halda iddianı həll edən məhkəmə gəldiyi nəticəni həm də Əmək Məcəlləsinin 169-cu maddəsinə istinadla əsaslandırmalı idi. Həmin normaya görə işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.
40. Ümumiyyətlə məhkəmənin iddiaçının aylıq əmək haqqının məbləğini hansı sübut əsasında müəyyən etdiyi mü əyyən deyil. İddiaçı ilə 2016-cı ildə bağlanmış əmək müqaviləsində əmək haqqı 85 manat göstərilib. Həmin məbləğin sonradan artırılması şübhəsizdir. Lakin əmək haqqının tələb olunduğu dövrdə əmək haqqının məbləği mötəbər sübut əsasında müəyyən olunmalıdır. Bu məbləğin müəyyən olunması və qətnamənin nəticə hissəsində tutulmalı olan məbləğin göstərilməsi MPM-nin 222.2-ci maddəsinin tələbindən irəli gəlməklə yanaşı, həmin qətnamədən MPM-nin 402.1-ci maddəsinə əsasən (qətnamənin mübahisələndirilən hissədə qiyməti ilə bağlı) kassasiya şikayəti verilməsinin mümkünlüyünün araşdırılması üçün də zəruridir.
41. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəməl ər tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
42. Mülki prosessual qanunvericiliyin müddəalarından irəli gələrək, qətnamədə işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdi yi dəlillər, habelə qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Bununla yanaşı, məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, qəbul etdiyi hər bir sübutun məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini aydın göstərməlidir.
43. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət v erməlidir.
44. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.11.2021-ci il tarixli, 2(103)-10517/2021 saylı qətnaməsi iddianın təmin olunan hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.