Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-138/2023 17.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh oğluna qarşı iş üzrə QƏRARİ Açar sözlər: ər-arvadın əmlak bölgüsü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu(məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5142/2022 nömrəli iş üzrə 31 avqust 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 17 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ( bundan sonra- iddiaçı) Cavabdeh (bundan sonra- cavabdeh) ilə xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X11 adlı uşaqları var.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)1208/2021 nömrəli qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, uşaqların ananın yanında qalması və yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. 3. “Hyundai Accent” markalı avtomobil xx.xx.2020-ci il tarixində Cavabdeh mülkiyyətindən çıxmış, X4 mülkiyyətinə verilməsinə dair xx.xx.2020-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmişdir. X8 tərəfində n isə Cavabdeh etibarnamə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş və məhkəmə çəkişməsi zamanı cavabdeh tərəfindən satılmış **VS-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Accent” markalı avtomobilin bazar qiyməti olan 20.000 manatın yarısı, yəni 10000 manat cavabdehdən tutularaq ona ödənilməsi, ona məxsus olan cehiz əşyalarının- Qonaq otağında olan lüstur-150 manat, 3-lü pərdə dəsti (2 yataq otağı, 1 qonaq otağı və mətbəx, jalüz) -500 manat, mətbəxdə olanlar- Mətbəx mebeli-2000 manat, qaz peçi boz rəngli -70 manat; aspirator boz rəngli - 150 manat, boz rəngli "Samsung" markalı soyuducu- 1300 manat; boz rəngli, "Simens" markalı paltaryuya n-700 manat; 1 ədəd lüstur-50 manat: elektrik sobası boz rəngli 100 manat; 1 ədəd qəhvəyi rəngli stol va 4 stul dəsti- 380 manat; 1 ədəd ağ rəngli ətçəkən maşın-150 manat; 1 ədəd boz rəngli sok çəkən maşın-100 manat; 1 ədəd qımızı rəngli ləpəçəkən maşın-10 manat; 1 ədəd Tefal çaydan -20 manat, 1 ədəd çörək qabı -15 manat; 1 ədəd zibil vedrəsi -15 man; 1 ədəd qırmızı rəngli "Samsung" markalı tozsoran- 80 manat; 1 ədəd boz rəngli qəfədan-25 manat; 1 ədəd tava-33 manat; 5 ədəd qazan dəsti- 200 manat; 3 ədəd 3-lü qazan dəsti-25 manat; 2 ədəd qara qazan 15 manat; 2 ədəd rusiya istehsalı olan aliminium qazan- 12 manat; 2 dəst çay servisi -100 manat; 92 parçalıq nahar və çay servisi- 400 manat; 48 ǝdəd qara rəngli bosqab-80 manat; 48 ədəd ağ rəngli-güllü boşqab dəsti-60 manat; 1 dəst tort boşqabı (1 böyük 6 balaca) - 15 manat; 12 ədəd ayaqlı şüşə bakal- 18 manat; 12 ədəd ayaqlı güllü şüşə bakal-25 manat; 1 ədəd Bagima qrafin dəsti- 30 manat: 2 ədəd dəst su qrafinkası (hər birinin yanında 6 bakalı)- 24 manat; 12 ədəd xrustal stəkan- 60 manat; 42 ədəd nəlbəki- 50 manat; 4 ədəd qənd qabı 20 manat; 2 ədəd qara rəngli vaza (giləmeyvə qabı)- 12 manat; 1 ədəd böyük vaza- 15 manat; 2 ədəd 3 mərtəbəli çərəz qabı-27 manat; 4 ədəd cərəz qabı -15 manat; 24 ədəd çəngəl- 24 manat; 18 ədəd xörək qaşıq-18 manat; 24 adad meyvə bıçağı- 24 manat; 12 ədəd çay qaşığı- 12 manat; 12 ədəd limon çəngəli- 5 manat; 6 ədəd duz qabı-3 manat; 6 ədəd kasa və 6 ədəd boşqab -10 manat; 12 ədəd bulud qaşığı- 24 manat; 2 ədəd tort qaşığı- 5 manat: 3 ədəd qazan altı - 5 manat; 6 ədəd plasmas qaşıq (çömçə) - 8 manat; 1 ədəd çugun vedrə- 10 manat; 1 ədəd çaynik- 10 manat; 1 ədəd çugun aşsüzən və abgərdən- 10 manat; 1 ədəd paltar asılan- 70 manat; 3 ədəd sini- 60 manat, Yataq otağında olanlar: 1 ədəd taxt və matras; 1 ədəd dolab; 2 ədəd tumba; 1 ədəd termo- 1150 manat: 1 ədəd lüstur -50 manat; 1 ǝdəd taxt və matras; 1 ədəd dolab; 2 ədəd tumba: 1 ədəd termo; 1 ədəd tək çarpayı; 1 ədəd matras-1500 manat; 1 ədəd lüstur -50 manat; 2 adəd tək döşək, 2 ədəd tək yorğan, 2 ədəd yastıq, 1 ədəd taxt örtüyü -60 manat; 2 ədəd taxt adyalı-50 manat; 1 ədəd tək adyal -10 adyal, 15 ədəd taxt üçün yataq çarşafı dəsti-500 manat; 4 ədəd çexol-çarşaf dəsti-50 manat; 2 ədəd çarşaf- 20 manat; 2 ədəd çexol -20 manat; 2 balış üzü- 10 manat; 1 ədəd "Evrolüks" markalı- 50 manat; 1 ədəd ütü masası-90 manat; 2 ədəd fen- 80 manat, Dəhlizdə olanlar: 1 ədəd şakf-1100 manat; 1 ǝdǝd DVDvideo-50 manat; 12 ədəd çay dəsmalı- 36 manat; 4 ədəd süfrə- 60 manat: 12 ədəd paket dəsmal40 manat; 25 ədəd dəsmal- 160 manat; 2 ədəd xalça-400 manat - cavabdehdən alınaraq ona verilməsini, əgər cehiz əşyaları aşkar olunmazsa, onların dəyəri olan 12,825 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə birgə nikahda olduqları dövrdə, cavabdehin adına **-VS-*** dövlət qeydiyyat nişanlı, "Hyundai Accent" markalı avtomobili əldə etmişlər. Həmin avtomobilin bazar qiyməti 20.000 manat təşkil edir. Avtomobil onun "nikahın pozulması və birgə nikah zamanı əldə olunmuş əmlakın bölünməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxılarkən satılmışdır. Cavabdehin adına əldə olunmuş **-VS-*** dövlət qeydiyyat nişanlı, "Hyundai Accent" markalı avtomobil birgə nikahda əldə olunduğuna görə və həmin avtomobilin bazar qiyməti 20.000 manat təşkil etdiyi üçün, hesab edir ki, avtomobilin dəyərinin yarısının, yəni 10.000 manat məbləğində pulun cavabdehdən tutularaq mənə ödənilməlidir. Bundan əlavə, cavabdehlə rəsmi nikaha daxil olarkən gətirdiyi cehiz əşyaları gəlin köçdüyü və cavabdehlə birgə yaşadığı ünvan 1 ünvanında qalmışdır. Məhkəməyə müraciət etməzdən əvvəl sözügedən mübahisənin mediasiya bölməsində həllinə nail olmaq istəsə də, cavabdeh mediasiya sessiyasında iştirak etməkdən imtina etmişdir.
6. Məhkəmə iclasında cavabdeh izahatında iddia tələbini qəbul etməmiş, iddia tələbinin rədd edilməsini xahiş etmiş və bildirm işdir ki, iddiaçının qeyd etdiyi əşyalar hazırda Rəsulzadə qəsəbəsində yerləşən evdədir. Ancaq həmin əşyalar onun öz anası tərəfindən alınmışdır. İddiaçı gəlin köçən zaman cehiz gətirməmişdir. Çünki, iddiaçının anasının cehiz almağa imkanı olmamışdır. Avtomobili nə vaxt satdığını xatırlamır. Kənar adama satmışdır. İddiaçı 2020-ci ilin iyun ayında evdən getmişdi, elə həmin ayda evə qayıtdı və 1 həftə sonra yenidən getmiş, gedərkən qızılları da özü ilə aparmışdır. Avtomobil tərəflərin birgə gəlirləri əsasında alınmayıb. Cavabdehin bacısının puluna həmin avtomobil alınıb. Daha sonra alğı-satqı olmadan formal olaraq ananın adına keçirilib. Müllkiyyətçi isə Fuadın adına etibarnamə verib. Fuadın günə 15-20 manat qazancı olub. Həmin qazancla avtomobil alına bilməz. Hazırda avtomobil cavabdehin an ası tərəfindən icarəyə verilmişdir. Belə ki, Fuadın bacısı avtomobilin anasının adına keçirilməsini xahiş etmişdir. Həmin vaxt isə pul məsələsi olmamışdır. İddiaçı özü apellyasiya məhkəməsində demişdir ki, cehiz əşyaları verilsə, avtomobili istəməyəcək. Görünür, onlar avtomobilin birgə nikah dövründə əldə edilmiş gəlir hesabına alınmamasını qəbul edirlər. Avtomobil həm də, qəzaya düşmüş, ağır zədələndiyindən, təmir edilmişdir. Hazırda həmin avtomobilin 12-13 min dəyəri belə yoxdur. 10 il ərzində verilən pullarla cehiz alınması isə mümkün deyildir. Belə ki, həmin pulların iddiaçının anası tərəfindən kimə, necə nə vaxt verilməsi, əşyaların nə vaxt alınmasını müəyyən etmək mümkün deyil.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-1695/2022 n ömrəli iş üzrə 11 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim İ.Əliyev) iddia rədd edilmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında olan nikah pozulmuş, nikah pozulduqdan sonra tərəflərin arasında daşınmaz əmlakın, o cümlədən avtomobilin bölgüsü ilə bağlı məhkəmə mübahisəsi olmuşdur. Avtomobillə bağlı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3202/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsində müəyyən edilmişdir ki, birgə nikah dövründə alınmış olsa da, avtomobil özgəninkiləşdirildiyindən onun üzərində pay(birgə mülkiyyətçilərin payı) müəyyən edilə bilməz. Konkret olaraq bu formada qeyd edilmişdir: “həm "xxxx" MMC tərəfindən inşa edilmiş mənzil, həm də avtomobil tərəflərin birgə nikahda olan dövrdə əldə edilib, həmin əmlakla rın yalnız Cavabdeh gəlirləri hesabına əldə olunması halı(Cavabdeh mənzillə bağlı bunu bildirsə də, sübuta yetirə bilməmişdir) müəyyən edilməmişdir. Lakin nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən mübahisələndirilən avtomobil ötən dövrdə cavabdeh tərəfindən özgəninkiləşdirilmiş və hazırda onun mülkiyyətində deyil. Mülkiyyətdə olmayan əmlaka isə payın tanınması hüquqi baxımdan mümkün deyil. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir.” Həmin qətnamədən həm X8, həm Cavabdeh, həm də İddiaçı apellyasiya şikayəti vermişlər. İddiaçı apellyasiya şikayətinin dəlillərindən biri birgə nikah dövründə əldə edilmiş avtomobilə münasibətdə birinci instansiya məhkəməsinin iddianı təmin etməməklə işin faktiki hallarının düzgün araşdırılmaması olmuşdur. Bakı Apellyasiya Məh kəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)11239/2021 saylı qətnaməsi ilə kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətlərinin təmin edilməməsi qənaətinə gəlmişdir. Həmin qətnamədən yalnız X6 özünə aid hissədə kassasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-11239/2021 saylı qətnaməsini həmin hissədə mübahisələndirmişdir. İş hal-hazırda Ali Məhkəmənin icraatındadır. Yəni, avtomobillə bağlı olan məsələ hal-hazırda Ali Məhkəmənin icraatında olan mülki iş üzrə kassasiya baxışının predmetini təşkil etmir. Hazırki icraatda iddiaçı avtomobilin özgəninkiləşdirildiyi faktını qəbul edərək, avtomobilin dəyərinin yarısını cavabdehdən tələb edir. Avtomobilin dəyərinin yarısını ona görə tələb edir ki, avtomobilin k imə, necə, hansı məbləğdə özgəninkiləşdirilməsi ona məlum olmamış və bu səbəbdən avtomobilin bazar dəyərinin yarısını tələb etmişdir. Məhkəmə prosesində avtomobilin xx.xx.2020-ci il tarixdə Cavabdeh tərəfindən X5 23000 manata özgəninkiləşdirildiyi məlum olsa da, o, tələbini artırmamış və bazar dəyərinin yarısını, yəni 10000 manatı tələb etmişdir. Eyni zamanda iddiaçı tərəfə məhkəmə prosesi zamanı məlum olmuşdur ki, avtomobillə bağlı formal alqı-satqı müqaviləsi bağlanmış, belə ki, həmin tarixdə cavabdehin özünə etibarnamə verilmiş və bu gün də avtomobil cavabdehin faktiki sahibliyindədir. Buna baxmayaraq iddiaçı tərəf avtomobillə bağlı bağlanmış alqı-satqı müqaviləsini mübahisələndirməmiş və iddia tələbini müdafiə etmişdir. Cavabdeh tərəf avtomobillə bağlı tələbə münasibətdə iddianı qəbul etməmiş və etirazını bir neçə arqumentlə əsaslandırmışdır. Birinci arqumenti avtomobillə bağlı məhkəmə mübahisənin olması və iddianın rədd edilməsi barədə qətnamənin qəbul edilməsi, ikinci arqumenti avtomobilin ümumiyyətlə ümumi birgə mülkiyyət olmaması, üçüncüsü avtomobilin tərəflərin birgə təsərrüfat apardıqları dövrdə özgəninkiləşdirilməsi, dördüncüsü avtomobilin alqı-satıqısının formal olması olmuşdur. İddiaçı avtomobildən başqa cehiz əşyalarının qaytarılması tələbini də irəli sürmüşdür. İddia ərizəsində göstərdiklərindən fərqli olaraq, iddiaçı tərəf məhkəmə iclaslarında cehiz əşyalarının bir qisminin gəlin köçən zaman cavabdehlə yaşadığı evə aparıldığını, qalan qisminin isə iddiaçının anası tərəfindən qayınanasına verildiyini iddia etdiyi 8300 manat məbləğində vəsaitin hesabına əldə e diliyini bildirməklə əsaslandırmışdır. Cavabdeh tərəf iddianı qəbul etməmiş və etirazının əsasını iddiaçının gəlin köçən zaman özü ilə cehiz əşyası gətirməməsi, iddiaçının iddia etdiyi əşyaların nikaha daxil olduqdan 9 il sonra əldə etdikləri mənzilə cavabdehin anası tərəfindən alınması, iddiaçının ona hər hansı pul məbləği verməməsi, iddiaçının onun anasına verdiyi pul məbləği ilə bağlı mübahisənin ona aid olmaması ilə əsaslandırmışdır.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 19.2, 21.1, 22.2.3, 32.1, 32.2.1, 32.2.2, 34.1, 36.1, 36.3, 36.4, 37.1, 37.2, MM-nin 157.2, 222.2, 222.3, 225.1, 225.2, 223.1, 223.2, 223.4, 340.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 106.1-ci maddələrinə i stinadla əsaslandırmışdır. 10.Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmamış, maddi və prosessual hüquq normalarını pozmuş, qanunsuz və əsassız qətnamə qəbul etmişdir. sözügedən avtomobil formal olaraq alqı-satqı edilmiş və alıcının vicdanlılığı şübhə doğurur, eyni zamanda alqı-satqı nəticəsində malın dəyərinin ödənilmədiyi təsdiq olunur. Məhkəmə bu qənaətə hansı mötəbər dəlil əsasında gəldiyini göstərmir və iş materiallarında da belə bir xüsusatı təsdiq edən hal yoxdur. İş materiallarında BDYPİ-nin xx.xx.2022-ci il tarixli məktubu var, həmin sənəd sübut edir ki, "Hyundai Accent" markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh ilə X8 arasında bağlanmış xx.xx.2020-ci il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsi əsasında sonuncuya 23.000 manata satmışdır. Bu alqı-satqı qüvvədədir, həmin alqı-satqı Cavabdeh ilə Əsli Yaqubova arasında imzalanaraq öz iradə ifadələrini bəyan etmişlər və onu mübahisələndirən bir iddia belə ortada yoxdur. Məhkəmə hansı əsasla öz təşəbbüsü və tərəflərin iştirakı olmadan bu alqı-satqını etibarsız edib onu anlamaq olmur. "Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdlərin etibarlılığını mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə" 02/2022 saylı Ali Məhkəmənin Qərardadında (bənd 49) qeyd olunur ki, əqddən irəli g ələn tələblərə baxıldığı zaman buna dair iddia irəli sürülmədən həmin əqdin etibarlılığına qiymət verilməsi, yalnız əqdin bütün tərəflərinin işdə iştirak etməyə cəlb olunduğu halda əsassız olacaqdır. Deməli, alqı-satqı müqaviləsinin tərəflərindən biri olan Əsli Yaqubovanın işdə iştiraka cəlb olunmaması səbəbindən sonuncunun da tərəf olduğu (malı alan şəxs qismində) alqı-satqının etibarsızlığı ilə bağlı məhkəmənin gəldiyi nəticə əsassız olacaqdır. Eyni zamanda, nəzərə alınmalıdır ki, avtomobilin alqı-satqısı DİN BDYPİ-də aparıldığından və onların möhürü ilə təsdiq olunaraq hüquqi qüvvəyə mindiyindən həmin təşkilatın da bu mübahisədə iştirakı təmin olunmalı və prosesə cəlb olunmalıdırlar. Bundan əlavə, həmin alqı-satqı müqaviləsi alan və satan tərəflərin izahatları ilə iradə bəyan etmələri n əticəsində rəsmiləşdirilmiş, onların fəaliyyət qabiliyyətləri və imzaların həqiqiliyi baxımından məsələlər də araşdırılmalı idi. Həmin Qərardadın 50-ci bəndində qeyd olunan hüquqi mövqeyə görə, əqdə əsaslanan iddia irəli sürülənədək tərəflər həmin əqdin etibarsız hesab edilməsinə dair tələblə məhkəməyə müraciət etməkdə sərbəstdirlər. Həmin Qərardadın 34-cü bəndində qeyd olunur ki, mübahisələndirmə şəxslə bağlı olan hüquqdur. Bu səbəbdən, məhkəmə işdən iradənin zədələnməsi qənaətinə gəlsə belə, öz xidməti vəzifəsinə əsaslanaraq əqdin etibarsızlığı ilə bağlı həmin halları araşdıra və nəzərə ala bilməz. Hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən isə görünür ki, hakim öz təşəbbüsü ilə etibarsızlıq ilə bağlı tələbə münasibət bildirərək avtomobilə dair irəli sürülmüş iddia təl əbini bu əsasla rədd edir, bildirir ki, avtomobilin alqı-satqısı inandırıcı deyil. Belə ki, Cavabdeh ilə Əsli Yaqubova arasında alqı-satqı zamanı pul ödənilməsi olmamışdır, lakin bu mövqeyini hansı mötəbər dəlilə əsaslanmasını qeyd etmir və qətnamədə şərh etmir. Hesab edirlər ki, birinci instansiya məhkəməsi bu zaman Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələblərini də kobud şəkildə pozmuşdur. Belə ki, həmin normanın tələblərinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna halda iddia tələbindən kənara çıxa bilər. Hazırki iş üzrə avtomobilin satıldığı X3 Fuad Məhəmməd oğluna qarşı "borcun qaytarılması tələbinə" dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəmənə müraciət etmiş, həmin işə də hazırki işə baxan hakim İlkin Əliyev baxmış və xx.xx.2021-ci il tarixdə 2(001)2122/2021 nömrəli qətnamə ilə iddia tələbini təmin edərək 40.000 (qırx min) manat pulun Cavabdeh alınaraq iddiaçı X5 verilməsini qət etmişdir. Buradan görünür ki, əgər xx.xx.2020-ci il tarixdə baş vermiş alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı tərəflərin bir-birinə qarşı tələbi mövcud idisə elə borcun qaytarılması zamanı və onlar arasında məhkəmə çəkişməsi olan zaman da buna dair öz iradələrin ifadə edə bilərdilər. Bundan əlavə, elə bu məhkəmə aktı ilə müəyyən edilmiş hal onu göstərir ki, Cavabdeh öz borcunu qaytarmaq üçün birgə nikah dövründə əldə etdiyi avtomobili satıb və pulunu Əsli Yaqubovaya verə bilər və bu vəziyyətdə birinci instansiya məhkəməsinin ana bala arasında alqı-satqının formal olması ilə bağlı gəldiyi qənaətin əsassızlığını göstərir. Bundan başqa iş materiallarına və Cavabdeh, onun anası şahid qismində dindirilən Əsli Yaqubovanın, eləcə də cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahatlarından görünür ki, onlar avtomobilin kimə məxsusluğuna dair bir-birinə zidd izahatlar verirlər, çünki həqiqəti gizlətməyə çalışırlar. Birinci instansiya məhkəməsi MPM-nin 218-ci maddəsinin tələbini kobud şəkildə pozmuş və işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə qəbul etmək əvəzinə iddia tələbində mübahisələndirilməyən alqı-satqının etibarsızlığı ilə bağlı öz şəxsi mülahizələri ilə qətnamə qəbul etmişdir. Halbuki, tərəflərdən heç biri hazırkı iddia üzrə bu əqdi hələ ki mübahisələndirməyib. Avtomobilin satılması nəticəsində əldə olunmuş pulun bölünməsini istəyiblər, çünki etiba rsızlıq istəyib paylarını təmin etmiş olsaydılar belə, sonda naturada bölgüsü mümkün olmayan əşya kimi avtomobilin hərracda satılması və yenə də pulun bölünməsi məsələsinə gələcəkdilər. Burada birinci instansiya məhkəməsinin hakimi MPM-in 218.1-ci maddəsinin tələblərinə zidd olaraq sübutları qiymətləndirmir. Belə ki, məhkəmə təqdim olunmuş yuxarıda qeyd olunan BDYPİ-nin kompyuter çıxarışı və nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsini, eləcə də cehiz əşyaları ilə bağlı cavabdehlərə pulun verilməsini təsdiq edən Əsli Yaqubovanın səs yazısını məhkəmə baxışında tədqiq etməmiş və qiymətləndirməmişdir. Halbuki, həmin səs yazısında həmin şəxs aydın şəkildə bildirir ki, pulu qəbul edib və cehiz almasında iştirak edib. Daha sonra, məhkəmə qətnaməsində qeyd olunur ki, cavabdeh tərəflərin birgə tə sərrüfat aparmadığı, ər-arvad arasında əmlak və.s mübahisələrin getdiyi dövrdə sözügedən avtomobili anasının adına alqı-satqı adı altında keçirmiş və həmin əmlakın bölünməsindən yayınmağa çalışmışdır. Belə olan halda, iddia necə əsassız ola bilər, məhkəmə özünü dolaşığa salaraq qətnaməsində özü-özünü təkzib etmiş olur. Məhkəmə cehiz tələbi ilə bağlı iddianı rədd edərkən də formal mülahizələrə əsaslanır. Belə ki, qətnamədə qeyd olunur ki, 13 il əvvəl gəlin köçdüyü zaman gətirdiyinə istinad etdiyi məişət əşyalarının istismar müddətinin keçməsi həmin əşyaların faktiki mövcudluğunu şübhə altına alır. Belə ki, iddiaçının iddia ərizəsində sadaladığı əşyalar gündəlik məişətdə istifadə olunan əşyalardır və onların 13 ildən sonra salamatlılığı inandırıcı deyildir. Bu mövqeyi ilə məhkəmə formal müla hizələr irəli sürür, məhkəmənin məntiqindən belə çıxır ki, bir-iki ildən sonra əşyalar sınır-dağılır və ələ gəlmir. Bu, nə cür əsaslandırmadır, doğrusu başa düşə bilmir. Qanunun tələbinə əsasən, məhkəmə sübutları tədqiq edərək qiymətləndirmək əvəzinə təqdim olunmuş səs yazısını tədqiq etmir, halbuki, orada Əsli Yaqubova özü etiraf edir ki, 8000 AZN pulu cehiz alması üçün iddiaçının anası tərəfindən ona verilib, o, da həmin cehiz əşyalarının alınmasında gəlini ilə birlikdə iştirak edib. Eyni zamanda, məhkəmə tərəflərin qarşılıqlı münasibətlərini də araşdırmır. Belə ki, iddiaçının qaynanası Əsli Yaqubova həm də iddiaçının bibisidir, onlar ikitərəfli qohumdular. Bu səbəbdən, qayınanasına öz yaxın qohumları kimi yanaşaraq onun istəyi ilə gəlin köçərkən cehiz əşyaları alınmamış, buna səbəb isə o hal olub ki, iddiaçı ilə cavabdeh qayınanaya məxsus, eləcə də ondan başqa qaynının da ailəsinin yaşadığı evə gəlin köçüb və evdə çox sıxlıq olub. Bu səbəbdən, digər gəlinin də cehiz əşyalarının ora gəlməsi praktiki cəhətdən qeyri-mümkün olub. Buna görə də, sonradan iddiaçı ilə cavabdehin yeni tikilən binada evləri hazır olandan sonra həmin evə uyğun mebel və digər cehiz əşyalarının alınması üçün verilmiş pul hesabına həmin cehiz əşyalarının alınması baş tutmuşdur. Bu, məhkəmədə tədqiq olunması üçün təqdim etdiyi səs yazılarında da öz əksini tapmışdır. Daha sonra məhkəmə qeyri-müəyyən fərziyələrə əsaslanan mövqeyini davam etdirərək qətnamədə qeyd etmişdir ki, cehiz əşyalarının alınması üçün hissə-hissə 10 il müddətində cəmi təqribən 8000 manat vəsait toplaya bilən şəxslərin iddiaçının gəl in köçdüyü zaman bütün şəkildə o qədər (4500 manat dəyərində) cehiz əşyasını gətirməsi məhkəmə üçün inandırıcı deyildir. Hesab edir ki, bu qədər əsassız bir münasibət ola bilməz. Niyə bu pulu toplaya bilmirlər? Məgər 4500 böyük puldur? İşin hallarından müəyyən olunur ki, iddiaçının anası kənddə təsərrüfatla məşğul olur, əkin-biçindən satdığı məhsullar, eləcə də bir-iki mal-qaranı satması ilə bu pulu asanlıqla düzəltmək olur. Məhkəmənin bu qədər işə qərəzli yanaşmasını, cavabdehləri hər vəclə müdafiə etməsini və onların mövqeyindən çıxış etməsini heç cür başa düşmək olmur. Qətnamənin 39-cu bəndində məhkəmə qeyd edir ki, işin hallarından müəyyən edildiyi kimi iddia edilən cehiz əşyalarının mülkiyyətçisi cavabdehin anasıdır. Odur ki, iddiaçının iddia etdiyi pul vəsaiti vindikasiya iddiasının obyektini təşkil etmir. Məhkəmədə verilmiş izahatlar, təqdim olunmuş səs yazıları birbaşa sübut edir ki, bu pul iddiaçının anası tərəfindən cehiz alınması üçün qızına verilmişdir, qızının ailəsində qayınata öldüyündən qayınana böyüklük etmiş, bu səbəbdən də həmin cehiz əşyalarının alınması zamanı qayınananı, yəni Əsli Yaqubovanı böyük kimi qəbul etmiş və həmin əşyaları onunla birlikdə alımışlar. Həmin əşyaların mövcudluğu da şübhə doğurmur. Belə ki, təqdim olunmuş fotoşəkillər, Əsli Yaqubovanın whatsapp ilə səs yazısı və tərəflərin izahatları sübut edir ki, həmin əşyalar iddiaçının valideyinlərinin verdiyi pul hesabına alınıb və hazırda da iddiaçının yaşamış olduğu evdədir. Burada da məhkəmə MPM-nin 88-ci maddəsinin tələblərini pozmuş olur, eyni zamanda məhkəmə fərziyələr irəli sürür ki, 13 ildə bu əşyalar sıradan çıxıb. İddiaçı o qədər kasıb biridir ki, 4500 AZN məbləğində pul xərcləyib cehiz ala bilməzdi. Məhkəmənin gəldiyi digər nəticə isə odur ki, guya avtomobilin ümumi birgə mülkiyyət hesab edilməsi hissəsi ilə bağlı məhkəmə xx.xx.2021-ci ildə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində qəbul edilmiş qətnamədə avtomobilin ər-arvadın nikah müddətində və ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması hissəsində mübahisələndirilməsə də, həmin qətnamə qanuni qüvvəsini almamışdır. Buna baxmayaraq iddiaçı olaraq o, - İddiaçı həmin qətnamənin preyudusiallığına istinad edərək, avtomobilin satışından əldə olunan vəsaitin ümumi birgə mülkiyyət kimi bölünməsini tələb etməkdə haqlı deyil. Birinci instansiya məhkəməsinin bu mövqeyi tamamilə yalnışdır. Belə ki, həmin qətnamə nə o, nə də cavabdeh Fuad Yaqublu tərəfindən mübahisələndirilməyib. Artıq kasassiya şikayəti vermək müddəti də onlara münasibətdə bitib. Kasassiya şikayəti verən Vüqar Yaqubovdur ki, (keçmiş qaynı) onun iddiası da uydurma borcun qaytarılması ilə bağlıdır. Cavabdehla birgə nikahları dövründə əldə etdikləri avtomobilə aid hissə kasassiya məhkəməsində mübahisələndirilmir. Məhkəmə isə yanlış olaraq öz mövqeyini belə əsaslandırır ki, qanuni qüvvəyə minməmiş məhkəmə qətnaməsində mübahisəli avtomobilin birgə nikah dövründə əldə olunmuş əmlak kimi tanınmasını və həmin qətnamənin preyudisiallığına əsaslanmağında iddiaçı haqlı deyil. Qətnamədə göstərilir ki, məhkəməyə mötəbər dəlil təqdim etməmişdir. Lakin bunun əksinə cavabdeh tərəf öz etirazını heç bir mötəbər dəlilə istinad etmədən sadəcə sözlə Cavabde h avtomobilin pulunu anam verib deyir, onun vəkili və nümayəndəsi avtomobil bacısına məxsusdur deyir, anası isə pulun yarısını vermişəm deyir. Bundan əlavə, Cavabdeh izahatında bildirir ki, avtomobili tamamilə başqa adama satıb, bilmir nə vaxt satıb. Eləcə də, birgə nikahda satıb. Daha sonra fərqli izahatlar verir ki, faktiki ayrı yaşadığı vaxtda satıb, ancaq anasının puluna alıb və bacısına məxsus olub. Məhkəmə bu qədər ziddiyyətli və bir-birini təkzib edən izahatları daha inandırıcı sayır, lakin onun müxtəlif mötəbər dəlillərlə təsdiq olunan izahatını inandırıcı saymır. Birinci instansiya məhkəməsinin bu mövqeyi tamamilə əsassızdır. Hesab edir ki, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Hyunday Accent markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilin birgə nikah dövründə tərəflərin birgə təsərrüfat idarə edərkən əldə etmələri tam sübuta yetirilir, lakin 2020-ci ilin iyun ayından tərəflər faktiki olaraq ayrılmış və iddiaçı cavabdehlə birgə yaşamayaraq birgə təsərrüfat idarə etməmişdir. Elə bu ərəfədə, yəni tərəflərin ayrı yaşadığı bir müddətdə cavabdeh ondan xəbərsiz avtomobili özgəninkiləşdirmişdir. İddiaçı bundan xəbəri olmamış, məhkəmədə birgə nikah dövründə əldə olunmuş əmlakların bölgüsünə dair iddia qaldırmış, mənzil (Bakı, Binəqədi ray, H.Babaşov küç, blok 1, mərtəbə 4, mənzil 19) üzərində 1/2 hissədə İddiaçı payı tanınmış, Hyunday Accent markalı, **-VS*** dövlət qeydiyyat nişanlı avtomobil isə həmin vaxt artıq Cavabdeh tərəfindən özgəninkiləşdirilmişdir. Həmin vaxt məhkəmə artıq özgənin mülkiyyətində olan əmlaka dair payların bərabər şəkildə bölünməsinin mümkü n olmaması üçün iddianı təmin edə bilməmişdir. Artıq məhkəmə qərarları ilə (həm birinci instansiya, həm də apellyasiya instansiya məhkəməsinin qətnamələri ilə) həmin avtomobilin birgə nikah dövründə əldə olunmuş əmlak olmasını müəyyən etmişdir. Eyni zamanda iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsinin məhkəməyə ünvanlanan xx.xx.2022-ci il tarixli məktubundan və ona əlavə edilmiş "Hyundai Accent" markalı, **-VS*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi barədə hərəkətləri təsdiq edilən sənədlərdən görünür ki, Cavabdeh ilə X8 arasında bağlanmış xx.xx.2020-ci il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsindən görünür ki, Cavabdeh mülkiyyətində olan "Hyundai Accent" markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 23000 m anata X2. Həmçinin, Gömrük bəyannaməsindən görünür ki, "Hyundai Accent" markalı avtomobil Rusiya Federasiyasından Azərbaycan Respublikasına "xxxx" MMC tərəfindən gətirilmiş, həmin avtomobil "xxxx" MMC-nin 807471 saylı arayış-hesabına əsasən, Cavabdeh verilmişdir. Bundan əlavə, iş materiallarına əlavə olunmuş AR DİN-nin elektron sistemindən olan çıxarışdan görünür ki, həmin avtomobil xx.xx.2020-ci il tarixində Cavabdeh mülkiyyətindən çıxmış, X4 mülkiyyətinə verilməsinə dair xx.xx.2020-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmişdir. Əgər məhkəmə işə Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə əsasən, obyektiv, qərəzsiz və tam baxdıqdan sonra təqdim olunmuş dəlillərə hüquq normalarına uyğun qiymət versəydi onda iddianın təmin olunması barədə qərar qəb ul edərdi. Bütün bunlar onu göstərir ki, hakim işə düzgün baxmayıb, maddi və prosessual normaların tələblərini pozub, əsassız olaraq iddia müddətinin tətbiq edilməli olması qənaətinə gəlib, bu da həmin qətnamənin ləğv olunmasına əsaslardan biridir. İşin mübahisəsiz halı odur ki, cavabdehlə birgə nikahda olduqları zaman **-VS-*** dövlət qeydiyyat nişanlı "Hyunday Accent" minik markalı avtomobil əldə edilmiş və faktiki ayrı yaşadıqları müddətdə, yəni birgə təsərrüfat idarə etməyərək ayrı-ayrı ünvanlarda yaşayaraq nikahın pozulması barədə mübahisə getdiyi bir ərəfədə -xx.xx.2020-ci il tarixdə avtomobili arvadının razılığı və iradə ifadəsi olmadan satmışdır. Belə ki, iddiaçı və cavabdehin izahatları, eləcə də iş materialları ilə sübut olunur ki, 2020-ci ilin iyun ayından iddiaçı Aişən Yaqublu faktiki olaraq ərinin evini tərk etmiş və onlar birgə təsərrüfat idarə etməmişlər.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5142/2022 nömrəli iş üzrə 31 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Kazımov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və İ.Kərimli) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni **-VS-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Accent” markalı avtomobilin bazar qiyməti olan 20.000 manat məbləğində pulun yarısının, yəni 10.000 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinin rədd edildiyi hissədə ləğv edilmiş, həmin hissədə iddia təmin edilərək, Cavabdeh 10.000(on min) manat alınaraq İddiaçı verilməsi qət edilmiş, qətnam ə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə mübahisəli avtomobilin dəyərinin(satışından əldə edilən vəsaitin) yarısının iddiaçıya ödənilməsinin rədd edildiyi hissədə gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, İşdə olan nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi ilə də təsdiq olunur ki, mübahisəli avtomobil cavabdeh tərəfindən 16 noyabr 2020-ci ildə 23000(iyirmi üç min) manata X1 (bax.i.v.100). İddiaçı cavabdehdən bu məbləğin yarısından da az, yəni 10000(on min) manat tələb edir. Məhkəmə isə yuxarıda qeyd olunan səbəblərə görə iddianı təmin etmir. Ancaq məhkəmənin bu hissədə gəldiyi qənaət ziddiyyətli olmaqla yanaşı əsaslı da olmamış, ədaləti təmin etməyən məhkəmə aktı olmuşdur. Çünki, iddiaçının digər qanuni qüvvəyə minmiş qətnamələrlə mübahisəli avtomobil üzərində paylı mülkiyyət hüququ tanınmamış, hazırki iş üzrə qətnamə ilə isə onun dəyərinin yarısının cavabdehdən alınaraq iddiaçıya verilməsi rədd olunmuşdur. Ona görə qətnamə mübahisələndirilən bu hissəsi ləğv edilməli və iddia həmin hissədə təmin edilməlidir. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi cehiz əşyalarının rədd edilməsi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Çünki, iddiaçının iddia etdiyi əşyaların anasının göndərdiyi pul hesabına, keçmiş qaynanası tərəfindən birgə alınması həqiqi olsa belə, bu əşyaları mahiyyət etibarı ilə onun cehiz əşyaları kimi qəbul etmək olmaz. Çünki, həmin əşyaların həqiqətən də cehiz əşyası kimi alınması və iddiaçıya məxsus oldu ğu təsdiq olunmur. Birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi iddiaçı keçmiş qaynanası tərəfindən alınmış həmin əşyaların dəyərinin məhz onun anasının verdiyi pul hesabına ödənilməsi nəticəsində ona zərər vurulduğu qənaətinə gələrsə ayrıca icraatda yeni əsasla məhkəmə müdafiəsi hüququndan istifadə etmək hüququ mövcuddur.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 157.1, 213.2, 225.1, 225.2-ci, Ailə Məcəlləsinin 32.1, 32.2,2, 34.1, 36.1, 36.3, 37.1, 37.2-ci, MPM-in 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır.
15. Qətnamədən cavabdeh kassasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin olunmuş hissəsində ləğv olunmasını və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh (Vəkil2) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.
17. Kassasiya şikayətində qeyd olunmuşdur ki, iddia ərizəsində **-VS-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Accent” markalı avtomobil birgə nikahda əldə olunduğuna görə 2/3 hissəsi üzərində mülkiyyət hüququnun tanınmasını məhkəmədən xahiş etmişdir. Həmin avtomobillə bağlı hətta məhkəməyə yalnış məlumat verərək xx.xx.2021-ci il tarixində Binəqədi rayon məhkəməsinin 2(001)-3202 saylı qərardadı ilə həmin avtomobilin özgəninkiləşdirilməsi cavabdehə və digər şəxslərə qadağan edilmişdir. Baxmayaraq ki, həmin avtomobil həmin vaxtdan xeyli əvvəl faktiki sahibinin adına rəsmiləşdirilmişdir. Həmçinin AR DİN BDYPİ-si tərəfindən vəkil sorğusuna verilmiş 6583/221 saylı xx.xx.2021ci il tarixində məktubda qeyd edilmişdir ki, “Sizin xx.xx.2021-ci il tarixli 2325 nömrəli məktubunuza cavab olaraq bildirir ki, DİN-nin BDYPİ-nin Qeydiyyat - imtahan İdarəsi kompüter uçot bazasına görə ünvan 2 ünvanında olan xx.xx.1980-cı il təvəllüdlü Cavabdeh adına nəqliyyat vasitəsi qeydiyyatdan keçmir.” Göründüyü kimi məhkəmə qərardadı çıxarılan zamandan da 4 ay əvvəl ünvan 2 ünvanında olan xx.xx.1980-cı il təvəllüdlü Cavabdeh adına heç bir nəqliyyat vasitəsi olmamışdır. Bu səbəbdən də **-VS*** dövlət qeydiyyat nişanlı, “Hyundai Accent” markalı avtomobillin birgə nikah dövründə əldə olunduğuna görə 2/3 hissəsi üzərində mülkiyyət hüququnun tanınmasını ilə bağlı iddiaçının idd ia tələbi Binəqədi rayon məhkəməsinin 2(001)-3202/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakim Fuad Abdıyev) rədd edilmişdir. Həmin qətnamənin 5-ci səhifəsinin 2-ci abzasının 33-cü sətrində göstərilmişdir ki, iddiaçı X9 tərəfindən mübahisələndirilən 99VS 428 dövlət qeydiyyat nişanlı, “Hyundai Accent” markalı avtomobil isə iddia qaldırılan zaman onun mülkiyyətində olmamaışdır.Bu səbəbdən də iddia tələbi bu hissədə də əsassızdır və rədd edilməlidir İddiaçı Binəqədi rayon məhkəməsinin 2(001)3202/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya məhkəməsinin 2 (103) - 11239/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və Binəqədi rayon məhkəməsinin 2(001)-3202/2021 saylı xx.xx.2021-ci il tarixli qətnam əsi dəyişdirilmədən saxlanılmışdır və həmin qətnamədən kassasiya şikayəti verilmədiyindən qanuni qüvvəsini almışdır. Qanuni qüvvəyə minmiş iki məhkəmə qətnamələri ilə həmin avtomobilə bağlı iddiaçının birgə nikah dövründə qazanılmış əmlak kimi heç bir mülkiyyət hüququ tanınmadığından həmin əmlakla bağlı iddiaçının bizdə olmayan əmlakla bağlı heç bir pul tələb etmək hüququ yoxdur və bizim bunu yenidən sübut etmək vəzifəmiz yoxdur. AR MPM-nin 82.3-cü maddəsində göstərilir ki, Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə
19. Maddə 225.1 Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Ailə Məcəlləsi
20. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
21. Maddə 32.2.1. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.).
21. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daş ınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
22. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. MPM
23. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər (maddə 10.8-1).
14. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
15. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
16. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
17. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
18. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət h əddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
19. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
20. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
21. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən mad di və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
22. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
23. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətna mə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Belə ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri).
25. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
26. Həmçinin, qanunvericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir.
27. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır.
28. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətlənd irilməlidir.
29. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.
30. Ona görə də, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.
31. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5142/2022 nömrəli iş üzrə 31 avqust 2022 -ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.