Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1385/2020 08.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İ tələb üzrə İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh1 İddia tələbi: torpaq sahəsindən çıxarılma İİ tələb üzrə İddiaçı: Cavabdeh1 Cavabdehlər: İddiaçı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Ərazi İdarəsi, Bakı şəhəri 24 saylı Xüsusi notariat kontoru İddia tələbi: daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və dövlət reyestrindən çıxarışın ləğv edilməsi. (Açar sözlər: mükiyyətçinin torpaq sahəsi üzərində alqı-satıdan irəli gələn tələbi, işlərin bir icraatda birləşdirilməsi, preyudisiya) Azərbaycan Res publikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, iddiaçı Cavabdeh1 nümayəndəsi Nümayəndə və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 07 avqust 2019-cu il tarixli, 2(103)9495/2019 nömrəli qətnaməsindən iddiaçı Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 08 iyun 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları: Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 2/17 saylı sahədə yerləşən 0,06 ha torpaq sahəsini (bundan sonra – mübahisəli torpaq sahəsi) 10.07.2015-ci il ta rixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 20000 manata İddiaçı satmışdır. Torpaq sahəsi hazırda İddiaçı mülkiyyətindədir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6538/2018 nömrəli iş üzrə 26.09.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı və qeyrisinə qarşı 20000 manat pul tələbinə dair iddia tələbi təmin edilməmiş, qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2(102)-2565/2019 nömrəli iş üzrə 11.02.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış və qanuni qüvvəyə minmişdir. Həmin iş üzrə məhkəmələr müəyyən etmişlər ki, “iddiaçı mülkiyyətində olan torpaq sahəsinin dəyərinin ödənilməməsini iddia etsə də, bunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir... Əksinə, işdə olan 20000 manatın depozit hesabına köçürülməsi barədə notariusun bank a ünvanlandığı məktub, eləcə də həmin məktuba əsasən 20000 manatın hesaba ödənilməsi barədə kassa mədaxil orderi alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş məbləğin iddiaçıya ödənildiyinin və cavabdeh tərəfin müqavilə üzrə öhdəliyini icra etdiyinin sübutudur”. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat: İddiaçı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ona məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 2/17 saylı sahədə yerləşən torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin oğulluğu Anar Allahverdiyevlə əvvəllər birgə iş qurmaq istəsə də, Anarın onu aldatması nəticəsində bu baş tutmamış, bununla bağlı polisə müraci ət etdikdən sonra cavabdeh Anarın həbs ediləcəyini görüb adına olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 7 sot torpaq sahəsini içərisində tikili ilə birlikdə alqı-satqı yolu ilə onun adına keçirəcəyini bildirmişdir. Torpaq sahəsinin üzərindəki tikili ilə birlikdə qiyməti 40000 manat olsa da Anarın cavan olması ilə əlaqədar onun tutulmaması üçün təklifi qəbul edib. Alqı-satqı zamanı torpaq sahəsinin sənədlər üzrə 6 sot olduğu, tikilinin də həmin 6 sotun içərisində olduğu müəyyən edilib. Hazırda evin sənədi olmasa da torpaq onun mülkiyyətindədir. Həmin torpaq sahəsinə gecgec getməyindən istifadə edən cavabdeh darvazanı və evin qıfıllarını sındıraraq içəri daxil olub, orada yaşayır. Eyni zamanda Cavabdeh1 İddiaçı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komuitəsi yanın da Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Ərazi İdarəsinə, Bakı şəhəri 24 saylı Xüsusi notariat kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə aralarında bağlanmış 10 iyul 2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsinin əsasında cavabdeh İddiaçı adına verilmiş 15 iyul 2018-ci il tarixili çıxarışın ləğv olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, sözügedən torpaq sahəsinin alqı-satqı müqaviləsində nəzərdə tutulmuş 20000 manat pul ona ödənilməmiş, bununla bağlı sənədlərə isə onu aldadaraq imza etdirilmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 22.02.2019-cu il tarixli, 2(003)-1240/2019 nömrəli qərardadı ilə qeyd olunan tələblər üzrə mülki işlər bir icraatda birləşdirilmişdir. Birinci instansiya məhkəməsinin (hakim Z.Axundova) 29 mart 2019-cu il tarixli, 2(003)-1240/2019 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Ərazi İdarəsinə, Bakı şəhəri 24 saylı Xüsusi notariat kontoruna qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi olunması tələbinin rədd edilməsi, İddiaçı iddia tələbinin təmin edilməsi, Cavabdeh1 mübahisəli torpaq sahəsindən çıxarılması qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, mübahisəli torpaq sahəsi ilə bağlı tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış və hər iki tərəf öz iradə ifadələrini bildirməklə həmin müqaviləni imzalamışlar. Cavabdeh1 20000 manat pulun o na ödənilməməsi, bununla əlaqədar aldadılması ilə bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Mübahisəli torpaq sahəsi üzərində Cavabdeh1 məxsus olan hüquqlar 10.07.2015-ci il tarixli alqı-satqı müqaviləsi əsasında xitam verilmiş və İddiaçı həmin torpaq sahəsində mülkiyyət hüquqları yaranmışdır. Hazırda həmin əmlak Cavabdeh1 qanunsuz sahibliyindədir. Məkəmə işin müəyyən edilmiş hallarını və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının preyudisiallığını nəzərə alaraq belə qənaətə gəlmişdir ki, İddiaçı tələbi təmin, Cavabdeh1 tələbi rədd edilməlidir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 07 avqust 2019-cu il tarixli, 2(103)-9495/2019 nömrəli qətnaməsi ilə (hakimlər – A.İmanov (sədrlik edən və məruzəçi), İ.Xəlilov və V.Sadıqov) birin ci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilmiş, iddiaçı Cavabdeh1 apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları: İddiaçı Cavabdeh1 kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti ilə eyni məzmunlu olan kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə İddiaçı arasında mübahisəli torpaq sahəsinin alqısatqısına dair müqavilə bağlansa da, həmin müqavilənin şərtləri birbaşa alıcı İddiaçı tərəfindən pozulmuşdur. Belə ki, 2015-ci ildən Cavabdeh1 adına notariusun depozit hesabına köçürülən pulu ala bilmir. Buna baxmayaraq İddiaçı, pulunu ödəmədiyi torpaq sahəsindən Cavabdeh1 çıxarılmasını tələb edir. Birinci instansiya məhkəməsi qanunsuz olaraq iki tələb üzrə işləri bir icraatda birləşdirmişdir. Əslində ilk növbədə onun tələbi üzrə işə baxılmalı, həmin işin nəticəsindən asılı olaraq İddiaçı tələbinə qiymət verilməli idi. Apellyasiya instansiyası məhkəməsi qanuni qüvvəyə minməmiş məhkəmə aktı ilə müəyyən edilmiş halları nəzərə almaqla MPM-in 82.3-cü maddəsinin tələblərini pozmuşdur. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı Cavabdeh1 vəkili Vəkil kassasiya şikayətinin əsaslı olduğunu bildirərək onun təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etdi. Vəkil, həmçinin bildirdi ki, 20000 manat pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 11.02.2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətinə baxılmış və qətnamə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı Cavabdeh1 nümayəndəsi Nümayəndə da kassasiya şikayətinin əsaslı olduğunu bildirərək onun təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə digər İddiaçı, cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Ərazi İdarəsinin və Bakı şəhəri 24 saylı Xüsusi notariat kontorunun nümayəndələri məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əs asən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olun muş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı olan kassator apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə
646. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq s ahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Maddə
567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi. 73-cü maddənin 1-ci bəndinin 1-ci yarım bəndi. Torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə xitam verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 169.3. Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarı. Hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilinə münasibətdə Məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. MPM-in 169.3-cü maddəsi aşağıdakı hallar mövcud olduqda məhkəmənin icraatında olan bir neçə işin bir icraatda birləşdirilməsini mümkün hesab edir: 1) eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə iş; 2) bir iddiaçının müxtəlif cavabdehlərə; 3) yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə iş. Nəzərə alınmalıdır ki, bu cür işlərin bir icraatda birləşdirilməsi prosessual qənaət prinsipinin təmin olunmasına xidmət etməklə, həm tərəflərin vaxta və məhkəmə məsrəflərinə qənaət etməsinə səbəb olur, həm də məhkəmənin iş yükünü azaldır, işlərə daha operativ və səmərəli baxılmasını təmin edir. Hazırkı işdə bir icraatda birləşdirilmiş hər iki tələb üzrə Cavabdeh1 və İddiaçı tərəf olmuş, mübahisə qeyd olunan tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən yaranmışdır. Bu baxımdan birinci instansiya məhkəməsi haqlı olaraq işləri bir icraatda birləşdirmişdir. Eyni zamanda kassasiya baxışı zamanı Cavabdeh1 vəkili hüquqlarını müdafiə etdiyi şəxsin 20000 manat pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 11.02.2019cu il tarixli qətnaməsinin artıq qanuni qüvvəyə mindiyini təsdiq etmişdir. Halbuki Cava bdeh1 iddia tələbinin və İddiaçı iddiasına qarşı etirazının əsasını məhz alqı-satqı müqaviləsi üzrə ödənilməli olan pulu almadığı təşkil etmişdir. Lakin qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə sonucunun müqavilə üzrə öhdəliyini icra etdiyi müəyyən olunduğu üçün MPM-in 82.3-cü maddəsinə əsasən bu fakt hazırkı işdə mübahisələndirilə və yenidən sübutetmə baxımından araşdırma predmeti ola bilməz. Prosessual qanunvericilik sonrakı iş üzrə bu faktın müəyyən olunması üçün araşdırma aparılmasını, işdə olan sübutların, o cümlədən, tərəflərin izahatlarının qiymətləndirilməsini qeyrimümkün hesab edir. Həmçinin qeyd olunmalıdır ki, mülki qanunvericilikdə alqı-satqı müqaviləsi üzrə qiymətin ödənilməməsi əqdin etibarsızlığı əsası kimi çıxış etmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq be lə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9495/2019 nömrəli iş üzrə 07 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.