Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1386/2021 13.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 və İddiaçı9 cavabdeh «xxxx» ASC-yə qarşı QƏRARİ Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2971/2020 nömrəli iş üzrə 02 oktyabr 2020-ci il tarixli qərardadından iddiaçılar İddiaçı5 və İddiaçı8 tərəfindən verilmiş kassasiy a şikayətinə dair işə 13 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci və apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı1 və qeyriləri cavabdeh «Cavabdehbank» İKB ASC-yə (hazırda «xxxx» ASC) qarşı «kredit müqaviləsinin bəndinin, zaminlik və ipoteka müqavilələrinin etibarsız sayılması və ipoteka girovu ilə yüklü edilmiş daşınmaz əmlakların ipoteka yüklülüyündən azad edilməsi» tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) birinci instansiya məhkəməsinə müraciət edərək, 6-BİZ-l1-0-83-13 (Ə) saylı, 09.07.2015-ci il tarixli kredit müqaviləsinin 3.1-ci bəndinin etibarsız hesab edilməsi, İddiaçı1 ilə Cavabdeh İKB arasında bağlanmış 03.08.2011-ci il tarixli, 6-BİZ-5-0-12-11 (Zl) №-li zaminlik müqav iləsinin etibarsız hesab edilməsi və İddiaçı1 zamin kimi öhdəliklərinə xitam verilməsi, İddiaçı2 və X1 ilə Cavabdeh İKB arasında bağlanmış 03.08.2011-ci il tarixli sonrakı ipoteka müqaviləsinin, İddiaçı2 ilə Cavabdeh İKB arasında bağlanmış 26.08.2011ci il tarixli sonrakı ipoteka müqaviləsinin, İddiaçı3 ilə Cavabdeh İKB arasında bağlanmış 14.09.2011-ci il tarixli sonrakı ipoteka müqaviləsinin, İddiaçı4 ilə Cavabdeh İKB arasında bağlanmış 14.09.2011-ci il tarixli ipoteka müqaviləsinin, İddiaçı5 ilə Cavabdeh İKB arasında bağlanmış 03.08.2011-ci il tarixli sonrakı ipoteka müqaviləsinin, İddiaçı6 ilə Cavabdeh İKB arasında bağlanmış 03.08.2011-ci il tarixli sonrakı ipoteka müqaviləsinin, İddiaçı7 ilə Cavabdeh İKB arasında bağlanmış 03.08.2011-ci il tarixli sonrakı ipoteka müqaviləsinin, İddiaç ı8 ilə Cavabdeh İKB arasında bağlanmış 26.08.2011-ci il tarixli sonrakı ipoteka müqaviləsinin, İddiaçı1 ilə Cavabdeh İKB arasında bağlanmış 03.08.2011ci il tarixli sonrakı ipoteka müqaviləsinin, İddiaçı1 ilə Cavabdeh İKB arasında bağlanmış 03.08.2011-ci il tarixli sonrakı ipoteka müqaviləsinin, İddiaçı9 ilə Cavabdeh İKB arasında bağlanmış 14.09.2011-ci il tarixli sonrakı ipoteka müqaviləsinin, İddiaçı4 ilə Cavabdeh İKB arasında bağlanmış 03.08.2011-ci il tarixli sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, öhdəliklərə xitam verilməsi və həmin müqavilələrlə ipoteka girovu ilə yüklü edilmiş daşınmaz əmlakların ipoteka yüklülüyündən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli, 2(006)5814/2019 saylı qə tnaməsi ilə (hakim R.Ə.Səmədov) iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 və İddiaçı9 cavabdeh «xxxx» ASC-yə qarşı «kredit müqaviləsinin bəndinin, zaminlik və ipoteka müqavilələrinin etibarsız sayılması və ipoteka girovu ilə yüklü edilmiş daşınmaz əmlakların ipoteka yüklülüyündən azad edilməsi» tələbinə dair iddiası təmin olunmamışdır. Qətnamədən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 və İddiaçı9 apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 iyun 2020-ci il tarixli, 2(103)2971/2020 saylı qətnaməsi ilə (hakimlər R.Ə.Eyvazov– sədrlik edən və məruzəçi, Z.A.Şirinov və F.Ş.Talışinski) İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İ ddiaçı8 və İddiaçı9 cavabdeh «xxxx» ASC-yə qarşı «kredit müqaviləsinin bəndinin, zaminlik və ipoteka müqavilələrinin etibarsız sayılması və ipoteka girovu ilə yüklü edilmiş daşınmaz əmlakların ipoteka yüklülüyündən azad edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli, 2(006)5814/2019 saylı qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli, 2(006)5814/2019 qətnaməsi apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 və İddiaçı9 Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2971/2020 nömrəli iş üzrə 16 iyun 2020-ci il tar ixli qətnaməsindən birgə kassasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2971/2020 nömrəli iş üzrə 02 oktyabr 2020-ci il tarixli qərardadı ilə (hakimlər R.Ə.Eyvazov– sədrlik edən və məruzəçi, Z.A.Şirinov və F.Ş.Talışinski) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 iyun 2020-ci il tarixli, 2(103)-2971/2020 saylı qətnaməsindən iddiaçılar tərəfindən birgə verilmiş kassasiya şikayətinin iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 və İddiaçı9 münasibətdə qaytarılması qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçılar İddiaçı5 və İddiaçı8 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və kassasiya şik ayətinin mümkün hesab ediməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişlər. Kasasiya şikayətində qeyd olunmuşdur ki, digər iddiaçıların vəkillə müqavilə bağlamadan kassasiya şikayətini imzalamaları ona görə baş vermişdir ki, bütün iddiaçıların mənafeləri üst-üstə düşür.Buna görə apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarının tələblərini pozmuş, nəticədə qanunsuz və əsassız məhkəmə qərardadı qəbul etmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçılar və cavabdehin nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişd ir. Kasasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsivə ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir -408.1.3-cü maddəsinin tələbinə görə kassasiya şikayətinə vəkilin orderi və qanunla müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişdirsə, kassasiya şikayəti qaytarılır. -408.2-ci maddəsinə əsasən bu Məcəllənin 408.1.1 və 408.1.3-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi İş materiallarında olan kassasiya şikayətindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçılardan yalnız İddiaçı2 və İddiaçı3 vəkillə (vəkil V.Kişiyev) təmsil olunmuş və vəkil onların adından çıxış edərək kassasiya şikayətini imzalamışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, digər iddiaçılar vəkillə müqavilə bağlamamış, onlar kassasiya şikayətini vəkilin iştirakı olmadan vermişlər. Bu səbəbdən də kassasiya şikayəti həmin iddiaçılara münasibətdə mümkün sayıla bilməz. Eyni zamanda, kassasiya şikayətinə əlavə olunmuş dövlət rüsumuna aid qəbzdən görünür ki, dövlət rüsumu vəkil V.Kişiyev tərəfindən ödənilmişdir ki, yuxarıda da qeyd edildiyi kimi həmin vəkil yal nız iddiaçılar İddiaçı2 və İddiaçı3 təmsil etmişdir. Kassasiya kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq MPM-nin 408.1.3 maddəsinə istinad edərək kassasiya şikayətinin geri qaytarılmasına dair qərardad qəbul etmişdir. Buna görə kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı5 və İddiaçı8 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2971/2020 nömrəli iş üzrə 02 oktyabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1386/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1386/2021
13.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver