Məhkəmə qərarları › İş №2(103)-2971/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2971/2020

16.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2971/2020 16.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X7 və X1 ibarət tərkibdə, Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçı4 nümayəndəsi (vəkili) X12, Cavabdehin nümayəndəsi (vəkili) X4 iştirakı ilə, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 və İddiaçı9 cavabdeh «xxxxxxxx» ASC-yə qarşı «kredit müqaviləsinin bəndinin, zaminlik və ipoteka müqavilələrinin etibarsız sayılması və ipoteka girovu ilə yüklü edilmiş daşınmaz əmlakların ipoteka yüklülüyündən azad edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-5814/2019 saylı qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 və qeyriləri cavabdeh «Cavabdehbank» İKB ASC-yə (hazırda «xxxxxxxx» ASC) qarşı «kredit müqaviləsinin bəndinin, zaminlik və ipoteka müqavilələrinin etibarsız sayılması və ipoteka girovu ilə yüklü edilmiş daşınmaz əmlakların ipoteka yüklülüyündən azad edilməsi» tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) birinci instansiya məhkəməsinə müraciət edərək, 6-BİZ-l1-0-83-13 (Ə) saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin 3.1-ci bəndinin etibarsız hesab edilməsi, İddiaçı1 ilə Cavabdeh İKB arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 6-BİZ-5-0-12-11 (Zl) №-li zaminlik müqaviləsinin etibarsız hesab edilməsi və İddiaçı1 zamin kimi öhdəliklərinə xitam verilməsi, İddiaçı2 və X8 ilə Cavabdeh İKB arasında bağlanmış xx.xx.2011-ci il tarixli sonrakı ipoteka müqaviləsinin, İddiaçı2 ilə Cavabdeh İKB arasında bağlanmış xx.xx.2011ci il tarixli sonrakı ipoteka müqaviləsinin, İddiaçı3 ilə Cavabdeh İKB arasında bağlanmış xx.xx.2011-ci il tarixli sonrakı ipoteka müqaviləsinin, İddiaçı4 ilə Cavabdeh İKB arasında bağlanmış xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsinin, İddiaçı5 ilə Cavabdeh İKB arasında bağlanmış xx.xx.2011-ci il tarixli sonrakı ipoteka müqaviləsinin, İddiaçı6 ilə Cavabdeh İKB arasında bağlanmış xx.xx.2011-ci il tarixli sonrakı ipoteka müqaviləsinin, İddiaçı7 ilə Cavabdeh İKB arasında bağlanmış xx.xx.2011-ci il tarixli sonrakı ipoteka müqaviləsinin, İddiaçı8 ilə Cavabdeh İKB arasında bağlanmış xx.xx.2011-ci il tarixli sonrakı ipoteka müqaviləsinin, İddiaçı1 ilə Cavabdeh İKB arasında bağlanmış xx.xx.2011ci il tarixli sonrakı ipotekamüqaviləsinin, İddiaçı1 ilə Cavabdeh İKB arasında bağlanmış xx.xx.2011-ci il tarixli sonrakı ipoteka müqaviləsinin, İddiaçı9 ilə Cavabdeh İKB arasında bağlanmış xx.xx.2011-ci il tarixli sonrakı ipoteka müqaviləsinin, İddiaçı4 ilə Cavabdeh İKB arasında bağlanmış xx.xx.2011-ci il tarixli sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, öhdəliklərə xitam verilməsi və həmin müqavilələrlə ipoteka girovu ilə yüklü edilmiş daşınmaz əmlakların ipoteka yüklülüyündən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İKB ilə bağlanmış xx.xx.2011-ci il tarixli 6-BİZ-5-0-12-11 saylı əsas kredit müqaviləsinə əsasən «xxxxxxxxxxxxxxx» MMCyə ******* manat və ya həmin məbləğin digər valyutalarda ekvivalenti məbləğində 60 ay müddətinə, yəni xx.xx.2016-cı il tarixədək kredit limiti müəyyən edilmişdir. Lakin, Cavabdeh İKB tərəfindən açılan (verilən) və «xxxxxxxxxxxxxxx» MMC-yə buraxılan kredit resursları belədir: xx.xx.2011-ci il tarixdə bağlanmış 6-BİZ-6-0-13-11 saylı kredit müqaviləsinə əsasən «xxxxxxxxxxxxxxx» MMC-yə illik 20% olmaqla 12 ay müddətinə 100000 manat məbləğində kredit verilmişdir; xx.xx.2011-ci il tarixdə bağlanmış 6-BİZ-8-0- 18-11 saylı kredit müqaviləsinə əsasən «xxxxxxxxxxxxxxx» MMC-yə illik 20% olmaqla 11 ay 23 gün müddətinə 200000 manat məbləğində kredit verilmişdir; xx.xx.2011-ci il tarixdə bağlanmış 6-BİZ-8—0-37-11(Ə3) saylı kredit müqaviləsinə əsasən «xxxxxxxxxxxxxxx» MMC-yə illik 22% olmaqla 185000 manat məbləğində kredit verilmişdir; xx.xx.2012-ci il tarixdə bağlanmış 6-BİZ-9-0-55-12(Ə4) saylı kredit müqaviləsinə əsasən «xxxxxxxxxxxxxxx» MMC-yə illik 20% olmaqla 43 ay müddətinə ******* manat məbləğində kredit verilmişdir; xx.xx.2013-cü il tarixdə bağlanmış 6-BİZ-l 1-0-83-13(Ə6) saylı kredit müqaviləsinə əsasən «xxxxxxxxxxxxxxx» MMC-yə illik 20% olmaqla 12 ay müddətinə 400000 manat məbləğində kredit verilmişdir; xx.xx.2014-cü il tarixdə bağlanmış 6- BİZ-l l- 0-83-13(Ə7) saylı kredit müqaviləsinə əsasən «xxxxxxxxxxxxxxx» MMC-yə illik 18% olmaqla 12 ay müddətinə 400000 manat məbləğində kredit verilmişdir; xx.xx.2014-cü il tarixdə bağlanmış 6-BİZ-l 1-0-83-13(Ə7) saylı kredit müqaviləsinə əsasən «xxxxxxxxxxxxxxx» MMC-yə illik 18% olmaqla, 21 ay müddətinə 500000 manat məbləğində kredit verilmişdir; xx.xx.2015-ci il tarixdə bağlanmış 6-BİZ-l 1-0-83-13(Ə8) saylı kredit müqaviləsinə əsasən «xxxxxxxxxxxxxxx» MMC-yə illik 20% olmaqla 12 ay müddətinə 150000 manat kredit verilmişdir; xx.xx.2015-ci il tarixdə bağlanmış 6-BİZ-l 1-0- 83-13 (Ə9) saylı kredit müqaviləsinə əsasən «xxxxxxxxxxxxxxx» MMC-yə illik 21% olmaqla 12 ay müddətinə ******* manat məbləğində kredit verilmişdir. Qeyd edilən kredit resurslarının ümumi məbləği ******* manat təşkil etmişdir. Əsas kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi İddiaçı2 ilə X8 və Cavabdeh İKB arasında bağlanmış xx.xx.2011-ci il tarixli Sonrakı ipoteka müqaviləsrnə əsasən onların mülkiyyətində olan Bakı şəhəri, Xəzər (Əzizbəyov) rayonu, Mərdəkan qəsəbəsi, S-16 saylı sahə ünvanında yerləşən 0,12 ha torpaq sahəsi; İddiaçı2 ilə Cavabdeh İKB arasında bağlanmış xx.xx.2011-ci il tarixli Sonrakı ipoteka müqaviləsinə əsasən onun mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsində yerləşən 180 nömrəli, 3 mərtəbəli binada 94,8 kv.m ümumi, 51,0 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 22 nömrəli mənzil; İddiaçı3 ilə Cavabdeh İKB arasında bağlanmış xx.xx.2011-ci il tarixli Sonraki ipoteka müqaviləsinə əsasən onun mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində yerləşən 25 nömrəli, 3 mərtəbəli binada 54,8 kv.m ümumi, 40,0 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 35 nömrəli mənzil; İddiaçı4 ilə Cavabdeh İKB arasında bağlanmış xx.xx.2011-ci il tarixli İpoteka Müqaviləsinə əsasən onun mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində yerləşən 10 nömrəli binada, 75,4 kv.m. ümumi, 65,0 kv.m. yaşayış, 10,4 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı, 5 nömrəli mənzil, İddiaçı5 ilə Cavabdeh İKB arasında bağlanmış xx.xx.2011-ci il tarixli Sonrakı ipoteka müqaviləsinə əsasən onun mülkiyyətində olan Bakı şəhəri, Xəzər (Əzizbəyov) rayonu, Mərdəkan qəsəbəsi, S-19 saylı sahə ünvanında yerləşən 0,12 ha torpaq sahəsi, İddiaçı6 ilə Cavabdeh İKB arasında bağlanmış xx.xx.2011-ci il tarixli Sonrakı ipoteka müqaviləsinə əsasən onun mülkiyyətində olan Bakı şəhəri, Xəzər (Əzizbəyov) rayonu, Mərdəkan qəsəbəsi, S-17 saylı sahə ünvanında yerləşən 0,12 ha torpaq sahəsi; İddiaçı7 ilə Cavabdeh İKB arasında bağlanmış xx.xx.2011-ci il tarixli Sonrakı ipoteka müqaviləsinə əsasən onun mükiyyəində olan Bakı şəhəri, Xəzər (Əzizbəyov) rayonu, Mərdəkan qəsəbəsi, S-22 saylı sahə ünvanda yerləşən 0,12 ha torpaq sahəsi; İddiaçı8 oğu ilə Cavabdeh İKB arasında bağanmış xx.xx.2011-ci il tarixli sonraki ipoteka müqaviləsinə əsasən onun mükiyyəində olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində yerləşən 25 nömrəli, 3 mərtəbəli binada 62,0 kv.m. ümumi, 40,0 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı, 14 nömrəli mənzil; İddiaçı1 ilə Cavabdeh İKB arasında bağlanmış xx.xx.2011-ci il tarixli Sonrakı ipoteka müqaviləsinə əsasən onun mülkiyyətində olan Bakı şəhəri, Xəzər (Əzizbəyov) rayonu, Buzovna qəsəbəsi, N.Əliyev küçəsi 11/2 ünvanında istifadədə olan 0.11239 ha torpaq sahəsində yerləşən 881,5 kv.m. ümumi, 529,4 kv.m. əsas, 352,1 kv.m. köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisə; İddiaçı1 ilə Cavabdeh İKB arasında bağlanmış xx.xx.2011-ci il tarixli Sonrakı ipoteka müqaviləsinə əsasən onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli binanın 1-ci və 2-ci mərtəbəsində 565,2 kv.m. ümumi sahədən ibarət qeyriyaşayış sahəsi; İddiaçı9 ilə Cavabdeh İKB arasında bağlanmış xx.xx.2011-ci il tarixli Sonraki ipoteka müqaviləsinə əsasən onun mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində yerləşən 25 nömrəli, 3 mərtəbəli binada 28,0 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı, 29 nömrəli mənzil; İddiaçı4 ilə Cavabdeh İKB arasında bağlanmış xx.xx.2011-ci il tarixli Sonrakı ipoteka müqaviləsinə əsasən onun mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsində (keçmiş Azərbaycan prospekti) yerləşən 19 nömrəli binanın girişində, 11-ci mərtəbəsində, 135 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı, 19 nömrəli mənzil Cavabdeh İKB qarşısında ipoteka ilə yüklü edilmişdir. Eyni zamanda İddiaçı1 ilə xx.xx.2011-ci il tarixli, 6-BİZ-5-0-12-11 (Zl) №- li Zaminlik müqaviləsi bağlanmış və sonuncu cavabdeh «xxxxxxxxxxxxxxx» MMC-yə zamin duraraq öhdəliklər tam yerinə yetirilmədiyi təqdirdə məsuliyyəti üzərinə götürmüşdür. Kredit müqaviləsinin və tərəflər arasında tərtib edilmiş qrafik cədvəlinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh müəyyən edilmiş əmlakların, ******* manat kredit resursuna görə ipoteka ilə yüklü etdiyi halda, mülkiyyətçilərin məlumatı və razılığı olmadan birtərəfli qaydada müqavilə şərtlərini və kredit öhdəliyini pozmuşdur. Cavabdehin müqavilədən kənar hərəkətləri nəticəsində ipoteka ilə yüklü edilmiş əmlakların mülkiyyətçilərinin cavabdeh qarşısında müqavilə ilə nəzərdə tutulmamış və razılaşdırılmamış öhdəliyi yaranmışdır. Həmçinin, xx.xx.2011-ci il tarixli, 6-BİZ-5-0-12- 11(Zİ) saylı zaminlik müqaviləsinə əsasən İddiaçı1 əsas kredit müqaviləsində nəzərdə tutulan məhz ******* manat kredit resursuna görə zamin qismində öhdəlik götürmüşdür. Göründüyü kimi, kredit müqaviləsinin mühüm şərtlərinə kreditin məbləği, müddəti, illik faiz dərəcəsi və s. aid edilə bilər. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir. Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir. Mövcud kredit məbləğinin artırılması və ümumən müqavilə şərtlərinin - zaminin və ipoteka qoyanların vəziyyətlərinin ağırlaşdırılmasına səbəb olan halda müqavilənin dəyişdirilməsindən (artırılmasından) «Zamin» İddiaçı1 və ipoteka ilə əmlakları girov götürülmüş İddiaçı2, X6, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, X2, X9, İddiaçı9 məlumatları olmamış, onlarla mövcud müqavilələrə müvafiq əlavə və dəyişikliklər edilməmişdir. Həmçinin, onlarla yeni məzmunda müqavilə bağlanılması ilə bağlı təklif və bildirişlər verilməmişdir. Qeyd edilən şəxslərin mövcud hal və xüsusatlardan məlumatları İddiaçı4 mülkiyyətində olan Bakı şəhəri, Z.Əliyeva küçəsi, ev 31 A, mənzil 20-yə dair «ipoteka predmetinə tutmanın yönəldilməsi» tələbinə dair qətnamənin Səbail rayon İcra Şöbəsi tərəfindən icrası zamanı, yəni xx xxxx 2019-cu il tarixdə məlumatları olmuşdur. Eyni zamanda, həmin məhkəmə iclaslarında iştirakları qanunvericilikdə nəzərdə tutulan qaydada təmin edilməmiş, icrası xx xxxx 2019-cu il tarixə təyin edilən qətnamə iddiaçılara göndərilməmiş, bu barədə məlumatları olmamışdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)- 5814/2019 saylı qətnaməsi ilə (hakim Rəşid Səmədov) iddia təmin olunmamışdır. İddiaçılar məhkəmənin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddia ərizəsinin təmin olunması barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri: İddiaçılar apellyasiya şikayətlərini iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırmış, həmçinin qətnamənin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasını, müqavilələrin etibarsız olmasını, hüquqlarının pozulmasını göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişlər. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək,orada göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş,məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətlərini əsassız sayaraq, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş,məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq,onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakiminməruzəsini və izahatları dinləyib,iş üzrə toplanmış sübutları tam,hərtərəfli və obyektivaraşdırıb,apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymətverərəkhesabedirki,apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, işdə olan Cavabdeh İKB ASC ilə «xxxxxxxxxxxxxxx» MMC arasında bağlanmış xx xxxxxx 2011-ci il tarixli, 6-BİZ-5-0-12-11 saylı əsas kredit müqaviləsindən görünür ki, bank tərəfindən «xxxxxxxxxxxxxxx» MMC-yə 60 ay müddətinə, ******* manat məbləğində kredit xətti açılmışdır. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən kredit öhdəliklərinin icrasının təminat üsulu ipoteka və girov müqavilələridir. İşdə olan Cavabdeh İKB ASC ilə «xxxxxxxxxxxxxxx» MMC və İddiaçı1 arasında bağlanmış xx xxxxxx 2011-ci il tarixli, № 6-BİZ-5-0-12-11 saylı zaminlik müqaviləsinə əsasən zamin İddiaçı1 borclu «xxxxxxxxxxxxxxx» MMC-nin bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürmüşdür. İşdə olan Cavabdeh İKB ASC ilə «xxxxxxxxxxxxxxx» MMC, İddiaçı2 və X10 arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 6-BİZ-5-0-12-11(İ) saylı sonrakı ipoteka müqaviləsinin surətindən görünür ki, xx.xx.2011-ci il tarixli əsas kredit müqaviləsi üzrə öhdəliklərin icra olunmasına təminat olaraq, İddiaçı2 və X10 onlara məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S-16 saylı sahə ünvanında yerləşən 0,12 ha torpaq sahəsini banka ipoteka kimi təqdim etmişdir. İpoteka predmeti 43.632 manat məbləğində qiymətləndirilmişdir. İşdə olan Cavabdeh İKB ASC ilə «xxxxxxxxxxxxxxx» MMC və İddiaçı6 arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 6-BİZ-5-0-12-11(İ)-A saylı sonrakı ipoteka müqaviləsinin surətindən görünür ki, xx.xx.2011-ci il tarixli əsas kredit müqaviləsi üzrə öhdəliklərin icra olunmasına təminat olaraq, İddiaçı6 ona məxsus xx.xx.2007-ci il tarixli, 812/7İ(HŞ)-B-001 saylı ipoteka müqaviləsi ilə yüklü edilmiş mülkiyyətində olan 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsində gələcəkdə tikiləcək bütün əmlakları (Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S-17 sahə ünvanında yerləşən 0,12 ha torpaq sahəsini) banka ipoteka kimi təqdim etmişdir. İpoteka predmeti 43.632 manat məbləğində qiymətləndirilmişdir. İşdə olan Cavabdeh İKB ASC ilə «xxxxxxxxxxxxxxx» MMC və İddiaçı5 arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 6-BİZ-5-0-12-11(İ)-B saylı sonrakı ipoteka müqaviləsinin surətindən görünür ki, xx.xx.2011-ci il tarixli əsas kredit müqaviləsi üzrə öhdəliklərin icra olunmasına təminat olaraq, İddiaçı5 ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S-19 sahə ünvanında yerləşən 0,12 ha torpaq sahəsini banka ipoteka kimi təqdim etmişdir. İpoteka predmeti 43.632 manat məbləğində qiymətləndirilmişdir. İşdə olan Cavabdeh İKB ASC ilə «xxxxxxxxxxxxxxx» MMC və İddiaçı7 arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 6-BİZ-5-0-12-11(İ)-C saylı sonrakı ipoteka müqaviləsinin surətindən görünür ki, xx.xx.2011-ci il tarixli əsas kredit müqaviləsi üzrə öhdəliklərin icra olunmasına təminat olaraq, İddiaçı7 ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S-22 sahə ünvanında yerləşən 0,12 ha torpaq sahəsini banka ipoteka kimi təqdim etmişdir. İpoteka predmeti 43.632 manat məbləğində qiymətləndirilmişdir. İşdə olan Cavabdeh İKB ASC ilə «xxxxxxxxxxxxxxx» MMC və İddiaçı4 arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 6-BİZ-5-0-12-11(İ)-D saylı sonrakı ipoteka müqaviləsinin surətindən görünür ki, xx.xx.2011-ci il tarixli əsas kredit müqaviləsi üzrə öhdəliklərin icra olunmasına təminat olaraq, İddiaçı4 ona məxsus Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospektində yerləşən ev 19, mənzil 19-u banka ipoteka kimi təqdim etmişdir. İpoteka predmeti 530.000 manat məbləğində qiymətləndirilmişdir. İşdə olan Cavabdeh İKB ASC ilə «xxxxxxxxxxxxxxx» MMC və İddiaçı1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 6-BİZ-5-0-12-11(İ)-E saylı sonrakı ipoteka müqaviləsinin surətindən görünür ki, xx.xx.2011-ci il tarixli əsas kredit müqaviləsi üzrə öhdəliklərin icra olunmasına təminat olaraq, İddiaçı1 ona məxsus ünvan 2 ünvanında yerləşən 2 mərtəbəli binanın 1-ci və 2-ci mərtəbəsində 565,2 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsini banka ipoteka kimi təqdim etmişdir. İpoteka predmeti 2.000.000 manat məbləğində qiymətləndirilmişdir. İşdə olan Cavabdeh İKB ASC ilə «xxxxxxxxxxxxxxx» MMC və İddiaçı1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 6-BİZ-5-0-12-11(İ)-M saylı sonrakı ipoteka müqaviləsinin surətindən görünür ki, xx.xx.2011-ci il tarixli əsas kredit müqaviləsi üzrə öhdəliklərin icra olunmasına təminat olaraq, İddiaçı1 ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, N.Əliyev küçəsi, 11/2 ünvanında yerləşən 0,11239 ha sahədən ibarət əmlak kompleksini banka ipoteka kimi təqdim etmişdir. İpoteka predmeti 217500 manat məbləğində qiymətləndirilmişdir. İşdə olan Cavabdeh İKB ASC ilə «xxxxxxxxxxxxxxx» MMC və İddiaçı8 arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 6-BİZ-5-0-12-11(İ)-L saylı sonrakı ipoteka müqaviləsinin surətindən görünür ki, xx.xx.2011-ci il tarixli əsas kredit müqaviləsi üzrə öhdəliklərin icra olunmasına təminat olaraq, İddiaçı8 ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, ev 25, mənzil 14-ü banka ipoteka kimi təqdim etmişdir. İpoteka predmeti 412.000 manat məbləğində qiymətləndirilmişdir. İşdə olan Cavabdeh İKB ASC ilə «xxxxxxxxxxxxxxx» MMC və İddiaçı2 arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 6-BİZ-5-0-12-11(İ)-R saylı sonrakı ipoteka müqaviləsinin surətindən görünür ki, xx.xx.2011-ci il tarixli əsas kredit müqaviləsi üzrə öhdəliklərin icra olunmasına təminat olaraq, İddiaçı2 ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, B.Səfəroğlu küçəsində yerləşən 180 nömrəli, 3 mərtəbəli binada 94,8 kv.m ümumi, 51,0 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 22 nömrəli mənzili banka ipoteka kimi təqdim etmişdir. İpoteka predmeti 91.920 manat məbləğində qiymətləndirilmişdir. İşdə olan Cavabdeh İKB ASC ilə «xxxxxxxxxxxxxxx» MMC və İddiaçı3 arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 6-BİZ-5-0-12-11(İ)-N saylı sonrakı ipoteka müqaviləsinin surətindən görünür ki, xx.xx.2011-ci il tarixli əsas kredit müqaviləsi üzrə öhdəliklərin icra olunmasına təminat olaraq, İddiaçı3 ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində yerləşən 25 nörməli, 3 mərtəbəli binada 54,8 kv.m ümumi, 40,0 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 35 nömrəli mənzili banka ipoteka kimi təqdim etmişdir. İpoteka predmeti 73.000 manat məbləğində qiymətləndirilmişdir. İşdə olan Cavabdeh İKB ASC ilə «xxxxxxxxxxxxxxx» MMC və İddiaçı4 arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 6-BİZ-5-0-12-11(İ)-T saylı sonrakı ipoteka müqaviləsinin surətindən görünür ki, xx.xx.2011-ci il tarixli əsas kredit müqaviləsi üzrə öhdəliklərin icra olunmasına təminat olaraq, İddiaçı4 ona məxsus Bakı şəhəri, Yasamal rayonu, Z.Əhmədbəyov küçəsi, 10 nömrəli binada yerləşən 5 nömrəli mənzili banka ipoteka kimi təqdim etmişdir. İpoteka predmeti 270.000 manat məbləğində qiymətləndirilmişdir. İşdə olan Cavabdeh İKB ASC ilə «xxxxxxxxxxxxxxx» MMC və İddiaçı9 arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 6-BİZ-5-0-12-11(İ)-S saylı sonrakı ipoteka müqaviləsinin surətindən görünür ki, xx.xx.2011-ci il tarixli əsas kredit müqaviləsi üzrə öhdəliklərin icra olunmasına təminat olaraq, İddiaçı9 ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, ev 25, mənzil 29-u banka ipoteka kimi təqdim etmişdir. İpoteka predmeti 57.000 manat məbləğində qiymətləndirilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx xxxx 2018-ci il tarixli, 2(102)-4790/2018 saylı qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə hazırkı iş üzrə Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsinin ipoteka predmetlərinin ilkin satış qiyməti və cərimənin tutulması hissəsində ləğv edilməsi, Bakı şəhəri, Xəzər (Əzizbəyov) rayonu, Mərdəkan qəsəbəsi, S-16 saylı sahə ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin real bazar dəyəri - 54000 manat, Bakı şəhəri, Xəzər (Əzizbəyov) rayonu, Mərdəkan qəsəbəsi, S-17 sahə ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin real bazar dəyəri 54000 manat, Bakı şəhəri, Xəzər (Əzizbəyov) rayonu, Mərdəkan qəsəbəsi ünvanında yerləşən S-19 saylı 0,12 ha torpaq sahəsinin real bazar dəyəri 54000 manat, Bakı şəhəri, Xəzər (Əzizbəyov) rayonu, Mərdəkan qəsəbəsi, S-22 saylı 0,12 ha torpaq sahəsinin real bazar dəyəri - 54000 manat, Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsində yerləşən 180 nömrəli, 3 mərtəbəli binada 94,8 m2 ümumi, 51,0 m2 yaşayış sahəsindən ibarət 3 otaqlı, 22 nömrəli mənzilin - real bazar dəyəri 190000 manat, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində yerləşən 25 nömrəli, 3 mərtəbəli binada 54,8 m2 ümumi, 40,0 m2 yaşayış sahəsindən ibarət 3 otaqlı, 35 nömrəli mənzilin real bazar dəyəri - 110000 manat, Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində yerləşən 10 nömrəli binada, 75,4 m2 ümumi, 65,0 m2 yaşayış, 10,4 m2 yardımçı sahədən ibarət 3 otaqlı, 5 nömrəli mənzilin real bazar dəyəri - 155000 manat, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində yerləşən 25 nömrəli, 3 mərtəbəli binada 62,0 m2 ümumi, 40,0 m2 yaşayış sahəsindən ibarət 2 otaqlı, 14 nömrəli mənzilin real bazar dəyəri – 120000 manat, Bakı şəhəri, Xəzər (Əzizbəyov) rayonu, Buzovna qəsəbəsi, N.Əliyev küçəsi 11/2 ünvanında istifadədə olan 0,11239 ha torpaq sahəsində yerləşən 881,5 m2 ümumi, 529,4 m2 əsas, 352,1 m2 köməkçi sahədən ibarət əmlak kompleksinin real bazar dəyəri - 110000 manat, ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli binanın 1-ci və 2-ci mərtəbəsində 565,2 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin bazar dəyəri - ******* manat, «X21 3028 yük» markalı, qeydiyyat nişanı ** JZ ***, TİP Betonnasos, buraxılış ili 2006-cı il, mühərrik **********6275, şassi NMB**********3674, ağ rəngli avtonəqliyyat vasitəsinin real bazar dəyəri - 30000 manat, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində yerləşən 25 nömrəli, 3 mərtəbəli binada 28,0 m2 yaşayış sahəsindən ibarət 2 otaqlı, 29 nömrəli mənzilin real bazar dəyəri - 60000 manat, Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsində (keçmiş Azərbaycan prospekti) yerləşən 19 nömrəli binanın girişində, 11-ci mərtəbəsində, 135 m2 yaşayış sahəsindən ibarət 3 otaqlı, 19 nömrəli mənzilin real bazar dəyəri - 402000 manat olmaqla, ilkin satış qiymətlərinin müəyyən edilməsi, cavabdehlər «xxxxxxxxxxxxxxx» MMC və İddiaçı1 müştərək qaydada 8000 manat cərimənin tutulması, qətnamənin qalan hissədə yəni, Cavabdeh İKB ilə «xxxxxxxxxxxxxxx» MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 6- BİZ-5-0-12-11 saylı əsas kredit müqaviləsinə əsasən yaranmış 994870 manat məbləğində əsas, 185835 manat məbləğində faiz, məhkəmədə iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun 20 manat məbləğində hissəsi, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi 120 manat və xidmət haqqının əvəzi 240 manat cavabdehlər «xxxxxxxxxxxxxxx» MMC-dən və İddiaçı1 müştərək qaydada tutulub iddiaçı Cavabdeh İKB-yə ödənilməsi, Cavabdeh İKB ilə «xxxxxxxxxxxxxxx» MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 6-BİZ-5-0-12-11 saylı əsas kredit müqaviləsi üzrə yuxarıda göstərilən pul tələblərinin, ipoteka ilə yüklü edilmiş əmlaklara - Bakı şəhəri, Xəzər (Əzizbəyov) rayonu, Mərdəkan qəsəbəsi, S-16 saylı sahə ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə, Bakı şəhəri, Xəzər (Əzizbəyov) rayonu, Mərdəkan qəsəbəsi, S-17 saylı sahə ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə, Bakı şəhəri, Xəzər (Əzizbəyov) rayonu, Mərdəkan qəsəbəsi, S-19 saylı sahə ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə, Bakı şəhəri, Xəzər (Əzizbəyov) rayonu, Mərdəkan qəsəbəsi, S-22 saylı sahə ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə, Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsində yerləşən 180 nömrəli, 3 mərtəbəli binada 94,8 kv.m ümumi, 51,0 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 22 nömrəli mənzilə, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində yerləşən 25 nömrəli, 3 mərtəbəli binada 54,8 kv.m ümumi, 40,0 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 35 nömrəli mənzilə , Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində yerləşən 10 nömrəli binada, 75,4 kv.m ümumi, 65,0 kv.m yaşayış, 10,4 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 5 nömrəli mənzilə, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində yerləşən 25 nömrəli, 3 mərtəbəli binada 62,0 kv.m ümumi, 40,0 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı, 14 nömrəli mənzilə, Bakı şəhəri, Xəzər (Əzizbəyov) rayonu Buzovna qəsəbəsi, N.Əliyev küçəsi 11/2 ünvanında istifadədə olan 0,11239 ha torpaq sahəsində yerləşən 881,5 m2 ümumi, 529,4 m2 əsas, 352,1 m2 köməkçi sahədən ibarət əmlak kompleksinə, ünvan 2 ünvanında yerləşən 2 mərtəbəli binanın 1-ci və 2-ci mərtəbəsində 565,2 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə, «X22 3028 yük» markalı, qeydiyyat nişanı ** JZ ***, TİP Betonnasos, buraxılış ili 2006-cı il, mühərrik **********6275, şassi NMB**********3674, ağ rəngli avtonəqliyyat vasitəsinə, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində yerləşən 25 nömrəli, 3 mərtəbəli binada 28,0 m2 yaşayış sahəsindən ibarət 2 otaqlı, 29 nömrəli mənzilə, Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsində (keçmiş Azərbaycan prospekti) yerləşən 19 nömrəli binanın girişində, 11- ci mərtəbəsində, 135 m2 yaşayış sahəsindən ibarət 3 otaqlı, 19 nömrəli mənzilə yönəldilməsi, ipotekaya qoyulmuş əmlakların ilkin satış qiyməti ilə açıq hərracda satılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi məbləğində Cavabdeh İKB-yə ödənilməsi, ipoteka predmeti olan yuxarıda qeyd olunan əmlaklar hərracda satıldıqda, ən geci 1 ay ərzində həmin əmlakların mülkiyyətçiləri olan ipoteka qoyanlar tərəfindən boşaldılaraq ipoteka saxlayan Cavabdeh İKB-yə təhvil verilməsi, «X18» MMC tərəfindən aparılmış xx.xx.2016-cı il tarixli, ƏEM/D 01- 704/2016 saylı ekspertiza tədqiqatının dəyərini təşkil edən 600 manat vəsaitin 200 manat hissəsi iddiaçıdan, 400 manat hissəsi cavabdehlər «xxxxxxxxxxxxxxx» MMC-dən və İddiaçı1 müştərək qaydada tutularaq «X18» MMC-nin hesabına köçürülməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmiş, qiymətləndiricinin xidmət haqqı olan 1300 manat pul vəsaitinin cavabdehlər «xxxxxxxxxxxxxxx» MMC-dən və İddiaçı1 müştərək qaydada alınaraq «xxxxxxx» MMCnin hesabına köçürülməsi qət edilmişdir. Ali Məhkəmənin yuxarıda qeyd olunan qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının bu iş üzrə olan xx xxxxxx 2017-ci il tarixli, 2(103)-7353/17 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən, tələblərin əsassız olmasına, qanuni qüvvədə olan olan məhkəmə qərarının mövcudluğuna, həmçinin iddia müddətinin keçməsinə əsaslanmışdır. Məhkəmə kollegiyası iddianın rədd olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq,həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir (Mülki Məcəllənin 389, 390 və s. maddələri). İşdə olan sübutlardan görünür ki,mübahisələndirilən əqdləri tərəflər imzaları ilə təsdiq etmiş,həmçinin əqdlərin qanunvericiliklə müəyyən olunmuş formasına riayət olunmuşdur. «Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxx 2004-cü il tarixli Qərarında göstərilmişdir ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra,MM)337-354-cü maddələrində əqdlərin etibarsızlığının anlayışı və hansı hallar nəticəsində bağlanmış əqdin etibarsız sayılması üçün əsaslar konkret olaraq göstərilmişdir. MM-in 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Göründüyü kimi,əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan,yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır. İddiaçılar isə mübahisələndirilən əqdlərin (və ya əqdin bir hissəsinin)etibarsızlığı əsas ola biləcək hər hansı sübutları məhkəməyə təqdim edə bilməmiş,bu istiqamətdə tələblərinin əsası kimi istinad etdikləri halları əsaslandıra bilməmişlər. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, iddia tələblərindən göründüyü kimi,iddiaçılar əsasən mübahisələndirilən müqavilələr bağlandıqdan sonra baş vermiş hallara (məsuliyyətin atmasına əsas olan dəyişikliklər və s.) əsaslanmışlar ki, bunlar da əqdlərin etibarsızlığına qanuni əsas təşkil edə bilməz. Çünki, əqdlər qanunvericilə uyğun olaraq bağlandıqdan sonra baş verə biləcək hallar müqavilənin dəyişdirilməsi və ya ləğvinə əsas ola bilər. Eyni zamanda, işdə olan qanuni qüvvəsini almış məhkəmə qərarlarından görünür ki,iddiaçı Cavabdeh İKB ASC-nin cavabdehlər «xxxxxxxxxxxxxxx» MMC-yə,İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8,İddiaçı9,Ağayeva Hurnisə qarşı “kredit borcunun ödənilməsi,tutmanın ipotka predmetlərinə yönəldilməsi”tələbinə dair iddiası qismən təmin olunmuşdur. Yəni,hazırki iş üzrə etibarsızlığı tələb olunan əqdlərin etibarlı olması artıq qanuni qüvvədə olan məhkəmə qərarları ilə təsbit olunmuş,bu səbəbdən də kredit borcunun (994870manat əsas, 185835manat faiz, 100manat cərimə olmaqla, cəmi ******* manat) əsas borclu «xxxxxxxxxxxxxxx» MMC-dən və zamindən tutulması və tutmanın ipoteka müqavilələrinə əsasən ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməsi qət edilmişdir. MPM-nin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, işin faktiki halları və qanunvericiliyin qeyd edilən tələblərinə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar tələbin əsası kimi istinad edilən halları əsaslandıra və sübut edə bilməmiş,məhkəmə baxışı zamanı isə araşdırılmış sübutlarla iddiaçı tərəfin irəli sürdüyü dəlillər üzrə mübahisələndirilən əqdlərin (və ya əqdin bir hissəsinin)etibarsızlığına əsas ola biləcək hər hansı hal müəyyən olunmamışdır. Belə olan halda isə,öhdəliklərə xitam verilməsi və daşınmaz əmlakların ipoteka yüklülüyündən azad edilməsinə də hər hansı qanuni əsas müəyyən edilmir. Eyni zamanda, iddiaçılar əqdlərin mübahisələndirilməsi ilə bağlı qanunla nəzərdə tutulmuş müvafiq müddəti də ötürmüşlər ki, bu halın özü (iddianın əsassızlığı ilə bağlı yuxarıda qeyd edilənlərlə yanaşı) iddianın rədd olunması üçün qanuni əsas təşkil edir. Belə ki,Mülki Məcəllənin 354.1-cimaddəsinəəsasən,əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. İşdən görünür ki, tərəflər arasında mübahisələndirilən əqdlər 2011-ci ildə bağlanmış, iddiaçılar tərəfindən isə hazırkı iddia ərizəsi ilə məhkəməyə 8 il müddət keçdikdən sonra, yəni xx.xx.2019-cu il tarixdə, yəni müddət ötürüldükdən sonra müraciət olunmuşdur. İddiaçı tərəf müddətin axımın kəsilməsi və ya dayandırılması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Göründüyü kimi,iddia tələbləri bütövlükdə əsassız olmaqla,təmin edilə bilməzdi.Birinci instansiya məhkəməsi iddia tələblərini rədd etməkdə haqlı olmuş,maddi və prosessual hüquq normalarının tələblərini gözləmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası formal mülahizələrə söykənən apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, onları əsassız hesab edir. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Avropa Məhkəməsi «X3rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır və cavabdehin etirazlarını araşdırmağa zərurət yoxdur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmış, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382,384.0.1,393və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 və İddiaçı9 cavabdeh «xxxxxxxx» ASC-yə qarşı «kredit müqaviləsinin bəndinin, zaminlik və ipoteka müqavilələrinin etibarsız sayılması və ipoteka girovu ilə yüklü edilmiş daşınmaz əmlakların ipoteka yüklülüyündən azad edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-5814/2019 saylı qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-5814/2019 qətnaməsi apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar