Məhkəmə qərarları › İş №2(102)-4225/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4225/2021

04.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4225/2021 04.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 və İddiaçı9 cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4225/21 (Açar sözlər: kredit müqaviləsinin müvafiq bəndinin və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, zaminliyə xitam verilməsi, daşınmaz əmlakların yüklülükdən azad edilməsi, qanunu qüvvəyə minmiş qətnamə ilə həmin əmlaklara tələbin yönəldilməsi) Bakı şəhəri, 04 oktyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı, Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 və İddiaçı9 cavabdeh "xxxx" ASC-yə qarşı “kredit müqaviləsinin müvafiq bəndinin, ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakların yüklülükdən azad edilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 iyun 2020-ci il tarixli, 2(103)-2971/2020 nömrəli qətnaməsindən iddiaçlar İddiaçı2 və İddiaçı3 kassasiya şikayətinə 04 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh İKB ilə bağlanmış 03.08.2011-ci il tarixli 6- BİZ-5-0-12-11 saylı əsas kredit müqaviləsinə əsasən "xxxx" MMC-yə 2.285.120 (iki milyon iki yüz səksən beş min yüz iyirmi) manat və ya həmin məbləğin digər valyutalarda ekvivalenti məbləğində 60 (altmış) ay müddətinə, yəni 03.08.2016-cı il tarixədək kredit limiti müəyyən edilmişdir.

2. Həmin müqavilənin təminatı kimi iddiaçılar mülkiyyətlərində olan daşınmaz əmlakları bankın xeyrinə ipoteka ilə yüklü etmişlər.

3. İddiaçı1 ilə həmçinin zaminlik müqaviləsi də bağlanmışdır.

4. Kredit müqaviləsi üzrə 2.285.120 manat borc ödənilib.

4. Sonradan Cavabdeh İKB ilə "xxxx" MMC arasında 09 iyul 2015-ci il tarixində yeni kredit müqaviləsi bağlanıb və MMC-yə 1.000.000 manat kredit verilib. 09.07.2015-ci il tarixli kredit müqaviləsinin 3.1-ci bəndinə görə həmin müqavilənin təminatı kimi yenə də iddiaçılara məxsus daşınmaz əmlaklar ipoteka ilə yüklü edilib. a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 və İddiaçı9 cavabdeh "xxxx" İKB ASC-yə (hazırda "xxxx" ASC) qarşı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, 09.07.2015-ci il tarixli kredit müqaviləsinin 3.1-ci bəndinin etibarsız hesab edilməsi, İddiaçı1 ilə Cavabdeh İKB arasında bağlanmış 03.08.2011-ci il tarixli, 6-BİZ-5-0-12-11 (Zl) №-li zaminlik müqaviləsinin etibarsız hesab edilməsi və İddiaçı1 zamin kimi öhdəliklərinə xitam verilməsi, İddiaçı2 və X1 ilə Cavabdeh İKB arasında bağlanmış 03.08.2011-ci il tarixli sonrakı ipoteka müqaviləsinin, İddiaçı2 ilə Cavabdeh İKB arasında bağlanmış 26.08.2011ci il tarixli sonrakı ipoteka müqaviləsinin, İddiaçı3 ilə Cavabdeh İKB arasında bağlanmış 14.09.2011-ci il tarix li sonrakı ipoteka müqaviləsinin, İddiaçı4 ilə Cavabdeh İKB arasında bağlanmış 14.09.2011-ci il tarixli ipoteka müqaviləsinin, İddiaçı5 ilə Cavabdeh İKB arasında bağlanmış 03.08.2011-ci il tarixli sonrakı ipoteka müqaviləsinin, İddiaçı6 ilə Cavabdeh İKB arasında bağlanmış 03.08.2011-ci il tarixli sonrakı ipoteka müqaviləsinin, İddiaçı7 ilə Cavabdeh İKB arasında bağlanmış 03.08.2011-ci il tarixli sonrakı ipoteka müqaviləsinin, İddiaçı8 ilə Cavabdeh İKB arasında bağlanmış 26.08.2011-ci il tarixli sonrakı ipoteka müqaviləsinin, İddiaçı1 ilə “Nikoyl2 İKB arasında bağlanmış 03.08.2011-ci il tarixli sonrakı ipoteka müqaviləsinin, İddiaçı1 ilə Cavabdeh İKB arasında bağlanmış 03.08.2011-ci il tarixli sonrakı ipoteka müqaviləsinin, İddiaçı9 ilə Cavabdeh İKB arasında bağlanmış 14.09.2011-ci il tarix li sonrakı ipoteka müqaviləsinin, İddiaçı4 ilə Cavabdeh İKB arasında bağlanmış 03.08.2011-ci il tarixli sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, öhdəliklərə xitam verilməsi və həmin müqavilələrlə ipoteka girovu ilə yüklü edilmiş daşınmaz əmlakların ipoteka yüklülüyündən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi belə əsaslandırılıb ki, 09 iyul 2015-ci il tarixli kredit müqaviləsini bağlanmasından iddiaçıların xəbəri olmayıb, ipotekalar üçün onların razılığı alınmayıb. Halbuki razılıq verdikləri ipoteka üzrə kredit borcu ödənilib.

6. İddiaçıların mövcud hal və xüsusatlardan məlumatları İddiaçı4 mülkiyyətində olan Bakı şəhəri, Z.Əliyeva küçəsi, ev 31 A, mənzil 20-yə dair «ipoteka predmetinə tutmanın yönəldilməsi» tələbinə dair qətnamənin Səbail rayon İcra Şöbəsi tərəfindən icrası zamanı, yəni 30 iyul 2019-cu il tarixdə məlumatları olmuşdur.

7. İddiaçılar tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 477.0.1, 307.4-ci maddələrinə, və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli Qərarına istinad etmişlər.

8. Cavabdeh "xxxx" İKB ASC-nin nümayəndəsi və vəkili iddia tələbinə etiraz etmiş, həmçinin iş üzrə iddia müddə tinin tətbiq olunması barədə ərizə təqdim edərək, mübahisəyə iddia müddətinin tətbiq olunmasını xahiş etmişdir.

9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5814/2019 saylı, 29 noyar 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Rəşid səmədov)

10. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən müəyyən etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 dekabr 2017-ci il tarixli qətnaməsi ilə hazırkı Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli qətnaməsinin ipoteka predmetlərinin ilkin satış qiyməti və cərimənin tutulması hissəsində ləğv edilmiş, ünvan 1 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin real bazar dəyəri -54000 manat, Bakı şəhəri, Xəzər (Əzizbəyov) rayonu, Mərdəkan qəsəbəsi, S-17 sahə ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin real bazar dəyəri 54.000 manat, Bakı şəhəri, Xəzər (Əzizbəyov) rayonu, Mərdəkan qəsəbəsi ünvanında yerləşən S-19 saylı 0,12 ha torpaq sahəsinin real bazar dəyəri 54000 manat, Bakı şəhəri, Xəzər (Əzizbəyov) rayonu, Mərdəkan qəsəbəsi, S-22 saylı 0,12 ha torpaq sahəsinin real bazar dəyəri - 54 000,0 (əlli dörd min) manat, Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsində yerləşən 180 nömrəli, 3 mərtəbəli binada 94,8 m2 ümumi, 51,0 m2 yaşayış sahəsindən ibarət 3 otaqlı, 22 nömrəli mənzilin - real bazar dəyəri- 190 000,0 manat, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində yerləşən 25 nömrəli, 3 mərtəbəli binada 54,8 m2 ümumi, 40,0 m2 yaşayış sahəsindən ibarət 3 otaqlı, 35 nömrəli mənzilin real bazar dəyəri - 110 000,0 manat, Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində yerləşən 10 nömrəli binada, 75,4 m2 ümumi, 65,0 m2 yaşayış, 10,4 m2 yardımçı sahədən ibarət 3 otaqlı, 5 nömrəli mənzilin real bazar dəyəri - 155 000,0 manat, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində yerləşən 25 nömrəli, 3 mərtəbəli binada 62,0 m2 ümumi, 40,0 m2 yaşayış sahəsindən ibarət 2 otaqlı, 14 nömrəli mənzilin real bazar dəyəri – 120000 manat, ünvan 3 ünvanında istifadədə olan 0,11239 ha torpaq sahəsində yerləşən 881,5 m2 ümumi, 529,4 m2 əsas, 352,1 m2 köməkçi sahədən ibarət əmlak kompleksinin real bazar dəyəri - 110 000 manat, ünvan 4 ünvanında yerləşən 2 mərtəbəli binanın 1-ci və 2-ci mərtəbəsində 565,2 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin bazar dəyəri 1060 000 manat, "X3 3028 yük" markalı, qeydiyyat nişanı ** JZ ***, TİP Betonnasos, buraxılış ili 2006-cı il, mühərrik **********6275, şassi NMB**********3674, ağ rəngli avtonəqliyyat vasitəsinin real bazar dəyəri - 30 000 manat, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində yerləşən 25 nömrəli, 3 mərtəbəli binada 28,0 m2 yaşayış sahəsindən ibarət 2 otaqlı, 29 nömrəli mənzilin real bazar dəyəri - 60 000 manat, Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsində (keçmiş Azərbaycan prospekti) yerləşən 19 nömrəli binanın girişində, 11-ci mərtəbəsində, 135 m2 yaşayış sahəsindən ibarət 3 otaqlı, 19 nömrəli mənzilin real bazar dəyəri - 402 000 manat olmaqla, ilkin satış qiymətlərinin müəyyən edilməsi,cavabdehlər "xxxx" MMC və İddiaçı1 müştərək qaydada 8000 manat cərimənin tutulması, qətnamənin qalan hissədə yəni, Cavabdeh İKB ilə "xxxx" MMC arasında bağlanmış 03.08.2011-ci il tarixli, 6-BİZ-5- 0-12-11 saylı əsas kredit müqaviləsinə əsasən yaranmış 994870 manat məbləğində əsas, 185835 manat məbləğində faiz, məhkəmədə iddianın qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20 (iyirmi) manat məbləğində hissəsi, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi 120 (yüz iyirmi) manat və xidmət haqqının əvəzi 240 (iki yüz qırx) manat cavabdehlər "xxxx" MMC-dən və İddiaçı1 müştərək qaydada tutulub iddiaçı Cavabdeh İKByə ödənilməsi, Cavabdeh İKB ilə "xxxx" MMC arasında bağlanmış 03.08.2011-ci il tarixli, 6-BİZ-5-0-12-11 saylı əsas kredit müqaviləsi üzrə yuxarıda göstərilən pul tələblərinin, ipoteka ilə yüklü edilmiş əmlaklara ünvan 1 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə, ünvan 5 ünvan ında yerləşən 0,12 ha torpaq sahəsinə, ünvan 6 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə, ünvan 7 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə, Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsində yerləşən 180 nömrəli, 3 mərtəbəli binada 94,8 kv.m ümumi, 51,0 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 22 nömrəli mənzilə, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində yerləşən 25 nömrəli, 3 mərtəbəli binada 54,8 kv.m ümumi, 40,0 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 35 nömrəli mənzilə, Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində yerləşən 10 nömrəli binada, 75,4 kv.m ümumi, 65,0 kv.m yaşayış, 10,4 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 5 nömrəli mənzilə, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində yerləşən 25 nömrəli, 3 mərtəbəli binada 62,0 kv.m ümumi, 40,0 kv.m yaşa yış sahəsindən ibarət 2 otaqlı, 14 nömrəli mənzilə, ünvan 9 ünvanında istifadədə olan 0,11239 ha torpaq sahəsində yerləşən 881,5 m2 ümumi, 529,4 m2 əsas, 352,1 m2 köməkçi sahədən ibarət əmlak kompleksinə, ünvan 4 ünvanında yerləşən 2 mərtəbəli binanın 1- ci və 2-ci mərtəbəsində 565,2 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə, "X4 3028 yük" markalı, qeydiyyat nişanı ** JZ ***, TİP Betonnasos, buraxılış ili 2006-cı il, mühərrik **********6275, şassi NMB**********3674, ağ rəngli avtonəqliyyat vasitəsinə, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində yerləşən 25 nömrəli, 3 mərtəbəli binada 28,0 m2 yaşayış sahəsindən ibarət 2 otaqlı, 29 nömrəli mənzilə, Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsində (keçmiş Azərbaycan prospekti) yerləşən 19 nömrəli binanın girişində, 11- ci mərtəbə sində, 135 m2 yaşayış sahəsindən ibarət 3 otaqlı, 19 nömrəli mənzilə yönəldilməsi, ipotekaya qoyulmuş əmlakların ilkin satış qiyməti ilə açıq hərracda satılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi məbləğində Cavabdeh İKB-yə ödənilməsi, ipoteka predmeti olan yuxarıda qeyd olunan əmlaklar hərracda satıldıqda, ən geci 1 (bir) ay ərzində həmin əmlakların mülkiyyətçiləri olan ipoteka qoyanlar tərəfindən boşaldılaraq ipoteka saxlayan Cavabdeh İKB-yə təhvil verilməsi, "xxxx" MMC tərəfindən aparılmış 02.12.2016-cı il tarixli, ƏEM/D 01- 704/2016 saylı ekspertiza tədqiqatının dəyərini təşkil edən 600 (altı yüz) manat vəsaitin 200 (iki yüz) manat hissəsi iddiaçıdan, 400 (dörd yüz) manat hissəsi cavabdehlər "xxxx" MMC-dən və İddiaçı1 müştərək qaydad a tutularaq “Əmlak Ekspert Mərkəzi"MMC-nin hesabına köçürülməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2018-ci il tarixli, 2(102)-4790/2018 saylı qərarı ilə apellyasiya instansiyasının həmin qətnaməsi dəyişdirilmədən saxlanmışdır.

11. Birinci instansiya məhkəməsi hesab edib ki, müqavilələrin etibarsız hesab edilməsi üçün əsas yoxdur. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. Sözügedən mübahisəli müqavilələr ilə bağlı artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur və həmin aktda tutmanın sonrakı ipoteka müqavilələrinin predmetləri olan əmlaklara yönəldilməsi, onların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait he sabına borcun ödənilməsi öz əksini tapmışdır.

12. Həmçinin, birinci instansiya məhkəməsi qeyd edib ki, iddiaçılar hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş iddia müddətini keçirmişlər.

13. Məhkəmə mövqeyini Mülki Məcəllənin 269.1-269.3, 324.1, 324.2, 329.1, 329.2 331.1, 337.1, 337.3, 337.4, 354, 372.1, 372.2, 375, 390.1, “İpoteka haqqında” Qanunun 59.3.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 82.3-cü maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

14. İddiaçılar apelyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişlər.

15. Apelyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılıb. Əlavə olaraq göstərilib ki, birinci instansiya məhkəməsi işi tam araşdırmad an qətnamə qəbul etmişdir.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 iyun 2020-ci il tarixli, 2(103)-2971/2020 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin 2(006)-5814/2019 saylı iş üzrə 29 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Rəfael Eyvazov (sədrlik edən və məruzəçi), Ziya Şirinov, Fuad Talışınski )

17. Apellyasiya instansiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və onun hüquqi əsaslandırılması ilə razılaşaraq, qeyd edib ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən, tələblərin əsassız olmasına, qanuni qüvvədə olan məhkəmə qərarının mövcudluğuna, həmçinin iddia müddətinin keçməsinə əsaslanmaqla düzgün nəticəyə gəlib. İşdə olan sübutlardan da görünür ki, mübahisələndi rilən əqdləri tərəflər imzaları ilə təsdiq etmiş, həmçinin əqdlərin qanunvericiliklə müəyyən olunmuş formasına riayət olunmuşdur.

18. Apellyasiya instansiyası vurğulayıb ki, iddiaçılar mübahisələndirilən əqdlərin (və ya əqdin bir hissəsinin) etibarsızlığına əsas ola biləcək hər hansı sübutları məhkəməyə təqdim edə bilməmiş, bu istiqamətdə tələblərinin əsası kimi istinad etdikləri halları əsaslandıra bilməmişlər.

19. Eyni zamanda, işdə olan qanuni qüvvəsini almış məhkəmə qərarlarına əsasən iddiaçı Cavabdeh İKB ASC-nin cavabdehlər "xxxx" MMC-yə, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, Hurnisə Ağayevaya qarşı “kredit borcunun ödənilməsi, tutmanın ipotka predmetlərinə yönəldilməsi”tələbinə dair iddiası qismən təmin olunmuşdur.

20. Apellyasiya m əhkəməsinin mövqeyinə görə hazırki iş üzrə etibarsızlığı tələb olunan əqdlərin etibarlı olması artıq qanuni qüvvədə olan məhkəmə qərarları ilə təsbit olunmuş, bu səbəbdən də kredit borcunun (994870 manat əsas, 185835 manat faiz, 100 manat cərimə olmaqla, cəmi ******* manat) əsas borclu "xxxx" MMC-dən və zamindən tutulması və tutmanın ipoteka müqavilələrinə əsasən ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməsi qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

21. İddiaçılar İddiaçı2 və İddiaçı3 kassasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişlər.

22. Kassasiya şikayəti iddia ərizəsinə və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb. b) Kassasiya şikayət inə qarşı tərəfin etirazının dəlilləri c) Kassasiya icraatı iştirakçılarının izahatları

23. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Buna görə də məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

24. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassatorlar və onların vəkili məhkəməyə ünvanladıqları teleqramda bankın kreditinin ödənildiyini, ipoteka predmetlərinin yüklülükdən azad edilməsini bildirərək, kassasiya şikayətindən imtina etdiklərini göstərsələr də, bu imtina prosessual qaydada (məhkəmə iclasında bilavasitə təqdim edilməyib, imtina barədə ərizələr notarial qaydada təsdiq edilməyib) edilmədiyi üç ün məhkəmə kollegiyası ərizələri qəbul etməmiş və kassasiya şikayətinə baxılmasını davam etdirmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə 269.2. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Maddə 269.3. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə i fadəsidir. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut et məlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

26. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibəti ni tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmişdir.

29. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.

30. İddia tələbi bankla borclu arasında bağlanmış 09.07.2015-ci il tarixli kredit müqaviləsinin 3.1-ci bəndinin etibarsız hesab edilməsi, həmin kredit öhdəliyinin təminatı kimi bağl anmış zaminlik və ipoteka müqavilələrinin etibarsızlığı barədədir.

31. İşin məhkəmələr tərəfindən müəyyən edilən hallarına görə hazırki iş üzrə etibarsızlığı tələb olunan əqdlərin etibarlı olması artıq qanuni qüvvədə olan məhkəmə qərarları ilə təsbit olunmuşdur.

32. Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı apellyasiya məhkəməsinin hazırki qərarın 17-20-ci bəndlərində dəyərləndirməsini qanuni və əsaslı sayır. Həmin bəndlərdə əks edilənlərdən görünür ki, apellyasiya məhkəməsi iddia tələbi ilə bağlı bütün xüsusatlara qiymət vermişdir.

33. Apellyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq yuxarıda qeyd edilən maddi hüquq normalarına əsasən iddianı rədd edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Çünki işin müəyyən edilm iş halları həmin normaların dispozitiv şərtləri baxımından hazırki iddianın təmin edilməsini istisna etmişdir.

34. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

35. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı2 və İddiaçı3 kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 iyun 2020-ci il tarixli, 2(103)2971/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar