Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1387/2022 24.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" MMC və "xxxx" ASC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alqı-satqı və kredit müqavilələrinin ləğvi və pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1448/2021 nömrəli iş üzrə 01 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 24 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasın da baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 07 mart 2015-ci il tarixli ABB YM-0062 saylı (ABB tərəfindən ipoteka ilə satılmış təmirsiz mənzil) mənzilin alqı-satqısı müqaviləsindən müəyyən edilir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 28 saylı küçədə inşa edilən 5 saylı yaşayış binasında ümumi sahəsi (eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığınaq yeri, eyvanın qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 65.4 kv.metrdən ibarət 2 otaqlı 55 nömrəli mənzili İddiaçı təhvil verməyi, İddiaçı tərəfindən isə həmin mənzilin hər kv.metrinə görə 650 manat olmaqla, müqavilənin cəmi qiyməti 42.510 manat müəyyən edilmişdir. Müqavilə qiym ətinin 4260 manatı İddiaçı şəxsi vəsaiti hesabına, qalan 38250 manat isə "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış kredit müqaviləsi əsasında ödənilməsi nəzərdə tutulmuşdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 07.03.2015-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, İddiaçı tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 28 saylı küçədə inşa edilən 5 saylı yaşayış binasında yerləşən 65.4 kv.metrdən ibarət 2 otaqlı 55 nömrəli mənzilə görə 4260 manat ödənilmiş, borc qalığı 38250 manatdır. 10 mart 2015-ci il tarixli 4-10-03-2015-YS-AAF-RO saylı təminatlı kredit müqaviləsindən müəyyən edilir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 28 saylı küçədə inşa edilən 5 saylı yaşayış binasında ümumi sahəsi (eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığınaq yeri, eyvanın qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 65.4 kv.metrdən ibarət 2 otaqlı 55 nömrəli mənzilə görə İddiaçı 180 ay müddətinə 38250 manat məbləğində kredit verməyi, İddiaçı isə hər ay 411 manat 10 qəpik məbləğində pulu "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödəməyi öhdəsinə götürür. Mülki işin materiallarında olan "xxxx" ASC-nin 17.11.2020-ci il tarixli arayışından müəyyən edilir ki, İddiaçı ilə bank arasında bağlanmış 07 mart 2015-ci il tarixli 4-10-03-2015-YS-AAF-RO saylı təminatlı kredit müqaviləsinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında yerləşən “AA AF-Park” yaşayış massivindəki 28 saylı küçədə inşa edilən 5 saylı yaşayış binasında ümumi sahəsi (eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığınaq yeri, eyvanın qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 65.4 kv.metrdən ibarət 2 otaqlı 55 nömrəli mənzilin əldə edilməsinə görə 38250 manat məbləğində kredit verilmişdir. Həmin müqavilə üzrə İddiaçı 17.11.2020-ci il tarixə qədər 7192,72 manat əsas, 18238,92 manat faiz, cəmi 25431,64 manat məbləğində ödəniş etmişdir. İddiaçı həmin kredit müqaviləsi üzrə 17.11.2020-ci il tarixinə bank qarşısında icra edilməmiş 31057,28 manat əsas, 1398,37 manat faiz borcu olmaqla, cəmi 32455,65 manat kredit öhdəliyi mövcuddur. "xxxx" ASC-nin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanladığı 19.11.2020-ci il tarix li məktubundan müəyyən edilir ki, İddiaçı 10 mart 2015-ci il tarixli 4-10-03-2015YSAAF-RO saylı təminatlı kredit müqaviləsi üzrə bank qarşısında 31057,28 manat əsas, 1415,65 manat faiz borcu olmaqla, cəmi 32472,93 manat kredit öhdəliyi mövcuddur. Bundan başqa İddiaçı kredit üzrə gündəli 8,63 manat məbləğində faiz hesablanır. İddiaçı "xxxx" MMC-yə ünvanladığı sənəddən müəyyən edilir ki, o, 07 mart 2015-ci il tarixli mənzilin alqı-satqısı müqaviləsinin, "xxxx" ASC ilə bağlanmış 10 mart 2015-ci il tarixli ipoteka müqaviləsinin ləğv edilməsi, "xxxx" MMC-dən dəymiş zərərin əvəzinin qaytarılmasını təklif etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı mənzi lin alqı-satqı müqaviləsinin və ipoteka müqaviləsinin ləğv edilməsi, maddi zərərin ödənilməsinə dair iddia ilə məhkəməyə müraciət edərək onunla "xxxx" MMC arasında bağlanmış 07 mart 2015-ci il tarixli mənzilin alqı-satqısı müqaviləsinin, "xxxx" ASC ilə bağlanmış 10 mart 2015-ci il tarixli ipoteka müqaviləsinin ləğv edilməsi, "xxxx" MMC-dən dəymiş zərərin əvəzi olaraq 77.750 manat pul vəsaitinin alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onunla "xxxx" MMC arasında bağlanmış 07 mart 2015-ci il tarixli mənzilin alqısatqısı müqaviləsinin, "xxxx" ASC ilə bağlanmış 10 mart 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prosp ekti, 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 28 saylı küçədə inşa edilən 5 saylı yaşayış binasında yerləşən 65.4 kv.metrdən ibarət 2 otaqlı 55 nömrəli mənzilin dəyəri olaraq ödənilmiş 42510 manat, kredit müqaviləsinə görə faiz olaraq ödənilmiş 18238.92 manat, əldən çıxmış faydaya görə 23450 manat, yeni mənzilin alınması üçün çəkməli olduğu əlavə xərcə görə 3270 manat, hüquqi yardıma görə ödənilmiş 110 manat, iddia ərizəsinə görə ödənilmiş 30 manat, ümumilikdə maddi zərər üçün 87608.92 manat pulun "xxxx" MMC-dən alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 07 mart 2015-ci il tarixli mənzilin alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləy ə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 28 saylı küçədə inşa edilən 5 saylı yaşayış binasında ümumi sahəsi (eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığınaq yeri, eyvanın qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 65.4 kv.metrdən ibarət 2 otaqlı 55 nömrəli mənzili İddiaçı təhvil verməyi, İddiaçı isə razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi öhdəsinə götürmüşdür. 07 mart 2015-ci il tarixli mənzilin alqı-satqı müqaviləsi bağlandıqdan sonra mənzilin dəyərini ödəmək məqsədilə "xxxx" ASC-dən ipoteka müqaviləsi əsasında 38.250 manat məbləğində illik 10% olmaqla kredit götürmüş, ilkin olaraq 4260 manat və kreditlə götürdüyü 38250 manat məbləğind ə pul vəsaitini "xxxx" MMC-yə ödəmişdir. Müqavilə bağlanan zaman Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 28 saylı küçədə inşa edilən 5 saylı yaşayış binasında yerləşən 65.4 kv.metrdən ibarət 2 otaqlı 55 nömrəli mənzilin qısa müddət ərzində təhvil veriləcəyi bildirilsə də, həmin vaxtdan 4 ildən artıq vaxt keçməsinə baxmayaraq, mənzil İddiaçı təhvil verilməmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hər dəfə müxtəlif bəhanələr gətirilərək, növbəti üç il ərzində mübahisə predmeti olan mənzilin təhvil veriləcəyi bildirilsə də heç bir nəticə olmamışdır. İddiaçı tərəfindən mənzilin alqı-satqı müqaviləsinin və ipoteka müqaviləsinin ləğv edilməsi, maddi zərərin ödənilməsi barədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin ə müraciət edilmiş, lakin Cəmiyyət tərəfindən məhkəməyə müraciət edilməsi bildirilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı vurulmuş maddi zərərin məbləği 77750 manat təşkil edir. Həmin məbləğin 42510 manatı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 28 saylı küçədə inşa edilən 5 saylı yaşayış binasında yerləşən 65.4 kv.metrdən ibarət 2 otaqlı 55 nömrəli mənzilin alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən İddiaçı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilmişdir. Bundan başqa "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mənzili təhvil verməməsi nəticəsində İddiaçı 58 ay ərzində kirayə yaşamaqla aylıq 300 manat kirayə haqqı ödəmiş və həmin məbləğ ümumilikdə 17400 manat təşkil edir. Hazırda yeni mən zil almaq məcburiyyətindədir ki, yeni mənzilin orta bazar qiyməti 50 000 manat təşkil edir. Fərq isə göründüyü kimi 12 000 manat təşkil edir. Abşeron Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim C.Səfiyeva, iş № 2(012)-852/2020) iddia tələbi qismən təmin edilərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 28 saylı küçədə inşa edilən 5 saylı yaşayış binasında yerləşən 65.4 kv.metrdən ibarət 2 otaqlı 55 nömrəli mənzilə dair 07 mart 2015-ci il tarixli mənzilin alqı-satqısı müqaviləsinin ləğv edilməsi, həmin mənzilə görə ödənilmiş 42510 manat məbləğində ödənilmiş pul, maddi ziyan olaraq 3896.75 manat, vəkil xərci 80 manat və dövlət rüsumuna görə 2 0 manat, cəmi 46 506.75 manat məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınıb İddiaçı qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd edir ki, tərəflər arasında mənzilin alqı-satqı müqaviləsi bağlanmış və bu müqavilə üzrə İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirərək ödənilməli olan məbləği cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödəmiş olsa da, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti qeyd edilən müqavilənin şərtlərinə əməl etməyərək Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 28 saylı küçədə inşa edilən 5 saylı yaşayış binasında ümumi sahəsi (eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığınaq yeri, eyvanın qoruyucu konstruksiyaları daxil olmaql a, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 65.4 kv.metrdən ibarət 2 otaqlı 55 nömrəli mənzili İddiaçı beş illik müddət ərzində təhvil verməmiş, nəticədə İddiaçı müqavilə bağlayarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. İddiaçı alqı-satqı müqaviləsinin ləğvi üçün cavabdehə müraciət etsə də, buna nail ola bilməmiş, məhkəməyə müraciət etmişdir. Bu baxımdan iddiaçı ilə cavabdeh "xxxx" MMC arasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 28 saylı küçədə inşa edilən 5 saylı yaşayış binasında ümumi sahəsi 65.4 kv.metrdən ibarət 2 otaqlı 55 nömrəli mənzilə dair bağlanmış 07 mart 2015-ci il tarixli mənzilin alqı-satqısı müqaviləsi ləğv edilməli, həmin mənzilə görə iddiaçı tərəfindən cavabdehə ö dənilmiş 42510 manat məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınıb iddiaçıya verilməlidir. İddia tələbinin kredit borcu üzrə iddiaçı tərəfindən banka ödənilmiş 18238.92 manat məbləğində faiz borcu hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, kredit borcu üzrə faiz məbləğinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin müqavilə öhdəliyini icra etməməsi nəticəsində yaranmış ziyan kimi qiymətləndirilməsinin hüquqi və məntiqi əsası mövcud deyildir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin kredit borcu üzrə iddiaçı tərəfindən banka ödənilmiş 18238.92 manat məbləğində faiz borcu hissəsi əsassız olmaqla təmin edilməməlidir. İddia tələbinin əldən çıxmış faydaya görə 23450 manat hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi tərəflər arasında alqı-satqı müqaviləsi 07.03.2015-ci il tarixdə bağlanmışdır. Müqavilədə icra müddəti qeyd edilməsə də, praktiki olaraq ağlabatan müddət üç il müəyyən edilir. Cavabdehin izahatından göründüyü kimi hələ bina tamamlanmayıb, 10–cu mərtəbəsində tikinti davam edir. Məhkəmə hesab edir ki, ötən müddət ərzində cavabdeh binanın tikintisini apardığından, lakin ağlabatan müddətdə tam başa çatdırmadığından, tərəflər arasındakı tənasüb müəyyənləşdirilərək ötən müddət üçün üç illik müddət istisna olunmaqla 07 mart 2018-ci il tarixdən iddia ərizəsinin məhkəməyə verildiyi 21 yanvar 2020-ci il tarixədək olan müddət, yəni 1 il 10 ay üçün iddiaçı tərəfindən cavabdehə ödənilmiş 42510 manat məbləğində pulun illik 5% hesabla 22 ay üçün (1 ay=177,25) 177.25 x 22=3896.75 manat təşkil edir k i, bu hissədə iddia qismən təmin edilməli 3896,75 manat məbləğində pul cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınıb iddiaçıya verilməlidir. İddia tələbinin iddiaçı ilə "xxxx" ASC ilə bağlanmış 10 mart 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçı kredit müqaviləsinin ləğv üçün ilkin olaraq "xxxx" ASC-yə müraciət etməli olduğu halda etməmişdir, lakin bu qaydanı tətbiq etmək imkanı isə itirilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbinin bu hissəsinin baxılmamış saxlanması barədə qərardad qəbul edilməlidir. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti vermiş və onunla əsaslandırmışdır ki, məhkəmə kredit borcu üzrə iddiaçı tərəfindən banka ödən ilmiş 18238.92 manat məbləğində faiz borcunun təmin edilməməsi ilə əlaqədar qeyd etmişdir ki, kredit borcu üzrə faiz məbləğinin cavabdehin müqavilə öhdəliyini icra etməməsinin nəticəsində yaranmış ziyan kimi qiymətləndirilməsinin hüquqi və məntiqi əsası mövcud deyildir. İddiaçı tərəfindən lazımi hüquqi və məntiqi əsaslandırılma həyata keçirilmişdir. Cavabdeh "xxxx" MMC-nin müqaviləni əhəmiyyətli dərəcədə pozması nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. İddiaçı tərəfindən əldən çıxmış faydaya görə 23450 manat məbləğində pul vəsaiti tələb edilmişdir. Lakin məhkəmə tərəfindən MM-nin 439.3-cü maddəsinə əsaslanaraq yalnız 3896.75 manat məbləği təmin edilmişdir. Abşeron Rayon Məhkəməsinin 23 noyabr 2020ci il tarixli 2(012)-852/2020 saylı qətnaməsinin qismən ləğv edilməsi və iddiaçının iddia tələbinin təmin edilməmiş hissəsinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh apellyasiya şikayəti vermiş və onunla əsaslandırmışdır ki, mübahisələndirilən təminatlı kredit müqaviləsi üzrə faiz hesablanması tam icra olunma anına kimi davam edir. Bu da tərəflər arasında eyni müqavilə münasibətləri üzrə yeni borc tələbinin yaranmasını istisna etmir. Belə olan halda kredit müqavilə münasibətlərinə xitam verilməsi və ya ləğv edilməsi kimi hüquqi qiymət verilməsi zəruridir. İddiaçı iddia tələbinin «ipoteka müqaviləsinin ləğv edilməsi» hissəsi ilə bağlı qeyd edilməsini zəruri hesab edir. Mübahisələndirilən mənzilə dair ipoteka müqaviləsi borc alan İddiaçı "xxxx" ASC ilə bağlanmış 10 mart 2012-ci il tarixli təminatlı kredit müqaviləsinin öhdəliklərinin təminat predmetidir. İddiaçı ilə cavabdeh arasında şəxsi vəsait hesabına ödənilmiş 4260 manat və bank vasitəsilə ödənilmiş 38250 manat olmaqla cəmi 42510 manat məbləği həcmində müqavilə münasibətləri yaranmışdır. İddiaçı ilə bank arasında hüquq münasibətləri davam edir. Abşeron Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli 2(012)-852/2021 saylı qətnaməsinin İddiaçı iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər G.Tağızadə (sədrlik edən və məruzəçi), L.Məmmədova və T.Quliyev, iş № 2(105)-1448/2021) iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin t əmin edilməməsi, cavabdehin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin qismən təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin iş üzrə 23 noyabr 2020ci il tarixli 2(012)-852/2020 saylı qətnaməsinin qismən ləğv edilməsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 28 saylı küçədə inşa edilən 5 saylı yaşayış binasında yerləşən 65.4 kv.metrdən ibarət 2 otaqlı 55 nömrəli mənzilə dair 07 mart 2015-ci il tarixli mənzilin alqı-satqı müqaviləsinin ləğv edilməsi, həmin mənzilə görə ödənilmiş 4260 (dörd min iki yüz altmış) manat məbləğində ödənilmiş pul, vəkil xərci 80 manat və dövlət rüsumuna görə 20 manat, cəmi 4360 (dörd min üç yüz altmış) manat məbləğində pul "xxxx" Məhdud Məs uliyyətli Cəmiyyətindən alınıb İddiaçı qaytarılması, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı maddi ziyanın ödənilməsi hissəsində iddianın təmin edilməməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin ötən müddət ərzində cavabdeh binanın tikintisini apardığından, lakin ağlabatan müddətdə tam başa çatdırmadığından, tərəflər arasındakı tənasüb müəyyənləşdirilərək ötən müddət üçün üç illik müddət istisna olunmaqla 07 mart 2018-ci il tarixdən iddia ərizəsinin məhkəməyə verildiyi 21 yanvar 2020-ci il tarixədək olan müddət, yəni 1 il 10 ay üçün iddiaçı tərəfindən cavabdehə ödənilmiş 42510 manat məbləğində pulun illik 5% hesablamaqla 22 ay üçün (1 ay=177,25) 177.25 x 22= 3896.75 manat məbləğində pulun cavabdeh "xxxx" Məhdud Məsuliyyətli C əmiyyətindən alınıb iddiaçıya verilməsi barədə gəldiyi nəticəni düzgün hesab etmədiyini qeyd edir. Belə ki, məhkəmə dəymiş maddi ziyan qismində 3896.75 manat məbləgini mənzilin dəyərini təşkil edən 42.510 manat məbləğə münasibətdə hesabladığı halda, həmin vəsaitin İddiaçı digər cavabdeh Bankın vasitəsilə ödənilməsini nəzərə almamışdır. Eyni zamanda, birinci instansiya məhkəməsi İddiaçı Bank qarşısında 38250 manat həcmində illik 10% 180 ay müddətində öhdəlik yaranmasını nəzərə almamışdır. İddiaçı iddia tələbinin əldən çıxmış faydaya görə məbləğin tutulması hissəsi qeyrimüəyyəndir və əsası mövcud deyildir. Çünki iddiaçı hazırda kirayədə qalması və ya yeni mənzili seçib almaq istərkən çatışmayan məbləği, yaxud maddi ziyanın dəyməsini əks etdən hallara dair sübutlar təqdim etmədiyi halda, məhk əmə ehtimal, qeyri-müəyyənlikləri qiymətləndirmişdir. Kollegiyanın mövqeyinə görə birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 07 mart 2015-ci il tarixli ABB YM0062 saylı mənzilin alqı-satqı müqaviləsi üzrə "xxxx" ASC tərəfindən Cəmiyyətin hesabına ancaq mənzilin dəyərini təşkil edən 38250 manat məbləğində vəsait köçürülmüşdür. Yəni mənzilin dəyəri "xxxx" ASC-nin vasitəsilə iddiaçı tərəfindən tam ödənilmişdir. Bununla da İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında şəxsi vəsait hesabına ödənilmiş 38250 manat olmaqla cəmi 42510 manat məbləgi həcmində müqavilə münasibətləri yaranmışdır. Eyni zamanda da, İddiaçı ilə "xxxx" ASC arasında bank tərəfindən ödənilmiş 38520 manat məbləğin razılaşdırılmış və qəbul edilmiş 180 ay müddətində illik fa iz dərəcəsinə əsasən Banka qaytarılması həddində müqavilə münasibətləri yaranmışdır. Məhkəmə mübahisələndirilən mənzilin dəyərini təşkil edən 42510 manat məbləgi İddiaçı tərəfindən deyil, digər cavabdeh Bank tərəfindən tam ödənilməsinə baxmayaraq sözügedən vəsaiti iddiaçının xeyrinə tutulmasını qət etmişdir. Belə ki, "xxxx" ASC Müştəri Xidməti Departamentinin 2295 nömrəli 17 noyabr 2020-ci il tarixli məktubu ilə müəyyən olunur ki, borclu İddiaçı 7192.72 manat əsas borc, 18238.92 manat faiz borcu olmaqla, cəmi 25431.64 manat ödənilmiş; 31057.28 manat əsas borc və 1398.37 manat faiz borcu olmaqla, cəmi 32455.65 manat borcu qalmışdır. 10 mart 2015-ci il tarixli 4-10-03-2015-YS-AAAF-RO nömrəli kredit müqaviləsinin 4.1 və 4.3-cü bəndlərinə görə kredit öhdəliklərinin icrasının təminat üsulu ip oteka və Zaminlik müqaviləsindən irəli gələn zaminlikdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)1448/2021 nömrəli iş üzrə 01 noyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf mü qavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə ancaq mənzilin dəyərini təşkil edən 38250 manat məbləğində vəsaitin "xxxx" ASC tərəfindən köçürülməsini əsas gətirərək, mənzilin dəyərinin iddiaçıya qaytarılmasını əsassız hesab etmişdir. Həmin hal Mülki Məcəllənin 424.5-ci maddəsinin kobud pozuntusudur. İddiaçının hansı vasitə ilə mənzilin dəyərini ödəməsi, yəni öhdəliyini icra etməsi müzakirə predmeti deyildir. Əsas odur ki, iddiaçı tərəfindən mənzilin dəyərinin cavabdeh "xxxx" MMC-yə ödənilməsi işin mübahisəsiz halıdır. Cavabdeh "xxxx" MMC mənzilin dəyərini əvvəlcədən və tam şəkildə almasına, həmçinin həmin puldan tam şəkildə yararlanmasına baxmayaraq, müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirməmiş və nəticədə iddiaçının ümid etdiklərindən məhrum olmasına səbəb olmuşdur, halbuki hər bir tərəf vicdanlığın tələb etdiyi tərzdə hərəkət etməlidir. Beləliklə, müqavilə şərtlərinin pozulması nəticəsində iddiaçıya zərər vurulmuşdur və iddiaçının mənzil almaq üçün "xxxx" MMC-yə ödədiyi 42510 manat həmin zərərin tərkibinə daxildir və o, həmin pulu geri tələb etməkdə haqlıdır. Hesab edirəm ki, MM-nin 439.3-cü maddəsinin alqı-satqı müqaviləsi nəticəsində dəymiş maddi ziyanın hesablanması zamanı tətbiqi tamamilə yalnışdır. Məhkəmə kollegiyasının mövqeyi bu hissədə qeyri-müəyyəndir. Qeyd olunur ki, bu normanın tətbiqi zamanı 42510 manat məbləğə münasibətdə hesablandığı üçün birinci instansiya məhkəməsi tərəfindən səhvə yol verilmişdir. Lakin, ümumiyyətlə həmin maddə borcun üstünə faizlər hesablanmalı olduğu pu l öhdəliklərinin pozulması halı üçün nəzərdə tutulmuşdur. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məhkəmə Mülki Məcəllənin 21.1-ci maddəsinə tamamilə zidd olaraq iddiaçının maddi zərərlə bağlı heç bir tələbini təmin etməmişdir. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddia tələbinin kredit borcu üzrə iddiaçı tərəfindən banka ödənilmiş 18238.92 manat məbləğində faiz borcu hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, kredit borcu üzrə faiz məbləğinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin müqavilə öhdəliyini icra etməməsi nəticəsində yaranmış ziyan kimi qiymətləndirilməsinin hüquqi və məntiqi əsası mövcud deyildir. Bununla da Mülki Məcəllənin 21.2-ci maddəsinin tələbini pozmuşdur. İddiaçı yeni mənzil almaq məqsədilə Beynəlxalq Bank qarşısında kredit öhdəliyi götürmüşdür və həmin öhdəliyi vaxtlı–vaxtında icra edir. Lakin, cavabdehin hərəkətləri nəticəsində Bankdan götürmüş olduğu vəsait və faiz borcu da daxil olmaqla banka ödədiyi ödənişlər faktiki maddi zərərə çevrilmişdir. Bu halın baş verməsinin başlıca səbəbkarı cavabdeh "xxxx" MMC olduğu halda Məhkəmə qeyd edir ki, hüquqi və məntiqi əsası mövcud deyildir. İddiaçı ilə Bank arasında olan münasibətləri tənzimləyən kredit müqaviləsinin mövcudluğu cavabdeh "xxxx" MMC-nin hərəkətsizliyi nəticəsində iddiaçının maddi zərər görməsini istisna etmir. İddia tələbinin əldən çıxmış faydaya görə 23450 manat hissəsinə münasibətdə də məhkəmə tərəfindən MM-nin 21.2-ci maddəsinin pozuntusu vardır. Müqavilənin bağlanmasından 7 ilə yaxın vaxt keçməsinə baxmayaraq qeyd olunur ki ağlabatan müddət 3 ildir, hələ də tikinti başa çatmayıb. Eyni zamanda, qətnamədə qeyd olunur ki, İddiaçı iddia tələbinin əldən çıxmış faydaya görə məbləğin tutulması hissəsi qeyri-müəyyəndir və əsası mövcud deyildir. Çünki iddiaçı hazırda kirayədə qalması və ya yeni mənzili almaq istərkən çatışmayan məbləği, yaxud maddi ziyanın dəyməsini əks etdirən hallara dair sübutlar təqdim etmədiyi halda, məhkəmə ehtimal, qeyrimüəyyənlikdən qiymətləndirmişdir. İddiaçı tərəfindən qiymətləndirici qurumun rəyi məhkəməyə təqdim edilmişdir. Həmin rəydən də görünür ki, "xxxx" MMC-nin yerləşdiyi ərazidə mənzillərin 1 kv.m-nin dəyəri 2015-ci il tarixli müqavilədə nəzərdə tutulan dəyərdən yüksəkdir. Yeni mənzil almaq istəyərkən hazırda mövcud olan bazar qiymətlərini nəzərə alsaq maddi zərər etməmək mümkünsüzdür. Digər tərəfdən həmin rəydə mövcud ərazidə mənzillərin aylıq kirayə qiymətləri öz əksini tapmışdır. Məhkəmə bütün bu halları görməzdən gəlmişdir. Qətnamədən Mülki Məcəllənin 21-ci maddəsinin məhkəmə üçün ölü norma olduğu qənaətinə gəlmək olur. Əks halda, məhkəmə kollegiyası Müqavilənin bağlanmasından 7 ilə yaxın müddət keçməsinə baxmayaraq mənzil hazır olmadığı halda iddiaçıya heç bir məbləğdə maddi ziyan dəyməməsi barədə qətnamə qəbul etməzdi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olu nması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermiş, qətnamənin tam ləğv olunmasını xahiş etmişdir. Bu səbəbdən kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 404.1-ci maddəsinə əsasə n müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 406.2-ci maddəsinə əəsasən əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. 421.1.-ci maddəsinə görə Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3.-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razı425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən ir əli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 442-ci maddəsinə görə öhdəliyini icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı geçikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısın da məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutl ara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci m addəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.3.-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, müqavilə üzrə mənzilin dəyərini təşkil edən 38250 manat məbləğində vəsaitin tutulmasından imtina edilməsinə dair hissə istisna olmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən digər hissələr üzrə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmin hissələr üzrə iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan həmin hissələr üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Müqavilə üzrə mənzilin dəyərini təşkil edən 38250 manat məbləğində vəsaitin tutulmasından imtina edilməsinə dair hissə üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi aşağıdaklardan ibarət olmuşdur. “… mübahisələndirilən mənzilin dəyərini təşkil edən 38250 manat məbləgi İddiaçı tərəfindən deyil, digər cavabdeh Bank tərəfindən tam ödənilməsinə baxmayaraq sözügedən vəsaiti iddiaçının xeyr inə tutulmasını qət etmişdir.” Bu halda apellyasiya instansiyası məhkəməsi nəzərə almalı idi ki, iddiaçı mənzilin alınmasına dair bağlanmış müqavilə üzrə öhdəliyini tam icra etmişdir. Onun tələbi ilə tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi əsasları mövcuddur, məhz cavabdehə kredit müqaviləsi üzrə ödəmiş olduğu məbləğ həddində digər cavabdeh qarşısında kredit müqaviləsindən irəli gələn icra edilməyən öhdəliyinin icrası davam etməkdədir. Göstərilənlər faktiki olaraq işin mübahisələndirilməyən hallarıdır. İşin digər halları ilə isə müəyyən olunur ki, cavabdeh "xxxx" MMC mənzilin dəyərini əvvəlcədən və tam şəkildə almış, lakin müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirməmiş və nəticədə iddiaçının ümid etdiklərindən məhrum olmasına şərait yaratmış, məhz bu əsaslarla müqav ilənin ləğv edilməsinə zərurət yaranmışdır. Apellyasiya instansiyası məhkəməsi müqavilənin ləğv edilməsini əsaslı hesab etsə də, hər bir tərəfin vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməli olmasını nəzərə almamışdır. Müqavilə şərtlərinin pozulması nəticəsində iddiaçıya cavabdehə ödənilmiş məbləğ həddində zərər vurulmasını və həmin məbləğ həddində məsuliyyətinin mövcudluğu işin müəyyən olunmuş halları baxımından qiymətləndirilməmişdir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barədə məhkəm ənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Qanunvericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələrə aydınlıq gətirilm əli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli qərarı) İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnaməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir. Odur ki, qətnamə “müqavilə üzrə mənzilin dəyərini təşkil edən 38250 manat məbləğində vəsaitin tutulmasınının rədd edilməsi” hissəsində ləğv edilərək, iş həmin hissədə yeni apellyasiya baxışına göndərilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli və Azərbaycan Respublikası MPM-nin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsas ən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1448/2021 nömrəli iş üzrə 01 noyabr 2021-ci il tarixli qətnaməsi «müqavilə üzrə mənzilin dəyərini təşkil edən 38250 manat məbləğində vəsaitin tutulmasının rədd edilməsi» hissəsində ləğv edilsin və həmin hissəsində yenidən baxılması üçün həmin məhkəməyə geri qaytarılsın. Qətnamə qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlansın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1387/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-1387/2022
24.02.2022 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver