Məhkəmə qərarları › İş №2(102)-1389/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1389/2020

02.03.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1389/2020 02.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Dəmirov İlqar Kamal oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-*****/2019 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim F.Hətəmzadə) xx.xx.2019-cu il tarixli, 2(001)-*****/2019 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cav abdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə və yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilərək, İddiaçı azyaşlı övladı-xx.xx.2002-ci il təvəllüdlü X3 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, ********* saylı mənzilinə köçürülməsi, həmin evdən istifadə qaydası müəyyən edilməklə mənzilin dəhlizinin giriş hissəsindən sol tərəfdə mətbəxin yanında yerləşən otağın İddiaçı və onun yetkinlik yaşına çatmayan uşağının ayrıca istifadəsinə verilməsi, mətbəx, eyvan və sanitar qovşağın ümumi istifadədə saxlanılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.Mərdanova, E.Həsənov, F.Babayev) xx.xx.2019-cu il tarixli, 2(103)-*****/2019 nömrəli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilə rək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-*****/2019 saylı qətnaməsinin ləğv edilməsi, İddiaçı və xx.xx.2002-ci il təvəllüdlü X2 Bakı şəhəri, Binəqədi rayonu, ********* sayı mənzilinin 16.59 kv.m sahəsi olan otağına köçürülməsi, mənzilin mətbəxinin, sanitar qovşağının və dəhlizinin isə ümumi istifadədə saxlanılması qət edilmişdir. Cavabdeh1 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə və yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,onun və xx.xx.2002-ci il təvəllüdlü X2 Bakı şəhəri, Binəqədi rayonu, ********* sayı mənzilinə köçürülməsi, yaşayış sahəsindən istifadə qaydasının müəyyən edilməsi, girişdən solda, mətbəxə bitişik 16.59 kv.m sahəsi olan otağın onun istifadəsinə verilməsi və mənzilin mətbəxinin, sanitar qovşağının və dəhlizinin ümumi istifadədə saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh1 və vəkili Vəkil1 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, onunla iddiaçı arasında yaşayış sahəsinə dair istifadə hüququ haqqında müqavilə bağlanmadığından və belə bir müqavilə dövlət reyestrində qeydə alınmadığından iddiaçının mənzilə hüququ əmələ gəlməmişdir. İddiaçının bu yaşayış sahəsinə istifadə hüququ yaranmadığı və olmadığı təqdirdə istifadə qaydalarının müəyy ən edilməsindən söhbət gedə bilməz və bu onun mülkiyyətçi kimi əmlakla bağlı hüquqlarının məhdudlaşdırılmasıdır. Həmçinin mənzilə köçürmə hissəsində də məhkəmə düzgün mövqe nümayiş etdirməmişdir. İddiaçının mənzilə köçürülməsi və istifadə qaydalarının müəyyən edilməsi üçün heç bir əsas olmadığı halda iddia təmin edilmişdir. Bununlda da iddiaçının mülkiyyətçi kimi hüquqları pozulmuşdur. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-*****/2019 nömrəli qətnaməsinin ləğv edilməsi vən yenidən mahiyyəti üzrə araşdırılması üçün apelyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı, Cavab deh1, vəkili Vəkil1 və digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Cavabdeh1 vəkili Vəkil1 məhkəməyə teleqram ünvanlayaraq kassasiya şikayətindən imtina olunduğunu göstərmişdir. Cavabdehin vəkilinin kassasiya şikayətindən imtina etmə barədə səlahiyyətinin olması iş materialları ilə müəyyən edilmədiyindən məhkəmə kollegiyası kassasiya şikayətindən imtinanı qəbul etmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, iş materiallarından göründüyü kimi, Cavabdeh2 ilə İddiaçı xx xxxxxx 1996-cı ildə nikaha daxil olmuşlar. İddiaçı ilə Cavabdeh2 birgə nikahından 3 uşaqları olmuşdur. Uşaqlardan ikisi yetkinlik yaşına çatsa da, xx.xx.2002-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatmamışdır. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsinə əsasən, Bakı şəhəri, *************** saylı mənzil tam mülkiyyət hüququ ilə X1 mülkiyyətində olmuşdur. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 0202 nömrəli reyestr kitabının 172 nömrəli vərəqində xx.xx.1998-ci il tarixdə qeydiyyata alınmışdır. Daha sonra həmin mənzil xx.xx.2014-cü il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, xx.xx.2014-cü il tarixdə Cavabdeh1 adına dövlət qeydiyyatına alınmışdır. İddiaçı, Cavabdeh1, X7 və X3 Bakı şəhəri, ****************** saylı mənzildə daimi qeydiyyatdadırlar. Binəqədi Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2(001)-*********/2018 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh2 nikahı pozulmuşdur. Apellyasiya kollegiyası qeyd etmişdir ki, hazırkı mübahisə üzrə tərəflər arasında hüquq münasibətləri iddiaçının mübahisəli mənzilin Cavabdeh1 adına dövlət qeydiyyatına alındığı vaxtdan, yəni xx.xx.2014-cü il tarixdən başlanmışdır. Həmin tarixin isə 2009-cu ildən sonrakı müddətə təsadüf etdiyi görünür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mü bahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddə sinin müddəaları tətbiq edilməlidir. Göründüyü kimi, tərəflər arasında hüquq münasibətləri 2009-cu ilin oktyabr ayının 1-dən sonra yarandığından apelyasiya kollegiyası hesab etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli qərarına əsasən iddiaçının və onun azyaşlı uşağının mübahisəli mənzilə istifadə hüququnun yaranıb-yaranmaması, habelə yaranmışdırsa itirilib-itirilməməsi məsələləri hazırda qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına uyğun qaydada həll olunmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumla r, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş a ilə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən, İddiaçı Cavabdeh1 anası olduğundan və həmin mənzil Cavabdeh1 mülkiyyətində olduğundan iddiaçının həmin mənzildən istifadə hüququ yaranmışdır. Apellyasiya kollegiya qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İddiaçının mübahisəli mənzilə istifadə hüququ olduğundan o mübahisəli mənzilə köçürülməlidir. Lakin iddiaçı iddia tələbində mübahisəli mənzilin konkret otağına köçürülməsini tələb etdiyindən iddia həmin hissədə təmin edilməlidir. Buna baxmayaraq, həmin otaq iddiaçının istifadəsinə verilə bilməz. Belə ki, otağın iddiaçının istifadəsinə verilməsi cavabdehin qanunla qorunan mülkiyyət hüquqlarının pozulmasına səbəb ola bilər. Odur ki, apellyasiya kollegiyası hesab etmişdir ki, iddiaçının mübahisəli mənzilə istifadə hüququ olduğundan, o, həmin mənzilin 16.59 kv.m sahədən ibarət otağına köçürülməli, mənzilin mətbəxi, sanitar qovşağı və dəhlizi isə ümumi istifadədə saxlanılmalıdır. Həmçinin apelyasiya kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, q əyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2(001)-*********/2018 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh2 nikahı pozulduqdan sonra xx.xx.2002-cü il təvəllüdlü X4 anası İddiaçı yanında saxlanılmışdır. İddiaçı isə mübahisəli mənzilə köçürülməsi müəyyən edildiyindən iddia tələbi birgə nikahlarından olan uşağa münasibətdə də, təmin edilməlidir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, apelyasiya kollegiyası iddianın əsaslılığını maddi və prosessual hüquq normalarının tələblərinə əməl etməklə müə yyən etmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri apellyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(107)*****/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar