Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1393/2021 12.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər ləğv prosesində olan “xxxx” ASC-yə (Cavabdeh ASC-yə), həmin bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Hərrac Mərkəzi “xxxx” MMC-yə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “ipotekaya xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: ipotekaya xitam verilməsinin əsasları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məru zəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Abbaszadə Sima Elçin qızının katibliyi, Cavabdeh ASC-nin vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 avqust 2020-ci il tarixli, 2(103)5539/2020 nömrəli qətnaməsindən cavabdeh Ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Ağcabədi Rayon Məhkəməsinin 25 yanvar 2013-cü il tarixli icra vərəqəsinə əsasən xxxndan “xxxx” (Cavabdeh) ASC-nin xeyrinə 13047,17 manat əsas, 540,14 manat faiz borcun, 500 manat dəbbə pulunun, ümumilikdə 14087,31 manat məbləğində pulun tutul ması, tutmanın cavabdehə məxsus ünvan 1ndə istifadədə olan bir mərtəbəli, iki otaqlı, 44,9 kv.m. yaşayış sahədən ibarət yaşayış evinə, 0,08 ha torpaq sahəsi ilə birlikdə açıq hərrac vasitəsilə satılmaqla yönəldilməsi, ipotekanın dəyərinin 22000 manat həddində qiymətləndirilməklə həmin evin açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi qət edilmişdir. Ağcabədi rayon İcra şöbəsinin 17 avqust 2015-cı il tarixli, 264/2013 sifariş məktubu ilə ipoteka predmetinin satışı üçün hərracın təşkili “xxxx” MMC-yə təklif edilmişdir. “xxxx” MMC tərəfindən ipoteka predmetinin ilkin satış qiyməti 22000 manat olmaqla açıq hərracdan satılması 20 oktyabr 2015-ci il tarixə təyin edilmiş, bununla bağlı bildirişlər xxxna və “xxxx” ASC-yə 22 sentyabr 2015-ci il və 05 oktyabr 2015-ci il tarixli bildirişlər göndərilmişdir. Həmin hərrac baş tutmadığı üçün ipoteka predmetinin satış qiyməti 18700 manat olmaqla açıq hərracdan satılması 01 dekabr 2015-ci il tarixə təyin edilmiş, bununla bağlı bildirişlər xxxna və “xxxx” ASC-yə 27 oktyabr 2015-ci il və 16 noyabr 2015-ci il tarixli bildirişlər göndərilmişdir. “xxxx” MMC tərəfindən Ağcabədi rayon İcra Şöbəsinə, “xxxx” ASC-yə və xxxna ünvanlanmış 07 dekabr 2015-ci il tarixli məlumat məktubu ilə ipoteka ilə yüklü edilmiş X1 mülkiyyətində olan ünvan 1ndə yerləşən (0,08 ha torpaq sahəsi ilə birlikdə) fərdi yaşayış evinin məlumat daxil olan tarixdən “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən 30 təqvim günü ərzində təkrar hərracdakı ilkin satış qiymətindən 25% aşağı qiymətlə, yəni 14025 manat olmaqla almaları təklif olun muş, əks təqdirdə ipotekaya xitam veriləcəyi barədə məlumat verilmişdir. X3 23 avqust 2017-ci ildə vəfat etmişdir. 30 iyul 2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə 23 avqust 2017-ci ildə vəfat etmiş X1 vərəsələri İddiaçı, X4, X8 və X6r və onlardan hər biri miras əmlakdan 1/4 hissədə pay almalıdırlar. “xxxx” MMC tərəfindən İddiaçı ünvanlanmış 02 sentyabr 2019-cu il tarixli, 01/2504 saylı məktubundan müəyyən olunmuşdur ki, Ağcabədi rayon İcra Şöbəsinin 264 saylı, 17 avqust 2015-ci il tarixli sifariş məktubuna əsasən X2 məxsus ünvan 1ndə yerləşən fərdi yaşayış evinin mövcud qanunvericiliyə uyğun olaraq hərracı keçirilmiş, alıcı müraciəti olmadığından, həmçinin tələbkar tərəfindən əldə edilmədiyindən sifariş Ağcabədi rayon İcra Şöbəsinə 21 yanvar 2016-cı il tarix li məktubla geri qaytarılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər ləğv prosesində olan “xxxx” ASC-yə (Cavabdeh ASC-yə), həmin bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Hərrac Mərkəzi “xxxx” MMC-yə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı iddia ərizəsi, sonra isə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1ndə 0,08 ha torpaq sahəsində yerləşən 44,9 kv.m, bir mərtəbəli iki otaqlı fərdi yaşayış evinin ipotekasına xitam verilməsi və ipoteka yüklülüyündən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının atası X3 və Cavabdeh ASC arasında kredit müqaviləsi bağlanmış və kredit müqaviləsinin təminatı kimi ona məxsus olan ünvan 1ndə 0,08 ha torpaq sahəsində yerləşən 44,9 kv.m, bir mərtəbəli iki otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. xxx kredit öhdəliklərini yerinə yetirə bilmədiyi üçün bank tərəfindən məhkəməyə müraciət edilmiş, Ağcabədi Rayon Məhkəməsinin 25 yanvar 2013cü il tarixli qətnaməsi ilə ümumilikdə 14087 manat borcun tutulması və tələbin ipoteka əmlaka yönəldilməsi qət edilmişdir. Qətnamənin icrası Ağcabədi rayon İcra şöbəsi tərəfindən həyata keçirilmiş və 10 aprel 2013-cü il tarixində icraata başlamaq haqqında qərar qəbul etmişdir. Könüllü icra müddətində qətnamə icra edilmədiyi üçün əmlak hərracda satılması üçün İcra Şöbəsinin 17 avqust 2015-ci il tarixli, 264/2013 saylı sifariş məktubu ilə “xxxx” MMC-yə göndərilmişdir. “xxxx” MMC tərəfindən fərdi yaşayış evi 22000 manata hərraca çıxarılmış və ilk hərrac 20 oktyabr 2015-ci ilə təyin edilmişdir. İlk hərracda əmlak satılmadığı üçün ikinci hərrac 01 dekabr 2015-ci il tarixinə təyin edilmişdir. Keçirilən hərraclar baş tutmadığı üçün 07 dekabr 2015-ci il tarixdə əmlak tələbkara təklif edilmişdir. Həmin tarixdən tələbkar əmlakı qəbul etməmişdir. Hərrac təşkilatı isə icra sənədini hərracın baş tutmaması səbəbindən geri qaytarmışdır. Artıq hərracdan 4 ilə yaxın bir müddət keçməsinə baxmayaraq, tələbkar əmlakı qəbul etməkdən imtina etmiş və geri qaytarılan icra sənədi üzrə “İpoteka haqqında” qanunvericiliyin t ələbi tətbiq edilməmişdir. X3 23 avqust 2017-ci il tarixində ölmüşdür. Onun vərəsələri tərəfindən Ağcabədi rayon notariat kontoruna müraciət edilmiş və 30 iyul 2018-ci il tarixində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınmışdır. Həmin şəhadətnaməyə əsasən İddiaçı, X5, X8 və X7 vərəsə kimi tanınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 yanvar 2020-ci il tarixli, 2(011)-409/2020 nömrəli qətnaməsi ilə (hakim S.B.Mehrəliyev) iddia tələbi təmin edilərək, ünvan 1ndə 0,08 ha torpaq sahəsində yerləşən 44,9 kv.m, bir mərtəbəli iki otaqlı fərdi yaşayış evinin ipotekasına xitam verilməsi və həmin fərdi yaşayış evinin ipoteka yüklülüyündən azad edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.3, 43.4, 43.5, 43.7, 43.8-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 oktyabr 2014-cü il tarixli Qərarına istinad edərək hesab etmişdir ki, iddia əsaslıdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh ləğv prosesində olan Cavabdeh ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu vasitəsi ilə apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 yanvar 2020-ci il tarixli, 2(011)-409/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 avqust 2020-ci il tarixli, 2(103)-5539/2020 nömrəli qətnaməsi ilə (hakim A.V.Tanrıverdiyevin sədr liyi və məruzəsi ilə, hakimlər T.S.Səmədovdan və İ.S.Şirinovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 yanvar 2020-ci il tarixli, 2(011)409/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi cavabdehin hərracın keçirilməsi barədə məlumatlı olmaması və ipoteka qoyulmuş əmlakın alınması ilə bağlı hər hansı təklif məktubunun alınmaması, hərracın düzgün keçirilməməsinə dair apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, cavabdeh göstərilən halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən həmin dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Həmçinin Ağcabədi rayon Məhkəməsinin qətnaməsi 25 yanvar 2013-cü ilə a id olsa da, cavabdeh həmin qətnamənin icra vəziyyətinin öyrənilməsinə hər hansı cəhd etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh Ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 avqust 2020-ci il tarixli, 2(103)-5539/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, bank hərracın keçirilməsi barədə məlu matlı olmamış, “xxxx” MMC və Ağcabədi rayon İcra və Probasiya şöbəsi tərəfindən hər hansı təklif məktubu daxil olmamış, həmçinin iddiaçı qeyd olunanlarla bağlı hər hansı sübut təqdim etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh ASC-nin vəkili Vəkil məhkəmə iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı və üçüncü şəxslər vəkillərinin iştiraklarını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə gəlməyən tərəfl ərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşd ırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Kasator apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam ləğv olunmasını xahiş etdiyindən, hazırki kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 325.1-ci maddəsinə əsasən başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur. 408.1-ci maddəsinə əsasən müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu i fadə edilsin. Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.3-cü maddəsinə əsasən hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. 43.4-cü maddəsinə əsasən (30 dekabr 2018-ci il tarixədək qüvvədə olan redaksiyada) ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 43.5-ci maddəsinin əvvəlki redaksiyasına əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. 43.7-ci maddəsinin mübahisəli hüquq münasibətləri qüvvədə olan redaksiyasına əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Kon stitusiya Məhkəməsinin 28 oktyabr 2014-cü il tarixli Qərarında irəli sürülmüş mövqeyə əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən ed ilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qə bul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, cavabdeh bankın nümayəndəsi birinci instansiya məhkəməsində verdiyi izahatda iddia tələbinə etiraz etmiş və hərrac təşkilatının 17 avqust 2015-ci il tarixli məktubunun banka təqdim olunmamasını, bununla bağlı sübutun iş materiallarında olmadığını göstərmişdir. Cavabdehin apellyasiya şikayəti də həmin hal ilə və eyni zamanda bankın ümumiyyətlə hərracın keçirilməsi barədə məlumatlandırılmaması ilə əsaslandırılmışdır. İş materiallarında “xxxx” MMC tərəfindən keçirilən hərracların vaxtı, yeri və şərtləri barədə sifarişçi icra şöbəsinə, ipoteka saxlayana və ipotekaqoyana ünvanlanmış bildirişlərin, habelə hərracın baş tutmaması barədə 07 dekabr 2015-ci il tarixli məlumat məktubunun surətləri əlavə edilsə də, həmin sənədlərin tələbkar banka təqdim olunmasını təsdiq edən müvafiq sübut iş materiallarında mövcud deyildir. Məhkəmə kollegiyasının qənaətinə görə cavabdehin etirazının və apellyasiya şikayətinin dəlilləri hərrac təşkilatından poçt xəbərnamələrinin, keçirilmiş hərracların protokollarının surətlərinin alınması, icra işinin öyrənilməsi vasitəsi ilə araşdırıla bilərdi. Lakin apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayət inə baxarkən Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarında irəli sürülmüş mövqeyə zidd olaraq hər hansı araşdırma aparmamış, prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq bununla bağlı sübutların təqdim edilməsini tərəflərə təklif etməmiş və faktiki olaraq apellyasiya şikayətinin dəlillərini cavabsız saxlamışdır. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yarada n və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İşin yuxarıda qeyd olunan faktiki hal larını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi prosessual hüquq normalarının tələblərinə cavab vermir. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 avqust 2020-ci il tarixli, 2(103)-5539/2020 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1393/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1393/2021
12.04.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver