Məhkəmə qərarları › İş №2(102)-1393/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1393/2024

07.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1393/2024 07.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və Cavabdeh2 publik hüquqi şəxsə qarşı iş üzrə QƏRARİ Açar sözlər: maddi zərər, mənəvi zərər, tibb müəssisəsinin vurduğu ziyan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və Cavabdeh2 publik hüquqi şəxsə qarşı "mənəvi ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6823/2023 n ömrəli, 11 dekabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh X11 Mərkəzi tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı) atası X5 xx.xx.2018-ci il tarixdə ölmüşdür

2. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(015)-24/2020 saylı hökmü ilə X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 124.1ci maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 56.2-ci maddəsinə əsasən 2 il müddətinə anestezioloq-reanimatoloq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə, 3 il müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmə əsasən X6 təkrarən, 02 iyul 2018-ci il tarixdə, saat 14:00 radələrində ünvan 1 ünvanında yerləşən X11 Mərkəzində Ağstafa rayonu, Poylu kənd sakini 1947-ci il təvəllüdlü X5 üzərində icra edilmiş “sağ bud nahiyəsinin yerdəyişməli osteoplastikası” cərrahi əməliyyatında həkim anestezioloq-reanimatoloq qismində iştirak edərkən, cinayətkarcasına etinasızlıq göstərib, cərrahi əməliyyatı zamanı anesteziya məqsədilə istifadə edilən dərman preparatlarının dozalarını xəstənin çəkisinə uyğun olmayan dozada verərək, həmçinin həmin gün saat 16:10-da əməliyyatdan sonra narkozdan ayılma mərhələsində narkoz komponentlərinin təsiri bədəndən keçməmiş Rüstəm Mustafayevi erkən ekstubasiya etməklə, yaranmış beyin hipoksiyası nəticəsində spinal anesteziya və intubasion narkoz zamanı inkişaf etmiş kəskin ağciyər-ürək çatışmazlığından ölümünə səbəb olmaqla, Rüstəm Mustafa yevi ehtiyatsızlıqdan öldürmüşdür.

3. Gəncə Apelyasiya Məhkəməsi Cinayət kollegiyasının 1(104)-151/2021 saylı, xx.xx.2021-ci il tarixli Qərarı ilə hökmdən zərərçəkmiş şəxslərin hüquqi varisləri X7 və İddiaçı verdiyi apellyasiya şikayətləri qismən təmin edilmiş, iş üzrə Ağstafa Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(015)-24/2020 saylı hökmü dəyişdirilmiş, X6 CM-in 124.1-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətə anestezioloq-reanimatoloq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Qərar qanuni qüvvəyə minmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə (bundan sonra – Nazirlik) və Cavabdeh2 publik hüquqi şəxsə (bundan sonra – Mərkəz) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, atasının vəfat etməsinə görə vurulmuş mənəvi zərərin əvəzi olaraq 50000 manat kompensasiyanın və ödənilmiş dövlət rüsumuna görə 240 manat olmaqla, ümumilikdə 50.240 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, atasının ölümü Nazirliyin və Mərkəzin əməkdaşının təqsiri ucbatından baş vermişdir. Cavabdehin məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində ona mənəvi ziyan dəymişdir. Hal-hazıra kimi atasının vəfat etməsi ilə bağlı vurulmuş mənəvi zərərə görə heç kimsə, hər hansı bir səlahiyyətli orqan və ya şəxs tərəfindən onlara heç bir müraciət edilməmişdir. Baş ve rmiş cinayət hadisəsi nəticəsində atasının faciəvi surətdə ölməsi ilə bağlı onun mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı yaşanan streslər, əzab və iztirablarla bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüququ vardır. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır.

6. Mərkəz iddiaya tələbinə yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 7 №-li qərarına əsasən mənəvi zərərin əvəzinin ödənilməsi barədə tələbin təmin edilməsi üçün iki hal sübut olunmalıdır: 1) iddiaçının şəxsi qeyri-əmlak xarakterli hüquq və a zadlıqlarının və ya əmlak hüquqlarının cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi ilə pozulması; 2) bu pozuntunun iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olması. Hazırkı iş üzrə birinci hal müəyyən olunmadığından mənəvi zərərin əvəzinin ödənilməsi barədə tələb təmin edilə bilməz. Zərər vuran Mərkəz və Nazirlik deyil, məhz X3r. Baş vermiş hadisə ilə bağlı Mərkəz heç bir məsuliyyət daşımır. Mərkəzə məxsus bütün avadanlıqlar işlək vəziyyətdə olmuş, bu hadisə yalnız X1 məsuliyyətsizliyi nəticəsində baş vermiş və ona görə də sonuncunun barəsində qanuna müvafiq şəkildə tədbir görülmüşdür.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(006)-1979/2023 nömrəli, 18 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim S.Cəfərov) iddia tələbi q ismən təmin edilmiş, vurulmuş mənəvi zərərə görə 30.000 manat məbləğində pul və 240 manat dövlət rüsumunun Mərkəzdən tutularaq, iddiaçıya ödənilməsi, iddianın digər hissədə təmin olunmaması qət edilmişdir.

8. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri kompensasiyanın nədən ibarət olmasıdır. Zərərin kompensasiya edilməsi təkcə onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi ilə yanaşı, ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyri-maddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür.

9. Məhkəmə, iddiaçının törədilmiş cinayət əməli nəticəsində mənəvi iztirab çək məsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddia qismən təmin edilməli və iddiaçının xeyrinə ağlabatan həddə, yəni 30.000 manat məbləğində mənəvi ziyan tutulmalıdır. Məhkəmə iddiaçıya ödənilməli mənəvi ziyanın həcmini 30.000 manat müəyyən edərkən bütün diqqətəlayiq məqamları nəzərə aldığını qeyd etmişdir. Nazirliyə münasibətdə iddianın təmin edilməsi ilə bağlı təsdiqedici sübutlar təqdim edilmədiyindən iddia həmin hissədə təmin edilməmişdir.

10. Məhkəmə öz mövqeyini «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 2020-ci il 24 aprel tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1097.1, 1099.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni iddia tələbinin təmin edildiyi hissədə ləğv edilməsi və tam rədd olunmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti iddiaya etirazın dəlillərinə uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, iddiaçı hazırkı tələbini X4 qarşı irəli sürməli idi. Çünki, zərərçəkmişin iztirablarının əsası yanlış diaqnoz, müalicə və ya aparılan cərrahi müdaxilə deyildir. Rüstəm Mustafayevin üzərində Mərkəzdə icra edil miş cərrahiyyə əməliyyatı ilə baş vermiş ölüm arasında səbəbli əlaqə olmamışdır. X1 əməlinə CM-in 314.2.-ci maddəsi ilə deyil, 124.1-ci maddəsi ilə hüquqi qiymət verilmişdir. Adətən həkim səhvi ilə bağlı xəstə ölümünə CM-in 314.2.-ci maddəsi ilə hüquqi qiymət verilir.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-6823/2023 nömrəli, 11 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər E.Kazımov (sədrlik edən və məruzəçi) K.Əkbərov və İ.Şirinov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Mərkəz apellyasiya şikayətində qətnamənin qismən, yəni iddia tələbinin təmin edildiyi hissə də mübahisələndirir. Bununla belə, şikayətin məzmununda iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsini inkar etmir, eləcə də qət edilmiş mənəvi zərərin əvəzinin miqdarını da mübahisələndirmir. Mübahisələndirdiyi hal yalnız iddianın Mərkəzə münasibətdə təmin edilməsi ilə bağlıdır. Mərkəz hesab edir ki, iddiaçı hazırkı tələbini X4 qarşı irəli sürməli idi. Halbuki işin hallarına görə Mərkəzin həkim işçilərindən biri iddiaçının atasının üzərində nəticə etibarı ilə uğursuz olan cərrahi əməliyyatı icra etsə də, digəri anesteziya məqsədilə istifadə olunan dərman preparatlarının dozalarını xəstənin çəkisinə tam uyğun icra etməmiş, eləcə də narkozdan ayılma mərhələsində narkoz komponentlərinin təsiri bədəndən tam keçməmiş erkən ekstubasiya olunmuş, nəticədə xəstə ölmüşdür. Demək, cavabdeh tibb müəssisəsinin həkiminin düzgün və tam olmayan tibbi müdaxiləsi nəticəsində atası öldüyündən iddiaçı mənəvi zərərə məruz qalmışdır. Burada mütləq deyil ki, tibb müəssisəsi həkim işçisinin yalnız cərrahiyyə əməliyyatı, yaxud yanlış diaqnozu nəticəsində dəymiş zərərə görə məsuliyyət daşımalı və zərərin əvəzini ödəməlidir. Əslində, Mülki Məcəllənin 1112.1-ci maddəsində qeyd olunub ki, müalicə zamanı...“və.s.” nəticəsindədə, başqa sözlə anestezioloq-reanimatoloq həkimin səhvi yaxud cinayəti nəticəsində də vurulmuş zərərə görə tibb müəssisəsi məsuliyyət daşıyır. Tibb müəssisəsi yalnız zərərin onun(həkim işçilərinin) təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə məsuliyyətdən azad edilir. Təqsir isə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təsdiq olunub.

15. Göstərilənlərlə yanaşı, Mülki M əcəllənin 1099.1, 1112 və 1114.1-ci maddələrinə əsasən, tələb olunan və məhkəmə tərəfindən müəyyən edilən mənəvi zərərin yalnız tibb müəssisəsindən tutulub, iddiaçıya ödənilməsi əsassız və qanunsuz olmamışdır. Çünki, qeyd olunan maddələrin tələbinə əsasən həmin cavabdeh müəssisə öz işçisi olan həkim(lər)in törətdiyi mülki hüquq pozuntusuna görə məsuliyyət daşımalı və əmək(qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bununla yanaşı, Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən cavabdeh zərərin əvəzini ödədikdən sonra, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb(reqres) hüququ vardır.

16. X2 ölümünə görə Mərkəzin həkimi olmuş X1 əməlinə CM-in 314.2.-ci maddəsi ilə deyil, 124.1-ci maddəsi ilə hüquqi qiymət verilməsi Mərkəzə münasibətdə iddianın rədd edilməsi üçün əsas ola bilməzdi. Hər iki cinayət ehtiyatsızlıqdan törədilən cinayətlər kateqoriyasına aiddir. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə X1 əməlinin CM-in 124.1-ci maddəsi ilə tövsif edilməsi bu cinayətin törədilməsi ilə əlaqədar vurulmuş mənəvi zərərə görə də onun yalnız fərdi mülki məsuliyyət daşımalı olduğunu ehtiva etmir. Ən azından qanunvericilikdə belə bir imperativ qayda müəyyən edilməmişdir. Ona görə də X1 əməlinə CM-in 124.1-ci maddəsi ilə hüquqi qiymət verilməsi hazırkı iddiaya görə tibb müəssisəsini məsuliyyətdən və vurulmuş mənəvi zərəri ödəməkdən azad etmir.

17. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 21.1, 1096.1, 1097.1, 1099.1, 1099.2, 1112, 1114.1-ci maddələrinə, Azərbaycan Respublikası Kons titusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına və MPM-in 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın tam rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

19. Kassasiya şikayəti iddiaya etirazın və apellyasiya şikayətin dəlillərinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmənin gəldiyi nəticə mütənasiblik və ədalətlilik prinsiplərinə uyğun deyil. X1 əmək münasibətləri, ölüm hadisəsi zamanı tibb müəssisəsinin təşkilati hüquqi quruluşu, tabeçiliyi məsələsi də araşdırılmayıb və hüquqi qiymət verilməyib. X6 cinayətkarcasına ehtiyatsızlıq edərək hüquqazidd əməlləri törətdiyindən bilavasitə həmin şəxs mülki məsuliyyət daşıyır. Həmçinin Mərkəz Nazirliyinin tabeçiliyində olan dövlət büdcəsindən maliyyələşən tibb müəssisəsi olduğu üçün iddia tələbi kassatora münasibətdə əsassızdır. Mərkəz “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyində olduğundan cavabdeh qismində tanınmamalı və iddia tələbi ona münasibətdə təmin edilməməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

21. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

22. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

23. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

24. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

25. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəs ində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

26. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

27. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına on un nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

28. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarı

29. Bənd

9. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub ol an şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir.

30. Bənd

8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

31. Bənd

10. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mülki Prosessual Məcəllə

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istin ad etməyə yol verilmir.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

38. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gə lərək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin qətnaməsini Mərkəzin apellyasiya şikayəti əsasında yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı həmin tərəfin kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Kassasiya şikayətinin dəlilləri əsasən iddiaya etirazın və apellyasiya şikayətinin dəlilləri ilə eynidir. Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tətbiqinə dair birinci və apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin dəlillərinə əsaslandırılmış qiymət verilmişdir.

42. Nəzərə alınmalıdır ki, Mərkəzin işçisinin (həkimin) qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə təsdiq olunan qanunsuz hərəkəti nəticəsində iddiaçının atası ölmüşdür. Bu baxımdan kasasiya şikayətinin məhkəmənin gəldiyi nəticənin mütənasiblik və ədalətlilik prinsiplərinə uyğun olmadığı barədə dəlili də açıq-aşkar əsassızdır.

43. Həmçinin Mülki Məcəllənin 1112-ci maddəsinin tələbinə əsasən tibb müəssisəsi müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərlə bağlı məsuliyyətdən o halda azad edilə bilər ki, zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirmiş olsun. Baxılan iş üzrə Mərkəz tərəfindən bu halı təsdiq edən hər hansı sübutlar təqdim edilməmişdir.

44. Mərkəzin prosessual qanunvericiliyə əsasən cavabdeh ola bilməməsi barədə kassasiya şikayətinin dəlili də əsassızdır. Belə ki, Mərkəz TƏBİB-in tabeliyində olsa da müstəqil hüquqi şəxsdir. Belə ki, Mülki Məcəllənin 43.5-ci maddəsinə müvafiq olaraq, hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (ko mmersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən publik hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malik olmaqla mülki vəzifələr daşıyır və publik hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir.

45. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Yuxarıda göstər ilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6823/2023 nömrəli, 11 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar