Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1397/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa və əmək haqqı tələbi 22.04.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Günel İnqilab qızının katibliyi ilə, İddiaçı, vəkili Nümayəndə iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1491/2020 nömrəli iş üzrə 31 avqust 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 22 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binası nda açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X3 direktoru V xxxxu üzrə 23 sentyabr 2005-ci il tarixli xx nömrəli əmrinə əsasən xx müəssisəsinin müdüri İddiaçı ərizəsinə əsasən işdən azad edilmişdir
2. X3 tərəfindən “R”a təqdim edilmək üçün İddiaçı 02.04.2015-ci il tarixli arayış verilmişdir. Həmin arayışda İddiaçı 1989-cu ildən hal-hazıra kimi X kəndində yerləşən Xnin müdüri vəzifəsində işləməsi göstərilmişdir.
3. X3 13 oktyabr 2015-ci tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı vergi borclarının ödənilməsi üçün 1450 (min dörd yüz əlli) manat ödəniş etmişdir.
4. İddiaçı X3 hesabına 13.10.2015-ci il tarixdə 851.27 (səkkiz yüz əlli bir manat iyirmi yeddi qəpik) manat, 14.10.2015-ci il tarixdə 600.90 (altı yüz manat doxsan qəpik) manat ö dəniş etmişdir İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 23 sentyabr 2005-ci il tarixli xx saylı əmrinin etibarsız sayılması, həmin tarixdən qətnamə qəbul edilən dövrə qədər əmək haqqı fərqinin hesablanıb ödənilməsini, öz vəzifəsinə bərpa olunması, kobud qanun pozuntusuna yol vermiş X1 ona dəymiş mənəvi və maddi ziyana görə 30.000 (otuz min) manatın alıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1989-cu ilin 14 noyabr tarixli əmrlə cavabdehin tabeçiliyində olan X7 müəssisəsinə müdir vəzifəsinə qəbul edilimişdir. İşlədiyi müddətdə heç bir nöqsanı olmayıb, əmək funksiyasını yerinə yetirərək, qüsursuz, vaxtıvax tında təlimatlara və qaydalara uyğun olaraq, tapşırılmış bütün tapşırıqları yerinə yetirmişdir. Müəssisənin tabeçiliyində olan əmlakların bu günə qədər yaxşı vəziyyətdə saxlanılmasında böyük əməyi olmuşdur. Yaş həddinə görə təqaüd vaxtının yaxınlaşdığını nəzərə alaraq, o, Sosial Müdafiə Şöbəsinə əmək kitabçasını təqdim etmək məqsədilə, 2018-ci ilin dekabr ayında X3 rəhbəri X5 müraciət etmişdir. Əmək kitabçasını götürəndə məlum olmuşdur ki, onun xəbəri olmadan, V 23 aprel 2005-ci il tarixdə öz ərizəsi əsasında işdən azad edilmə” ilə əmək kitabçasında qeyd aparmışdır. Buna baxmayaraq, adı çəkilən rəhbər vəzifəsindən suiistifadə edərək, onu aldadaraq ona vergi borclarının ödənilməsi adı altında hər il 1500 (min beş yüz) manat məbləğində pul ödətdirmişdir. Əmrin özündə uyğunsuzluq və saxtakar lıq vardır. (17.04.2005-ci il və 23.09.2005-ci il). Buna görə də, tam şəkildə əmrin həqiqiliyi yoxlanılmalıdır. Bu qanunsuzluğu və pozulmuş hüquqlarının bərpasını araşdırmaq məqsədilə cavabdehə rəsmi qaydada müraciət olunmuş və 25 dekabr 2018-ci il tarixli cavabdehin cavab məktubundan məhkəməyə müraciət edilməsi tövsüf edilmişdir və o da bundan istifadə edərək, öz hüquqlarını bərpa etmək məqsədi ilə məhkəməyə müraciət etmişdir.
7. Quba rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 29 aprel 2019-ci il tarixli 2(027)-1131/2019 nömrəli qətnaməsi ilə (hakim İ.Məmmədov) iddia qismən təmin edilərək, X3 direktoru V 23 sentyabr 2005-ci il tarixli 16 saylı əmrinin etibarsız sayılması və İddiaçı X3 X müdüri vəzifəsinə bərpa olunması qət edilmişdir
8. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, X3 direktoru V tərəfindən 15 aprel 2019-cu il tarixdə imzalanmış X üzrə 23 sentyabr 2005-ci il tarixli xx nömrəli əmrdən çıxarışda X müdüri İddiaçı ərizəsinə əsasən işdən azad edildiyi göstərildiyi halda, 02.04.2015-ci il tarixli arayışda İddiaçı 1989-cu ildən 02.04.2015ci il tarixə qədər X müdüri vəzifəsində işlədiyinin göstərilməsini, İddiaçı vergi borclarına görə 1450 (min dörd yüz əlli) manat ödəniş etməsini, 2018-ci ilin dekabr ayında işdən çıxarılmasını bildikdən sonra, 15.01.2019-cu il tarixdə məhkəməyə iddia tələbi ilə müraciət etdiyindən hazırki iş üzrə iddia müddətinin buraxılmaməşdır.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83, 87, 296-cı, Mülki Prossesual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77. 1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
10. Qətnamədən iddiaçı və cavabdeh apellyasiya şikayəti vermişlər.
11. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-2990/2019 nömrəli iş üzrə 04 sentyabr 2019cu il tarixli qətnaməsi ilə (hakimlər – A.Abbasov (sədrlik edən və məruzəçi), Ş.Abasov və T.Məmmədov) İddiaçı apelyasiya şikayəti qismən təmin edilmiş, Quba rayon Məhkəməsinin 29 aprel 2019-cu il tarixli, 2(027)-1131/2019 saylı qətnaməsi 23 aprel 2005ci il tarixdən qətnamə qəbul edilən dövrə qədər əmək haqqı fərqinin hesablanıb ödənilməsi tələbinin təmin edilməyən hissəsində ləğv olunaraq, iddia tələbi həmin hissədə təmin edilmiş, 23 aprel 2005-ci il tarixdən qətnamə qəbu l edilən dövrə qədər əmək haqqı fərqi cavabdeh X3 alınıb İddiaçı verilməsi qət edilmiş, İddiaçı apelyasiya şikayəti qalan hissədə təmin edilməmiş, cavabdeh X3 apelyasiya şikayəti təmin edilməmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, qanunvericiliyə görə əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpaedilməsi barədə qətnaməçıxarır. Qanunun tələbinə görə belə halda hətta bu barədə iddia tələbi olmasa belə, məhkəmə iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi vəzifəsini işəgötürənin üzərinə qoymalıdır. Birinci instansiya məhkəməsi bir tərəfdən cavabdehin 23 apre l 2005-ci il tarixli 16 saylı əmrin etibarsız sayılması, iddiaçının öz vəzifəsinə bərpa olunması nəticəsinə gəlmiş, digər tərəfdən də iddiaçıya məcburi iş buraxma müddəti üçün əmək haqqı fərqinin hesablanıb ödənilməsi tələbini rədd etməklə ziddiyyətli nəticəyə gəlmişdir. Həmçinin məhkəmə iddiaçıya məcburi iş buraxma müddəti üçün əmək haqqı fərqinin hesablanıb ödənilməsi tələbini rədd etsə də, qətnamədə bunu əsaslandırmamışdır. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
1. Qətnamədən iddiaçı və cavabdeh kassasiya şikayəti vermişlər.
2. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-517/2020 nömrəli iş üzrə 04 fevarl 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ə.Əhmədov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və İ.Dəmirov) Cavabdeh X3 kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 sentyabr 2019-cu il tarixli, 2(105)-2990/2019 saylı qətnaməsi qismən- iddia ərizəsinin təmin olunan hissəsində, yəni əmrin etibarsız sayılması, işə bərpa və məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi hissəsində ləğv edilmiş, mülki iş həmin hissədə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmış, qalan hissədə qətnamə dəyişdirilmədən, İddiaçı kassasiya şikayəti isə təmin edilmədən saxlanılmışdır.
3. Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
4. Qətnamədən iddiaçı və cavabdeh apellyasiya şikayəti vermişlər.
5. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-1491/2020 nömrəli iş üzrə 31 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – S.Qafari (sədrlik edən və məruzəçi), E.Əhmədov və Z.Məmmədov) cavabdeh X3 apellyasiya şikayəti təmin edilmiş, Quba rayon məhkəməsi nin 29 aprel 2019-cu il tarixli qətnaməsi işəgötürənin 23 sentyabr 2005-ci il tarixli, xx saylı əmrinin etibarsız hesab edilməsi və iddiaçının cavabdeh təşkilatın X müdüri vəzifəsinə bərpa edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı cavabdeh X3 qarşı işəgötürənin 23 sentyabr 2005-ci il tarixli, xx saylı əmrinin etibarsız hesab edilməsi və iddiaçının cavabdeh təşkilatın X müdüri vəzifəsinə bərpa edilməsi barədə iddia tələbi rədd edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmış, iddiaçının apellyasiya şikayəti təmin edilməmişdir.
6. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı cavabdeh müəssisədə 15.11.1989-cu il tarixdən əmək müqaviləsi bağlamaqla əmək münasibətlərinə daxil olmuş v ə 23.09.2005-ci il tarixədək həmin müəssisədə işləmişdir. İddiaçı ilə əmək müqaviləsi üzrə əmək münasibətlərinə işəgötürən tərəfindən xitam verilmişdir. İddiaçı həmin tarixdən işə çıxmamış, əmək haqqı almamış, yalnız ötən 14 il müddət ərzində ödənilməmiş əmək haqqını tələb etməmiş, 15.01.2019-cu il tarixdə əmri mübahisələndirilərək işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh müddətin tətbiq edilməsi və iddia tələbinin rədd edilməsi barədə ərizə ilə məhkəmə kollegiyasına müraciət etmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində m əhkəməyə müraciət edə bilər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
13. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 15. kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xa hiş etdilər.
17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh tərəf hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
18. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri ü zrə araşdırma aparmır və onlara qiymət vermir.
19. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
20. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
21. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Əmək Məcəlləsi
26. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.(maddə 68) Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə ə laqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. 22. bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmç inin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən- iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər:(Maddə 296)
23. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Mülki Prossesual Məcəllə
24. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
25. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
26. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
27. K assasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
28. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
29. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhk əmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
32. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xxxxx nömrəli iş üzrə 31 avqust 2020-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.