Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-140/2025 11.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, X11 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: əqdin etibarsızlığı, subyektiv hüquq Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və X7 ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1405/2024 nömrəli 29 avqust 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdırar aq aşağıdakıları müəyyən etmişlər:
2. Cavabdeh2 Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk prospekti, 62 ünvanında yerləşən fərdi yaşayış evini xx.xx.2007-ci ildə X2, X4 və X5 17.000 manat məbləğinə almış, həmin əmlak üzərində Cavabdeh2 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 11 nömrəli reyestr kitabının 154 nömrəli vərəqində qeydiyyata alınmışdır; 3. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh2 Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk prospekti, 62 ünvanında yerləşən fərdi yaşayış evini Cavabdeh1 Rafael oğluna bağışlamışdır;
4. Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk prospekti, 62 ünvanında 0,016 hektar torpaq sahəsi və 37,6 kvadrat metr fərdi yaşayış evi üzərində (**********71-10301 reyestr nömrəli) Cavabdeh1 Rafael oğlunun mülkiyyət hüququ xx.x x.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər Cavabdeh1, X11 və Cavabdeh3 qarşı Bakı şəhəri 43 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli, 4Ə-303 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi və Cavabdeh2la onun arasında Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk prospekti, 62 ünvanına dair alğı-satqı müqaviləsinin tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddiaçı mövqeyini onunla əsaslandırmışdır ki, X13 onun və ailə üzvlərinin Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk prospekti, 62 ünvanından çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə mürac iət etmişdir. Cavabdeh1 Rafael oğlu və onun xalası qızının əri Cavabdeh3 arasında işgüzar əlaqələr olmuş, o özü isə Cavabdeh3 sürücüsü olmuşdur. O, əvvəllər Gəncə şəhəri, Mahrasa bağı yaşayış massivi, ev 6-da yerləşən 25 nömrəli mənzildə yaşamışdır. Həmin mənzilin sahəsi yaşamaq üçün kiçik olduğuna görə Cavabdeh3 ona 20.000 ABŞ dollarına məbləğinə mənzil alacağını bildirmiş, o da həmin 20.000 ABŞ dollarını hissə-hissə Cavabdeh3 qaytarmağı öhdəsinə götürmüşdür. Bundan sonra, Cavabdeh3 X6 ev alqı-satqısı ilə məşğul olan şəxslərlə əlaqəsinin olduğunu və qısa zaman ərzində ona mənzil tapacağını bildirmişdir. O, Cavabdeh3 ilə 2007-ci ilin yay aylarında Bakı şəhərində toy şənliyində olarkən X11 onun istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək, ona qiyməti 23.500 ABŞ dolları məbləğində olan bir mənzil tapdığını demişdir. O isə yalnız 20.000 ABŞ dolları məbləğində pul vəsaitinin olduğunu və həmin məbləğdən artıq məbləğdə ödəniş etməyə maddi imkanının olmadığını X8 izah etmişdir. Bu zaman X11 narahatlığa əsas olmadığını, 3.500 ABŞ dolları məbləğində pul vəsaitini özü onun əvəzində ödəyəcəyini, lakin bankdan pul götürmək üçün alınacaq mənzili ipoteka ilə yüklü edib, kredit almaq üçün həmin mənzili onun, yəni X6 adına rəsmiləşdirilməli olduqlarını, 6 aydan sonra bütün ödənişləri tamamlayıb, mənzili onun öz adına rəsmiləşdirəcəklərini bildirmişdir. Buna görə də o, X11 ilə razılaşmış və Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk prospekti, 62 ünvanında yerləşən mənzili X6 adına rəsmiləşdirmişlər. Bununla yanaşı, X11 ondan atasının mülkiyyətində olan Gəncə şəhəri, Mahrasa bağı yaşayı ş massivi, ev 6-da yerləşən 25 nömrəli mənzili də ipoteka ilə yüklü edib, bankdan kredit almağı ona təklif etmişdir. O, X11 ilə aralarında olan münasibəti nəzərə alaraq, Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk prospekti, 62 ünvanında yerləşən mənzili "xxxx" ASC-də, Gəncə şəhəri, Mahrasa bağı yaşayış massivi, ev 6-da yerləşən 25 nömrəli mənzili "xxxx" ASC-də ipoteka ilə yüklü etmişdir. Həmin yüklülüklərin əvəzində X11 hər iki bankdan yüksək məbləğdə pul vəsaitini kredit almışdır. O, Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk prospekti, 62 ünvanında yerləşən mənzilə görə 20.000 ABŞ dolları, yəni 12.500 manat məbləğində pul vəsaitini Cavabdeh3 vasitəsi ilə X8 ödəmişdir. Lakin Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk prospekti, 62 ünvanında yerləşən mənzilin onun adına rəsmiləşdirilməsi aparılmadan X11 azad lıqdan məhrum etmə cəzasına məhkum edilmiş və buna görə rəsmiləşdirmənin aparılması mümkün olmamışdır. Sonradan, X11 həmin mənzili onun adına rəsmiləşdirmək əvəzinə oğlu Cavabdeh1 bağışlamışdır. Halbuki o, həmin mənzilin alğı-satqı qiymətini Cavabdeh3 vasitəsi ilə X8 ödəməklə yanaşı, mənzilin təmiri üçün əlavə 15.000 manat məbləğində də vəsait sərf etmişdir. Buna görə də onunla X11 arasında Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk prospekti, 62 ünvanında yerləşən mənzilin alğı-satqısına dair müqavilə tanınmalı, həmin mənzilin bağışlanması barədə xx.xx.2023-cü il tarixli 4Ə-303 reyestr nömrəli müqavilə etibarsız edilməlidir.
7. Cavabdeh1 nümayəndəsi (vəkili) Nümayəndə iddianı qəbul etməyərək bildirmişdir ki, Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk prospekti, 62 ünvanında yerləşən mənzil X11 tərəfind ən xx.xx.2007-ci ildə daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən 17.000 manat məbləğinə alınmışdır. X3 iddiaçının yaşamaq üçün başqa mənzili olmadığına və X6 maddi vəziyyəti kifayət qədər yaxşı olduğuna görə İddiaçı ailəsi ilə birlikdə həmin mənzildə yaşamasına icazə vermişdir. Bununla yanaşı, X11 mülkiyyətçi kimi həmin mənzili heç vaxt öz nəzarətindən kənar saxlamamış, daim ona nəzarət etmişdir. X1 müraciəti əsasında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(009)-1836/2022 nömrəli qətnaməsi ilə Gəncə şəhəri, Kəpəz rayonu, 62 ünvanında yerləşən mənzil həbsdən azad edilmişdir. Bundan sonra X11 mənzildə qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması üçün iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə digər şəxslərin həmin mənzildən çıxarılması qərara alınmışdır. Daha sonra isə X11 həmin mənzili oğlu Cavabdeh1 bağışlamışdır. Hazırkı halda isə iddiaçı Cavabdeh3 vasitəsi ilə hansısa məbləğdə pul vəsaitini X8 verdiyini bildirməklə X8 və Cavabdeh1 qarşı məhkəmədə iddia qaldırmışdır. Lakin Cavabdeh3 İddiaçı hər hansı məbləğdə pul vəsaitinin verilməsinin X8 və Cavabdeh1 heç bir aidiyyəti yoxdur. Cavabdeh3 məhkəməyə daxil olmuş ərizəsində də İddiaçı tərəfindən ona pul verilmədiyi göstərilmişdir. İddiaçının hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə məqsədi məhkəmənin icraatında olan mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatının dayandırılmasına nail olmaqdır.
8. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1445/2024 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim Camal Quliyev) iddia təmin edilməmişdir.
9. İddianı rədd edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk prospekti, 62 ünvanında yerləşən mənzilə dair nəinki mülkiyyət və əmlak hüquqları, həmçinin həmin əmlaka gözlənti hüququ da mövcud deyildir. Qeyd olunan səbəbdən iddiaçının Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk prospekti, 62 ünvanında yerləşən mənzil barəsində onun mülkiyyətçisi ilə digər şəxslər arasında bağlanmış əqdin etibarlılığını mübahisələndirmək üçün subyektiv hüququ mövcud deyildir. Buna görə də, iddia Cavabdeh1 və Cavabdeh2 arasında Bakı şəhəri 43 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli, 4Ə-303 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsı z hesab edilməsi və daşınmaz əmlakın dövlət qeydiyyatının ləğv edilməsi tələbinə dair hissədə, İddiaçı həmin tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmadığından təmin edilməməlidir.
10. Məhkəmə həmçinin Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah etmişdir.
11. Məhkəmə mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.2, 6.1.4 və 6.1., 152.1, 153.3, 157.9, 324.1, 324.2, 329.1, 385.1, 386.1, 389.1, 390.1-390.3, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü, maddələrinə, 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən salınmış Mülki Məcəllənin 335.2-ci maddəsinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, cavabdeh X9 ilə digər cavabdeh X10 arasında bağışlanma müqaviləsi etibarsız hesab edilməldir, çünki həmin ev ona məxsusdur, onun evini X9 qanunsuz olaraq bağışlanma edibdir.
14. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1405/2024 nömrəli 29 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər X16 - sədrlik edən və məruzəçi, X24 və X14) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşan apellyasiya instansiyası məhkəmə si qeyd etmişdir ki, bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə, habelə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr və daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilənin etibarlı sayılması üçün, mütləq iki şərtin mövcudluğu vacibdir. Belə ki, müqavilə yazılı formada bağlanılmalı, notariat qaydada təsdiqlənmədir Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alğısatqısı müqaviləsinin etibarlılığını şübhə altına alır və birbaşa onların etibarsızlığına səbəb olur. Əqdin notariat qaydasında təsdiqlənməsi sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. İş materiallarından i sə görünür ki, Cavabdeh2 Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk prospekti, 62 ünvanında yerləşən fərdi yaşayış evini xx.xx.2007-ci ildə X2, X4 və X5 17.000 manat məbləğinə almış, həmin əmlak üzərində Cavabdeh2 mülkiyyət hüququ qeydə alınmışdır. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh2 Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk prospekti, 62 ünvanında yerləşən fərdi yaşayış evini Cavabdeh1 Rafael oğluna bağışlamışdır.
16. İddiaçı hazırkı tələbin irəli sürülməsi ilə bağlı heç bir subyektiv hüququ yoxdur. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçının mübahisələndirdiyi Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk prospektində 0,016 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 18,4 kvadrat metr yaşayış, 19,2 kvadrat metr köməkçi sahədən ibarət 6 2 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 11 nömrəli reyestr kitabının 154 nömrəli vərəqində qeydiyyata alınmış, Cavabdeh2 Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk prospekti, 62 ünvanında yerləşən fərdi yaşayış evini Cavabdeh1 Rafael oğluna bağışlamışdır. Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk prospekti, 62 ünvanında 0,016 hektar torpaq sahəsi və 37,6 kvadrat metr fərdi yaşayış evi üzərində (**********71-10301 reyestr nömrəli) Cavabdeh1 Rafael oğlunun mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. Göründüyü kimi, İddiaçı Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk prospekti, 62 ünvanında yerləşən mənzil barəsində onun mülkiyyətçisi ilə digər şəxslər arasında bağlanmış əqdin etibarlılığını mübahisə ləndirmək üçün subyektiv hüququ mövcud deyildir.
17. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 336.1-ci maddəsinə görə, əgər tərəflərdən biri əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırırsa, onda qeydiyyat digər tərəfin ərizəsi ilə məhkəmənin qərarı əsasında həyata keçirilir. Göründüyü kimi, xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişiliklər edilərkən, həmin Məcəllənin 335-ci maddəsi Məcəllənin mətnindən çıxarılmış və həmin dəyişilik nəticəsində xx.xx.2005-ci il tarixdən sonra yaranmış münasibətlərlə bağlı məhkəmə tərəfindən alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi mümkün olmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı kassasiya şikayəti verər ək (Vəkil2) qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
19. İddia ərizəsi və apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış kassasiya şikayətində həmçinin qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasının 29, Mülki Məcəllənin 152.1, Mülki Prosessual Məcəllənin 77-ci maddələrin tələbləri pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə 144.1. əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zaman ı notarius əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. O, təsdiqlədiyi müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.
22. Maddə 152.1. mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
23. Maddə 324.1 və 324.2. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
24. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.
25. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdi rilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
26. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər.
27. Maddə
394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir.
28. Maddə 567. alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının dü zgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Kassasiya şikayətində qətnamə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab ed ir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, iddiaçı hazırkı tələblərini irəli sürmək üçün özünün subyektiv hüququnu sübuta yetirə bilməmişdir. Belə olan halda iddianın təmin edilməməsi yuxarıda göstərilən hüquq normalarına uyğun olmuşdur.
38. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan ape llyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
39. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin halları nın araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
41. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1405/2024 nömrəli 29 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.