Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1405/2024 29.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1445/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X10 və Cavabdeh3 qarşı Bakı şəhəri 43 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli, 4Ə-303 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi və Cavabdeh2la onun arasında Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk prospekti, 62 ünvanına dair alğı-satqı müqaviləsinin tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1445/2024 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim Camal Quliyev) iddia təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1445/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Gəncə şəhəri, Nizami rayonu Məhrasa Bağı bina 6, mənzil 25-də ailə üzvləri ilə birlikdə yaşamışdır. Həmin evdə həmçinin onun atası, anası və qardaşı, eləcə də qardaşının üç övladı yaşayırdılar. Həmin ev darısqal olduğu üçün bir yerdə qalmağı çətinlik yaradırdı. Cavabdeh3 ona qohum kimi köməklik göstərmək məqsədi ilə 20.000 ABŞ dollar məbləğində ev alacağını bildirmişdir. O, isə onun pulunu hissə-hissə qaytaracağını ona bildirmışdir. Bundan sonra Cavabdeh3 ona bildirmişdir ki, onun şəriki və qohumu X11 ev alqı-satqısı ilə məşğul olan şəxslərlə münasibəti var və ona ev tapan kimi həmin evi ona alacaq, o, isə razılaşmışdır. O, Cavabdeh3lə Bakı şəhərində toyda olan zaman X11 onun istifadəsində olan mobil nömrəsinə zəng edərək bildirmişdir ki, ona ev tapıbdır və qiyməti 23500 ABŞ dollardı. O, isə etiraz edərək bildirmişdir ki, Cavabdeh3 20.000 ABŞ dollar verəcəyini və ondan artıq verə bilməyəcəyini X8 bildirmişdir. Lakin cavabdeh X11 əlavə 3500 ABŞ dollarını ona özü ödəcəyini bildirmiş, ancaq aralarında olan şərti razılığa görə X11 bildirmişdir ki, ona pul lazım olduğunu və əlində işi olduğu üçün, ünvan 2 ünvanı öz adına alqı satqı edib Banka girova qoymasını, eləcə də onun atasına məxsus evi, yəni ünvan 3 ünvanı Banka girova qoyub pul götürməyini xahiş etmişdir. Əvəzində isə 3500 ABŞ dolları ona pay edəcəyini və 6 aydan sonra ünvan 2 ünvanı onun adına sənədləşdirəcəyini bildirmiş, həmçinin onun atasına məxsus ünvan 3 ünvanıda Bankdan girovdan çıxaracağına söz vermişdir. O, isə xalası qızının əri Cavabdeh3 qohumu, eləcə də ortalıq biznesləri olduğu üçün X8 inanaraq onun adına alqı satğını rəsmişlədirmiş, daha sonra isə X2 şəhəri, Kəpəz rayonu, Atatürk prospekti, ev 62 evi Kapital Banka, digər evi, yəni ünvan 3 evi Atabanka girova qoyub pul götürmüşdür. Bundan sonra Cavabdeh3 cavabdeh X8 ünvan 2 üvanı üçün ödədiyi pulu mən hiss-hissə Cavabdeh3 ödəməyə başlamışdır. ünvan 2 ünvan ona məxsusdur, çünki o, həmin evə dair bütün pulların hamısını Cavabdeh3 ödəmişdir. Fuad isə ev alqı satqı olan vaxtı özü cavabdeh X5 vasitəsi ilə həmin evi ona almışdır. Sonra cavabdeh X11 dələduzluq cinayəti üzrə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir və ünvan 2 ünvadan yerləşən evi onun adına rəsmiləşdirilmək imkanı olmamışdır, çünki cavabdeh X11 həbs olunmuşdur. O, həmin evdə yaşamağa başlayandan sonra bir neçə il ərzində ünvan 2 yerlşən evə 15000 min manat məbləğində təmir etmişdir. Bundan başqa cavabdeh X11 ilə digər cavabdeh X12 arasında bağışlanma müqaviləsi etibarsız hesab edilməldir, çünki həmin ev ona məxsusdur, onun evini X11 qanunsuz olaraq bağışlanma edibdir. Hesab edir ki, Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk prospekti,ev 62 yerləşən ev cavabdeh X11 ilə onun arasında alqı satqı tanınmalıdır. Cavabdehlər Cavabdeh1, X10 və Cavabdeh3 işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 məhkəmə kollegiyasına yazılı etiraz ünvanlamışdır. Etiraz onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk prospektində mülkiyyətində olan 0,016 ha torpaq sahəsində yerləşən 62 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X3nun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, Hazırda həmin fərdi yaşayış evi Bakı şəhəri 43 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli, 4Ə-303 reyestr nömrəli daşınmaz əmlakın bağşlanması müqaviləsinə əsasən ona bağışlanmış və onun adına xx.xx.2023-cü il tarixli, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. X3 biznes ilə məşğul olmuş, İddiaçı atasının yanında sürücü kimi fəaliyyət göstərmişdir. Atası ilə iş birliyində olan Musayev X22 Məmmədovun yaşadığı evin darısqal olduğunu, bu səbəbdən də Firdovsinin ailəsi ilə birlikdə həmin evdə yaşamalarına icazə verilməsini xahiş etmişdir. Bundan sonra Firdovsi öz ailəsi ilə birlikdə mübahisəli fərdi yaşayış evinə köçüb yaşamağa başlamışdır. xx.xx.2019-cu ildə atası həbs olunmuşdur. Nəhayət xx.xx.2019-cu il tarixdə atası həbsdən azad olunmuşdur. Atası həbsdən çxdıqdan sonra Firdovsi ilə əlaqə saxlayaraq evdən çıxmasını tələb etmiş, Firdovsi könüllü olaraq evi tərk etməmişdir. Ona görə də, məcbur qalıb onun və ailəsinin evdən çıxarılması barədə məhkəmədə iddia qaldırmalı olmuşlar. Bundan sonra isə iddiaçı hazırki tələblə onlara qarşı iddia qaldırmışdır.İddiaçı həmin əmlaka görə ona hər hansı məbləğdə pul ödəməmiş, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim də edə bilməz, çünki aralarında belə bir müqavilə bağlanmamışdır. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlilləri ilə eyni məzmunlu izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1445/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, məhkəmə kollegiyasının iclasında iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1445/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş: xx.xx.2007-ci il tarixli alğı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk prospekti, 62 ünvanında yerləşən fərdi yaşayış evini xx.xx.2007-ci ildə X1, X6 və X7 17.000 manat məbləğinə almışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk prospektində 0,016 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 18,4 kvadrat metr yaşayış, 19,2 kvadrat metr köməkçi sahədən ibarət 62 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 11 nömrəli reyestr kitabının 154 nömrəli vərəqində qeydiyyata alınmışdır xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh2 Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk prospekti, 62 ünvanında yerləşən fərdi yaşayış evini Cavabdeh1 Rafael oğluna bağışlamışdır. **********71-10301 reyestr nömrəli daşınmaz əmlaka dair Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********71-10301 reyestr daşınmaz əmlaka dair çıxarışdan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk prospekti, 62 ünvanında 0,016 hektar torpaq sahəsi və 37,6 kvadrat metr fərdi yaşayış evi üzərində (**********71-10301 reyestr nömrəli) Cavabdeh1 Rafael oğlunun mülkyyət hüququ xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2384/2022 nömrəli qərarından görünür ki, Cavabdeh2 iddiası təmin edilmiş, X13 və X9 Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk prospekti, 62 ünvanında pasport qeydiyyatından çıxarılması öhdəliyi Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə edilmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-1836/2022 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh2 iddiası təmin edilmiş, Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk prospekti, 62 nömrəli fərdi yaşayış evi həbsdən azad edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. O, təsdiqlədiyi müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. 334.2-ci maddəsinə əsasən əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İ.K.Rəcəbovun şikayəti üzrə Azərbaycan Respublikasının Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında ifadə etdiyi mövqeyinə görə, daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilənin etibarlı sayılması üçün, mütləq iki şərtin mövcudluğu vacibdir: müqavilənin yazılı formada bağlanılması və notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alğı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır və birbaşa onların etibarsızlığına səbəb olur. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən göründüyü kimi, bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə, habelə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr və daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilənin etibarlı sayılması üçün, mütləq iki şərtin mövcudluğu vacibdir: müqavilənin yazılı formada bağlanılması və notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alğı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır və birbaşa onların etibarsızlığına səbəb olur. Əqdin notariat qaydasında təsdiqlənməsi sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. İddianı rədd edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk prospekti, 62 ünvanında yerləşən mənzilə dair nəinki mülkiyyət və əmlak hüquqları, həmçinin həmin əmlaka gözlənti hüququ da mövcud deyildir. Qeyd olunan səbəbdən İddiaçı Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk prospekti, 62 ünvanında yerləşən mənzil barəsində onun mülkiyyətçisi ilə digər şəxslər arasında bağlanmış əqdin etibarlılığını mübahisələndirmək üçün subyektiv hüququ mövcud deyildir. Buna görə də, məhkəmə hesab edir ki, iddia Cavabdeh1 və Cavabdeh2 arasında Bakı şəhəri 43 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli, 4Ə-303 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət qeydiyyatının ləğv edilməsi tələbinə dair hissədə, İddiaçı həmin tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmadığından təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd etmişdir ki, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ İddiaçı izah olunmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır. İş materiallarından isə görünür ki, Cavabdeh2 Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk prospekti, 62 ünvanında yerləşən fərdi yaşayış evini xx.xx.2007-ci ildə X1, X6 və X7 17.000 manat məbləğinə almış, həmin əmlak üzərində Cavabdeh2 mülkiyyət hüququ qeydə alınmışdır. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh2 Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk prospekti, 62 ünvanında yerləşən fərdi yaşayış evini Cavabdeh1 Rafael oğluna bağışlamışdır. Hazırda Məmmədov X4 Ramil Rəfael oğluna, X10 və Cavabdeh3 qarşı Bakı şəhəri 43 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli, 4Ə-303 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi və Cavabdeh2la onun arasında Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk prospekti, 62 ünvanına dair alğı-satqı müqaviləsinin tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası «Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Vərəsəlik hüququ da belə hüquqlardan biridir. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı hazırkı tələbin irəli sürülməsi ilə bağlı heç bir subyektiv hüququ yoxdur. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçının mübahisələndirdiyi Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk prospektində 0,016 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 18,4 kvadrat metr yaşayış, 19,2 kvadrat metr köməkçi sahədən ibarət 62 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 11 nömrəli reyestr kitabının 154 nömrəli vərəqində qeydiyyata alınmış, Cavabdeh2 Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk prospekti, 62 ünvanında yerləşən fərdi yaşayış evini Cavabdeh1 Rafael oğluna bağışlamışdır. Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk prospekti, 62 ünvanında 0,016 hektar torpaq sahəsi və 37,6 kvadrat metr fərdi yaşayış evi üzərində (**********71-10301 reyestr nömrəli) Cavabdeh1 Rafael oğlunun mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. Göründüyü kimi, İddiaçı Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk prospekti, 62 ünvanında yerləşən mənzil barəsində onun mülkiyyətçisi ilə digər şəxslər arasında bağlanmış əqdin etibarlılığını mübahisələndirmək üçün subyektiv hüququ mövcud deyildir. Digər tərəfdən, xx.xx.2005-ci il tarixli, 949-İİQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə Məcəllədən 335-ci maddə çıxarılmışdır. Maddənin əvvəlki redaksiyasında deyilirdi: - 335.1. əqdin notarial formasına riayət edilməməsi onun etibarsızlığına səbəb olur. Bu cür əqd əhəmiyyətsiz sayılır. - 335.2. əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 336.1-ci maddəsinə görə, əgər tərəflərdən biri əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırırsa, onda qeydiyyat digər tərəfin ərizəsi ilə məhkəmənin qərarı əsasında həyata keçirilir. Göründüyü kimi, xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişiliklər edilərkən, həmin Məcəllənin 335-ci maddəsi Məcəllənin mətnindən çıxarılmış və həmin dəyişilik nəticəsində xx.xx.2005-ci il tarixdən sonra yaranmış münasibətlərlə bağlı məhkəmə tərəfindən alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi mümkün olmamışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə qanuni olmaqla, qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apelyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1445/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 385, 392, 393 və 404-406-cı addələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1445/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1405/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1405/2024
29.08.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver