Məhkəmə qərarları › İş №2(102)-1401/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1401/2022

13.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1401/2022 13.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ipoteka predmetinin ilkin satış qiyməti) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1037/2021 nömrəli iş üzrə 09 avqust 2021-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 02 dekabr 2015-ci il tarixli kredit razılaşmasına əsasən, Cavabdeh1 48 ay müddətinə, illik 25% dərəcəsi ilə ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 24000 ABŞ dolları məbləğində kredit verilmişdir.

2. Cavabdeh1 02 dekabr 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən, müvafiq olaraq Abşeron rayonu Digah qəsəbəsi, Xətai küçəsi, döngə 1-də yerləşən, 94,8 kv.m ümumi sahəsi olan 25 saylı fərdi yaşayış evi və 0,03 ha torpaq sahəsini ipoteka ilə yüklü edərək bankın tələb hüququna təminat vermişdir.

3. Borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasına təminat verilməsi məqsədilə bankla Cavabdeh2 arasında 02 dekabr 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır.

4. Buna baxmayaraq, cavabdeh borcunu qrafik üzrə qaytarmayaraq öhdəliyin icrasını gecikdirmişdir. İddiaçı, borcun ödənilməsi, əks halda məhk əməyə müraciət ediləcəyi haqqında cavabdehə xəbərdarlıq etmiş və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışdır.

5. Bank 26.09.2018-ci ildə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı İKB ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 02 dekabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 26902,08 ABŞ dolları əsas, 2363,32 ABŞ dolları faiz, 677,23 ABŞ dolları cərimə borcu olmaqla cəmi, 29942,63 ABŞ dolları borcun, 30 manat dövlət rüsumuna görə, bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xid mət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Digah qəsəbəsi, Xətai küçəsi, döngə 1-də yerləşən, 94,8 kv.m ümumi sahəsi olan 25 saylı fərdi yaşayış evi və 0,03 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun həmin əmlakların satışından əldə edilən pul vəsaitinin hesabına banka ödənilməsi, satışdan əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə, borcun ümumi qaydada tutulması, həmin əmlaklar açıq hərracda satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin evə və torpaq sahəsinə istifadə hüququnun itirilməsi, onun həmin evdən çıxarılması, əmlakın boşaldılıb banka təhvil verilməsi, tərəflər arasında bağlanan 02 dekabr 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaç ı işin yuxarıda qeyd edilən faktiki hallarına (§1-4) istinad etməklə tələbini belə əsaslandırmışdır ki, xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetiə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir.

8. İddiaçı İKB ASC-nin prosessual hüquq varisi "xxxx" ASC-nin işə cəlb edilməsi barədə vəsatət məhkəmənin 06 dekabr 2019-cu il tarixli protokol -qərarı ilə təmin edimişdir.

9. Cavabdeh1 birinci instansiya məhkəməsindəki icraatda iddianı qismən qəbul edərək, 1000 manat banka əlavə ödəniş etdiyini bildirmişdir.

10. Abşeron Ray on Məhkəməsinin (hakim C.Səfiyeva) 06 dekabr 2019-cu il tarixli, 2(012)-258/2019 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 və Cavabdeh2 02 dekabr 2015-ci il tarixli, 6-Z1G1-6-0-1624-15 saylı kredit müqaviləsi üzrə 23316,67 ABŞ dolları əsas borc, 2363,32 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə, qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanmaqla, cəmi 25 779,99 ABŞ dolları borc və 30 manat dövlət rüsumuna görə, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat rüsumuna və 20 manat xidmət haqqına görə pul, cəmi 60 manatın iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın kreditin təminatı olan Abşe ron rayonu Digah qəsəbəsi, Xətai küçəsi, döngə 1-də yerləşən, 94,8 kv.m ümumi sahəsi olan 25 saylı fərdi yaşayış evi və 0,03 ha torpaq sahəsinə yönəldilməsi, həmin ev və torpaq sahəsinin açıq hərracda satılması, mənzilin satışından əldə edilən vəsait hesabına Cavabdeh1 "xxxx" ASC-nə olan borcunun ödənilməsinin təmin edilməsi, tərəflər arasında bağlanan 02 dekabr 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, ipoteka predmeti olan Abşeron rayonu Digah qəsəbəsi, Xətai küçəsi, döngə 1-də yerləşən, 94,8 kv.m ümumi sahəsi olan 25 saylı fərdi yaşayış evi və 0,03 ha torpaq sahəsinin ilkin satış qiymətinin 60000 (altmış min) manat müəyyən edilməsi, ekspertiza tədqiqatının dəyəri 100 manatın Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

11. Məhkə mə mövqeyini belə əsaslandırmışdır ki, cavabdehlər kredit razılaşması, zaminlik və ipoteka müqavilələri üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, onların bank qarşısında icra edilməmiş borc öhdəlikləri vardır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-G.Tağızadə (sədrlik edən və məruzəçi), L.Məmmədova və T.Quliyev) 09 avqust 2021-ci il tarixli, 2(105)-1037/2021 nömrəli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 06 dekabr 2019-cu il tarixli, 2(012)- 258/2019 saylı qətnaməsi ipoteka predmeti olan Abşeron rayonu Digah qəsəbəsi, Xətai küçəsi, döngə 1-də yerləşən, 94,8 kv.m ümumi sahəsi olan 25 saylı fərdi yaşayış evinin və 0,03 ha torpaq sahəsinin ilkin satış qi ymətinin 60.000 (altmış min) manat müəyyən edilməsi hissəsində dəyişdirilməsi, Cavabdeh1 və Cavabdeh2 02 dekabr 2015-ci il tarixli, 6-Z1G1-6-0-1624-15 saylı kredit müqaviləsi üzrə 23316,67 ABŞ dolları əsas borc, 2363,32 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə, qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanmaqla, cəmi 25 779,99 ABŞ dolları borc və 30 manat dövlət rüsumuna görə, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat rüsumuna və 20 manat xidmət haqqına görə pul, cəmi 60 manat iddiaçı "xxxx" ASC-nin xeyrinə pul tutulması, tutma kreditin təminatı olan Abşeron rayonu Digah qəsəbəsi, Xətai küçəsi, döngə 1-də yerləşən, 94,8 kv.m ümumi sahəsi olan 25 saylı fərdi yaşayış evi və 0,03 ha torpaq sahəsinə yönəldilməsi, həmin ev və torpaq sahəsinin açıq hərracda satılması, mənzilin satışından əldə edilən vəsait hesabına Cavabdeh1 "xxxx" ASC-nə olan borcunun ödənilməsi təmin edilməsi, tərəflər arasında bağlanan 02 dekabr 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, ipoteka predmeti olan Abşeron rayonu Digah qəsəbəsi, Xətai küçəsi, döngə 1-də yerləşən, 94,8 kv.m ümumi sahəsi olan 25 saylı fərdi yaşayış evi və 0,03 ha torpaq sahəsinin ilkin satış qiyməti 90000 (doxsan min) manat müəyyən edilməsi, ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh1 alınaraq tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına və iş üzrə aparılmış məhkəmə əmt əəşünaslıq ekspertizasının dəyəri 500 (beş yüz) AZN manatı alınıb "xxxx" MMC-nin hesabına keçirilməsi qət edilmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası S-Əmlak Qiymətləndirilmə Ekspert Mərkəzinin 18 iyun 2021-ci il tarixli rəyindən müəyyən olunur ki, Abşeron rayonu, Digah qəsəbəsi Xətai küçəsi döngə 1-də yerləşən 98 kv.m ümumi sahəsi olan 25 saylı fərdi yaşayış evinin likvid qiyməti 65.000 manat, Abşeron rayonu Digah qəsəbəsi Xətai küçəsi döngə 1-də yerləşən 0.03 ha torpaq sahəsinin likvid qiyməti 25.000 manat, cəmi 90.000 manat təşkil edir. Odur ki, məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin şikayəti təmin edilməlidir. Məhkəmə iddia tələbinin tərəflər arasında bağlanan 02 dekabr 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi hissəsində iddianı əsaslı sayaraq hesab etmişdir ki, iddia bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, yuxarıda qeyd edilənlərdən göründüyü kimi, cavabdeh müqavilənin şərtləri pozmuşdur. Belə ki, cavabdehlər Cavabdeh1 Abşeron rayonu Digah qəsəbəsi, Xətai küçəsi, döngə 1-də yerləşən, 94,8 kv.m ümumi sahəsi olan 25 saylı fərdi yaşayış evi və 0,03 ha torpaq sahəsini qeyd-şərtsiz tərk etmələri barədə cavabdeh tərəfindən götürülmüş öhdəlik barədə hər-hansı sübut məhkəməyə təqdim olunmamış, qeyd edilən tələb də mənzilin mülkiyyətçisinə məxsusdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

14. İddiaçı "xxxx" ASC kassasiya şikayəti verərək qətnamənin ipoteka predmetinin dəyərinin müəyyən edilmiş hissəsində ləğv, işin yenidən bax ılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi iş üzrə qiymətləndirmə təyin etmiş, lakin məhkəmə kollegiyası nəzərə almamışdır ki, apellyasiya şikayəti verən şəxs Cavabdeh1 birinci instansiya məhkəməsində məhkəmə iclasında iştirak etmiş və ipoteka predmetinin dəyəri ilə bağlı mübahisə açmış, birinci instansiya məhkəməsi də, iş materiallarında olan “LEX FORİ” hüquq və qiymətləndirmə şirkətinin 12.06.2019-cu il tarixli rəyini əsas götürərək ipoteka predmetinin satış qiymətini (60000 manatla) götürmüşdür. Cavabdeh ipoteka predmetinin dəyəri ilə bağlı birinci instansiya məhkəməsində təkrarən mübahisə açmamasının səbəbini ondan asılı olmayan hallardan olduğunu əsaslandırmamış, birbaşa apellyasiya şikayətində qiymətlə bağlı narazılığını ifadə etmiş, apellyasiya instansiya məhkəməsi də, bu halı (qiymətlə bağlı narazılığını niyə birinci instansiya məhkəməsində vermədiyini) araşdırmadan, birbaşa qiymətləndirmə təyin edərək ipoteka predmetinin satış qiymətini 90000 manat götürmüşdür. İş üzrə apellyasiya instansiya məhkəməsində qiymətləndirmə təyin olunmuş və qiymətləndiricinin rəyi ilə tanış olduqdan sonra iddiaçı buna etiraz bildirərək, vəsatətlə çıxış edərək bildirmişdir ki, mövcud iqtisadi vəziyyətdə və dünyada baş verən iqtisadi böhran şəraitində daşınmaz əmlakların satış qiymətlərində ipoteka müqaviləsi bağlanan vaxta nisbətdə cüzi fərq ola bilər. Bu fərq isə özünü əmlakların dəyərinin artması ilə yanaşı ipoteka müqaviləsi bağlandığı tarixə nisbətən dəyərinin az alması şəklində də büruzə verə bilər. Ona görə də iddiaçı qiymətləndiricinin rəyi ilə razılaşmaq üçün əsas olmadığından iş üzrə təkrar qiymətləndirmənin təyin olunması xahiş etmişdir. Lakin məhkəmə vəsatəti əsassız şəkildə rədd etmiş, ümumiyyətlə vəsatətin rədd olunmasına dair qərardad da çıxarmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

17. Maddə

317. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənn 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir.

18. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya ver ildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununu:

19. Maddə

33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.

20. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

23. Hazırkı kassasiya şikayətində qətnamə ipoteka predmetinin dəyərinə aid hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır.

24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş mate riallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Mübahisəyə mahiyyəti üzrə baxan məhkə mələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər. 27. 02 dekabr 2015-ci il tarixli, 6-Z1G1-6-0-1624-15 saylı ipoteka müqaviləsindən müəyyən edilir ki, Abşeron rayonu Digah qəsəbəsi, Xətai küçəsi, döngə 1-də yerləşən, 94,8 kv.m ümumi sahəsi olan 25 saylı fərdi yaşayış evi və 0,03 ha torpaq sahəsinin dəyəri 32.500 (otuz iki min beş yüz) manat müəyyən edilmişdir.

28. LEX FORİ hüquq və qiymətləndirmə şirkətinin 12 iyun 2019-cu il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə rəyindən müəyyən edilir ki, Abşeron rayonu Digah qəsəbəsi, Xətai küçəsi, döngə 1-də yerləşən, 94,8 kv.m ümumi sahəsi olan 25 saylı fərdi yaşayış evi və 0,03 ha torpaq sahəsinin dəyəri 60000 (altmış min) manat müəyyən edilmişdir.

29. Azərbaycan Respublikası S-Əmlak Qiymətləndirilmə Ekspert Mərkəzinin 18 iyun 2021-ci il tarixli rəyindən müəyyən olunur ki, Abşeron rayonu, Digah qəsəbəsi Xətai küçəsi döngə 1-də yerləşən 98 kv.m ümumi sahəsi olan 25 saylı fərdi yaşayış evinin likvid qiyməti 65.000 manat, Abşeron rayonu Digah qəsəbəsi Xətai küçəsi döngə 1-də yerləşən 0.03 ha torpaq sahəsinin likvid qiyməti 25.000 manat, cəmi 90.000 manat təşkil edir.

30. Kollegiya nəzərə alır ki, ipoteka predmetinin dəyərinə dair apellyasiya məhkməsinin müəyyən etdiyi qiyməti təkzib edən mötəbər sübutlar təqdim olunmadığı üçün apellyasiya məhkəməsinin həmin hissədə gəldiyi qənaət əsaslıdır.

31. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yu xarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

32. Kassasiya şikayətinin bir sıra dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

33. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

34. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1037/2021 nömrəli iş üzrə 09 avqust 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: Abiddin Hüseynov İlqar Xələfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar