Məhkəmə qərarları › İş №2(102)-1402/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1402/2021

12.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1402/2021 12.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “aliment” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün baba və nənədən aliment tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Abbaszadə Sima Elçin qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 sentyabr 2020-ci il tarixli, 2(105)-2118/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şi kayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: X8 və İddiaçı 05 noyabr 2015-ci il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından 27 sentyabr 2016-cı il tarixdə X5 adlı övladı anadan olmuşdur. Sumqayıt şəhər 2 nömrəli doğum evinin 16 noyabr 2019-cu il tarixli arayışına əsasən İddiaçı həmin doğum evinin nəzdində yerləşən 3 nömrəli qadın məsləhətxanasında hamiləliyə görə qeydiyyata alınmış, 22 həftəlik hamilədir. X8 birinci dərəcəli əlildir. Sumqayıt Şəhər Məhkəməsinin 21 iyun 2019-cu il tarixli qətnaməsi ilə ərizəçi İddiaçı ərizəsi təmin edilmiş, 10 aprel 1981-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi qət edilmişdir. Cavabdeh2 və Cavabde h1 X3 valideynləridirlər. Azərbaycan Respublikası Təhsil Nazirliyi 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin 21 noyabr 2019-cu il tarixli arayışına əsasən Cavabdeh1 Sumqayıt şəhər 25 nömrəli tam orta məktəbində rus dili müəllimi işləyir və orta aylıq əmək haqqı 661,11 manatdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin 20 noyabr 2019-cu il tarixli məktubuna əsasən Cavabdeh2 yaşa görə ömürlük 246,54 manat, Cavabdeh1 yaşa görə ömürlük 326,67 manat pensiya alırlar. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 1 saylı Regional Ərazi filialının arayışlarına əsasən Cavabdeh 1 aylıq pensiyasının məbləği 380,90 manat, Cavabdeh2 aylıq pensiyasının məbləği 287,47 manat, X4 aylıq pensiyasının məbləği 228,64 manat təşkil edir. X1 01 aprel 2019-cu il tarixdən müddətsiz 1-ci qrup əlilliyə görə əmək pensiyası almaq hüququ olan bəzi kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü alan kimi qeydiyyatdadır və aylıq təqaüdünün məbləği 100 manatdır. Sumqayıt Şəhər Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli, 2(060)355/2020 saylı qərardadının surətindən görünür ki, İddiaçı X6 qarşı aliment tələbinə dair mülki işin icraatı cavabdeh X8 üzərində qəyyum təyin edilənədək dayandırılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı X7 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçı ilə İ qrup əlil X3 birgə nikahlarından olan 27 sentyabr 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 300 manat məbləğində alimentin və iddiaçının hamiləlik dövrü üçün 200 manat məbləğində maddi yardımın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ailə həyatı quran vaxt həyat yoldaşı X8 İİ qrup əlil olmuş, 31 yanvar 2019-cu il tarixdən isə ərinə İ qrup əlillik dərəcəsi təyin olunmuşdur. Həyat yoldaşı Sumqayıt Şəhər Məhkəməsinin 21 iyun 2019-cu il tarixli qətnaməsinə əsasən fəaliyyət qabiliyyətsiz hesab edilmişdir. Həyat yoldaşı səhhəti ilə bağlı aliment ödəmək qabiliyyətində deyildir, iddiaçı isə hamilədir, heç yerdə işləyə bilmir. Belə olan təqdirdə övladının saxlanılması və özünün hamiləli k dövrü üçün cavabdehlərdən - həyat yoldaşının valideynlərindən aliment tutulmasını tələb edir. Cavabdehlər qazanc və gəlirə malikdirlər. Sumqayıt Şəhər Məhkəməsinin 11 mart 2020-ci il tarixli, 2(060)-1814/2020 nömrəli qətnaməsi ilə (hakim R.N.Qoşqarlı) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 06 fevral 2020-ci il tarixdən başlayaraq hər ay 170 manat sabit pul məbləğində alimentin alınıb 27 sentyabr 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı verilməsi, iddia tələbinin maddi yardım hissəsində təmin edilməməsi, qətnamənin aliment hissəsində dərhal icra edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-cu maddəsinə istinad edərək hesab etmişdir ki, X8 birinci dərəcəli ə lil olduğundan və Sumqayıt Şəhər Məhkəməsinin 21 iyun 2019-cu il tarixli qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edildiyindən iddiaçının alimenti cavabdehlərdən tələb etməsi qanuni və əsaslıdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 11 mart 2020-ci il tarixli, 2(060)-1814/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 sentyabr 2020-ci il tarixli, 2(105)-2118/2020 nömrəli qətnaməsi ilə (hakim T.Q.Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər Ş.R.Abasovdan və Z.İ.Məmmədovdan ibarət tərkibdə) cavabdehlərin apellyasiya şikayəti təmin edilmiş, Sumqayı t Şəhər Məhkəməsinin 11 mart 2020-ci il tarixli, 2(060)-1814/2020 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “aliment” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi onunla əsaslandırılmışdır ki, X9 uşağının saxlanması üçün zəruri vəsaitə malikdir. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməzdən əvvəl X6 qarşı aliment tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş, Sumqayıt Şəhər Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli qərardadı ilə həmin mülki işin icraatı cavabdeh X8 üzərində qəyyum təyin edilənədək dayandırılmışdır. Digər tərəfdən, İddiaçı müəllimə işləyir, uşağı saxlamaq onun da valideynlik borcudur. Cavabdehlər isə yaşayış minimumu üçün müəyyən edi lmiş məbləğdən az miqdarda yüksək olan pensiya alırlar və onların nəvələrinin saxlanması üçün kifayət qədər zəruri vəsaitə malik olması iş materialları ilə öz təsdiqini tapmır. İddiaçı cavabdehlərin nəvələrinin saxlanması üçün zəruri gəlirə malik olmalarını göstərsə də, bu barədə hər hansı bir sübutu iddia ərizəsinə əlavə etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 sentyabr 2020-ci il tarixli, 2(105)-2118/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və Sumqayıt Şəhər Məhkəməsinin 11 mart 2020-ci il tarixli, 2(060)-1814/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələr işin faktiki hallarına uyğun gəlmir, məhkəmə işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər və vəkilləri məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbayca n Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Bir inci instansiya məhkəməsi tərəfindən iddia tələbləri qismən təmin olunsa da, iddiaçı tərəfindən apellyasiya şikayəti verilməmişdir. Apellyasiya şikayətini cavabdehlər vermiş və qətnaməni iddianın təmin olunmuş hissəsində mübahisələndirmişlər. Apellyasiya məhkəməsi tərəfindən cavabdehlərin apellyasiya şikayəti təmin edilməklə, qətnamə iddianın təmin olunmuş hissəsində ləğv olunmuş və həmin hissədə də iddia təmin edilməmişdir. Odur ki, kassasiya baxışının predmetini iddianın apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv olunmuş – yetkinlik yaşına çatmayan uşağa görə cavabdehlərdən sabit pul məbləğində alimentin tutulmasının rədd edilməsi hissəsində maddi və prosessual hüquq normalarının düzgün tətbiqinin yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiya sının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 89-cu maddəs inə əsasən yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya ins tansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən h issədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq müəyyən etmişdir ki, hazırki iddia tələbinin hüquqi əsasını Ailə Məcəlləsinin 89-cu maddəsi təşkil edir. Həmin maddəyə əsasən isə yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr baba və nənədən aliment almaq hüququna o vaxt malik olurlar ki, öz valideynlərindən maddi yardım ala bilməsinlər, habelə baba və nənə aliment ödəmək üçün zəruri vəsaitə malik olsunlar. Hazırki işdən isə mübahisəsiz olaraq müəyyən olunur ki, saxlanılması üçün tələb olunan uşağın valideyni – atası 1 qrup əlil olsa da, pensiya və Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alır. Həmçinin iddiaçı özü də uşağın valideyni olmaqla, onu saxlamaq vəzifəsini daşıyır. Belə olan halda, iddia tələb i Ailə Məcəlləsinin 89-cu maddəsində göstərilən birinci şərtlə uzlaşmır. İkinci şərti isə araşdırmağa artıq zərurət yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin işin faktiki hallarına uyğun gəlməməsi kassasiya baxışının predmeti ola bilməz. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün fa ktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası yeni sübut qəbul etmir. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 sentyabr 2020-ci il tarixli, 2(105)-2118/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar