Məhkəmə qərarları › İş №2(102)-1406/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1406/2024

16.04.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1406/2024 16.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh9 və qeyrilərinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisələr; əlavə işlərə cəlb olunmasına görə əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh9 və qeyrilərinə (müstəqil tələb irəli sürməyən ü çüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti cəlb edilməklə) qarşı “əmək haqqına əlavələrin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-6533/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra iddiaçı) ilə “X3” MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əsasən, İddiaçı əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndis vəzifəsinə işə qəbul edilmiş, müqavilə müddəti 3 ay müəyyən edilmiş, xx.xx.2020-ci il tarixinə qədər bu vəzifədə çalışmışdır.

2. Əmək müqaviləsinin “ İşçinin əmək funksiyaları” adlanan 3-cü bəndinə görə işçinin əmək funksiyaları, əmək müqaviləsinə 1 saylı əlavədə əksini tapmalıdır.

3. Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndisin vəzifə təlimatına uyğun olaraq, şirkətin mağaza və anbarlarında əməyin mühafizəsi və təhlükəsizlik texnikası sahəsində əmək qanunvericiliyinə, beynəlxalq təhlükəsizlik standartların tələblərinə əsasən təhlükəsizlik qayda və normalarına riayət olunmasına nəzarət etmək, mağaza və anbarlarda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində əmək xəsarəti almış işçilərə dəymiş zərərin ödənilməsi üçün sənədlərin hazırlanması və onların səbəblərinin və vəziyyətlərinin təhlil edilməsi onun vəzifə öhdəliklərinə aid edilmişdir.

4. İddiaçı Cavabdeh5 MMC-də sözügedən vəzifədə işlədiyi dövr, yəni 2018-2022ci ill ər ərzində həmin müəssisə tərəfindən özünün və digər MMC-lərin yanğın təhlükəsizliyini təşkil etmək məqsədilə texniki işlərə, həmçinin mülki müdafiə üzrə işlərin icrasına cəlb edildiyini və qərargah rəisi kimi fəaliyyət göstərdiyini bildirir və icra etdiyi həmin vəzifələrin onun əmək müqaviləsi üzrə əmək funksiyasına daxil olmadığı üçün bu xidmətlərin müqabilində işlədiyi 51 aya görə əmək haqqının yarısı miqdarında əlavə haqq almaq hüququnun olduğunu iddia edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Cavabdeh9 MMC, Cavabdeh2 MMC, Cavabdeh1 MMC, Cavabdeh4 MMC, Cavabdeh5 MMC, Cavabdeh3 MMC, Cavabdeh8 MMC, Cavabdeh7 MMC və Cavabdeh6 MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Ə halinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən ümumilikdə 47.957,34 manat pulun və 50 manat mediasiya xərcinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edilməklə onunla əsaslandırmışdır ki, “X3” MMC ilə bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əsasən aylıq əmək haqqı 940,34 manat təşkil etmiş və əmək münasibətləri dövründə dəyişməz olaraq qalmışdır. Həmin müqavilənin 1 saylı əlavəsində - vəzifə təlimatında vəzifə funksiyaları sadadalanmışdır. Lakin işlədiyi dövrdə şirkət tərəfindən vəzifə funksiyalarından kənar işlərə cəlb edilmişdir. Belə ki, şirkət rəhbərliyi əməyin mühafizəsi və texniki təhlükə sizlik işlərindən savayı onu mülki müdafiə üzrə işlərin icrasına cəlb etmiş, bu məsələlərin icrasını bilavasitə ona həvalə etmişdir. Eyni zamanda 2018- 2022-ci illər üzrə mülki müdafiə tədbirlər planları onun tərəfindən hazırlanıb, şirkət rəhbəri və FHN tərəfindən təsdiq edilib, o, mülki müdafiə üzrə qərargah rəisi təyin edilib. Bu hallar nəinki işlədiyi Cavabdeh5 MMC, hətta hüquqi cəhətdən hər hansı əlaqəsi olmayan Cavabdeh4 MMC və digər sadalanan şirkətlərdə aydın şəkildə müşahidə edilir və müvafiq sənədlərdə öz əksini tapır. Nəticə etibarı ilə işəgötürən onunla əmək müqaviləsi bağlamadan onu özünün idarə etdiyi digər hüquqi şəxslərdə işə cəlb etmişdir. Azərbaycan Respublikasının qüvvədə olan inzibati xətalara dair qanunvericiliyinə görə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötür ən tərəfindən fiziki şəxslərin hər hansı işlərin, xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsi inzibati məsuliyyətin yaranmasına səbəb olur. Bununla yanaşı işlədiyi dövrdə şirkət rəhbərliyi tərəfindən Cavabdeh9 MMC, Cavabdeh2 MMC, Cavabdeh1 MMC, Cavabdeh4 MMC, Cavabdeh3 MMC, Cavabdeh7 MMC, Cavabdeh8 MMC, Cavabdeh6 MMC və əmək müqaviləsi üzrə işlədiyi Cavabdeh5 MMC-də yanğın təhlükəsizliyinin təşkili işinə cəlb edilmişdir. Belə ki, “X5” MMC tərəfindən sadalanan şirkətlərə göstərilən bütün xidmətlər onun tərəfindən təşkil edilib və xidmətlər aktlara əsasən təhvil alınıb. Bütün bunlardan əlavə, 2018-ci ildən etibarən sadalan 9 şirkətin əməkdaşlarına yanğın təhlükəsizliyi qaydaları üzrə giriş təlimatı onun tərəfindən aparılıb və hal müvafiq qeydiyyat jurnallarında öz əksini tapır. Yuxarıda s adalanan hallar onun əmək münasibətləri dövründə bilavasitə vəzifə funksiyalarına aid olmayan işlərin icrasına cəlb edildiyini və bu funksiyaların nəinki işlədiyi, hətta əmək münasibətlərində olmadığı digər 8 müəssisədə icra etdiyini sübuta yetirir. Hesab edib ki, hüququn analogiyası tətbiq olunaraq, işlədiyi 51 ay üzrə vəzifə maaşının 50% miqdarında, yəni ümumilikdə 47.957,34 manat məbləğində əlavə əmək haqqı ona ödənilməlidir.

7. Cavabdehlərin nümayəndəsi və vəkili iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı 2018-ci ilə kimi ayrı-ayrı əmək müfəttişliklərində və Əmək Nazirliyində əmək qanunvericiliyi üzrə mütəxəssis vəzifələrində çalışıb və bu səbəbdən bilməlidir ki, ziyan vurmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi 1 il ər zində məhkəməyə müraciət edə bilər.

8. İddiaçının sübut kimi təqdim etdiyi Cavabdeh2 MMC, Cavabdeh9 MMC, Cavabdeh3 MMC, Cavabdeh1 MMC, Cavabdeh4 MMC, Cavabdeh8 MMC və Cavabdeh5 MMC-nin aktlarının surətlərindən görünür ki, İddiaçı müxtəlif tarixlərdə mağazalarda yanğın xəbərverici siqnalizasiya sistemində olan nasazlıqların aradan qaldırılmasında iştirak etmiş və işi təhvil almışdır.

9. İddiaçının sübut kimi təqdim etdiyi Cavabdeh9 MMC, Cavabdeh2 MMC, Cavabdeh1 MMC, Cavabdeh5 MMC, Cavabdeh3 MMC, Cavabdeh8 MMC və Cavabdeh6 MMC-nin direktoru tərəfindən təsdiq edilmiş 05 mart 2018-ci il tarixli Təhlükəsizlik texnikası üzrə Giriş Təlimatlarının surətlərindən görünür ki, təlimatın hazırlanmasında İddiaçı iştirak etmiş və təlimat onunla razılaşdırılmışdır.

10. Məhkəmənin qərardadı əsasında Ədliyy ə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9/2288 nömrəli ekspertiza rəyi ilə iddiaçının vəzifə maaşının yarısı miqdarında əlavə əmək haqqı ödənildiyi halda ona 51 ay üzrə ödənilməli məbləğin cəmi 65.944,31 manat məbləğində olduğu müəyyən edilmişdir.

11. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2023-ci il tarixli, e-2(009)- 588/2023 nömrəli qətnaməsi ilə (hakim İ.Ş.Rüstəmli) iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh9 MMC, Cavabdeh2 MMC, Cavabdeh1 MMC, Cavabdeh4 MMC, Cavabdeh5 MMC, Cavabdeh3 MMC, Cavabdeh8 MMC və Cavabdeh6 MMC-dən müştərək qaydada iddiaçının xeyrinə 47.957,34 manat məbləğində pul vəsaitinin ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, mediasiya xərcinin yarı h issəsinin cavabdehlərdən və ekspertiza tədqiqatının dəyərinin 50 manat hissəsinin iddiaçıdan, 50 manat hissəsinin isə cavabdehlərdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.

12. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının öz əmək vəzifələrinə aid olmayan işlərin yerinə yetirilməsinə cəlb edilməsi iş materialları ilə sübuta yetirilsə də, həmin işlərin müqabilində ona əlavələr ödənilməsi cavabdehlər tərəfindən sübuta yetirilməmişdir. Bu səbəbdən də 47.957,34 manat məbləğində pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır.

13. Məhkəmə iddiaçının Cavabdeh7 MMC-yə qarşı tələbinə münasibətdə iddianın əsassız olduğunu qeyd etmiş və bildirmişdir ki, iddiaçının sözügedən MMC tərəfindən əmək vəzifələrindən kənar işlərə cəlb edildiyini təsdiq edə biləcək mötəbər sübut məhkəməyə təqdim edilməmişdir.

14. Məhkəmə cavabdehlərin nümayəndəsinin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə bildirmişdir ki, iddiaçı məhz 2022-ci ilin iyun ayında işdən azad edilərkən onun əməyinin ödənilmədiyini bilmiş və 2023-cü ilin fevral ayında hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. Buna görə də, iddiaçı qanunla müəyyən edilmiş 1 illik iddia müddətini ötürməmişdir.

15. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – ƏM) 7-ci maddəsinin 2-ci bəndinə, 9-cu maddəsinin “ə” bəndinə, 154-cü maddəsinin 1-ci bəndinə, 157, 195, 196, 223.1, 223.4, 296.4-cü maddələrinə, Mülki Məcəllənin (bundan sonra – MM) 375-ci və Mülki Prosessual Məcəllənin (bunda n sonra – MPM) 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Cavabdehlər Cavabdeh9 MMC, Cavabdeh2 MMC, Cavabdeh1 MMC, Cavabdeh4 MMC, Cavabdeh5 MMC, Cavabdeh3 MMC, Cavabdeh8 MMC və Cavabdeh6 MMC birgə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunan hissəsində ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-6533/2023 nömrəli qətnaməsi ilə (hakimlər F.F.Babayev (sədrlik edən və məruzəçi), C.C.Musayeva və G.T.Axundova) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni mübahisələndirilən hissədə ləğv edilərək, idd ia tələbinin təmin edilməməsi və mediasiya xərci kimi 50 manat pul məbləğinin iddiaçıya aid olunması qət edilmişdir.

18. Apellyasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbindən göründüyü kimi İddiaçı Cavabdeh5 MMC-də sözügedən vəzifədə işlədiyi dövr, yəni 2018-2022-ci illər ərzində həmin müəssisə tərəfindən özünün və digər MMC-lərin yanğın təhlükəsizliyini təşkil etmək məqsədilə texniki işlərə, həmçinin mülki müdafiə üzrə işlərin icrasına cəlb edildiyini və qərargah rəisi kimi fəaliyyət göstərdiyini bildirir və icra etdiyi həmin vəzifələrin onun əmək müqaviləsi üzrə əmək funksiyasına daxil olmadığı üçün bu xidmətlərin müqabilində işlədiyi 51 aya görə əmək haqqının yarısı miqdarında əlavə haqq almaq hüququnun olduğunu iddia edir.

19. İddiaçı hazırki tələbini Əmək Məcəlləsinin 61.2-ci maddəsinə əsaslanaraq (hətta analogiya üzrə) irəli sürsə də, işin faktiki halları qeyd edilən normanın dispozisiya şərtləri ilə heç bir halda uzlaşmır. Belə ki, həmin normaya görə boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə işçinin razılığı ilə yol verilir. Əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilməlidir. Lakin işin araşdırılması nəticəsində tərəflər arasında qeyd olunan razılığın olması müəyyən olunmur.

20. Digər tərəfdən araşdırılma nəticəsində müəyyən olunmuşdur ki, (Cavabdeh5 MMC tərəfindən təqdim edilmiş arayışda qeyd olunur) xx.xx.2018-ci il tarixi ndən xx.xx.2022-ci il tarixinədək “Mülki müdafiə və yanğından mühafizə üzrə vəzifə (ştat) mövcud olmamış və bu dövr ərzində həmin işlərin icrası üçün hər hansı bir şəxslə nə əmək müqavilə bağlanmış, nə də ki, hər hansı bir işçiyə qanunvericiliyinə əsasən işəgötürənin əmri ilə həvalə olunmuşdur.

21. Həmçinin digər cavabdeh MMC-lər tərəfindən təqdim olunmuş eyni formalı arayışlarda göstərilmişdir ki, xx.xx.2018-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək “Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndis, eyni zamanda mülki müdafiə və yanğından mühafizə üzrə vəzifə (ştat) mövcud olmamış və bu dövr ərzində həmin işlərin icrası üçün hər hansı bir şəxslə nə əmək müqavilə bağlanmış, nə də ki, hər hansı bir işçiyə qanunvericiliyə əsasən işəgötürənin əmri ilə həvalə olunmuşdur. Belə ola n halda, iddiaçının hər hansı boş vəzifə üzrə cavabdeh müəssisələrdə işlər görməsi müəyyən olunmadığından hazırki işə qeyd olunan normanın tətbiqi də əsassız olur. Həmçinin, həmin normada işçinin eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirdiyi halda, ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqının ödənilməli olması təsbit edilmişdir ki, hazırki halda iddiaçının yerinə yetirdiyi işlərin “boş vəzifə” üzrə icra edildiyi müəyyən olunmadığından, onun tələb etdiyi əmək haqqına əlavələrin hansı əmək haqqı əsasında hesabladığı da açıq qalır.

22. Digər tərəfdən, iddiaçının “X3” MMC-də tutduğu vəzifənin adından da bəlli olur ki, həmin hüqiqi şəxsdə əməyin mühafizəsini təşkil etmək, bədbəxt hadisələrin, peşə xəstəliklərinin baş verməsinin qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsi və s. onun əmək vəzifələrinə aid olmuşdur. Hər hansı bir müəssisədə baş verə biləcək bədbəxt hadisələrdən biri də yanğındır ki, onun qarşısının alınması məqsədilə texniki təhlükəsizlik xidmətləri göstərmək, yanğınxəbərverici siqnalizasiya sistemlərinin sazlığını yoxlamaq, işçiləri yanğın baş verən zaman lazımi davranış qaydaları barədə təlimatlandırmaq əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndis vəzifəsinə təyin olunmuş şəxsin görə biləcəyi işlərdir.

23. Azərbaycan Respublikası-nın ƏƏSMN-nin 15 noyabr 2005-ci il tarixli 24-2 №-li qərarı ilə təsdiq edilmiş “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X1”nda da göstəriilmişdir ki, mühəndis vəzifəsin ə təyin olunmuş şəxs işlədiyi sahəyə aid olan hökumətin qərar və qətnamələrini, yuxarı təşkilatların qərar, göstəriş, əmr və digər rəhbər və normativ sənədlərini, müəssisənin ixtisas və spesifik xüsusiyyətlərini, sahə və müəssisənin iqtisadi, texniki və sosial perspektivlərini, məhsul istehsalının texnologiyasını, təsərrüfatçılıq və idarəetmə metodlarını; təsərrüfat müqavilələrinin bağlanması və icra edilməsi qaydalarını; qabaqcıl təcrübələri, elm və texnikanın nailiyyətlərini; istehsalın və idarəetmənin əsaslarını, əməyin, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını bilməlidir.

24. İddiaçı əmək müqaviləsinə əlavə edilən vəzifə təlimatında isə onun əmək qanunvericiliyi sahəsində mövcud olan bütün hüquqi aktlara riayət etməli olması öz əksi ni tapmışdır. Belə olan təqdirdə, iddiaçının gördüyü işlər əmək müqaviləsi üzrə üzərinə düşdüyü vəzifələr olmuşdur ki, bunun üçün də ona əmək haqqından əlavə olaraq başqa məbləğin ödənilməsi əsassızdır.

25. Bundan başqa, iddianın əsassız olduğuna dair qənaəti formalaşdıran məqamlardan biri də odur ki, iddiaçı tələbində “əlavə işlərin” hansı müddətdə yerinə yetirməsi, həcmi və hansı pul məbləği müqabilində razılaşdırılması da qeyri-müəyyəndir və bununla bağlı sübutlar da təqdim edilməmişdir. Təqdim olunmuş “sənədlərin” surətlərindən isə qeyd olunan halları müəyyən etmək mümkün olmur.

26. Kollegiya qeyd edib ki, iddiaçı tərəfindən iddia ərizəsində göstərildiyi kimi işlədiyi bütün müddət ərzində, yəni 51 ay ona ödəniş edilmədiyi halda, “əlavə işlərin” davam etdirməsi, həmin müddət ərzində raz ılaşdırılmış haqqı cavabdehlərdən tələb etməməsi, onun (iddiaçının) özü bildirdiyi kimi “əlavə işlərin” görülməsinə məcbur edilməsi də ağlabatan deyil və işin halları ilə sübut olunmur.

27. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, brinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə işin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquq normaları barəsində səhv nəticəyə gəlmişdir. Bu səbəbdən qətnamə mübahisələndirilən hissəsə ləğv edilərək, iddia həmin hissədə rədd edilməlidir.

28. Kollegiya birinci instansiya məhkəməsində əldə edilmiş ekspert rəyinə münasibətdə isə bildirib ki, ekspert rəyi hazırki işin halları baxımından iddianın əsaslı olduğunu təsdiq edən sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Al i Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilibedilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır.

29. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzinin 08 may 2023-cü il tarixli rəyinə əsasən İddiaçı vəzifə maaşının yarısı miqdarında əlavə əmək haqqı ödənildiyi halda ona 51 ay üzrə məbləğin cəmi 65.944,31 manat məbləğində müəyyən edilmişdir. Ümumiyyətlə, Məhkəmə Ekspertiza Mərkəzi rəyində 51 aya 940,34 manatın yarısı olan 470,17 manatı deyil, 940,34 və 470,17 manatın cəmini vurmuşdur. Halbuki 940,34 manat əmək haqqını cavabdeh “X3” MMC hər ay iddiaçıya ödəmiş və bu fakt mübahisə olunmamışdır. Həmçinin, kollegiyanın qənaətinə görə iddia tələbi əsassız olduğundan iddiaçıya ödəniləcək əmək haqqına əlavələrin həcminin hesablanmasının da artıq iş üçün əhəmiyyəti və zərurəti yoxdur.

30. Kollegiya apellyasiya icraatı zamanı 3-cü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsinin izahatını da iddianın əsaslı olmasına dəlalət edən hal və sübut kimi qəbul etmir. Belə ki, nümayəndə verdiyi izahatda göstərmişdir ki, işçi əlavə işlərə cəlb olunduğu təqdirdə ona əlavə haqq ödənilməlidir. Məhkəmə kollegiyası isə iddiaçının razılaşma əsasında «əlavə işlərə» cəlb olunma və ya onun bu «işlərin» görülməsinə məcb ur edilməsi halını müəyyən etmir. Bu isə işçiyə əlavə əmək haqqının ödənilməsi üçün hər hansı hüquqi əsasın yaranmadığı anlamına gəlir.

31. İddia müddətinin tətbiqi ilə bağlı ərizəyə münasibətdə isə kollegiya bildirib ki, iddia əsassız olduğu üçün həmin ərizə üzrə araşdırılmasının aparılmasına və tətbiqinə zərurət yoxdur.

32. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini ƏM-in 2-ci maddəsinin 3-cü hissəsi, 3-cü maddəsinin 1, 9, 10-cu bəndləri, 7-ci maddəsinin 2-ci bəndi, 9-cu maddəsinin “ə” bəndi, 61.2-ci, 154-cü maddəsinin 1-ci bəndi, 157-ci, 195-ci maddəsinin “d” bəndi, 196cı maddəsinin 1-ci bəndi, 223.4-cü və MPM-in 14.2, 77.1, 88, 372.7, 384.0.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

33. İddiaçı (Və kil1) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən araşdırılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmasına dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

34. Kassator şikayətini onunla əsaslandırılmışdır ki, qanunvericilikdə də qeyd edildiyi kimi, işçinin əmək funksiyasına daxil olmayan işləri (xidmətləri) icra etdikdə işəgötürəndən müvafiq əlavə əmək haqqının ödənilməsini tələb etmək hüququ vardır. Lakin apellyasiya instansiya məhkəməsi qətnaməsində qeyd etmişdir ki, işçi əmək funksiyasına daxil olmayan işləri (xidmətləri) icra etdikdə müvafiq əlavə əmək haqqını işəgötürəndən yalnız istisna hal kimi o halda tələb edə bilər ki, işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yet irmiş olsun. Məhkəmə kollegiyası ƏM-in 61-ci maddəsinin 2-ci hissəsini həmin Məcəllənin 9-cu maddəsinin “ə” bəndinə zidd olaraq təfsir etmiş və düzgün olmayan qənaətə gəlmişdir.

35. Kassator daha sonra bildirmişdir ki, yanğından mühafizə və əməyin mühafizəsi işinin təşkili hər bir müəssisə (işəgötürən) üçün imperativ tələbdir, yəni ştat cədvəlində yanğından mühafizə və əməyin mühafizəsi işini həyata keçirən vəzifənin olmaması heç bir işəgötürəni bu öhdəlikdən azad etmir.

36. İddiaçı şikayətində həmçinin qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsində heç bir sübut kimi əhəmiyyəti olmayan və yalnız cavabdehlərin mülahizələrinə əsaslanan cavabdehlərin arayışını sübut kimi qəbul etmiş, birinci instansiya məhkəməsinin qətnaməsini qismən ləğv edərkən bu arayış lara istinad etmiş və prosessual qanunverciliyin tələblərini kobud şəkildə pozaraq sübut kimi qiymətləndirmişdir.

37. Kassator şikayətinin hüquqi əsası kimi ƏM-in 61-ci maddəsinin 2-ci hissəsinə və MPM-in 372.2-ci maddəsinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

38. Cavabdeh5 MMC-nin vəkili kassasiya şikayətinə qarşı etiraz verərək, kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Tətbiq edilən hüquq

39. Azərbaycan Respublikası Konstitusiyası Maddə

35. Əmək hüququ Vİ. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.

40. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə

3. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar 4-1. Əmək münasibətləri - əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir.

5. Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) - işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətləri nin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə.

9. Əmək funksiyası - əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu. Maddə

2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin vəzifələri və prinsipləri

3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin:... mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Maddə

9. Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır:... d) qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq; e) iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək;... Maddə

12. İşəgötürənin əsas vəzifələri və məsuliyyəti Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək;... Maddə

54. Əmək şəraitinin təmin edilməsi İşçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən aşağıdakı əmək şəraitini təmin etməlidir:... əməyə görə haqqın miqdarının müəyyən edilməsi və onun ödənilməsi;... Maddə

58. Əvəzçilik üzrə əmək müqaviləsinin bağlanması və tənzimlənməsi Əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik q aydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri, əmək kitabçası saxlanılan yer isə əsas iş yeri sayılır. Əvəzçilik üzrə əmək müqaviləsi əmək kitabçası təqdim edilmədən bağlanılır. Maddə

154. Əmək haqqı Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Maddə

156. Əməyinin ödənilməsi və onun dərəcələrinin müəyyən edilməsi Əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanm ış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. Maddə

172. Əmək haqqının verilməsi müddətləri Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir....

4. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Maddə

296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri

4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məh kəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

41. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdı rılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu dü zgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

42. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Hazırkı kassasiya şikayətində iddiaçı tərəfindən qətnamə tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütovlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəmə sinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Baxılan iddia tələbi işçinin əmək müqaviləsində nəzərdə tutulmuş işlərdən əlavə işlərin icra edilməsinə görə haqqın ödənilməsi barədədir.

46. Lakin işə baxmış apelyasiya instansiyası məhkəməsi iddia tələbini rədd etmiş və gəldiyi nəticəni belə əsaslandırmışdır ki, “əlavə işlərin” hansı müddətdə yerinə yetirməsi, həcmi və hansı pul məbləği müqabilində razılaşdırılması qeyri-müəyyəndir və bununla bağlı sübutlar da təqdim edilməmişdir. Təqdim olunmuş “sənədlərin” surətlərindən isə qeyd olunan halları müəyyən etmək mümkün olmur. İddiaçı tərəfindən iddia ərizəsində göstərildiyi kimi işlədiyi bütün müddət ərzində, yəni 51 ay ona ödəniş edilmədiyi halda, “əlavə işləri” davam etdirməsi, həmin müddət ərzində razılaşdırılmış haqqı cavabdehlərdən tələb etməməsi, onun (iddiaçının) özü bildirdiyi kimi “əlavə işlərin” görülməsinə məcbur edilməsi də ağlabatan deyil və işin halları ilə sübut olunmur.

47. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

48. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübu tlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

49. Kassasiya şikayətinin dəlilləri əsasən işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

50. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)6533/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar