Məhkəmə qərarları › İş №2(102)-141/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-141/2021

09.03.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-141/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “bağışlama müqaviləsinin ləğv edilməsi, həmin müqavilə əsasında cavabdehin adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, mənzil üzərində iddiaçının mülkiyyət hüququnun bərpa olunması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: bağışlama müqaviləsinin ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı xxxnun və vəkili Nümayəndə1, Cav abdeh və vəkili Nümayəndə2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)2590/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: ünvan 1 nömrəli mənzili İddiaçı mülkiyyətində olmuşdur. Cavabdeh İddiaçı nəvəsidir. xx xxxxxx 2011-ci il tarixdə notariat qaydasında rəsmiləşdirilmiş bağışlama müqaviləsi ilə İddiaçı mülkiyyətində olan ünvan 1 nömrəli mənzilini nəvəsi Cavabdeh bağışlamışdır. Mənzili üzərində Cavabdeh mülkiyyət hüququ xx xxxxxx 2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansi ya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının ünvan 1 ünvanında yerləşən mənzilini Cavabdeh bağışlaması ilə əlaqədar xx xxxxxx 2011-ci il tarixli bağışlama müqaviləsinin və bu müqavilə əsasında cavabdehə verilmiş mülkiyyət hüququnun qeydiyyata alınması haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın ləğv olunması, mənzil üzərində iddiaçının xüsusi mülkiyyət hüququnun bərpa olunaraq müvafiq qeydiyyatın aparılmasının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakının Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə həvalə olunması və ödədiyi 20 manat dövlət rüsumunun cavabdehdən t utularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı öz mülkiyyətində olan ünvan 1 saylı mənzilini xx xxxxxx 2011-ci il tarixli bağışlama müqaviləsinə əsasən nəvəsi Cavabdeh bağışlamışdır. Müqavilə bağlanarkən cavabdeh iddiaçının daima qayğısına qalacağını öhdəsinə götürsə də, bir müddətdən sonra o, ailə hüquq münasibətlərinə uyğun olaraq üzərinə qoyulmuş öhdəlikləri hədiyyə verən və onun yaxın qohumlarına münasibətdə kobudcasına pozmuşdur. Gizli və açıq aparılan təzyiqlər nəticəsində cavabdeh tərəfindən iddiaçıya hər cür mənəvi və psixoloji cəhətdən zorakılıq göstərilmişdir. Digər yaxın qohumlarının ona gəlib baş çəkməsinə belə açıq narazılıq və digər formada əsassız etirazlar göstərilərək, həmin yaxın qohumlarının bu evdən uzaql aşmasına səbəb olmuşdur. Ahıl yaşında olmasına baxmayaraq, iddiaçı demək olar hər tərəfdən izolyasiyaya məruz qalaraq, digər gündəlik yardımlardan ümumiyyətlə məhrum olunmuşdur. Hətta belə vəziyyət yaranmışdır ki, iddiaçının övladına (qızına) da müxtəlif əşyaların oğurlanmasında şərlənmə xarakterli olan hərəkətlər də cavabdeh tərəfindən həyata keçirilmişdir. Bundan başqa mənzilin bütün kommunal xərcləri cavabdeh tərəfindən yox, məhz iddiaçı tərəfindən ödənilir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(007)3736/2019 nömrəli qətnaməsi ilə (hakim M.Q.Sadıqov) iddia təmin edilmiş, İddiaçı ünvan 1 nömrəli mənzilini Cavabdeh bağışlamasına dair Bakı şəhərinin notariusu tərəfindən xx xxxxxx 2011-ci il tarixdə təsdiqlənərək reyestrdə 4Ə05/751 nömrəsi ilə qeyd edilmiş “ Bağışlama müqaviləsi”nin, həmin mənzilin Cavabdeh adına xüsusi mülkiyyət hüququ üzrə qeydə alınmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA Seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi, mənzil üzərində İddiaçı xüsusi mülkiyyət hüququnun bərpa olunaraq müvafiq qeydiyyatın aparılmasının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, mübahisələndirilən müqavilə əsasında hədiyyə alan cavabdeh ailə hüquq münasibətlərinə uyğun olaraq üzərinə qoyulmuş vəzifələri hədiyyə verən iddiaçının barəsində kobudcasına pozmuş, ona görə bağışlama müqaviləsinin ləğvi üçün əsaslar yaranmışdır. Belə ki, iddiaçı ilə cavabdeh bağışlama müqaviləsinin predmeti olan mənzildə birlikdə yaşamış, əvvəllər münasibətləri normal olmuşdur. Lakin sonradan cavabdeh ailə hüquq münasibətlərinə əməl etməmiş, demək olar körpə yaşlarından onu böyüdüb bütün növ təminatlarını həyata keçirən, 1936cı il təvəllüdlü, yaşlı və xəstə olan babasına qayğı ilə yanaşmamış, iddiaçı ona qarşı yol verilən hərəkətlərə, təzyiqlərə dözməyərək şikayət ərizəsi ilə hüquq-mühafizə orqanına müraciət etməli olmuşdur. 25-ci Polis Şöbəsində aparılan araşdırma zamanı məsələnin mülki xarakterli olduğu əsas gətirilməklə ərizə üzrə hər hansı qərar qəbul edilməmiş, məhkə məyə müraciət etməsi tövsiyə olunmuşdur. Aralarında baş vermiş münaqişənin nəticəsində cavabdeh həyat yoldaşı və uşağı ilə birlikdə mənzili tərk etmiş, mənzildən gedərkən isə, iddiaçının istifadə edə bilməməsi üçün bəzi ev əşyalarını öz otaqlarına daşımışlar, əvvəldən həmin mənzildə öz otağında yaşamış iddiaçının yaşlı və xəstə olmasına baxmayaraq onu tək, köməksiz buraxmış, taleyi ilə maraqlanmamışdır. Bununla yanaşı cavabdeh mənzilin bağışlama müqaviləsi əsasında onun adına mülkiyyət hüququ üzrə qeydə alınmasından istifadə edərək mənzildə qeydiyyatda olan atası xxxin (İddiaçı oğlu) mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi və qeydiyyatdan çıxarılması ilə bağlı iddia qaldırmış, iddia xx xxxxxxxx 2019-cu il tarixdə məhkəmənin icraatına qəbul edilmişdir. Göründüyü kimi, cavabdeh ailə hüquq münasibətlərinə uyğun vəzifələri yerinə yetirməməklə yanaşı öz atasının-iddiaçının yaxın qohumu olan oğlunun mənzildən istifadə hüququnun itirilməsinə də çalışmışdır. Bununla yanaşı cavabdeh mənzilin saxlanması, təmiri, kommunal xərcləri çəkməmiş, həmin xərclər məhz iddiaçı tərəfindən çəkilmiş, bu barədə sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və tədqiq olunmuşdur. Məhkəmə hesab etmişdir ki, mübahisə tərəfi olan İddiaçı yaşından (83 yaş) və səhhətinin onu narahat etməsindən asılı olmayaraq öz övladlarından (eləcə də cavabdehin atası olan oğlundan) özünün saxlanması üçün maddi yardım almasa da, belə tələb irəli sürməsinə və ya müsbət nəticə əldə etməməsinə dair sübutlar mövcud olmasa da, öz övladları ilə yanaşı nəvəsi olan cavabdehdən də belə növdə vəsait tələb etmə sə də, iddiaçı öz əmlakını övladlarına və ya digər yaxın ailə üzvlərinə bağışlamamış, o, əmlakını yeganə yaşayış sahəsini məhz nəvəsi olan cavabdehə bağışlamışdır, hətta bağışlamaqdan başqa cavabdehi körpə yaşlarından yanında saxlayaraq bütün təminatını həyata keçirmişdir. Belə olan halda, iddiaçının cavabdehdən ailə hüquq münasibətlərinə uyğun vəzifələri yerinə yetirməsini və bu vəzifələrin icrası zamanı diqqətəlayiq mənafeləri qorumalı olmasını tələb etmək üçün bütün mənəvi və hüquqi əsasları vardır, iddiaçının digərlərindən fərqli olaraq cavabdehdən belə gözləntisinin olmasının ziddinə olaraq cavabdeh istər mənəvi baxımdan, istərsə də hüquqi baxımdan öz vəzifələrini yerinə yetirməmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 673.1, 673.2.1-ci mad dələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxx 2012-ci il tarixli qərarına istinad edərək hesab etmişdir ki, məhz əmlak bağışlanandan və cavabdehin mülkiyyətinə keçdikdən sonra hədiyyə alan cavabdehin yol verdiyi yuxarıda qeyd edilən hərəkətlərin məcmusu, onun ailə hüquq münasibətlərinə uyğun olaraq üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və onun yaxın qohumunun (özünün atası, iddiaçının oğlu) barəsində kobudcasına pozması iddiaçının bağışlama müqaviləsinin ləğvi ilə bağlı iddiasını əsaslı edir. Həmçinin, bağışlama müqaviləsi ləğv edilməli olduğundan, onun əsasında mənzilin cavabdehin adına mülkiyyət hüququ üzrə qeydə alınmasına dair daşınmaz ə mlakın dövlət reyestrindən çıxarışın qüvvədə qalmasına əsaslar yoxdur, həmin çıxarış ləğv edilməli, habelə mənzil üzərində iddiaçının xüsusi mülkiyyət hüququnun bərpa olunaraq müvafiq qeydiyyatın aparılması aidiyyəti üzrə həvalə edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.3-cü maddəsində müəyyən olunan müddətlə bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının bağışlama müqaviləsini mübahisələndirərək onun ləğv edilməsinə dair iddia verməsinə əsaslar, yəni cavabdehin ailə hüquq münasibətlərinə uyğun olaraq üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və onun yaxın qohumunun (özünün atası, iddiaçının oğlu) barəsində kobudcasına pozması 2019-cu ilin avqust-sentyabr aylarında baş vermiş, yalnız bundan sonra iddiaçı bağışlamadan imtina etməli olduğu ilə bağlı qənaə tə gəlmiş, xx xxxxxxx 2019-cu il tarixdə məhkəmədə iddia qaldırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(007)- 3736/2019 nömrəli qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-2590/2020 nömrəli qətnaməsi ilə (hakim İ.Ə.Kərimlinin sədrliyi və məruzəsi ilə, hakimlər A.Ə.İsgəndərovdan və E.C.Kazımovdan ibarət tərkibdə) Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(007)-3736/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla, İddiaçı Cavabdeh q arşı “bağışlama müqaviləsinin ləğv edilməsi, həmin müqavilə əsasında cavabdehin adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, mənzil üzərində iddiaçının mülkiyyət hüququnun bərpa olunaraq onun adına çıxarış verilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər arasında bağışlama müqaviləsi xx xxxxxx 2011-ci ildə bağlanmış və iddia qaldırıldığı dövrdə müqavilənin bağlanmasından 8 ilə yaxın vaxt keçmişdir. Bağışlama müqaviləsinin məzmunundan görünür ki, müqavilə bağlanarkən cavabdeh iddiaçı qarşısında hər hansı bir öhdəlik götürməmişdir. Ailə hüquq münasibətlərindən irəli gələn öhdəliyə gəldikdə isə, nəvənin baba qarşısında yeganə öhdəliyi Ailə Məcəlləsinin 90-cı maddəsində təsbit olunmu ş nəvənin babanı saxlamaq öhdəliyidir. Həmin maddəyə əsasən, əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan baba və nənə saxlanmaq üçün yetkinlik yaşına çatan övladlarından və ya ərindən (arvadından) maddi yardım ala bilmədikdə, zəruri vəsaitə malik nəvələrdən məhkəmə qaydasında aliment verilməsini tələb etmək hüququna malikdirlər. İş materiallarından görünür ki, İddiaçı nə maddi yardıma ehtiyacı olmuş, nə də nəvəsindən aliment tələb etməmişdir. Beləliklə, hazırkı işdə cavabdehin iddiaçı qarşısında nə müqavilədən, nə də qanundan irəli gələn öhdəliyi olmamışdır. Cavabdehin iddiaçını təhqir etməsi, onunla kobud davranması və həmin mənzildə yaşayışını dözülməz etməsi barədə iddia ərizəsində göstərilənlər iddiaçının izahatından başqa heç bir sübutla təsdiq olunmamaqla yanaşı, məhkəmə kolleg iyası qeyd edir ki, bu hallar təsdiq olunsa belə, ailə hüquq münasibətlərinə uyğun olaraq nəvənin üzərinə qoyulmuş vəzifələrin kobudcasına pozulması kimi qiymətləndirilə bilməz. Cavabdeh ona bağışlanmış mənzildən atasının istifadə hüququnun itirilməsini tələb etməsi isə hədiyyə alanın ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin yaxın qohumunun barəsində kobudcasına pozulması kimi qiymətləndirilə bilməz. Həmçinin iddiaçı tərəf şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinin nədən ibarət olduğunu kifayət qədər əsaslandırmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İddiaçı xxx kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx x xxx 2020-ci il tarixli, 2(103)-2590/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti iddia ərizəsində göstərilən dəlillərə istinad edilməklə, onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmuşdur. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı xxx və vəkili Nümayəndə1 kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh və vəkili Nümayəndə2 kassasiy a şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri 50 saylı notariat kontoru məhkəmə iclasına vəkillərinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etm işdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisə nin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-c i maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 421.2-ci maddəsinə əsasən tərəflərin birinin tələbi ilə müqavilə yalnız digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişd irilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə mərhum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli s ayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur; 673.1-ci maddəsinə əsasən hədiyyə verən aşağıdakı hallarda bağışlama qdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. 673.3-cü maddəsinə əsasən imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtin a edə bilərlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2012-ci il tarixli qərarında izah olunmuşdur ki, MM-in 673.1-ci maddəsində qeyd edilən “bağışlamaqdan imtina” müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o, hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı ehtiva edir. Həmin maddəyə əsasən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxla ya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, hazırki iddianın hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası MM-in 673.1-ci maddəsi hədiyyə verənin bağışlamaqdan imtinanın 3 əsasını müəyyən edir:

1. Hədiyyə alanın hədiyyə verənə (onun yaxın qohumuna) qarşı ağır cinayət törətməsi,

2. Hədiyyə alan tərəfindən ailə hüquq münasibətlərinə uyğ un vəzifələrini kobud pozması və ya

3. Bağışlama ilə bağlı öhdəliklərin icra olunmaması. İddiaçı məhz ikinci əsasa istinad edərək bağışlama müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. Mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh ona qarşı qanunsuz hərəkətlər və təzyiqlər etmiş, nəticədə xx xxxxxxxx 2019-cü il tarixdə iddiaçı polisə müraciət etməli olmuşdur. Lakin işin faktiki hallarını araşdıran apellyasiya instansiyası məhkəməsi hədiyyə alan olan cavabdehin hədiyyə verən iddiaçıya münasibətdə ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrinin kobud pozulması hallarını müəyyən etməmişdir. Əksinə iş materiallarından müəyyən olunur ki, iddiaçı Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis bölməsinə xx xxxxxxxx 2019-cu il tarixli ərizə ilə müraciət edərkən nəvəsinin ona baxmamasından, əşyala rını evdən götürüb getməsindən şikayət etmişdir. Yəni həmin zaman iddiaçı cavabdehin ona qarşı zor tətbiq etməsini, təzyiqlər etməsini bildirməmişdir. Nəticə olaraq polis orqanı tərəfindən iddiaçının ərizəsi üzrə hər hansı qərar qəbul edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin ailəsi ilə birgə iddiaçının yaşadığı, mübahisələndirilən mənzildən çıxması müəyyən edilsə də, sonuncu apellyasiya şikayətində qeyd etdiyi kimi həmin halı babasına baxmaqdan imtina ilə deyil, ona qarşı provokasiyalardan uzaq olmaq məqsədi ilə izah etmişdir. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2-ci maddəsinə əsasən hədiyyə alanın hədiyyə verən barəsində ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrin hər hansı pozuntusu deyil, yalnız kob ud pozuntusu bağışlamanın ləğvi üçün əsas ola bilər. Hazırki iş üzrə isə cavabdehin iddiaçı qarşısında nə müqavilədən, nə də qanundan irəli gələn hər hansı öhdəliyi olmamışdır ki, o, bu öhdəlikləri kobudcasına pozsun. İddiaçı yaşlı olsa da, maddi yardıma ehtiyacı olması, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 90-cı maddəsinin dispozisiyasına uyğun olaraq zəruri yardımı övladlarından almaq imkanında olmaması və bununla bağlı cavabdehə müraciət etməsi və sonuncunun imtina etməsinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Nəhayət məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi ilə razılaşır ki, cavabdeh mübahisələndirilən mənzildən atasının (iddiaçının oğlunun) istifadə hüququnun itirilməsi tələbi ilə məhkəməyə müraciət etməsi Mülki Məcəllənin 673.1.2-ci maddəsinə uyğun hə diyyə alanın ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin yaxın qohumunun barəsində kobudcasına pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, məhkəməyə müraciət etmək Azərbaycan Respublikası Konstitusiyası ilə təsbit olunmuş hüquqdur və həmin hüquqdan istifadə tələfin ziyanına şərh oluna bilməz. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirildən qətnamə qəbul edərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apelly asiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı xxx X3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-2590/2020 nömrəli qətnaməsini dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar