Məhkəmə qərarları › İş №2(102)-1418/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1418/2020

11.03.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Mənzildən çıxarılma - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1418/2020 11.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 08 oktyabr 2019-cu il tarixli qətnaməsindən cavabdehlər x3 və x4 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə 11 mart 2020-ci il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 22 may 2019-cu il tarixli, 2(006)2235/2019 saylı qətnaməsi ilə (sədrlik edən hakim C.Musayeva) ilkin iddia üzrə id diaçı, qarşılıqlı iddia üzrə cavabdeh x1nun ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı x3, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə cavabdeh x4 və ilkin iddia üzrə cavabdeh x2 qarşı “istifadə hüququnun itirilməsi, mənzildən çıxarılma və pul” tələbinə dair iddiası rədd edilmiş, ilkin iddia üzrə cavabdeh,(qarşılıqlı iddia üzrə iddiaçı x3 ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh x1 və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə cavabdeh x4na qarşı qarşılıqlı iddiası təmin edilmiş, ünvan 1 mənzilinə dair ünvan 1 noyabr 2018-ci il tarixli daşınmaz əmlakın alğısatqı müqaviləsi etibarsız hesab edilmiş və həmin mənzilə dair cavabdeh x1nun adına Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyat ı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli Çıxarış ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 08 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər X.Sarıyev (sədrlik edən, məruzəçi), V.Həsənov və Ş.Məmmədova, 2(103)10430/2019 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 22 may 2019-cu il tarixli, 2(006)-2235/2019 saylı qətnaməsi apellyasiya baxışının predmetində qalan hissədə ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, ilkin iddia apellyasiya baxışının predmetində qalan hissədə qismən təmin edilmiş, x2 ünvan 1 mənzilindən istifadə hüququna xitam verilməsi, ilkin iddia üzrə cavabdehlər x3, x4 və x2 onlara məxsus əmlaklarla birlikdə ünvan 1 mənzilindən çıxarılması, hüquqi yardım xərcləri üzrə 510 (beş y üz on) manat və dövlət rüsumu kimi ödənilmiş 0,9 (doxsan qəpik) manat, cəmi 510,9 (beş yüz on manat doxsan) qəpik cavabdehlər x3, x4 və x2ndan müştərək qaydada iddiaçı x1nun xeyrinə tutulması, ilkin iddia apellyasiya baxışının predmetində qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia təmin edilməmişdir. İşin halları İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra-iddiaçı) x1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh x2 ünvan 1 mənzilindən istifadə hüququna xitam verilməsi və qeydiyyatdan çıxarılması, cavabdehlər x3, x4 və x2 ünvan 1 mənzilindən çıxarılmaları, həmçinin onlara məxsus əmlakların çıxarılması, cavabdehlərdən müştərək qaydada əldən çıxmış fayda kimi 6.000 manatın, hüquqi yardım xərcləri üzrə 3.000 manatın və dövlət rüsumu olaraq ödənilmiş 30 manatın, ümumilikdə 9.030 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçı x1nun vəkili və nümayəndəsi x5 iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, cavabdehlərin həmin ərəfədə də iddiaçıya məxsus olan mənzildə yaşamaqda davam etməklərini nəzərə alaraq qanunvericiliyin tələbinə əsasən iddia tələbinin həcmini artıraraq cavabdehlərdən müştərək qaydada əldən çıxmış fayda kimi tutulmalı olan 6.000 (altı min) manatın məbləğini artıraraq 12.000 (on iki min) manat tutularaq, iddiaçı x1na ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) x3 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə m üraciət edərək, ilkin iddia tələbinin rədd olunaraq, x1 ilə onun arasında ünvan 1 mənzilinə dair bağlanmış 24 noyabr 2018-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, x1nun adına verilmiş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışın ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdehlər x3 və x4 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilk iddia tələbi rədd, qarşılıqlı iddianın təmin olunması barədə qərar qəbul edil məsini xahiş etmişlər. Kassasiya şikayətləri onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Cavabdeh x4 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili İmanverdiyev Beytulla Dadaş oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilm əsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı x1 və onun vəkili Qəşəmov Fuad Azad oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinc i instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 60 saylı evin 4 saylı mənzili tam mülkiyyət hüququ üzrə x3 adına daşınmaz əmlakın dövlət reyestrində 2849 nömrəli reyestr kitabının 265723 nömrə li vərəqində 24.04.2018-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 60 saylı evin 4 saylı mənzili tam mülkiyyət hüququ üzrə x1nun adına daşınmaz əmlakın dövlət reyestrində 2849 nömrəli reyestr kitabının 265723 nömrəli vərəqində 27.11.2018-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Təsdiq olunmuş notarial işində olan (reyestr № 4Ə-1351) 24 noyabr 2018-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, satıcı x3 (23.11.2018-ci il tarixdə verilmiş 19937 reyestr nömrəli etibarnamə üzrə x3 əvəzinə x4) mülkiyyətində olan ünvan 1 mənzilini alıcı x1na satmışdır. Həmin müqavilənin 8-ci bəndinə əsasən satıcıya alıcı üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 13-cü bəndinə əsasən müqavilə notariat qaydasında təsdiq olunduğu zaman satıcı həmin ünvanda qeydiyyatda deyil. x3 tərəfindən Notariat kontoruna ünvanlanmış 23.11.2018-ci il tarixli ərizənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, DƏDRX tərəfindən 24.04.2018-ci il tarixdə verilmiş **********24-05301-093043 reyestr və ********** qeydiyyat nömrəli çıxarış əsasında təmsil etdiyi x3 mülkiyyətində olan ünvan 1 ünvandakı mənzili sa tmaq istəyir. Bununla əlaqədar həmin əmlak üzərində qadağanın olub-olmaması və ya ona həbs qoyulubqoyulmaması barədə məlumatın real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilməsinin təmin edilməsini xahiş etmişdir. x3 əvəzinə savadsızlığı səbəbindən x6 imza etmişdir. x3 tərəfindən Notariat kontoruna ünvanlanmış 23.11.2018-ci il tarixli ərizənin notarial qaydda təsdiq olunmuş surətindən görünür ki, DƏDRX tərəfindən 24.04.2018-ci il tarixdə verilmiş **********24-05301-093043 reyestr və ********** qeydiyyat nömrəli çıxarış əsasında təmsil etdiyi x3 mülkiyyətində olan ünvan 1ünvandakı mənzili satmaq istəyir. Bununla əlaqədar həmin mənzildə qeydiyyatda olanlar barədə məlumatın real vaxt rejimində “Elektron Notariat” Avtomatlaşdırılmış İnformasiya Sistemindən əldə edilməsini n təmin edilməsini xahiş etmişdir. x3 əvəzinə savadsızlığı səbəbindən x6 imza etdi. “Elektron notariat” Avtomatlaşdırılmış İnformasiya Sistemindən Çıxarışın surətindən görünür ki, 02.08.1987-ci il təvəllüdlü x2 ünvan 1 ünvanında qeydiyyatdadır. Həmin notariat işində olan x2 tərəfindən imzalanmış notariat qaydasında təsdiq edilmiş ərizənin surətindən görünür ki, o, x3na məxsus ünvan 1 ünvanında yerləşən mənzilin satılmasına etiraz etməmişdir. Gələcəkdə də, bununla bağlı heç bir iddia və tələbi olmayacaqdır. 23 noyabr 2018-ci il tarixli xəzinə mədaxil orderinin surətindən görünür ki, x1 tərəfindən tarixdə x7 hesabına 200.000,00 manat mədaxil edilmişdir. Bakı şəhəri 9 saylı notariat kontorunun xüsusi notariusu x7 tərəfindən x8-nin 6 saylı şöbəsinə ünvanlanmış məktubdan görünür ki, Ağdam rayon u, Qiyaslı kəndində qeydiyyatda olan x1 notariat qaydasında təsdiq ediləcək alqı-satqı müqaviləsi üzrə 200.000,00 (iki yüz min) manat məbləğində pulun müvafiq müqavilə tərəfindən təsdiq edildikdən sonra onun məktubu əsasında 46.174,00 (qırx altı min bir yüz yetmiş dörd) manat x9-nin nümayəndəsi x10, 6.070,68 (altı min yetmiş manat 68 qəpik) manat vergi məbləğinin Dövlət Xəzinədarlığı Agentliyinə və qalan 147.755,32 (bir yüz qırx yeddi min yeddi yüz əlli beş manat 32 qəpik) manat Şamaxı şəhəri, Nizami küçəsi, ev 8-də qeydiyyatda olan x4na verilməsi üçün banklarında olan **********00001AZM54 nömrəli depozit hesabına qəbul olunmasını xahiş etmişdir. “Elektron notariat” Avtomatlaşdırılmış İnformasiya Sistemindən Çıxarışın surətindən görünür ki, xx.xx.1987-ci il təvəllüdlü x2 ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası x11 tərəfindən x1na ünvanlanmış arayışdan görünür ki, ünvan 2yaxınlığında yerləşən “Yeni tikili” binalarda 4 otaqlı mənzillərin 2019-cu il fevral ayına olan orta bazar kirayə qiyməti texniki və digər göstəricilərindən asılı olaraq 15002000 manat təşkil edir. x12 15 mart 2019-cu il tarixli 01/062 saylı mənzilin qiymətləndirilməsi barədə hesabatdangörünürki, 15.03.2019-cu il tarixə ünvan 3 ünvanında yerləşən 4 nömrəli mənzilin bazar dəyəri 460.000 manat təşkil edir. Borc verən x1 ilə borc alan x4 arasında bağlanmış 29.11.2018-ci il tarixli notarial qaydada təsdiq olunmuş kredit müqaviləsinə əsasən, borc verən x1 borc alan x4na 30.000,00 manat məbləğində pul borc verməyi, borc alan isə krediti 29.12.2018-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə g ötürmüşdür. 28.03.2019-cu il tarixli icra qeydinin surətindən görünür ki, Şamaxı rayon notariat ofisinin xüsusi notariusu x13 x1nun xeyrinə x4ndan müddət üçün vaxtında ödənilməmiş 30.000,00 manat məbləğində pulun tutulmasını təklif edir. Şamaxı rayon icra və probasiya şöbəsi tərəfindən x4na ünvanlanmış 02.04.2019cu il tarixli bildiriş və eyni tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, borcluya icranı könüllü təmin etməsi təklif edilmiş, əks halda barəsində AR İXM-nin 528.1ci maddəsilə inzibati protokol (500 manatdan 1000 manatadək cərimə və ya 30 sutkayadək həbs) tərtib edilərək Şamaxı Rayon Məhkəməsinə, daha sonra isə AR Cinayət Məcəlləsinin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunacağı barədə AR Ədliyyə Nazirliyi İstintaq İdarəsinə təqdimatla müraciət ediləc əyi və 12 aprel 2019-cu il saat 10-00da şəxsiyyət vəsiqəsilə birlikdə Şamaxı rayon icra və probasiya şöbəsində olmasının vacib olduğu bildirilmişdir. 4 saylı Vəkil Bürosunun GSU 254358 saylı mədaxil qəbzindən görünür ki, x1 tərəfindən hüquqi yardım göstərilməsi üçün 510 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra-MM) 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. MM-nin 647-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xərclərini alıcı çəkir. MM-nin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət re yestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. MM-nin 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sə rəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. MM-nin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. MM-nin 362.2-ci maddəsinə əsasən, notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. MM-nin 331.4-cü madd əsinə əsasən, əgər fiziki şəxs bədən qüsuruna, xəstəliyinə və ya savadsızlığına görə əqdi özü imzalaya bilmirsə, əqdi onun xahişi ilə başqa fiziki şəxs imzalaya bilər. Başqa fiziki şəxsin imzası əqdi bağlayanın özünün imza edə bilməməsinin səbəbləri göstərilməklə, notarius tərəfindən və ya bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxs tərəfindən təsdiqlənməlidir. MM-nin 334-cü maddəsinə əsasən, əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanu nunun 45-ci maddəsinə əsasən, notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Notariuslar və müvafiq icra hakimiyyəti orqanları təsdiq etdikləri əqdin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar. “Notariat haqqında” Qanunun 46-cı maddəsinə əsasən, “qeydiyyatdan keçməli olan əmlakın özgəninkiləşdirilməsi və girov qoyulması haqqında əqdlər özgəninkiləşdirilən və ya girov qoyulan əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, avtonəqliyyat vasitələri üzrə həmçinin onların Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müayinədən keçm əsi barədə arayış təqdim olunduqdan sonra təsdiq edilir.”, “Yaşayış evinin, mənzilin, bağın, bağ evinin, qarajın, torpaq sahəsinin, digər daşınmaz əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdlər təsdiq olunarkən əmlakın özgəninkiləşdirilməsinə qadağanın olubolmamağı və ya əmlaka həbs qoyulub-qoyulmaması yoxlanılır.”, “Qadağan olduqda əmlakın özgəninkiləşdirilməsi haqqında əqd yalnız borcun əmlakı əldə edənin adına keçirilməsinə dair kreditorun və əldə edənin razılığı olduqda təsdiq edilə bilər.” “Notariat haqqında” Qanunun 49-cu maddəsinə əsasən, notarius və ya notariat hərəkətlərini aparan digər vəzifəli şəxs bir və ya bir neçə şəxs adından bir və ya bir neçə şəxsin adına verilən etibarnaməni təsdiq edə bilər. Notariat hərəkətlərinin aparılması əsasən Azərbaycan Resp ublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatla (bundan sonra “Təlimat”) tənzimlənir. Təlimatın 38-ci bəndinə əsasən, notariuslar öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Notariuslar təsdiq etdikləri əqd layihələrinin mənasını və əhəmiyyətini tərəflərə izah etməli və bu layihələrin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar. Təlimatın 41-ci bəndinə əsasən, əqd nümayəndə tərəfindən bağlandıqda, notariuslar onun səlahiyyətini yoxlayırlar. Nümayəndənin səl ahiyyəti onun adına verilmiş etibarnamə ilə təsdiq edilir. Təlimatın 46-cı bəndinə əsasən, notarius daşınmaz əmlaka və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlaka sərəncam verilməsi haqqında müqavilələri notariat qaydasında təsdiq edərkən, əmlaka dair sərəncam verən tərəfin sərəncam hüququnu və layihəsi notarius tərəfindən hazırlanmadığı halda, müqavilənin qanunauyğunluğunu yoxlayır. Yuxarıda istinad olunan normativ hüquqi aktların, eləcə də iş materiallarında olan sübutların təhlili nəticəsində kollegiya bu qənaətə gəlmişdir ki, mübahisə predmeti olan mənzilin alğısatqısı ilə bağlı notarial əməliyyatları qanunvericiliyin şərtlərinə tam əməl edilməklə həyata keçirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hall ara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdehlər x3 və x4 kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 08 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar