Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2135/2021 18.02.2021 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina haqqında Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Xəlilov İsmayıl Kamil oğlu, Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN E T D İ M: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(006)-2235/2019 saylı qətnaməsi ilə (sədrlik edən hakim C.Musayeva) ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə Cavabdeh2 və ilkin iddia üzrə Cavabdeh1 qarşı “istifadə hüququnun itirilməsi, mənzildən çıxarılma və pul” tələbinə dair iddiası rədd edilmiş, ilkin iddia üzrə cavabdeh,(qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə Cavabdeh2 qarşı qarşılıqlı iddiası təmin edilmiş, x mənzilinə dair Bakı şəhəri, 9 saylı notariat kontorunda Cavabdeh3 ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli daşınmaz əmlakın alğısatqı müqaviləsi etibarsız hesab edilmiş və həmin mənzilə dair cavabdeh İddiaçı adına X1 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli Çıxarış ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər X.Sarıyev (sədrlik ed ən, məruzəçi), V.Həsənov və Ş.Məmmədova, 2(103)10430/2019 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(006)-2235/2019 saylı qətnaməsi apelyasiya baxışının predmetində qalan hissədə ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, ilkin iddia apellyasiya baxışının predmetində qalan hissədə qismən təmin edilmiş, Cavabdeh1 x küçəsində yerləşən x saylı yaşayış binasının, x mənzilindən istifadə hüququna xitam verilməsi, ilkin iddia üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 onlara məxsus əmlaklarla birlikdə x küçəsində yerləşən x saylı yaşayış binasının xmənzilindən çıxarılması, hüquqi yardım xərcləri üzrə 510 manat və dövlət rüsumu kimi ödənilmiş 0,9 manat, cəmi 510,9 qəpik cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh 1 müştərək qaydada İddiaçı xeyrinə tutulması, ilkin iddia apelyasiya baxışının predmetində qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər Q.Allahverdiyev- sədrlik edən və məruzəçi, İ.Xələfov, G.Quliyev, iş № 2(102)-1418/20) cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmayaraq, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşə kassasiya qaydasında baxıldıqdan sonra digər Cavabdeh1 apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tari xli qərardadı ilə (hakimlər X.Sarıyev (sədrlik edən, məruzəçi), E.Mehdiyev və Ş.Məmmədova, 2(103)10430/2019 saylı mülki iş) hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-10430/2019 saylı qətnaməsindən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa olunması barədə Cavabdeh1 tərəfindən verilmiş vəsatət təmin edilməyib, kassasiya şikayəti geri qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)10430/2019-cu il saylı qərardadından Cavabdeh1 kassasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 kassasiya şikayətinin icraata qəbulundan imtina edilməlidir. Belə ki, Cavabdeh1 anası Cavabdeh3 və qardaşı Cavabdeh2 kassasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi kassasiya qaydasında yoxlanılmış və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin olunmamışdır. Beləliklə, Cavabdeh1 kassasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin kassasiya qaydasında yoxlanılması zərurəti aradan qalxmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 04/2020 №-li, xx xxxxxxx 2020-ci il tarixli Qərardadının 41-ci bəndinə əsasən məhkəmələrin eyni iş üzrə bir tərəfin şikayəti əsasında tam, y axud müəyyən hissədə yoxlanılaraq qanuni qüvvəsini almış məhkəmə qərarının mübahisənin digər tərəfinin şikayəti əsasında təkrarən yoxlanılması hüquqi müəyyənlik prinsipinə zidd olduğundan, bu şikayətlərə baxılması yolaverilməz hesab edilməklə geri qaytarılmalıdır. Göründüyü kimi, Cavabdeh1 qeyd olunan qətnamədən kassasiya şikayəti vermə müddətini buraxmış olmasaydı belə onun kassasiya şikayəti mümkün deyildi. Ona görə əslində Bakı Apellyasiya Məhkəməsi müddətin bərpası barədə vəsatətə baxmadan geri qaytarmalı idi. Nə qədər ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi kassasiya instansiyası tərəfindən tam olaraq yoxlanılmışdır, Cavabdeh1 həmin qətnamənin yenidən yoxlanması ilə bağlı vəsatətlərinə baxıla bilməzdi. Şərh olunanlara əsasən və Azərb aycan Respublikası MPM-nin 408.2, 408.3-cü maddələrini rəhbər tutaraq Q ə r a r a a l d ı m: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırki iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin. Mülki iş kassasiya şikayətinin qaytarılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(102)-2135/2021
Ali Məhkəmə Qərardad — İş №2(102)-2135/2021
18.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Mənzildən çıxarılma - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver